Ardını oxu...
  

Aktrisa Ülviyyə Xalinbəyovanın başına maraqlı hadisə gəlib.

Bu barədə Ülviyyə instaqramda məlumat yayıb.

Belə ki, o, ad çəkmədən bir şəxsin evinə gələrək ora qara, köhnə qəpik qoyduğunu yazıb:

“İllərdir şizofren əlində qalmışam. Qapımın ağzına qədər gəlib, xalçanı qaldırıb bunu qoymusan. Yaman əziyyət olub. Bu dəfə yağ gətirməyi unutmusan, ya necə?”   (olay)

Ardını oxu...

 
 
 

 

Ardını oxu...
  

Erməniəsilli müğənni Aleksey Çumakov aprelin 20-də paytaxtda konsert verməyə hazırlaşır.

Musavat.com bildirir ki, bilet qiymətləri sadə vətəndaşlar üçün əlçatmazdır – 49 manatdan başlayaraq 599 manata qədər yüksəlir.

Xatırladaq ki, Aleksey Çumakov 1981-ci ildə Özbəkistanın Səmərqənd şəhərində doğulub. Müsahibələrində dəfələrlə atasının bolqar, anasının isə Qarabağ ermənisi olduğunu bildirib. O, hər zaman erməni kimliyini vurğulamaqdan çəkinmir, mədəniyyətini, mətbəxini təbliğ edir.

 

 
 
 
 
 

 

Sosial media hesablarında və müsahibələrində erməni mətbəxindən, mədəniyyətindən danışan Çumakov son paylaşdığı videoda da ermənilərin kababı necə yeməsindən söz açıb. Erməni izləyiciləri isə "bizim yaraşıqlı erməni oğlan" deyə şərhlər yazıblar.

 

 
 
 
 
 

 

Beləliklə, Çumakov vaxtaşırı erməni mədəniyyətini ön plana çəkir, erməni irsini təbliğ edir.

İndi isə sual yaranır: Erməni kimliyini açıq-aşkar vurğulayan bu müğənni Bakıda necə qarşılanacaq?

Xalidə Gəray
Musavat.com

Ardını oxu...
 
 
Ardını oxu...
  

"2010-cu ildə qərar verdim ki, toya getməyəcəyəm, filan işləri görməyəcəyəm. Öz ruhuma, varlığıma xoş olmayan, amma maddi cəhəddən yaxşı olan işlərdən imtina etdim".

Bu sözləri aktyor Elməddin Cəfərov "efirdən kənar" verilişində deyib.

Aktyor həyatında dönüş nöqtəsi yaradan qərarlarından danışıb:

"Düşündüm ki, qoy, kirayədə qalım ödəyə bilməyim, amma sevmədiyim şeyləri etməyəcəyəm. 2 il elə də oldu. Ondan sonra çox əziyyətlər çəkdim, amma işimə çox fokuslandım. Feysbuk, odnoklassnik, vatsapı sildim, sosialdan, toylardan, kütlə olan yerlərdən tam imtina etdim. 3 il dayanmadan işlədim. Nəticəsini də gördüm. Azərbaycandakı ən uzun ömürlü və dövlətin dəstəyi ilə 5 serial çəkildi. 5-də yalnız öz hesabıma ekranlaşdırıldı. Başda çox iradlar oldu. Dedilər ki, "Yaprak dökümü", "Aşk-ı memnu"nu qoyub bunları izləyəcəyik?" Hətta bunu aktyorlar da deyirdi. Amma ölkədə sistem inkişaf etdi. İndi də o aktyorlar, işçi heyəti evinə pul aparır". 

Elməddin pandemiya dövründə bizneslərinin çökdüyünü açıqlayıb:

"Pul qazanmaq etabı 2020-ci ilə qədər oldu. Çok film təklifləri olurdu, verilişlər edirdik. Pandemiyada isə televiziya, kino dayandı. Bizneslərimin də hamısı batdı. Depressiyaya düşmədim, amma anlıq yaşadığım streslər oldu. Çünki madiyyətin köləsi olmamışam. Heç vaxt pula işləmirdim, gələn qazancı saymırdım. Sonra yenidən hər şeyi bərpa edə bilmədim. Lakin yeni işlərim var".//Axşam.az


Ardını oxu...
  

Türkiyəli müğənni İrem Dericinin səhhətində problem yaşanıb. 

Buna səbəb ifaçının sıx iş qrafiki olub. 

Belə ki, o, ard-arda verdiyi konsertlərin tempinə dözmədiyi üçün başgicəllənmə halları ilə üzləşib. 

Müğənni xəstəxanaya yerləşdirildikdən sonra vəziyyətinin yaxşı olduğu bildirilib.  (Qafqazinfo)

 
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
 

Əməkdar artist Nüşabə Ələsgərli Novruz tətilində Belçikada yaşayan qızı Nigarın ailəsi ilə birgə Bakıya gəldiyini bildirib.

