Ardını oxu...
"Pünhan mənə qarşı həddini aşmışdı, cavabını da aldı. Dəfələrlə hörmətsizlik edib, dözmüşəm, səbr etmişəm. Açığı, onun əlindən yığmışdım, nə vaxtsa dərsini verməli idim".

Bunu Qaynarinfo-ya açıqlamasında aşıq Mübariz Pünhan Piriyevlə arasında olan qalmaqala aydınlıq gətirərkən deyib.

Aşıq Mübariz bildirib ki, Pünhan Piriyevə dəfələrlə zəng etsə də, müğənni onun telefonunu açmayıb:

"Mənə qarşı hörmətsizlik edirdi. Kamera qarşısında adamı söyüb, sonra qaçıb gizlənmək hünər deyil. Pünhan İllərdir belə davranış sərgiləyir. Nəhayət ki, səbr kasam doldu, verilişdə birdən-birə açıldım, ürək sözlərimi dedim".

Aşıq Mübariz qeyd edib ki, bir qrup yeniyetmə də Pünhan Piriyevə qoşulub:

"Onu görüb haqqımda uşaq-uşaq da fikirlər sayaqlayırdı. Bunun axırı pis qurtaracaqdı. Manaf Ağayev dünən bizi çağırdı və barışdırdı. Mən orada da Pünhana dedim ki, sən sənətə dünən gəlmisən, mən isə 30 ildir sənətdəyəm, toylara gedirəm, hörmətin olsun, qanacağın olsun, sən kimsən ki, mənim yanımda at oynadırsan? Dedim ki, belə hərəkət etmə. Nəinki mən, başqa sənət adamları da var, hamısı səndən yanıqlıdırlar. Səni görməyə gözləri yoxdur, yığışdır bu davranışı. Adam sənətə belə gələr? Sənətə də kişi kimi və mərdliklə gələrlər. Pünhanın sənəti var, amma bir qəpiklik adam deyil. 3 gündür ki, rahatlığım yoxdur, hamı zəng edir ki, bu nə məsələdir".

Aşıq Mübariz müğənni Manaf Ağayevin hadisəyə qarşıması məsələsini belə izah edib:

"Manafla 20 ildir dostam. Zəng etdi ki, Mübariz dur gəl filan ünvana. Mən də getdim, içəri girəndə baxdım ki, Pünhan da ordadır, dala qayıtmağa yeri yox idi. Manaf and verdi ki, uşaqdır, bir səhv edib, bizi barışdırdı. Manaf Ağayev qeyrətli oğlandır, ürəyi təmiz insandır. Allah onu qorusun. Onu da gözü götürməyənlər çoxdur. Elə məni də gözü götürməyənlər az deyil".

Qeyd edək ki, aşıq Mübarizlə müğənni Pünhan Piriyev arasında qalmaqal yaranıb. Pünhan Piriyev sosial səhifə hesabında Aşıq Mübarizi təhqir edib, qarşı tərəf də ona sərt cavab verib.
 

Ardını oxu...
Bir müddət əvvəl ATV, XƏZƏR, ARB və SPACE telekanallarının rəhbərləri Prezident Administrasiyasına dəvət olundular. Onların iştirakı ilə keçirilən iclasda kanallarda yayımlanan bir sıra şou və sosial verilişlərdəki biabırçı vəziyyətlə bağlı ciddi iradlar səsləndirildi.

Ötən gün çıxan qərara əsasən, tədbir kimi bəzi verilişlərin yayım saatı qısaldılıb. Bu isə ciddi etirazlara səbəb olub. Sosial şəbəkələrdə gedən müzakirələrdə bir qrup insan bu tip verilişlərin ümumiyyətlə bağlanmasının tərəfdarı olduqlarını bildiriblər.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan yazıçı, publisist Xeyrəddin Qoca bildirib ki, cəmiyyət verilişlərdən deyil, onların aparıcılarından narazıdır və yayım saatını qısaltmaq məsələyə çözüm yolu deyil:

“Sosial verilişlərin vaxtını qısaltmaq tədbir görmək, tamaşaçıların narazılığına son qoymaq demək deyil! Tamaşaçılar verilişlərdən yox, həmin verilişlərin aparıcılarından narazıdırlar! Çünki onların danışıqları, fikirləri, hərəkətləri, ekspertlərin özlərini müstəntiqlər kimi aparmaları, cəmiyyətdə heç bir yerləri olmadıqları halda, kimlərə isə "yol göstərmələri", efir mədəniyyətinin olmaması hamını boğaza yığıb!

