Ardını oxu...
Meyxanaçı Namiq Qaraçuxurlu mərhum həmkarı Nizami Rəmziyə həsr edilən “O üz” verilişinə gəlməkdən imtina edib.

Tribunainfo.az xəbər verir ki, bu haqda proqrama gələn N.Rəmzinin qızı Heyran Baxşıyeva deyib. O, N.Qaraçuxurlunun ünvanına sərt sözlər deyib:

“Namiq Nizami haqda nə bilirdi nə danışsın? O, məktəbə gedəndə Nizami Rəmzi konsert verirdi, efirdə çıxış edirdi. Namiq Qaraçuxurlu, Pərviz Bülbülələr efir vasitəsiylə özünü tanıdıblar. Nizami xalqın içində tanınıb, efirə çağrılıb. Namiq konsert verəndə, insanlar gəlsin deyə, Nizaminin “Nəcibə” mahnısını oxudu, onunla özünü reklam etdi. O vaxt ona Nizami lazım idi. İndi Bakıda ola-ola Moskvadayam deyir. Meyxananın şahına həsr olunan verilişə gəlmirsən. Cürətə bax ki, Pərviz Nizami Rəmzinin “Aşıqla canan” mahnısının sözlərini dəyişib, deyir mənimdir. Sənin bildiyin nədir ki, sən söz yazırsan. Nizami Rəmzi meyxana üzərindəki “avara” ifadəsini silib atdı. Nizami Rəmzinin çörəyini yeyirlər. İndi də Namiq deyir, Moskvadayam”.

 
Ardını oxu...
“Mən “Torba” tikməyi Sərxan Kərəmoğludan öyrənmişəm…”.

Atv telekanalında yayımlanan “Rəngarəng” verilişində maraqlı anlar yaşanıb.

Milli.Az bildirir ki, canlı efirin qonaqlarından olan aktyor Sərxan Kərəmoğlu gözlənilməz halla qarşılaşıb.

Belə ki, proqramın aparıcısı Zaur Nəbioğlu qonağa gözlənilmədən “torba tikməyi” ondan öyrəndiyini deyib.

Eşitdiyindən təəccüblənən Sərxan özünəməxsus şəkildə cavab verib

Həmin görüntünü təqdim edirik:

 
Ardını oxu....
Müğənni Murad Arif “Mən müsəlman deyiləm” açıqlamasından sonra tənqid olunması ilə bağlı açıqlama yayıb.

Hurriyyet.Az bildirir ki, O, bu sözləri öz şəxsi instaqram hesabında paylaşıb.

İfaçı ona “iblis” deyənlərə belə cavab verib:

Mənə ateist, şeytan, iblis, kafir deyənlər,

Siz heç bilirsinizmi, mənim Allaha, Yaradana, Uca Tanrıya sevgim nə qədərdir?!

Siz əminsiniz ki, məndən yaxşı insansınız və məndən çox xeyirxahsınız? Mən məgər sizin inancınıza qarışırammı? Mən məgər sizə ağıl öyrədib, yol göstərirəmmi? Mən məgər sizi qınadımmı? Niyə kimsənin azad düşüncəsinə bu qədər dözümsüzsünüz? Söhbət açılıbsa, birdəfəlik söyləyirəm, bilin!

Allaha inanıram və onu sevirəm.

Sadəcə olaraq mən bu inancı, bu sevgini heç bir dində və heç bir qeyri dildə ifadə etmirəm. Namaz qılmır, oruc tutmur, müqəddəs kitablardan dualar, cümlələr əzbərləmirəm.

Lakin, gecə gündüz Onunla danışır, Onu hiss edir, Ona hesabat verirəm… Bunun, bu həyat tərzinin nə Xristianlıq, nə İslam, nə Buddizm nə də Iudaizmə aidiyyatı yox.

Bu yalnız mənim və Allahın arasında olan bağ, sevgi və ünsiyyətdir.

Özünüzü suçsuz, günahsız və qüsursuz deyilsinizsə, susun və qınamayın”.
 
Ardını oxu...
“Qardaşım mənə ata əvəzi olmalıdır. Eləcə də mən ona. Mən qardaşlarımın şərəf və ləyaqətinə toxunan heç nəyə imkan vermərəm. Onlara sosial şəbəkələrdə adi bir şərh yazılanda belə, özümü irəli atıram, qardaşlarıma görə nələrə razıyam, hazıram - bir Allah bilir. Amma bugünkü məsələ elə bir mövzudur ki, onu hamı bilir. Cavidanın yalvarış səsləri yayılmamışdan öncə də, sonra da Cavidan hər şeyin gerçəyini gözəl bilir”.

