![]() |
![]() ![]() ![]() |
|
Müğənni Nüşabə Musayevanın başına iş gəlib.
Onun avtomobilinə tanımadığı şəxs tərəfindən hücum olunub.
Sənətçinin sözlərinə görə, o, yaşadığı binanın həyətində iki lüks avtomobilini qoşa saxlayıb. Kimliyi məlum olmayan şəxs tərəfindən maşınlardan birinə daşla hücum olub.
"Mənə yaxın dura bilməyən şəxs elə avtomobilimə yaxın dura bilər. Şikayət etmək xarakterimdə yoxdur. Demirəm gəlib xərcini ödəsin, sadəcə kimliyini bilmək istəyirəm. Hərəkətinin səbəbini öyrənim. Binadan daş atıla bilməz. Gecə 2-də marketə getmişəm, belə deyildi. Qəsdən olunub, zərbə ilə vurulub. Yaxınlaşıb vurub, daş da içəri düşüb.
Bu həddə düşmən olacağım heç kim yoxdur. Ola bilər emosional insanam, kimsə deyə bilməz ki, pislik etmişəm. Digər "X6" markalı avtomobilimi də yanında saxlamışdım. Yəqin ki, bilməyiblər mənimdir. Sözün varsa, üzümə gəlib de, malımı-mülkümü hədəf alma".
Ümummilli Lider Heydər Əliyevin qızı Sevil Əliyeva anası Zərifə Əliyevanın anım günü münasibətilə paylaşım edib.
S.Əliyeva sosial şəbəkə hesabında valideyninin fotosunu paylaşıb.
“Bu gün mənim üçün ən ağır gündür. Anamın 40 ildir yanımda olmadığına inanmaq mənim üçün çox çətindir”, - deyə Sevil Əliyeva yazıb.
Qeyd edək ki, bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın vəfatından 40 il ötür. (Axşam.az)
Xəbər verdiyimiz kimi, tanınmış aparıcı Xoşqədəm Hidayətqızının anası Ofeliya Baxşəliyeva dünyasını dəyişib.
Musavat.com xəbər verir ki, aparıcı bu acı itki ilə bağlı Instagram hesabında paylaşım edib.
Xoşqədəm Hidayətqızı anasını ehtiramla yad edərək, paylaşımında görkəmli şair Məmməd Arazın şeirindən sətirlərə yer verib.
"Daha gəlməyəcək anamın səsi
Mənə də taleyin yumruğu dəydi.
Düzü, xatirimə dəyir, bəzisi
Soruşur mərhumun yaşı neçəydi?
Bilmirəm, düşmüşdü, saçlarına dən.
Dolaşır suallı cavab başımda.
Ana kədərini yaşmıdır ölçən?
Ana itirmişəm ANA yaşında".