Ardını oxu...
Müğənni Şəbnəm Tovuzlu “Rəngarəng” verilişinin qonağı olub.

Söhbət əsnasında sənətçinin çoxsaylı mənzillərinin olduğu üzə çıxıb.

Belə ki, Tovuzlu Bakıda 10, Rusiyanın paytaxtı Moskvada isə 2 evinin olduğunu dolayısı yolla etiraf edib.

Marağa və müzakirələrə səbəb olan həmin açıqlamanı təqdim edirik.

 
 
 
Ardını oxu...
Martın 19-da Xəzər Universitetində Novruz bayramı münasibətilə keçirilən tədbirdə çəkilən görüntülər sosial şəbəkələrdə gündəm olub.

Globalinfo.az xəbər verir ki, tələbələrin müğənni Kəmalə Günəşlinin ifa etdiyi mahnıya rəqs etmələri birmənalı qarşılanmayıb.

Bir çoxları bu cür bayağı nümunənin ali təhsil ocağına yaraşmadığını, universitetlərdə belə mahnıların təbliğinin yanlış olduğunu bildirib.

Adətən, tələbələr Kəmalə Günəşlinin mahnısına oynayanda çox tənqid edilir, həm də buna universitet şərait yaratmamalıdı deyilir. Başqa bir qrup da bildirir ki, toylarda da həmin ifa səslənir, normal haldır. Tələbələri buna görə qınamaq olarmı?

Globalinfo.az-a baş verənlərlə bağlı Xəzər Universiteti ilə əlaqə saxlayıb.

Sualımızı cavablandıran Xəzər Universitetinin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Əlövsət Əmirbəyli görüntülərin bu cür təqdim olunmasını onlara qarşı xoşagəlməz siyasət adlandırıb.

Onun sözlərinə görə, şənlikdə onlarla xalq musiqisi ifa olunub:

“Həmin görüntüləri “Azərbaycan Universitetləri” səhifəsi yayıb. Nəzərinizə çatdırım ki, orda aşıq musiqiləri, xalq mahnıları səsləndirilib, Aşıq Ramin özü də orda olub, aşıq havasını sazda canlı ifa edib. Niyə bunlar yox, məhz Kəmalə Günəşliyə aid olan hissə yayılıb?! O tədbirdə təklif olunan mahnıları siyahıdan çıxarmışdıq. İfa olunan mahnı da rəsmi hissədən sonra olub. Lap tələbələr orada rəqs ediblər, bu, pis əməldir bəyəm? Xuliqanlıq etməyiblər, kiməsə sataşmayıblar”.

Ə.Əmirbəyli bu cür mahnıların yayılmasında televiziyaları günahlandırıb:

“O mahnıları Azərbaycanın bütün televiziyalarında səsləndirirlər. Bəs onlara niyə irad bildirən yoxdur?! Əslində, gənclərin bu cür mahnıları dinləməsinin əsas səbəbkarı məhz televiziyalardır! Bizi belə tanıtmaq yanlış siyasətdir. Necə olur, şəhid tələbəmizin xanımına diplom təqdim edirik, onu yayan olmur, amma tələbələrin rəqsini dərhal yayırlar?! Adamın musiqisi trend olub, qarşısını almağımız mümkün deyil.

Cəmiyyətə də bir söz deyə bilmərik. Camaat tənqid etdiyimiz mahnılara toyda rəqs edir. O haqda da yazsınlar da. Hər kəs rəqs edəndə yaxşıdır, tələbə rəqs edəndə dəhşətli hadisə baş verir?! Xəzər Universiteti yeganə universitetdir ki, kamera orkestri var və Azərbaycanın musiqi sənətinin ən gözəl incilərini səsləndirirlər. Gəlsin, həmin səhifə bunu da yaysın!”.
 
Ardını oxu...
Reper Kanye Uest keçmiş arvadı Kim Kardaşyan ilə mübahisəsi fonunda Kardaşyanlar ailəsini uşaq alverində ittiham edib.

Oxu.Az xəbər verir ki, o, "X" sosial şəbəkə hesabında Kardaşyanların seks işçiləri olduqlarını yazıb:

"Onlar dünyaya gətirdikləri bütün qaradərili uşaqların alveri ilə məşğuldurlar".

Bildirilir ki, reperin 11 yaşlı qızı Nortun musiqili klipdə çəkilməsi onun Kardaşyanları tənqid etməsinə səbəb olub.

K.Uest hesab edib ki, qızı klipdə həddən artıq açıq-saçıq geyindirilib.
 
Ardını oxu...
Aşıq Zülfiyyə İbadova ikinci dəfə nənə olacaq.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Qonaqcanlı" verilişininin aparıcısı Aytəkin Mərdanova məlumat verib.

Zülfiyyənin oğlu Babəkin onunla bölüşdüyü xəbəri, müğənni özü də təsdiqləyib:

"Mən Babəkin kəndirində oynaya bilmirəm. Onun doğrusu ilə yanlışını tuta bilmirəm. Mənə də elə deyib. Nəvəm Renat da, mən də çox sevindik. Uşaq sevindiyindən məni qucaqlayıb öpdü" deyə o bildirib.
 
Ardını oxu...
Meyxanaçı Namiq Qaraçuxurlu "Xəzər axşamı" verilişində qonaq olub.