Bu sözləri Oxu.Az-a mərhum Xalq artisti Ramiz Novruzun qızı, stilist Şəfəq Novruz deyib. O, qardaşı Cavidan Novruzla aralarında yaranan qalmaqala münasibət bildirib.

Şəfəq Novruz digər qardaşı Nəriman Novruzun keçmiş həyat yoldaşı Əzizə ilə aralarında münaqişə olduğunu söyləyib:

“Cavidan Əzizənin haqsız olduğunu bilə-bilə ona yalvarıb, məsələni bağlamağını istəyib. Bundan sonra Əzizə Cavidanın yalvarışlarla dolu səsini qeyd edərək, yayıb, guya haqlı olduğunu deyib. Bunu mənə elə təqdim etdilər ki, guya Əzizə məsumdur. Cavidanın gerçəkləri görə-görə, günahı olan bir insana yalvarışları mənim izləyicilərimdə tamam başqa bir fikir yaratdı. Cavidan, sən elə hərəkət edərdin ki, bir böyük kimi nə mənə, nə qarşı tərəfə yönələsən. Müdrik bir şəkildə Əzizəyə deyə bilərdin ki, sakitləş, sənin böyük günahın var. Sən sakitləş ki, Şəfəq də sakitləşsin. İndi Əzizə əlindən gələni edir ki, Şəfəq xanım nəsə etsin, mənim gözümü nə iləsə qorxutmağa çalışır. Halbuki, vaxtilə ona ana kimi olmuşam.

Atam həyatda olsaydı, Əzizəyə eynən belə deyərdi: Sənin günahın böyükdür, ona görə sakitləş, səsini çıxarma, mən də Şəfəqi sakitləşdirəcəyəm. Cavidan isə zəng edib, Əzizəyə yalvarır. Halbuki, qarşı tərəf “qurban olum, başına dönüm” deməli idi, Cavidan yox. Onların nəslindən, ailəsindən bizə zəng edib, heç kim yalvarmadı, üzr istəmədi. Biz isə üzümüz, alnımız açıq ola-ola, heç bir günahımız olmadığı halda haqsız çıxarılırıq. Niyə?

İzləyicilər düşünürlər ki, qardaşım Cavidan zəng vurub, Əzizəyə yalvardıqdan sonra Şəfəq xanım geri addım atdı. Halbuki, mənim çəkilməyimin səbəbini qarşı tərəf də gözəl bilir. Biz Ramiz Novruzun adına ləkə gəlməsin, qardaşımın övladlarına bu məsələ təsir etməsin deyə susmuşduq. Yenə də böyüklüyü mən etdim. Amma qarşı tərəf bundan sonra mənə səsli mesaj göndərdi ki, qardaşın yaxşı olsaydı, boşanmazdıq. Xeyr, mənim qardaşım çox gözəl insandır. Guya deyir ki, əri laqeyddir, ona görə ayrılırlar. 15 il birlikdə yaşayıblar, dözüb, indi ayrılır. Özü ayrılmaq istəyirdi, amma qol çəkmirdi. Mən səsli mesaj göndərdim ki, ayrılmaq istəyirsə, getsin, qol çəksin, tezləşdirsin. Aldığım cavab ancaq söyüşlər idi.

Nəriman çox sakit insandır, sosial adam deyil. O qədər məsum insandır ki, olanlara hələ də inana bilmir. Hamını sakitləşdirməyə çalışır və əsl kişidir. Ona görə mən Nərimanı lap çox istəyirəm. Qarşı tərəfin böyük günahını görə-görə yenə də onun tərəfini tutur, amma mən buna rəğmən, öz qardaşımı alqışlayıram. Hər bir halda Cavidanın hərəkətindən daha yaxşı davranışdır”.

Şəfəq Novruz qardaşı ilə barışmaq istəmədiyini, onu bağışlamayacağını da qeyd edib:

“Mən Əzizənin hərəkətlərinə, söz-söhbətlərə bir il yarımdan çox dözmüşəm. Bu müddətdə eşitdiklərimə əhəmiyyət verməmişəm. O mənə dedi ki, sən keçmişdə necə olmusan, hamı bilir. Mən boşanmış qadın olmuşam, həyatımda sayılı adamlar olmayıb. Həyatımda nə olsa, atam da bilib və mənə həmişə deyib ki, Şəfəqin başına nə gəlirsə, hamısı məsumluğundandır. Atam bilirdi ki, mən həmişə ailəmin olmasını istəmişəm.

İndi yazırlar, qardaş-bacının bir-birini düşmən elan etməyi üzücüdür. Qardaşın günahıdır! O mənə ata olmalıydı, günahkar duruma salmamalı idi. Mən Nərimanın həmişə yanındayam. Çünki o, məsum insandır. Cavidanın hərəkəti isə məni hörmətdən salan addım idi. Canlı yayımda Əzizə Cavidanın ona yalvardığını dilə gətirdi, özünə sərf edən şəkildə təqdim etdi. Heç birini bağışlaya bilmərəm”.

