Xalq artisti Flora Kərimova qonaq olduğu proqramlardan birində illərlə küsülü olduğu Xalq artisti Faiq Ağayevlə münasibətlərinin kəskinləşməsi, bunun necə baş verməsi haqqında danışıb.
Flora xanım tam səbəb açıqlamadan Faiq Ağayevi ittiham edib.
“Faiq Ağayev bir ara məni yenidən çimdikləmək istədi. Amma onu yerində oturtdum. Millət mənə sataşan adamlar haqqında elə kompromateriallar göndərir ki…
İnanmasam, sübut görməsəm, bütün övladlarımın canına and içirəm ki, ömrümdə ağzımı açmaram.
Sən Faiq, hansı vicdanla bunları söylədin. Və düşünmədin ki, mən səni pərt edərəm. Mən bunu çox yaxşı bacarıram. Sənin mənə olan planlarının, münasibətinin kökünü kəsərəm.
Niyə bunu etdin Faiq? Səni nə vadar etdi bunları etməyə? Səni nə vadar etdi ki, mən ağzımı açdım? Yalnız özümü müdafiə etmişəm. Heç zaman hücüm etməmişəm”.
Qeyd edək ki, Faiq Ağayev və Flora Kərimovanın münasibətləri 10 il öncə gərginləşmiş, tərəflər bir-birləri haqqında xoş olmayan ifadələr işlətmişdilər.//Lent.az
Nizami Rəmziyə görə Ermənilər müharibəni saxlamışdı Nizami Rəmzi 1947-ci ildə Bakıda anadan olub. Ailədə dörd qardaş, bir bacı olublar. Ailənin ilk övladı olan Nizami atasını çox erkən itirdiyindən ailənin bütün yükü onun üzərinə düşüb. Təhsilini yarımçıq qoyub, ailəni saxlamaqda anasına kömək edib, süd satıb. Onu ilk toylara əmisoğlu Səlim aparıb. Referans.az xəbər verir ki, Nizami Rəmzi xarizmatik adam idi. Təkcə meyxanaçı kimi deyil, sözükeçən adam kimi tanınırdı. Öz aftoriteti sayəsində meyxananı qəbul etdirdi. O vaxta qədər qeyri-ciddi peşə sayılan meyxanaçı, Nizamidən sonra mərtəbəsini artırdı. İlk dəfə meyxananı musiqi ilə dedi, onu efirlərə və xarici ölkələrə çıxardı. El buna görə də, ənənəvi meyxanaçılar onu ciddi rəqib sayırdı və zaman keçdikcə bu rəqabət çirkin bir sima alırdı. Bu barədə bir az sonra... Nizami Rəmzi meyxananı yazanda elə yazırmış ki, beytlərin ilk hərflərindən də bir misra yaranırmış.
Həddindən artıq ağır xasiyyəti olub. Onu güldürmək çox çətin imiş. Qapı döyüləndə qapıya qadın xeylağının getməsinə qarşı çıxacaq qədər mühafizəkar imiş. Nizami qadınla duet ifa edən ilk meyxanaçı olub. Çox yaraşıqlı kişi olduğundan qadınlar özləri onu çay içməyə dəvət edib, şəkil çəkdirirmişlər.
Üçüncü evliliyi sonbeşiyim adlandırdığı özündən 23 yaş balaca Sevda adlı qadınla olub. Xızıda qastrolda olanda Nizami Rəmzi Sevdaya evlilik təklif edərək deyib: “Mənimlə qalarsan?” Ailəsinin bütün etirazlarına məhəl qoymayan Sevda Nizamiyə qoşulub qaçıb. Atası üç yaşında rəhmətə getdiyindən Sevdanı ana babası saxlayır. Nizami ilə qoşulub qaçdığı üçün babası onu heç vaxt bağışlamır. Hətta öləndə də vəsiyyət edir ki, nəvəsini yasına buraxmasınlar. Sonuncu evliliyindən Seyla adlı bir qızı olub.
Müğənni Nadir Qafarzadəni uşaq yaşlarından özü ilə toylara aparırmış. Bir dəfə Nizaminin başı meyxanaya bərk qarışır. Yalnız səhərə yaxın o, Nadiri xatırlayır və onu avtomobillərdən birinə qısılaraq ağlayan vəziyyətdə tapır. Bu hal ona çox pis təsir edir. Pencəyini on iki yaşlı Nadirə geyindirib onu qucağına alır. Səhərə qədər Nadiri qucağında yatırdır.
