Ardını oxu...
Stilist Anar Ağakişiyevin Türkiyədəki biznesinin üstü açılıb.

Titul.az xəbər verir ki, stilist bu barədə verilişdə qonağı olduğu Zaur Kamalın "Anar, niyə ev alırsan, amma başqa bir yerdə kirayə qalırsan?" sualına cavab verərkən açıqlamaq məcburiyyətində qalıb.

Anar İstanbulun ən bahalı yerlərindən birində qurduğu daşınmaz əmlak biznesi ilə bağlı bunları deyib:

"Mən düşünürəm ki, insanın öz işlədiyi sahədən kənarda başqa bir biznesi də olmalıdır. Daşınmaz əmlak ən gözəl biznesdir, ən gözəl yatırımdır".

Açıqlama daha ətraflı videoda:

 
 
 

Ardını oxu...

Xalq artisti Röya Ayxanın oğlu Hüseynin Azərbaycan dilində səlist danışa bilməməsi gündəm olub.

Musavat.com xəbər verir ki, Xəzər Tv-nin efirində oğlu ilə birlikdə qonaq ollan Röya Ayxan ondan Yeni İl ilə bağlı çıxış etməsini istəyib.

Xalq artistinin oğlu çıxışı zamanı Azərbaycan dilində danışmaqda çətinlik çəkib. Onun rus dilində danışması sosial mediada da tənqid olunub. 

Sözügedən görüntüləri təqdim edirik:

Musavat.com 

Ardını oxu...

Ardını oxu...

 
Ardını oxu...
Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı və dizayner Aynur Xəlilova arasında qalmaqal yaşanıb.

Olay.az yazır ki, dizayner Aynur, Xoşqədəm Hidayətqızını müğənni Aysel Əlizadənin ailəsini dağıtmaqda ittiham edilən Turanə Nəcəflini efirə çıxardığı üçün tənqid edib:

“Oskar” gedir Xoşqədəmə. Xoşqədəm yox, Xoşqədəm xanım. Bu insanın ətrafında onu istəyən kimsə varsa, bildirsin ki, Azərbaycanda savadlı fərqindəliyi olan, verilişində reytinq yığmaq üçün etdiklərinin fərqində olan bir kütlə də var. Tək əzilən qadınların yanında olur öz dünyasında. Həm də psixoloji problemi olan qadını verilişinə reytinq yemi edir”.
Ardını oxu...
Bundan sonra Aynurun şəklini paylaşan aparıcı bu sözləri yazıb:

“Bilmirəm kimdir. Amma tanıyan varsa, başa salsınlar ki, müzakirə etmək istədiyi şəxsi öz geyim və mənəviyyat tərzinə uyğun seçsin”.

Dizaynerdən X. Hidayətqızına cavab gecikməyib:

“Sizi hamını axtaranda, özünüzə olan hörməti də axtarmağa dəvət edirəm. Siz qadınları reytinqinizə yem edən, reytinq üçün hər xaraktersizliyə göz yuman, insanlara psixoloji şiddət göstərən simasız.

Mən sizə xatırladım kiməm. Köməkçinizi əməkdaşlıq üçün şirkətimə göndərdiyiniz brendin rəhbəriyəm. Mənəvi dəyərlər mövzusunu isə sizinlə istənilən müstəvidə müzakirəsinə hazıram, əzizim”.
Ardını oxu...
 
 
 
Ardını oxu...
Əməkdar artist Könül Kərimova açıqlaması ilə diqqət çəkib.
Referans.az xəbər verir ki, müğənni “Tarixin bir günü” verilişində qonaq olarkən deyib ki, bəzi proqramlara çıxmır:
“Elə verilişlər var ki, getmirəm. Hiss edirəm ki, o proqramlarda olsam, hörmətsiz olaram. Verilişin formatı mənə uyğun deyil. Bəlkə kiminsə ehtiyacı var. Amma mənim o verilişlərə yoxdur. Biz o fikirdəyik. Maqazin verilişləri var ki, müsahibə alırlar. O qədər yanlış suallar verirlər ki... Ona görə müsahibə vermirəm. Heç kim inciməsin məndən. Əziz həmkrarlarım, sizə də sual veriləndə, birinci onun dərinliyinə gedin. Görün nə dərəcədə düzdür, səmimi sualdır. Sonra özünüzdən çıxıb cavab verin. Bir müddət əvvəl olmuşdu. Müsahibə alan da dostlarımızdan idi. Zarafata söz deyirəm, onun ucundan tuturlar, soruşurlar ki, nə deyə bilərsiz? Bu alimlər də başlayırlar. Biz çörək kəsirik. Fikirləşin ki, Könül xanım bunu hansı mənada deyə bilər. Gərək diqqət edəm, bir az çaşırlar”. (OLAY)
 
Ardını oxu...
Zaur Kamal "Həmin Zaur" verilişində yeni mövsümdə daha bir yeniliklə diqqət çəkir.

