Ardını oxu...
  

"Senden Çocuğum Olsun", "Mardin Kapı Şen Olur", "Sorarım Sorarım" kimi mahnılarla bir dövrə damğasını vuran məşhur müğənni Berdan Mardini, 2 ildir birlikdə olduğu Dilara Talay ilə evlənib.

Məşhur cütlüyün nikahını Başakşehir Bələdiyyəsi başqan müavini Ahmet Melik rəsmiləşdirib.

Berdan Mardini zarafatla belə deyib: "Sadə bir mərasim istəmişdik hər ikimiz. Hamı Parisdə, Romada, Afinada evlənir, biz də Başakşehiri seçdik. Başakşehir də xaric sayılır."

Ardını oxu...
Ardını oxu...
 

Ardını oxu...
  

Son həftələrdə ölkə telekanallarında müğənnilər və digər sənətçilər bir-biri ilə bəhsləşirmiş kimi öz varidatlarını nümayiş etdirir, aylıq qazanclarının miqdarını açıqlayırlar. Biri ayda 30, o biri 50, başqa biri 70 min manat qazandığını deyir. 5 mənzili olduğunu, bağ evi tikdirdiyini, 95 min manatlıq lüks avtomobil sürdüyünü deyən də var.

Ola bilər, sənət adamlarının varidatı, həyat tərzi tamaşaçılar üçün çox maraqlıdır və onlar bu “sosial sifarişi” nəzərə alaraq analoji açıqlamalar verirlər. Amma bu xüsusat vergi orqanlarının da marağını cəlb etməlidir. Çünki bu şəxslər bir ayda universitet professorunun 4-5 ildə qazana bilməyəcəyi qədər pul qazanırlarsa, bundan müvafiq şəkildə vergi də ödəməlidirlər. Əvvəlki illərdə də müğənnilərin, eləcə də çox pul qazanan digər sənət adamlarının vergiyə cəlb edilməsi məsələsi aktuallaşmış və dövlət büdcəsi zənginləşmişdi. Vergi borcunu ödəməyən müğənnilərin isə adı mətbuatda açıqlanmış, bu da xeyli müzakirələrə səbəb olmuşdu.

Bu arada qeyd edək ki, Xalq artisti Brilliant Dadaşova toyda yarım saata 6000 AZN qonorar əldə edir. Məclisdə ansamblla çıxış edərsə, sənətçinin alacağı məbləğ 15000 AZN-ə qədər yüksəlir. Xalq artistləri Aygün Kazımova, Röya Ayxan və Miri Yusif toyda yarım saata 8000 AZN qazanırlar. Xalq artisti Faiq Ağayev məclisdə yarım saatı 4000 AZN-ə, bütöv toyu isə 8000 AZN-ə oxuyur. Xalq artisti Tünzalə Ağayeva toydan yarım saata 4000 AZN qonorar əldə edir. Xalq artisti Zülfiyyə Xanbabayeva məclisdə yarım saatı 4500-5000 AZN-ə çıxış edir. Əməkdar artist Abbas Bağırov məclisdə ansamblla birgə 20000 AZN-ə çıxış edir. Müğənni Nadir Qafarzadə toyda yarım saatı 4000 AZN-ə oxuyur.

Bəs hazırda vergi orqanları müğənnilərin qazancından qanunvericiliyə əsasən vergi tuturlarmı?

Ardını oxu...

Gülyanaq Məmmədova

Xalq artisti Gülyanaq Məmmədovanın məsələ ilə bağlı “Yeni Müsavat”a açıqlamasından belə məlum olur ki, artıq son vaxtlar vergi məmurları toylardakı iştirakına görə müğənnilərdən vergi tələb etmir: “Mən əsasən dövlət qulluqçusuyam. Universitetdə müəllim, dosent kimi çalışıram, eyni zamanda Dövlət Mahnı Teatrının solistiyəm. Yəni dövlət müəssisələrində fəaliyyət göstərdiyim üçün aldığım əmək haqqından vergi tutulur.

Toylara gəldikdə isə, yalnız ara-sıra gedirəm. Hər gün toylarda çıxış edən müğənnilərdən deyiləm. Toylara getməyimin əsas səbəbi budur ki, biz səhnə adamıyıq və geyindiyimiz paltarlardan tutmuş, yeni mahnıların yazılmasına qədər bir çox məsrəflərimiz olur. Təsəvvür edin, bir səhnə geyimi nə qədər xərc tələb edir. Eləcə də yeni mahnılar, səsyazmalar üçün xeyli vəsait sərf olunur. Bu xərcləri qarşılamaq üçün toylarda iştirak edirəm. Çünki maaşımla bunların öhdəsindən gəlmək mümkün deyil. Aldığım maaş heç ailəmin xərclərinə yetmir. Yoxsa ki, iki ölkənin xalq artisti olaraq mənim toylarda nə işim var?