Efirdə nə qədər üzgörənlik etmək olar, nə qədər "qaqqıldamaq" olar, nə qədər özünü "burada mənəm, Bağdadda kor xəlifə" kimi aparmaq olar?

Belə verilişlər Türkiyə kanallarında da nümayiş etdirilir. Mən Didəm Yılmazın verilişlərinə maraqla baxıram. Niyə? Çünki, məntiqli danışır, mənalı danışır, əsaslı danışır, bütün faktları sübuta yetirir. Axırda da nəticəsi olur. Təqsirkarlar ifşa edilir, Türkiyə polisi tərəfindən məsuliyyətə cəlb olunurlar. Bizim efirlərdə isə küçə adamları 70-75 yaşlarında kişi, qadın evlənməyə çıxırlar, şit-şit ağızlarına gələni danışırlar. Biri cavan qız axtarır, biri cavan oğlana meyl salır. Aparıcılar isə "aradüzəldənlik" edirlər! "Bəyə", "gəlinə" "axı, sən onu niyə bəyənmirsən" deyəndə, əsəbləşirəm! Elə bil, bunların qarşısına plan qoyublar ki, mütləq kimləri isə " baş-göz" etsinlər!”

X.Qocanın sözlərinə görə, insanlar efirlərdə hər dəfə eyni simaları görməkdən beziblər:

“Verilişlərin birini bildiyiniz ər-arvad aparırlar. Evdə elədikləri hərəkətləri utanmadan, çəkinmədən efirə gətirirlər. Arvad (bilərəkdən "qadın" demirəm...) qabı yamaq, götürüb hara qoymaqsa istəyir, əri deyir ki, "sən bunu etmə, təzə gəlinsən, əlin inciyər"! Qaqqıltıları da camaatın ətini tökür!

O biri aparıcı tez-tez ailəsini, atasını, anasını nümayiş etdirir, təntənəli günlər keçirir, plov bişirib camaatı başına yığır, evini, villasını, bağını-baxçasını göstərir! Bu görməmişlik deyil, nədir?

Efirə çağrılan müğənnilər aparıcıların şəninə təriflər deməkdən yorulmurlar! Nə var, nə var, guya efirlərdə tanınırlar, toy tuta bilirlər....

Bir neçə gün əvvəl ər-arvad dediyimin arvad hissəsi ərini müdafiə edən fikirlər söyləyib. Sözümüz yox, arvadın ərini müdafiə etməsi təbiidir. Amma görün, nə deyir? Deyir ki, biz nə qədər adama yardım etmişik. Mən soruşuram, hansı pulla? Jurnalistlər aldıqları maaş və qonorarla birtəhər dolanırlar, siz də jurnalistsiniz... Deyir, nə qədər xəstələrə kömək etmişik. Nə yolla? Pul alıb, həkimləri efirə çağıraraq, reklam etməklə? Siz Səhiyyə Nazirliyində yüksək vəzifə tutursunuz?

Bütün belə aparıcılara meydan verənlər onların işlədikləri televiziyalara rəhbərlik edənlərdir! Onlar bunu nəyin müqabilində edirlər, özləri bilirlər!”

O, vurğulayıb ki, hazırda gündəmi zəbt edən aparıcılar telekanallardan uzaqlaşdırılmalıdır:

“Qaldı verilişləri bağlamaq məsələsinə, buna ehtiyac yoxdur. Aparıcılar dəyişilməlidir, tamaşaçıların tələblərinə cavab verməlidirlər!

Eyni "oxuyanlar", eyni ekspertlər hər gün bir neçə verilişdə olmaqla camaatın gözlərini yağır edirlər! Adam tapmırsınız? Bilirəm, tapmırsınız! Abırlı adamlar həmin verilişlərdə iştirak etməkdən boyun qaçırırlar!

Görünən odur ki, televiziyalarımız uzun müddət düzəlməyəcək!

Çox təəssüflər olsun...”
Ardını oxu...
"Toylar kralı” proqramı yenidən efirə qayıdır.