Referans.az xəbər verir ki, hər zaman efirlərdə aparıcısı olduğu verlişlərdə tək görünən Zaur artıq 19 yaşlı qızla studiyanı bölüşəcək. Aparıcı yeni ortağı barədə bunları deyib:

"Aparıcı edəcəyik. Hələ bir ay öyrənəcək. Təzədir, 19 yaşı var".

Verilişin qonağı olan Şəbnəm Tovuzlunun "Əsas odur efirə yaraşır, şarmı var" sözünə Zaur Kamal "Əsas odur mənə yaraşır yanımda" ifadəsi ilə reaksiya verib. Müğənni Zaurun sözünü yarımçıq kəsərək işlətdiyi cümləyə görə canlı yayımda peşiman edib: "Sənə yaraşmır, sənə evində ailən yaraşır".

"Ay qız, aranı qatma" sözləri ilə aparıcı vəziyyətdən çıxmağa çalışsa da Şəbnəm "Mən bilirəm nə deyirəm" deməklə Zauru daha da çıxılmaz vəziyyətə salıb. Sonda aparıcı müğənniyə "1:0 sənin xeyirinə" sözü ilə mövzunu dəyişib.
Ardını oxu...
Ötən gün Heydər Əliyev sarayında konsert verən Əməkdar artist Aygün Bəyləri dinləməyə gedənlər arasında Xalq artisti Həmidə Ömərova da olub.

Olay xəbər verir ki, aktrisa Aygün Bəylərin qızı Cananla foto çəkdirib. O, sənətçinin övladıyla görüntüsünü sosial media hesabında paylaşıb.

Qeyd edək ki, Canan uzun illərdir ekranlarda görünmürdü, onun dəyişimi və anasına bənzərliyi diqqət çəkib.
 
Ardını oxu...
Müğənni Nura Suri sosial şəbəkədə onu təhqir edənlərə cavab verib.
Bunu "Xəzər axşamı" verilişində danışan ifaçı tez-tez polisə müraciət etdiyini söyləyib:
"Mənim haqqımda harada təhqir çıxırsa, onunla mübarizə aparıram. Hələ təkəm, inanıram mənə qoşulacaqlar. Bu işlərlə polisi yormuşam, amma anında taıpılır, iş məhkəməyə qədər gedir. Heç kimin kimisə təhqir etməyə haqqı yoxdur. Bu yaxınlarda iki fərqli səhifədən bir nəfər mənə şərh yazmışdı. Cavab verdim ki, sizdən polisə şikayət etmişəm, sona kimi gedəcəyəm və məhkəmələrdə süründürəcəyəm. Artıq 7 dəfədən çoxdur ki, polisə şikayət etmişəm. Mübarizə aparmaq lazımdır. Şərh yazanlar tapılıb, məhkəmələr də olub. Birinə 15 gün həbs cəzası verilmişdi". (Axşam.az)

 
Ardını oxu...
Azərbaycanda "Trendyol" reklamlarından ən çox gəlir əldə edən azərbaycanlı blogerlər açıqlanıb.

Bu barədə "ARB" kanalında yayımlanan "Günə son" proqramına qonaq olan tanınmış bloger Ramal İsayev danışıb.

Bildirilib ki, ölkədə sözügedən reklamlardan ən çox pul qazanan bloger Arzu Məmmədovadır. O, bu reklamlardan aylıq 65 min gəlir əldə edir. Bloger Elmira Namazova, aparıcı Zaur Baxşəliyev və Günay Baxşəliyeva aylıq 50 min, İsa Şükürov isə 10 min qazanır. Produser Tarix Əliyev də bu reklamlardan yüksək gəlir əldə edənlər sırasındadır. (metbuat.az)
 
Ardını oxu...
Mehmet Ali Erbilin qızının sevgilisi ilə hovuz keyfi müzakirələrə səbəb olub.

Mehmet Ali Erbilin qızı Yasmin Erbil sosial mediada hər zaman açıq-saçıq şəkilləri, cəsur pozları ilə adından söz etdirir.

Referans.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, o bu dəfə sevgilisi ilə hovuzdan şəkil paylaşıb.

Hovuzun içində, sevgilisinin qucağında poz verən Yasmin Erbil bu şəkillə sevgilsinin ad gününü təbrik edərək, “yaxşı ki doğuldun, sevgilim, içimdəki uşağı ölməyə qoymadın. Səninlə çox bəxtiyaram” yazıb.
 

Dünyapress TV

Xəbər lenti