![]() |
![]() ![]() ![]() |
|
Əməkdar artist Elza Seyidcahan müğənni Elçin Cəfərovla aralarında yaranan qalmaqaldan danışıb.
Milli.Az bildirir ki, sənətçi verilişlərin birində Əməkdar artistin şeirləri barədə "Bu, abırlı bir şey deyil, ayıb bir şeydir" söyləmişdi.
Barışıq addımının Elçindən gəldiyini deyən Seyidcahan bu sözləri ilə yeni qalmaqalın toxumunu səpib:
"Bu yaxınlarda Elçin Cəfərov yazdığım şeiri başa düşməmişdi. Bəstəkar Tərlan Məmmədhüseynovun səs yazma studiyasında üz-üzə gəldik. Elçin gəldi məni öpdü. Sağolsun o məni böyük kimi gördü və mənə dedi ki, məni qınamayın amma yazdığınız şeiri başa düşmürəm. Ona Məhəmməd Füzulidən, Nizami Gəncəvidən, Nəsimidən, Əliağa Vahidin şeirlərindən bir neçə misra dedim, təhlil etdim. Amma o, sonda dedi ki, mən yenə başa düşmədim. Təkcə mənim deyil, adını sadaladığım şairlərin də şeirlərini başa düşmədi. Buna görə də Elçindən incimədim. Ona dedim ki, sən mənə şər və böhtan atıb deyə bilmərsən ki, Elza tərbiyəli yazmır. O sözü sən mənə deyə bilmərsən. Heç kim mənə deyə bilməz. Kim əgər tərbiyəli fikirləşmirsə tərbiyəsiz onun özüdür. Yazdığım şeirləri "bəyənmirəm" deyə bilmərsiniz, "başa düşmürəm" deyə bilərsiniz".
"15 ildir ki, ailəliyəm. 15 ilimizin 10-cu ilində həyat yoldaşım mənimlə şəkil çəkdirməyə icazə verdi. Daha əvvəl buna icazə vermirdi. Ona dedim ki, əgər mənimlə şəkil çəkdirməyəcəksənsə uzaqlaşaq bir-birimizdən. Ondan sonra mərhum qayınanam və qayınatam onunla nə danışdılarsa, onu necə razılığa gətirdilərsə şəkil çəkdirdi. Çünki qərar vermişdim ki, yetər. Efir adamıyam, həssasam, ruhum belə isdəyir ki, sevgi dolu fotolar, videolar çəkim. Biz harasa birgə gedəndə o icazə vermirdi çəkiliş etməyə. Heç indidə o mənə icazə vermir. Lakin indi əvvəllər olduğu kimi hoqqalar vermir (gülür). Deyir ki, çəkmə, mən isə yenə çəkirəm".
Milli.Az xəbər verir ki, müğənni Xuraman Şuşalı həyat yoldaşı, rejissor Elçin Məmmədovun ona qoyduğu qadağalardan danışıb:
"Bu qadağalara görə oturub ağlayırdım. Deyirdi ki, çəkdiklərini sil, mən isə silmirdim. Mən sırtıqlaşdım... Əvvəllər boş vermirdim, bunlar hamısı mənə çox təsir edirdi. Depressiyaya düşüb, ayrılmaq istəyirdim. Beynimə 50 dənə fikir gəlirdi. Amma onu da anlayıram ki, insan istəmir. Amma mən axı istəyirəm. Həyat yoldaşım deyir ki, mən ağır təbiətli insanam, məni bu şəkildə təqdim etmə. Bizim çox videolarımız sosial şəbəkədə trendə düşür. Bəzilərini silmişəm, bəzilərini isə saxlamışam. Bu 15 ildə anladım ki, bir insanı dəyişə bilmərsən. Nədir, odur... Küsürəm, naz edirəm o yumuşalır amma biraz keçir yenə əvvəlki insan olur".
Qeyd edək ki, Xuraman və Elçin cütlüyünün dörd övladı var.
Müğənni Günel Ələkbərova (Pişik Günel) şəxsi həyatı ilə bağlı səmimi açıqlamalar verib.
Günel deyib ki, övladı rəsmi nikahsız dünayaya gəlib: "Rəsmi nikahım olmasa da, övladım halallıqla dünyaya gəlib. On iki ildir ki, qızımın atası ilə münasibətimiz var. Qızımın da artıq 10 yaşı var. Mənim üçün əsas odur ki, o, qızımın yanındadır. Əsas odur qızıma ata sevgisi göstərir. Mən hər zaman demişəm ki, atası qızımın yanında olduğu müddətdə başımın tacıdır.
Övladım halallıqla dünyaya gəlib. Qadın uşaq dünyaya gətirər də... Kişi deyiləm ki, uşaq dünyaya gətirim hamı təəccüblənsin. Rəsmi nikahı olanlar var ki, ərini evdı tapa bilmir. Təbii ki, mən də istəyərdim, hər bir qadının arzusudur ki, gəlin köçsün".(Bizim.Media)
Xəbər verdiyimiz kimi, Bakıda"Venesiya" şadlıq sarayında keçirilən toyda kütləvi zəhərlənmə baş verib.
Toy məclisində müğənni kimi iştirak edən Dərya Dünya da zəhərlənib.
Müğənni bildirib ki, toyda onun da halı pisləşib.
"Şükür indi normalam, ölümdən qayıtdım".
Xatırladaq ki, zəhərlənmə qonaqlar zalda olarkən baş verib və dərhal təcili yardım briqadaları çağrılıb.
Vəziyyəti ağır olanlar dərhal xəstəxanaya çatıdırılıb.
Qeyd edək ki, zəhərlənmə şübhəsi ilə ümumilikdə 36 nəfər olmaqla, 25 nəfər Kliniki Tibbi Mərkəzə, 10 nəfər Sabunçu Tibb Mərkəzinə, 1 nəfər isə Respublika Pediatriya Mərkəzinin nəzdində olan Sabunçu Uşaq Yoluxucu Xəstəxanasına hospitalizasiya olunub.
Əlavə olaraq, 7 nəfər Kliniki Tibbi Mərkəzə, 8 nəfər isə Sabunçu Tibb Mərkəzinə birbaşa özü müraciət edib.//Milli.az