![]() |
![]() ![]() ![]() |
|
Müğənni Elnarə Ülvi duet ortağı Əlikram Bayramov haqda şok açıqlamalar verib.
"Rəngarəng" verilişində qonaq olan müğənni Ə. Bayramov tərəfindən aldadıldığını və 100 min manat ziyana düşdüyünü açıqlayıb.
Onun sözlərinə görə Bayramov ona dəstək olacağını, özü ilə birgə televiziya verilişlərinə çıxaracağına söz versə də, dediklərinin heç birini etməyib. (Yenisabah.az)
"Muhabir" serialının heyəti dəyişdirilib.
Aktyorlar Furkan Andıçla Başak Gümülcinelioğlunun yerinə Mekin Sezer və Ilgaz Kaya ekran işində rol alacaq.
Qeyd edək ki, "TRT" boykot çağırışlarına görə aktrisa Aybüke Pusatı və ona dəstək olan aktyor sevgilisi Furkanı və aktrisa Başakı sözügedən serialın heyətindən uzaqlaşdırmışdı.
Müğənni Mehin Hümbətova tıxaclardan şikayət edib.
Musavat.com xəbər verir ki, sənətçi 40 dəqiqə tıxacda qaldığını bildirib:
“Əsas vaxtların tıxacı hamıya bəllidir. Bir də vay o gündən Bakıya bir damcı yağış yağsın. Yollar olur iflic. Maşınlar motoru söndürür. Hazırda hərəkətsiz 40 dəqiqədən çoxdur dayanmışıq. Nə vaxta qədər belə davam edəcək, həlli yolu hardadır? Bütün bu suallar cavabsız qalıb. Ömrümüz isə yollarda hədər gedir”.
Könül
Musavat.com
Hande Erçel Geyim Markası ilə 20 Milyon TL-lik Müqavilə imzalayıb.
Türkiyənin Məşhur aktrisa Hande Erçel, reklam siması olduğu geyim markası ilə altıncı dəfə əməkdaşlıq müqaviləsi bağlayıb.
Bu il marka ilə 30 milyon TL tələb edən Erçel, uzun müzakirələrdən sonra 20 milyon TL-lik təklifi qəbul edib.
Müqavilənin Detalları və Əvvəlki Anlaşmalar
Hande Erçel, 2021-ci ildə 1,5 milyon TL, 2022-ci ildə 5 milyon TL, 2023-cü ildə 8 milyon TL və 2024-cü ildə 10 milyon TL müqabilində eyni marka ilə müqavilələr imzalayıb. Son beş ildə bu əməkdaşlıqlardan toplam 50 milyon TL qazanıb.
Yeni Kolleksiya və Sosial Mediada Reaksiyalar
Müqavilə imzalandıqdan dərhal sonra Erçel, markanın 2025-ci il Bahar/Yay kolleksiyası üçün kamera qarşısına keçib. Onun öz dizaynı olan bu kolleksiya, sosial mediada böyük maraqla qarşılanıb və geniş müzakirələrə səbəb olub. /Lent.az