Əvvəllər vergi məmurları getdiyimiz toylara görə vergi tələb edirdilər. Amma indi bu məsələ yoxdur. Yəni mən dövlət tədbirlərində iştirak edirəm, ondan vergi tutulur. Ona görə hesab edirəm ki, toylardakı iştirakımız üçün vergi ödəmək bizə aid deyil. Bu, gündə toylardan nə qədər pul qazanan müğənnilər var, onlara aiddir".

Ardını oxu...

Müğənni Nigar Camalın meneceri Pərviz Hüseynov sorğumuza belə cavab verdi: “Vergi ödəmək, ilk növbədə, dövlət qarşısında bizim vətəndaşlıq borcumuzdur. Çünki həmin vergilər hesabına məktəblər açılır, müxtəlif sosial məsələlər həll olunur.

Digər bir məqam isə odur ki, Nigar Camal mütəmadi olaraq toylarda iştirak etmir. Biz əsasən dövlət tədbirlərində və ya korporativ tədbirlərdə iştirak edirik. Bu zaman da məlum olduğu kimi, ödənişlər köçürmə yolu ilə həyata keçirilir və avtomatik olaraq qanunvericilikdə nəzərdə tutulan qədər vergi tutulur. Yəni vergidən yayınma kimi bir hal mümkün deyil".

Ardını oxu...

Murad Arif 

Hitmeykerer Murad Arif qeyd edib: “Bəli, əlbəttə ki, getdiyimiz toylara görə Dövlət Vergi Xidmətinə vergi ödəyirik. Bu proses necə baş verir? Getdiyimiz toylar barədə öz mühasibatlığımıza və həmin toylardan aldığımız qonorar haqqında məlumat veririk. Həmin qonorarlar əsasında da biz hər 3 rübün tamamında rüblük vergiləri hesablayırıq və dövlət büdcəsinə vergi ödəyirik”.

Məsələni daha yaxından araşdırmaq üçün Dövlət Vergi Xidmətinə müraciət etsək də, zənglərimiz cavabsız qaldı.

Ardını oxu...

 Eldəniz Əmirov

İqtisadçı Eldəniz Əmirov isə mövzuya bu cür şərh bildirdi: “Öncə onu qeyd edim ki, səhər saat 8-dən günorta saat 1-2-yə qədər dayanmadan, ayaqüstə lövhə qarşısında dayanıb, sinfi tərk etmədən azyaşlı şagirdlər, eləcə də nadinc yuxarı sinif şagirdləri qarşısında dərs deyən, böyük enerji itirən, zehni və fiziki cəhətdən yorulan müəllim hər saata görə aldığı kiçik məbləğə görə belə vergi ödəyirsə, onda yarım saat ərzində minlərlə manat qazanan şəxslərin - istər müğənni olsun, istərsə də digər sənət sahibləri - vergidən yayınması son dərəcə faciəvi haldır. Bu, həm hüquqi, həm də mənəvi-əxlaqi və sosial baxımdan yolverilməzdir.

Şəffaflaşdırma dedikdə, bu cür fəaliyyətlərin də vergiyə cəlb olunması üçün təkmil bir mexanizmin hazırlanması nəzərdə tutulur".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

 

Ardını oxu...
Teleaparıcı Mətanət Əliverdiyeva verilişnə gələn qonaqlara xəbərdarlıq edib.

TEREF milli.az-a istinadən xəbər verir ki, onların nazı ilə oynamaqdan bezən aparıcı bu sözlərlə etirazını bildirib:

"Ay özünü dartanlar, məni də ana dünyaya gətirib, sizi də. Ola bilər ki, siz bahalı geyinirsiniz, mən ucuz şey geyinirəm. Bunun heç bir aidiyyatı yoxdur. Siz min hoqqadan çıxırsınız, mən isə heç bir hoqqadan çıxmıram. Ona görə də özünüzü dartmayın. Özümə söz vermişəm, burada kim özünü dartarsa, sizə "yaxşı yol" deyəcəyəm. Heç kimin nazını çəkən deyiləm. Mən sizə necə hörmət qoyuramsa, siz də bizim verilişimizə və komandamıza hörmət qoymalısınız".
Ardını oxu...
Əməkdar artist Gövhər Rzayeva etirafı ilə diqqət çəkib.

Tribunainfo.az xəbər verir ki, fəxri adına görə ayda aldığı 150 manatın ona bir gün də bəs etmədiyini deyən qarmon ustası sözlərinə belə davam edib.

“55 ildir bu sənətdəyəm. Prezident təqaüdü almaq istərdim. Köhnə nəsil qarmon ifaçılarından birincisiyəm. Qocalanda heç kimə möhtac olmaq istəmirəm. Axı sənətim var, dolanmalıyam”.
 
Ardını oxu...
Azərbaycanlı model Diana Əhədpur hərracda kokteylə 70 min manat (37 500 avro) ödəyib.