Çox punktual insan olub. Əgər “saat 6-da gələcəyəm”, deyirdisə, demək, saat 6-da dediyi yerdə olmalı idi. Əgər “iki dəqiqə gecikirəmsə, bilin, Nizami ölüb deyirmiş”. İnsanlara qarşı münasibətdə də elə olub. Kiməsə toyunu aparmağa söz verirdisə, sonradan ona milyon təklif etsələr də, söz verdiyi toya gedirmiş. Bir dəfə isə onu toyuna dəvət etmək istəyən subay oğlanın pulu olmur. Oğlan çıxarıb üzüyünü beh əvəzi vermək istəyəndə Nizami onun əlini kənara itələyib, toyunu aparacağına söz verir.
1990-ci il, Sovet dağılandan və Azərbaycanda baş verən hərcmərclik Rəmzinin meyxanalarına, mahnılarına siyasi bir sima qazandırdı. O, mahnılarından birində ölkədəki vəziyyəti, gileyi, şikayəti ustadına danışır, Vahidin qəbri üstünə gəlib ona məruzə edirmiş kimi dərdini danışır? Ölümündə Ağasəlim Çıldağın adı hallansa da bu barədə heç nə sübut olunmayıb. Ağasəlim Çıldaq Nizaminin evinə gedib gələn adam olub. Hətta onun Nizaminin evində olarkən lentə yazılmış videosu da var. Amma Nizami dünyasını dəyişəndə Ağasəlim onun yasına gəlməyib, sonralar da heç vaxt onların qapısını açmayıb. Buna səbəb isə Ağasəlimin musiqili meyxananın əleyhinə olması olub. Onun fikrincə meyxana ancaq nağara ritmi üzərində deyilməli idi. Aradan zaman keçəndən sonra isə Ağasəlim Nizamini öz tələbəsi adlandırıb. Lakin yoldaşı Sevda xanım müsahibələrində bildirir ki, Nizami Ağasəlimin tələbəsi olmayıb.
Nizaminin ölümünün sifarişli olması məsələsi bu gün də danışılır. Bu işdə təkcə rəqibi olan meyxanaçıların deyil, başqa qüvvələrin də adı hallanır. Lakin bütün bunlar şaiyə olara qalır: Nizami Rəmzinin əvvəlki evliliklərindən olan övladlarının hamısı ilə münasibəti yaxşı olub. Ölən günə qədər onlarla əlaqəsi olub. Deyilənə görə Nizami az yaşayacağını bilirmiş. Bir qaraçı qadın fal açaraq deyib ki, sən çox məşhur olacaqsan, amma az yaşayacaqsan. Ölümündən əvvəl meyxanaçı dostu Kəbirlə birgə söhbətləşirmişlər. Kəbir kəndlərində dəfn olunan ölünün qəbirdə dirilməsindən, kəfəninin cırmasından söhbət edib deyib, “Nizami, sən də öləcəksən, Ağasəlim də. Mən isə meyxananın kralı olacağam”. Nizami isə cavabında belə deyib. “Elə şey yoxdur, biz ikimiz də bir yerdə öləcəyik”. Bu söhbətdən 19 gün sonra 1997-cı il yanvarın 19-da – ad günündən Kəbirgilə gedəndə hər iki dost avtomobil qəzasına düşərək həlak olublar.
Nizami rəhmətə gedəndə Sevda 4 aylıq hamilə olub. Oğlu olacağını bilsə də, Nizaminin dəfnindən 40 gün sonra uşağı tələf etdirib. Məncə həyat yoldaşı Sevda xanımın illər sonra dediyi bu sözlər də Nizaminin abidəsidir: Xoşbəxtəm ki, Nizaminin kədərini çəkirəm...
Çirkli pulların yuyulması, vergidən yayınma və qeyri-qanuni mərc oyunlarında ittiham olunan Dilan Polat və həyat yoldaşı Engin Polat cütlüyü bir müddətdir Türkiyənin gündəmini zəbt edib.
Musavat.com xəbər verir ki, Dilan Polatın həbsi müddətində evinin bağçası, hətta Batmandakı anasının məzarı belə oğrular tərəfindən qazılıb.
Məlumata görə, illər əvvəl atası tərəfindən öldürülən fenomenin anası Nihal Ayhanın məzarı naməlum şəxslər tərəfindən qazılıb və pul axtarılıb.
Belə ki, oğrular Polat ailəsinin sərvətinin bir hissəsinin mərhum anasının məzarında basdırıldığını düşünüblər.
Qeyd edək ki, vəkil Hüseyn Kaya hadisə barədə sosial şəbəkədə paylaşım edib.
