Kəmalə Günəşli universiteti bir-birinə qatdı – Xəzərdən sərt cavab
Martın 19-da Xəzər Universitetində Novruz bayramı münasibətilə keçirilən tədbirdə çəkilən görüntülər sosial şəbəkələrdə gündəm olub.

Globalinfo.az xəbər verir ki, tələbələrin müğənni Kəmalə Günəşlinin ifa etdiyi mahnıya rəqs etmələri birmənalı qarşılanmayıb.

Bir çoxları bu cür bayağı nümunənin ali təhsil ocağına yaraşmadığını, universitetlərdə belə mahnıların təbliğinin yanlış olduğunu bildirib.

Adətən, tələbələr Kəmalə Günəşlinin mahnısına oynayanda çox tənqid edilir, həm də buna universitet şərait yaratmamalıdı deyilir. Başqa bir qrup da bildirir ki, toylarda da həmin ifa səslənir, normal haldır. Tələbələri buna görə qınamaq olarmı?

Globalinfo.az-a baş verənlərlə bağlı Xəzər Universiteti ilə əlaqə saxlayıb.

Sualımızı cavablandıran Xəzər Universitetinin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Əlövsət Əmirbəyli görüntülərin bu cür təqdim olunmasını onlara qarşı xoşagəlməz siyasət adlandırıb.

Onun sözlərinə görə, şənlikdə onlarla xalq musiqisi ifa olunub:

“Həmin görüntüləri “Azərbaycan Universitetləri” səhifəsi yayıb. Nəzərinizə çatdırım ki, orda aşıq musiqiləri, xalq mahnıları səsləndirilib, Aşıq Ramin özü də orda olub, aşıq havasını sazda canlı ifa edib. Niyə bunlar yox, məhz Kəmalə Günəşliyə aid olan hissə yayılıb?! O tədbirdə təklif olunan mahnıları siyahıdan çıxarmışdıq. İfa olunan mahnı da rəsmi hissədən sonra olub. Lap tələbələr orada rəqs ediblər, bu, pis əməldir bəyəm? Xuliqanlıq etməyiblər, kiməsə sataşmayıblar”.

Ə.Əmirbəyli bu cür mahnıların yayılmasında televiziyaları günahlandırıb:

“O mahnıları Azərbaycanın bütün televiziyalarında səsləndirirlər. Bəs onlara niyə irad bildirən yoxdur?! Əslində, gənclərin bu cür mahnıları dinləməsinin əsas səbəbkarı məhz televiziyalardır! Bizi belə tanıtmaq yanlış siyasətdir. Necə olur, şəhid tələbəmizin xanımına diplom təqdim edirik, onu yayan olmur, amma tələbələrin rəqsini dərhal yayırlar?! Adamın musiqisi trend olub, qarşısını almağımız mümkün deyil.

Cəmiyyətə də bir söz deyə bilmərik. Camaat tənqid etdiyimiz mahnılara toyda rəqs edir. O haqda da yazsınlar da. Hər kəs rəqs edəndə yaxşıdır, tələbə rəqs edəndə dəhşətli hadisə baş verir?! Xəzər Universiteti yeganə universitetdir ki, kamera orkestri var və Azərbaycanın musiqi sənətinin ən gözəl incilərini səsləndirirlər. Gəlsin, həmin səhifə bunu da yaysın!”.
 

Bölmənin digər xəbərləri

30 Aprel 2025 Elnarədən tənqidlərə cavab: “Kimin məzarında çəkilməlidir?
30 Aprel 2025 Emin Ağalarovla Eyyub Yaqubov bir arada - FOTO
30 Aprel 2025 Nazilə Səfərlinin bir ayağı üç santimetr qısalıb: - “Dərdlərimi danışmıram, buna görə də çoxları mənə “aqressiv” deyir”
29 Aprel 2025 Xatun boşanmasından DANIŞDI - VİDEO
28 Aprel 2025 "Onu efirə çağıranın başı işləsəydi..." - Xalq artisti aparıcını aşağıladı- VİDEO
28 Aprel 2025 Aysun qızı ilə videosunu paylaşdı
28 Aprel 2025 Xatirənin toy geyimi başına "bəla oldu" - VİDEO
28 Aprel 2025 Azərbaycanlı müğənni ailəvi məkanda BİABIRÇI geyimdə səhnəyə çıxdı - VİDEO
26 Aprel 2025 İbrahim Borçalı toy qiymətini AÇIQLADI
26 Aprel 2025 Konsert zamanı gödəkçəsi yandı- Video
26 Aprel 2025 "Mənim ayağımda olan hörmət çoxunun başında yoxdur
25 Aprel 2025 “Kişinin cibinə pul qoyarlar” - VİDEO
25 Aprel 2025 “Mən qadın kimi xoşbəxt ola bilmədim” - Məleykə Əsədova
25 Aprel 2025 Rəşad Dağlıya görə “Space TV”yə xəbərdarlıq edildi
24 Aprel 2025 Şəbnəmin onu qucaqlamaq istəyən kişiyə reaksiyası TƏNQİD EDİLDİ - VİDEO
24 Aprel 2025 Həkimlər Əli Mirəliyevə vaxt qoydu
23 Aprel 2025 Kamil atasından imtina etdi: onun soyadı və adının yerinə də...
23 Aprel 2025 Vəfanın ifasını eşidib özündən çıxdı - VİDEO
23 Aprel 2025 Meyxanaçıları "keyxanaçılar" adlandırdı
23 Aprel 2025 “Pişik Günel”dən atası haqda: “Məni oğurlamaq istəyirdi” - VİDEO

Dünyapress TV

Xəbər lenti