Bu haqda sənətçi qonaq olduğu "Qonaqcanlı" verilişində danışıb.

"Qızım Nigar, onun həyat yoldaşı Gino, nəvəm hətta oğlum da Bakıya gəlmişdi. Qızım ailəsi ilə 25 gün Bakıda qaldılar. Amma oğlum hələki yanımdadır. Nəvəmi sığallamaq nədir... Uşaqların xüsusi qoxusu olur. Nəvəmin üzünü, boynunu iyləyirdim. Elə bilirdim ki, dünya mənimdir. Nəvəm elə bil ki, balaca mələkdir. O, evimizin mələyidir. Onun üçün çox darıxıram. Nəvəmin bir neçə paltarını özümdə saxlamışam. Arada bir onları iyləyirəm", - deyə Nüşabə vurğulayıb.

Proqramın aparıcısının "Oğlunuzu niyə evləndirmisiniz? Avropalı gəlin istəyərsiniz?" sualına Ələsgərlinin cavabı belə olub:

"Oğlum martın sonu Avropaya qayıdacaq. Oğlumu evləndirmək, bu könül məsələsidir. Gərək o özü sevsin sonra da ailə qursun. Gərək özü istəsin. Avropalı gəlin olacaqsa olsun. Mən nə deyə bilərəm ki... Normal qarşılayacağam. Əsas odur ki, gənclər bir-birini sevsin, dəyər versinlər, yola getsinlər, mehriban ovə xoşbəxt olsunlar. İstəmərəm ki, oğlum bəzi xalqın nümayəndəsi ilə ailə qursun. O xalqın adını çəkmək istəmirəm. Amma Avropanın bəzi xalqları var ki, ailə dəyərləri məsələsində bizdən də yaxşıdır".

Qeyd edək ki, N.Ələsgərlinin qızı Nigar 2019-cu ilin dekabrında Gino adlı Türkiyə vətəndaşı ilə nişanlanıb, 2020-ci ildə isə ailə qurublar. Nigar Diasporla İş üzrə Dövlət Komitəsində çalışıb. (olay) 

Ardını oxu...

 
 
 

Ardını oxu...
  

Aktrisa Pərvin Abıyeva villasını nümayiş etdirib.

Milli.Az xəbər verir ki, sənətçi görüntüləri instaqram hesabında paylaşıb.

O, villasının həyətindən çəkdiyi videoya "Bayramınız mübarək" şərhini yazıb.

 
 
 
Ardını oxu...
Türkiyənin reytinqli “Yalı Çapkın” serialının aktrisası Beril Pozam da İstanbuı bələdiyyə başqanı Əkrəm İmamoğluna dəstək verib. Tribunainfo.az yazır ki, bu haqda sosial mediada paylaşım edən aktrisa ədalətin bir gün zəfər çalacağını bildirib. Onun İnstaqram səhifəsində 3 milyon izləyicisi var.
 
Ardını oxu...
Məşhur aktyor və rejissor Ben Afflek Cennifer Lopezdən boşanması ilə bağlı ilk dəfə açıqlama verib.

Tribunainfo.az “Posta”ya istinadən xəbər verir ki, aktyor GQ jurnalına müsahibəsində Lopezlə fərqli temperamentləri olduğunu və bunun onların ayrılıqlarına səbəb olduğunu bildirib.

Afflek şəxsi həyatını ictimaiyyətin diqqətindən kənarda saxlamaq istəyinin bəzən Lopezin daha açıq və paylaşmağa meyilli yanaşması ilə ziddiyyət təşkil etdiyini, bunun isə əlaqələrin dinamikasında mühüm rol oynadığını bildirib. Bununla belə, o, ayrılığın heç bir mübahisə və ya sensasiyalı hadisə ilə bağlı olmadığını xüsusi vurğulayıb.

Xatırladaq ki, cütlük 2022-ci ildə evlənib, boşanmaları isə rəsmi olaraq ötən ay yekunlaşıb.

Onlar nikah zamanı əldə etdikləri ortaq əmlak və gəlirlə bağlı beşaylıq danışıqlardan sonra razılığa gəliblər. Cütlük birlikdə aldıqları 60 milyon dollarlıq Beverli Hills malikanəsində də razılığa gəliblər.
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Əməkdar artist Könül Kərimova açıqlaması ilə diqqət çəkib.

“Rəngarəng” verilişində qonaq olan sənətçi özünü hansı yaşda hiss etdiyini açıqlayıb.

“İstənilən xanım özünü təravətli saxlaya bilər. İstəsəm, özümə baxmayıb, 70 yaş kimi görünə bilərəm. Bəzən yaşıdlarımı görürəm ki, baxımsızdırlar, deyirəm özünüzü niyə bu günə qoymusunuz?

Efir adamı xüsusi ilə bu məsələdə diqqətli olmalıdır. Özümü daxilən 30 yaşlarda hiss edirəm”.

 

Dünyapress TV

Xəbər lenti