Bu barədə aparıcı Tarix Əliyev açıqlama verib. Veriliş MTV-də yayımlanacaq. Tarix Əliyev verilişin aparıcısının özü olacağını açıqlayıb.

"MTV-də yeni layihə başlayır. Mən heç vaxt bu formatda veriliş aparmamışam, bu dəfə istədim edim. Kamran Həsənli sağ olsun ki, "Toylar kralı”ının adından istifadə etməyə icazə verdi. Bu dəfə SMS səsvermə yox, münsiflər heyəti olacaq. Bəziləri yazıblar ki, bu nə verilişdir? Siz öyrəşmisiniz sosial verilişlərdə qadınları diz çökdürməklərinə, əri olmayan ekspertlərin namusdan qeyrətdən danşmağına, qardaşı arvadını zorlayanları qəhrəman kimi göstərilməyinə, uşaqları ağlatmağa, sponsorlara görə xəstələri həkimlərə yalvartmağa... Ona görə düşünürsünüz ki, bu "Toylar Kralı”dırsa, kasıb müğənnilər heç bir pul ödəmədən efirdə görünəcəksə, bu, biabırçılıqıdr. Amma camaatı efirdə ağlatmaq biabırçılıq deyil”.

Metbuat.az
Ardını oxu...
ATV kanalının rəhbərliyi Zaur Baxşəliyevin verilişi ilə bağlı qərar qəbul edib.

Zaur Baxşəliyevin aparıcısı olduğu "Bizimləsən" verilişinin vaxtı qısaldılıb.

Zaur Baxşəliyevin canlı yayımda bildirdiyinə görə, veriliş sabahdan etibarən 16:30 da efirə çıxacaq.

Veriliş 19:00-dək efirdə olacaq.

 
 
 
Ardını oxu...
Son günlər yeni tərzi, görünüşündəki dəyişiklikləri və layihələri ilə diqqət çəkən Roza Zərgərli OLAY-la həmsöhbət olub.

Əvvəlcə zahiri görkəmindən söz açan Zərgərli bunları söyləyib:

“Heç nə dəyişməyib. Hər şey eyni formadadır. Əməliyyat etdirməmişəm. Sadəcə çəki atmışam. Bir də yeni komanda ilə çalışıram. Geyimimdən tutmuş, layihələrə qədər fərqli üslubda işləyirik. Qarşıda maraqlı işlərimiz var”.

Söhbət Zərgərlinin açıqlamalarının gündəmə bomba kimi düşməsinə gəlincə, bunları deyib:

“Özümü tanıyandan nə demişəmsə, gündəm olub. Məncə, haqlı söz həmişə gündəm olmalıdır. Ümumiyyətlə nəsə bir fikrə, cümləyə münasibət bildirirəmsə, bu, gündəm olursa, deməli, düz yoldayam”.

Roza həmçinin bir müddət öncə haqqında qalmaqallı açıqlama verdiyi gənc müğənni Hissdən danışıb. Hissin onunla eyni tədbirdə səhnəyə çıxmaq istəmədiyini iddia edən müğənni məsələni aydınlaşdırdıqlarını söyləyib:

“Hiss yaxınlaşdı, etiraf etdi, anladı, başa düşdü, böyüyü olaraq mənə üzrxahlıq etdi. Hər şey əladır. Küsməmişdik. Sadəcə bir cümləyə irad bildirdim. O da geri dönüş vermədi. Real həyatda təsadüfən görüşdük, dedi ki, Roza xanım səhv başa düşmüsünüz, fikrimi düzgün izah edə bilməmişəm, mənim böyüklərimə qarşı hər zaman hörmətim var. O da kiçik olmasına baxmayaraq, böyüklük etdi, halal olsun”.

Sənətçi sonda Xalq artisti Flora Kərimova ilə Əməkdar artist Elza Seyidcahanın qısa zamanda qalmaqal yaşayıb, sonra barışmasına maraqlı reaksiya verib:

“Elza ilə hamı küsür, barışır. O, rahatdır”.

Həmin görüntüləri təqdim edirik:

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
“Goldin Auctions” hərrac evi pop müğənnisi Britni Spirsin qarderobundan ikonik əşyanı 25 min dollara satmağa çalışacaq.

Redaktor.az xəbər verir ki, bu haqda “Page Six” nəşri yazıb.

