Qitələrarası səyahətin ancaq piyada edilə biləcəyini sübut etmək üçün 26 il əvvəl Çilidəki evindən yola çıxan ingilis səyyah Karl Buşbi İstanbula çatıb və xüsusi icazə ilə 15 İyul Şəhidlər Körpüsü üzərindən Asiyadan Avropaya keçib. “Sherg.az” “NTV,com.tr”yə istinadən xəbər verir ki, K.Buşbi Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyinin xüsusi icazəsi ilə körpünün Anadolu sahilindən təxminən 10 dəqiqəyə Avropa tərəfinə çatıb. Sonuncu mənzili Kuzqunçuk parkı olan səyyah səhər saatlarında körpüdə nazirlik səlahiyyətliləri, Karayolları Baş İdarəsi personalı və təhlükəsizlik qrupları tərəfindən qarşılanıb. K.Buşbi, "Çox uzun bir səfərdən gəldim. Bu nöqtəyə gəlmək asan olmadı. İnanılmaz dərəcədə həyəcanlıyam. Bu körpünün üstündən çox az adam keçdi. Bu nöqtəyə gəldiyim üçün çox xoşbəxtəm. Türk xalqına təşəkkür edirəm, mənə çox kömək etdilər", deyib. Üç aydır yolda olduğunu xatırladan Buşbi nəqliyyatda xaosa səbəb olduğu üçün hər kəsdən üzr istəyib. "Allaha şükür ki, heç kim ölməyib və mən hələ də sağam" deyən britaniyalı səyyah, "Səfərim zamanı çox şey öyrəndim. Dünyanın nə qədər gözəl olduğunu gördüm. Düşünürəm ki, insanlar bunu xatırlamalıdırlar və dünyanın nə qədər gözəl olduğunu düşünürəm. Dünya 24/7 xəbərlərdə gedən ölüm və dağıntıdan başqa gözəl bir yerdir. Səyahətçi kimi mən dünyanın ən yaxşısını, dünyanın ən yaxşısını gördüm", söyləyib. Karl Buşbi Meksikaya qayıdacaq, çünki vizası tezliklə bitəcək və vizası yeniləndikdən sonra səyahətə qaldığı yerdən davam edəcək.