Məzarda pul axtaran şəxslərlə bağlı istintaq başladılıb.
Xalq artisti Nazpəri Dostəliyevanın yeni fotosu yayılıb. Müğənni şəkli instaqram profilində yayımlayıb. Bir müddət əvvəl yayılan görüntüsünə görə müzakirələrə səbəb olan Dostəliyevanın plastik əməliyyat etdirdiyi iddia olunmuşdu. İfaçı bu dəfə şəklini fotoşop edərək paylaşıb.
“Canana uşaqlarına baxsa, ona iki ev verərəm amma baxmayacaq”
Bu fikirləri Əməkdar artist Mətanət İsgəndərli ARB-də yayımlanan “Elgizlə izlə” verlişində səsləndirib.
O, keçmiş gəlili Canana haqqında danışıb.
Bildirib ki, nəvələrim anasını axtarır: “Uşaqlar sevgi və qayğı istəyir, ana aparsa uşaqlar gedər. Canana evdə tapılmır. Bütün günü sosial şəbəkələrdə özünü reklam edir”.
Bir zamanların məhşur meyxana ustası Nizami Rəmzinin duet ortağı qalmaqallı açıqlamaları ilə diqqət çəkib.
Milli.Az xəbər verir ki, Samirə adlı xanım sənətçi gənc həmkarlarının saymazlığından gileylənərək onları yerdən-yerə vurub.
Onun ittihamlarının mərkəzində isə meyxanaçı Pərviz Bülbülə ilə müğənnilər Damla və Türkan Vəlizadə olub.
"Bu mahnını Nizami ilə mən oxumuşam. Mahnımı oxudular, hətta Damla mənim geyimimin oxşarında. Sonra araları dəydi, Türkanla oxumağa başladı. Elə oxuyarlar, sanki ataları yazıb bu mahnını. O mahnının üstündə canımızı qoymuşuq. İcazə olmayan dövrdə oxumuşuq. Onlar bunun qarşılığında heç bir dənə çörək də alıb mənə gətirmədilər. Pərvizlə Türkana halallıq vermirəm".
Xalq artisti Röya Ayxan "Həmin Zaur" verilişində müxtəlif suallara səmimi cavab verib.
O, aparıcının "Heç yuxuna girərdi ki, nə vaxtsa bu qədər şanlı-şöhrətli müğənni olacaqsan" sualına özüməxsus şəkildə cavab verib:
"Həmişə deyirəm ki, nəyisə arzulayın. Mən anama deyəndə ki, müğənni olacağam, ciddi qəbul etmirdi. O vaxt 14-15 yaşımda xalalarım mənə Əmrahın mahnılarını oxutdururdu. Anamsa həmişə istəyirdi ki, ya müəllim, ya da həkim olum. Atamla anam əslində ayrılmışdılar, atam heç bilmirdi müğənni olmaq istəyirəm. Deyirdim, bir gün gələcək çox populyar adam olacağam, qapının gözlüyündən baxacağam və anama, xalam qızlarına, xalalarıma qapını açmayacağam. Bunu hirsimdən onlara demişəm".//yenisabah.az
Türkiyəli teleaparıcı Muhammed Yakut məşhur ilahiyyatçı Nihat Hatipoğlu ilə bağlı şok iddia irəli sürüb. O sosial şəbəkə hesabında bildirib ki, əlində Nihat Hatipoğllu ilə 25-26 yaşlarında gənc sevgilisinin şəkilləri var.
Tribunainfo.az yazır ki, M.Yakut əlindəki görüntüləri hələ yayımlamayıb. Ancaq bildirib ki, hər an götüntüləri yaya bilər. Aparıcı N.Hatipoğluna hədə-qorxu da gəlib:
“Nihat Hatipoğlunun Ataşehirdə oturan 25-26 yaşlarında sevgilisiylə olan görüntüləri gəlib mənə. Sən Ramazan bayramında çıxıb veriliş apar, gör mən sənə nələr edirəm”.
Oxu.Az xəbər verir ki, müğənni verilişlərdən birində heç bir vaxt plastik əməliyyat etdirmədiyini deyib.
“Üz baxımlarını sevmirəm. Şou-biznesdə yeganə müğənniyəm ki, plastik əməliyyat etdirməmişəm. Özüm haqda yazılan şərhlərdə oxuyuram ki, “Bəsdir də əməliyyat etdirdin”. Onlara demək istəyirəm ki, nə üzümdə, nə bədənimdə əməliyyat yoxdur. Bütün orqanlarım yerindədir”, - Türkan vurğulayıb.