TEREF Axşam.az-a istinadən xəbər verir ki, proqramda sənətçinin Qaraçuxur qəsəbəsində böyüdüyü məhəllə nümayiş olunub. Namiq orada yaşadıqları mənzili imkansızlıqdan satdıqlarını bildirib:

"Ağ maşının sol tərəfindəki 1-ci mərtəbədə olan ev bizim idi. Mən orada böyümüşəm. Doğulduğum ev isə bir az qarşı tərəfdədir. O isə həyət evi idi. Sonra buradakı mənzilə köçmüşdük. O evi imkansızlıqdan satdıq. Həyət aldıq, oranı da tikə bilmədik. Ümumiyyətlə Qaraçuxurda çox yerdə qalmışam. İnanın ki, mən ora gedib çıxa bilmirəm. Allaha and olsun ki, ən arzuladığım şeydir ki, gedib orada dayanım. O blokda biz günlərlə, saatlarla dayanmışıq. Amma vallah, getməyə vaxtım olmur".

Ardını oxu...
 

Tanınmış aparıcı Zaur Nəbioğlu təqdim etdiyi "Rəngarəng" verilişində qonaqları pərt edib.

Milli.Az xəbər verir ki, aparıcı əvvəlcə studiyada əyləşən müğənnilər, Yeganə Mürsəlova, Zakir Əliyev, Əbdül Xalid, Eldar Ələkbərova Üzeyir Mehtizadə ilə bağlı sual ünvanlayıb. Zaur Nəbioğlu ilk başda Aşıq Zülfiyyənin Üzeyir Mehtizadəyə sənətkar deməsi ilə razılaşmadığını bildirib və qonaqlara "siz bu barədə nə düşünürsünüz?" - deyib.

Qonaqlar Üzeyir Mehtizadənin sənətkar olduğu ilə razılaşmadıqlarını dilə gətiriblər. Hətta Eldar Ələkbərov qeyd edib ki, Üzeyirin oxuduğu ifalardan heç nə anlamır.

Məşhurların fikrini alan aparıcı sonda belə bir çıxıb edib:

"İndi mən sizə hərfi mənaya görə kimin sənətkar olduğunu deyəcəyəm. Görək kim sənətkardır, kim deyil. Sənətkar düşünən, ideya verib bir şeyi yaradan deməkdir. Özü ilə bərabər kimisə arxasınca gətirən, öyrədəndir. Bu cümləyə əsasən, Üzeyir yeni stil, "Üzeyir yolu" yaradıb, çoxlu davamçıları var, pianinoda ifa edir, Azərbaycanda çoxlarının bilmədiyi səs texnikalarını mükəmməl bilir, bundan dərs də deyər. Adamın studiyası belə var. Bu izaha görə Ü.Mehtizadə sənətkardır".

Z. Nəbioğlu bildirib ki, ona "sənətkar" sözünün əsl mənasının nə olduğunu izah edən cümləni sənətkar dostlarından biri ünvanlayıb.

Ardını oxu...


Müğənni Xatirə İslam həmkarı Sevil və Sevinc Səfərova bacıları haqda açıqlaması ilə gündəmə gəlib.

Gundeminfo.az xəbər verir ki, sənətçi "Afaqla onlar" verilişində bunları deyib:

"Sevil Sevincdən xoşum gəlir. Böyük oğlum olsaydı, onları almazdım. Onlar qısa geyinirlər. İstəyirəm, gəlinim evdə otursun, qəşəng yemək bişirsin, çay dəmləsin. Yeyim, bir az kökəlim. Əkizlər o qədər gözəldilər, həmişə göz önündədirlər. Qısqanc adamam".

Xatirə bir müddət əvvəl verdiyi "Böyük oğlum olsaydı, Aygün Bayramovanı alardım" açıqlaması haqda suala "Kimi demişəm? Xatırlamıram. Aygün Bayramova? Doğrudan? Yox, o yemək bişirən adama oxşamır, acından ölərdim. Sağ olsun. Yaxşı muğamlar oxusun" cavabını verib./Axşam.az
Ardını oxu...
Türkiyənin tanınmış sənətçilərindən olan rəqqasə Tanyeli 2,5 ildir mübarizə apardığı xərçəng xəstəliyinə təslim olub.

Oxu.Az Türkiyə mediasına istinadən xəbər verir ki, o, müalicə aldığı xəstəxanada həyatını itirib.

54 yaşlı məşhurun dəfn mərasimi ilə bağlı detalların ailəsi tərəfindən paylaşılması gözlənilir.

Pərəstişkarları sosial mediada kədərlərini ifadə edərək sənətçiyə çox sayda vida mesajları yazırlar.
Ardını oxu...
Əməkdar artist Nigar Şabanova sosial şəbəkələrdə gündəm olub.

Xanəndənin "Tarixin bir günü" verilişindəki rəqsi müzakirə yaradıb.

Belə ki, kimisi N. Şabanovanın oriental rəqsini tənqid etsə də, bəziləri onun oynamağında qəbahət görməyib. / Bizimedia

 
 
 
Ardını oxu...
Rəqsanə İsmayılova bu dəfə xeyriyyəçilik fəaliyyəti və sərt çıxışları ilə deyil, alış-veriş edərkən görüntülənməsi ilə diqqət mərkəzinə düşüb. Sənətçi supermarketlər şəbəkəsinin birində evinə bazarlıq edərkən diqqətləri öz üzərinə çəkib.

Qlobal.net bildirir ki, sosial şəbəkələrdə yayılan video izləyicilər arasında maraqlı müzakirələrə səbəb olub. Şərh bölməsində "Tut ucundan çıx göyə", "Restoran işlədirlər ona görə" və "Qazanıb alıb" kimi fərqli fikirlər səsləndirilib.

Qeyd edək ki, Rəqsanə İsmayılova tez-tez xeyriyyə aksiyaları ilə gündəmə gəlsə də, bəzən sərt açıqlamaları ilə də sosial mediada geniş müzakirələrə səbəb olur. Bu dəfə isə onun sadəcə bazarlıq etməsi belə izləyicilərin marağına səbəb olub. (show_clab)

 

Dünyapress TV

Xəbər lenti