TEREF xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Ardını oxu...
Belə ki, D. Əhədpurun Dubayda iştirak etdiyi restoranların birində spirtli içkilərdən hazırlanan bir qədəh kokteyl hərraca çıxarılıb.

Bahalı kokteyl 1930, 1937 və 1950-ci illərə aid olan içkilərdən hazırlanıb. Model kokteylə ən yüksək məbləği – 37 500 avro ödəyib.

Qeyd edək ki, Diana Əhədpur Azərbaycan, BƏƏ və bir sıra digər ölkələrdə model biznesinə sahibdir. O, iranəsilli biznesmen Manuçehr Əhədpurla ailəlidir. Birləşmiş Ərəb Əmirliyində yaşayan Diananın bir oğlu var. “Qafqazinfo”

 

Ardını oxu...
   

Müğənni Səidə Dadaşova prodüserinin onun geyimlərini oğurladığını iddia edib. 

Sənətçi bu haqda "Günə bax" verilişində deyib.

O bildirib ki, götürdüyü prodüser onu müğənni etməsini istəyib:

"Onu geyindirirdim, sonra gördüm ki, müğənni olmaq istəyir. Salona məndən əvvəl gedirdi, evimdən paltarlarımı oğurladı. Mənə dedi ki, başqası olsaydı, mənə müğənni olmağa kömək edərdi. Onu Gülyanaq və Gülyaz bacılarından birinin yanına apardım. Amma dedilər ki, bu insan heç nə bilmir".  (Axşam.az)


Ardını oxu...
  

"Elə insanlar var ki, bizim mədəniyyəti satırlar. O ifaçılar şəxsi həyatlarını danışıb bu yolla özlərini gündəmə gətirdilər. İnsanlarda da bu maraq yaradır".

Bu sözləri müğənni Samir Cavadzadə "Afaqla 10-lar" verilişində deyib. Sənətçi şəxsi həyatı ilə gündəmə gələnləri tənqid edib:

"İnsanlar maraqlanır ki, bu ifaçı bu qədər şəxsi həyatından danışır, girim görüm bu nə oxuyur. Bu cür ifaçılar məşhurlaşır. İndi onları efirlərdən yığıb-yığışdırmaq olmur. Onlar adamın üzünə elə dururlar ki, bir söz belə deyə bilmirsən.

Biz sırf sənətdən, musiqidən danışırıq. Onları tənqid də etsək sırf oxuduğu musiqi janrlarından danışırıq. Amma onlar şəxsiyyətə keçib, təhqir edib, hər şeyi qalmaqala çevirirlər. O ifaçılar bizdən fərqli olaraq sənətdən danışmırlar. Çünki onların sənəti yoxdur. Ona görə də yalnız həyasızlığa salırlar. Bu yollara əl atırlar. Onlar əgər özlərinə bu qədər güvənirdilərsə, indi artıq çox verilişlərə gəlmirlər, artıq naz edirlər. Reklamlarını sırf sosial şəbəkələrdə edərdilər". /Axşam.az

Ardını oxu...
 

“Toyun da şitini çıxardılar. Toyda da monopoliyadır. Görürəm və qulağım eşidir”.

Bu sözləri müğənni Nadir Qafarzadə qonaq olduğu “Gün ortası” verilişində deyib.

Sənətçi son zamanlar toylarda yaranan monopoliyadan şikayətlənib:

“Mənə zəng gəlir, deyir görüşək və ya bank kartımı istəyir beh atmaq üçün. Amma gəlmir. Bilirəm ki, məni “burdu”lar, başqasını saldılar. Son zamanlar bu hallar çox yaşanır. Şadlıq evlərində administratorlar monopoliya yaradıb. Hamıya aid deyil. Kişi kimiləri də var. Amma nakişilər səni elə burur ki, ruhun da incimir”.  (Olay)

 
 
 
Ardını oxu...
  90  07.04.2025 10:37  Şou-biznes A  A 

Müğənni Emma Ələkbərzadə görünüşündə dəyişiklik edib.

Sənətçi saçlarını qısa kəsdirib və onları açıq rəngə boyatdırıb.

Ələkbərzadə yeni görünüşdə fotolarını izləyiciləri ilə bölüşüb.

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

 

Ardını oxu...
  

Məşhur türkiyəli aktyor Cem Yılmaz 16 milyon 300 min izləyicisi olan “X” sosial şəbəkə hesabını bağlayıb.

Bununla bağlı Türkiyə KİV məlumat yayıb.

Bildirilib ki, Cem Yılmaz 2019-cu ildə “Twitter”in qurucusu Cek Dorsi tərəfindən yaradılan və 35 milyondan çox istifadəçisi olan “Bluesky” platformasına keçib.

Buna səbəb “X”in ifadə azadlığı ilə bağlı qərarları olub.

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun həbsindən sonra başlayan və etirazlara dəstək verən bir çox insanın hesablarının bağlanması onların Bluesky platformasına axın etməsinə gətirib çıxarıb.**qafqazinfo.az

Dünyapress TV

Xəbər lenti