Söhbət uzun kulonlarla bəzədilmiş gümüşü rəngli geyimdən gedir. Müğənninin bu paltarı 2012-ci ildə “X Factor” televiziya şousunda geyindiyi məlum olub.

Qeyd olunur ki, geyimin qiyməti 500 dollardan başlayır. Bununla belə, kolleksiyaçı Karlo De Santis jurnalistlərlə söhbətində bildirib ki, onun dəyəri 20 min dollardan 25 min dollara qədər dəyişə bilər.
 
Ardını oxu...
“Elə küsülülük var ki, onu ancaq qanla sonlandırmaq olar”.
Bu fikirləri müğənni Manaf Ağayev “7 Tamam” verilişində səsləndirib. Müğənninin bu sözləri verilişin aparıcısı olan Nanə Ağamalıyevanı təəccübləndirib.
Manaf Ağayev qeyd edib ki, dərindən küsdüyü heç kəs yoxdur:
“Barışdığım adam olmadı. Küsülü olduğum elə dərin adam da yoxdur. İnciklik olanlar var, o da ki, inşallah gələn bayramda barışarıq. İnciklik olur, amma dərin olan yoxdur. Allah uzaq eləsin, elə küsülülük var ki, ancaq qanla barışa bilərsən. Şükür Allaha ki, elə bir küsülülük yoxdur”.

 
Ardını oxu...
Çirkli pulların yuyulması və vergidən yayınma cinayətlərinə görə həbs olunan məşhur türkiyəli fenomen Dilan Polatın əri Engin Polatın həbsxanadan ilk fotosu yayılıb.

Görüş zamanı çəkilən fotoşəkil qısa zamanda sosial şəbəkələrdə geniş müzakirə olunub. Engini “Qalatasaray” klubunun argentinalı ulduz forvardı Mauro İkardiyə bənzədiblər.

Fotonun altında “İçəridə yaxşı baxırlar. Görün saç və saqqalı necə baxımlıdır”, “Adam Mauro İkardi olub”, “Özünə yaxşı baxır”, “Adam İkardiyə çevrilib”, “İkardi Vanda ilə danışır” kimi şərhlər yazılıb.

Xatırladaq ki, sosial media fenomeni Dilan Polat və əri Engin Polat ötən ilin noyabrın əvvəlində çirkli pulların yuyulması və vergidən yayınma ittihamları ilə həbs ediliblər.
Ardını oxu...
Ardını oxu...
Mənbə: sondakika.com
 
Ardını oxu...
Müğənni Ayaz Babayev də terror aktı törədilən “Crocus City Hall”da olub.

Oxu.Az xəbər ki, bu barədə o, “Instagram” hesabında məlumat yayıb. Müğənni hazırda yaxşı olduğunu bildirib:

“Hamı narahatdır. Çox şükür bizdə salamatlıqdı. Həqiqətən pis hadisə idi. Panikanı izah edə bilmərəm. Hamımızı çölə çıxardılar. Bizim maşınımız orada qalmışdı. Yenidən ora qayıtmalı olduq. Hamıya bir-bir yaza bilmirəm. Həyatımın şokunu yaşadım”.

Bundan əlavə, Ayaz Xalq artisti Röya Ayxanla hadisədən bir qədər əvvəl çəkilən fotosunu paylaşıb və “Çox şükür hər saniyəmizə. Böyük keçmiş olsun”, - deyə bildirib.

Həmin görüntüləri təqdim edirik:
 
 
Ardını oxu...
Xalq artisti Röya Moskvada baş verən dəhşətli hücum anından danışıb.

O bildirib ki, səhnəyə çıxmağa hazırlaşdığı an ona basqın barədə məlumat veriblər:

“İçəri girib dedilər ki, çölə çıxmayın və basqın səbəbindən ölənlər var. Elə bildim mənimlə zarafat edirlər. Hər yer qaranlıq idi, taksi tapmaq olmurdu. İnşallah sağ-salamat ölkəmizə qayıdarıq. Mən silah səsləri eşitmədim. 15-20 dəqiqə ərzində bizi təxliyə etdilər. Yollar bağlı olduğundan bir az gözlədik. Müğənni Ceyhun Zeynalov “Cin” yanımda idi, səhnəyə bir çıxmalı idik”.

Ətraflı Baku TV-nin süjetində:

 
 
 

Dünyapress TV

Xəbər lenti