Qeyd edək ki, mərhum Xalq artisti Ramiz Novruzun qızı stilist Şəfəq Novruz özünün sosial şəbəkə hesabında qardaşı Cavidan Novruz haqqında “bundan sonra düşmənimdir” şəklində paylaşım edib.

Cavidan Novruz isə atasının vəfatından sonra Şəfəq Novruzun psixoloji gərginlik içərisində olduğunu, ailədaxili məsələləri ictimailəşdirdiyini söyləyib.
Ardını oxu...
Müğənni Rüfət Axundovun idarə etdiyi avtomobil yol polisi əməkdaşları tərəfindən saxlanılıb və müvəqqəti mühafizə olun duracağa yerləşdirilib.
Bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Milli.Az-ın sorğusuna cavab olaraq bildirilib.

Toplanmış material hüquqi qiymət verilməsi üçün məhkəməyə təqdim ediləcək.

Qeyd edək ki, Rüfət Axundov yol-hərəkət qaydalarına əməl etməyib. Müğənni Bakıda aeroport yolunda sürət həddini aşıb. Mərdəkan istiqamətində hərəkətdə olan R.Axundov sözügedən yolda maksimal sürət həddi 90 olduğu halda, avtomobili 127 km/saatla sürüb. Bundan başqa o, yağışlı havada "sürüşkən yol" xəbərdarlığına da məhəl qoymayıb. Müğənni bunu əks etdirən görüntüləri sosial şəbəkə hesabında paylaşıb.
 
Ardını oxu...
Tanınmış bloger Asya Aslanovanın vəziyyəti yenidən ağırlaşıb.

Referans.az xəbər verir ki, bu haqda bloger, jurnalist Ramal İsayev məlumat verib.

Xəstəxanada Asyanın anası ilə görüşdüyünü deyən Ramal, bu xəbəri onun anası Zəhra xanımdan aldığını bildirib:

"Hazırda xəstəxanadayam. Asyanın anası Zəhra xanım ilə söhbət elədim. Asyanın dünəndən sonra vəziyyətinin yenidən ağırlaşdığını, onu aparata qoşduqlarını dedi. Zəhra xanım deyir ki, balama kim nə arzu edirsə 10 qatını ona arzu edirəm".
 
Ardını oxu...
Müğənni Aysel Əlizadə aparıcı Xoşqədəm Hidayətıqızı ilə illərdir aralarında davam edən məhkəmənin bitdiyini bildirib.

"DogruXeber.az" "Unikal"a istinadən xəbər verir ki, müğənni bu barədə sosial şəbəkə hesabında yazıb.

Ayselin sözlərinə görə, hər şey sübut olunub və məhkəmə onun lehinə qərar verib: "İlahi ədalət adlanan bir tərəzi var. Əlacsız və ya günahkar olduğum üçün susmadım, lakin susqunluğumla qınandım. Qanun danışsın deyə, susdum. Hər şey sübut olundu. Dövlətimin qərəzsiz, vicdanlı məmurları, sizlərə halal olsun sadəcə".

Xatırladaq ki, hər iki məşhur arasında gərginlik 2019-cu ildə başlayıb.

“Səni Axtarıram” verilişində qonaq olan Turanə Nəcəfova Aysel Əlizadəni keçmiş əri ilə münasibətdə ittiham edib. Söhbət zamanı Xoşqədəm Hidayətqızı “Aysel Əlizadə atası yaşda kişi ilə pula görə münasibətdə ola bilməz, buna inanmıram. Ərim Doğuş onun haqqında maraqlanıb. Elə məqamlar ortaya çıxıb. Hamısını deyəcəyəm...” kimi fikirlər səsləndirib.

Müğənni X.Hidayətqızı və T.Nəcəfovanın sözlərinin şərəf və ləyaqətinə xələl gətirdiyini əsas gətirərək təzminat iddiası qaldırıb.

Bu ilin iyulun 25-də Bakı Apellyasiya Məhkəməsi Xoşqədəm Hidayətqızının vurduğu mənəvi zərərə görə Aysel Əlizadəyə 3 000 AZN təzminat ödəməsi barədə qərar qəbul edib.
Ardını oxu...
 

Türkiyənin məşhur müğənnisi Simgə Bakıda konsert verəcək.

Bu barədə İticket.az saytı məlumat yayıb.

Məlumata görə, konsert 24 fevral tarixində Bakı Konqres Mərkəzdə baş tutacaq.

Konsert üçün biletlərin qiyməti minimum 30, maksimum isə 340 manatdır. (Kult.az)

Dünyapress TV

Xəbər lenti