Ardını oxu...
Müğənni və aktrisa Ledi Qaqa Mayamidəki konsertini ləğv etdiyi üçün “Instagram”da pərəstişkarlarından üzr istəyərkən göz yaşlarına boğulub.

Publika.az xəbər verir ki, Ledi Qaqa “Rain On Me” mahnısını yağışda ifa etməməsindən təəssüfləndiyini bildirib. O, şouda əməyi keçən hər kəsə təşəkkür edib, təhlükəsizliyin hər şeydən önəmli olduğunu vurğulayıb.

Qeyd edək ki, Ledi Qaqanın konserti Mayamidəki “Hard Rock Stadium”da keçirilməli idi. Tədbir əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb.

 
Ardını oxu...
Türkiyənin pop ulduzu Hadisə həyat yoldaşı, biznesmen Mehmet Diçerlerdən boşanmaq üçün məhkəməyə müraciət edib.

Bu barədə o, “Instagram” hesabında yazıb.

Hadisə Dinçerlerə həyatında xoşbəxtlik arzulayıb və bu müddətdə yanında olanlara təşəkkür edib.

Onlar sosial mediada bir-birlərini izləmədən çıxararaq birgə fotolarını siliblər.
Ardını oxu...
 
Ardını oxu...
"Niyə həmişə hamı biz sənətçilərin üstünə düşür?! Biz bütün insanlığı dəstəkləyirik, amma incəsənətlə".

Bizim.Media xəbər verir ki, bu sözləri Rusiya və MDB ölkələrində məşhurluq qazanan azərbaycanlı müğənni Nəvai Bəkirov sosial şəbəkə hesabında yazıb.

O, azərbaycan izləyicilərinin cəbhədə baş verən hadisələrə sənətçinin zamanında deyil, bir neçə gün sonra reaksiya bildirməsi ilə bağlı iradlara belə cavab verib:

"Biz sənətçilər bu dünyada heç nəyi həll etmirik, bütün aqressiv insanlar bizdən əl çəksin. Biz sülh tərəfdarıyıq. Amma söhbət vətəndən gedirsə, hər kəs onu dəstəkləməyə məcburdur. Mənim ölkəmdə matəmdir, mən də bu matəmi saxlamalıyam".
Ardını oxu...
Rəşad Əliyev, Bizim.Media
 
 
 

Ardını oxu...
Cavanşir Məmmədovun qızı Xatirə Məmmədovanın həyat yoldaşı, Türkiyə vətəndaşı İbili Mustafa Kəmal oğlu hüquq-mühafizə orqanlarına müraciət edərək X. Məmmədovanın dələduzluq yolu ilə onun pullarını ələ keçirdiyini iddia edib.

DİA.AZ-ın məlumatına görə, “Yeni Sabah”a daxil olan müraciətdə Mustafa İbili bildirir ki, Xatirə Məmmədova ilə 2018-ci ilin oktyabrın 10-da internet üzərindən tanış olub və evlənmə qərarı alıblar.

Bu məqsədlə o, Türkiyədəki evini və iş ofisini sataraq 10.000 dollar üzərində, 45.000 dollar da bank hesabında saxlayaraq Bakıya gəlib. Onun sözlərinə görə, Bakıya gəldikdən sonra X. Məmmədova onu anası və qızı ilə tanış edib və bu zaman anası ona “əgər qızımla evlənmək istəyirsənsə Bakıda ev al, sonra qızı istə, toyunu edək”,- deyə bildirib.

Mustafa İbili bildirir ki, bundan sonra Yasamal rayonu ərazisindən ilkin ödənişi 20.000 manat, aylıq ödənişi 3.116 manat olmaqla mənzil alıb. O qeyd edir ki, Xatirə Məmmədovanın göstərişi ilə aldığı mənzilə 58.880 manat pul xərcləyib. O, əlavə olaraq Xatirə Məmmədova üçün aldığı qızılların və mobil telefonunun qiymətinin 12.000 dollara başa gəldiyini deyib və bildirib ki, 4 il ərzində Xatirə üçün aldığı paltarlara, çantalara, ayaqqabılara və bəzək əşyalarına 10.000 manatdan çox pul xərcləyib.

O qeyd edib ki, aldığı televizor, qızıl, ev iti və ütü ilə birlikdə Rəfiqə Qafarovaya da 7.150 manat pul xərcləyib.

X. Məmmədovaya hər ay xərcləməsi üçün 1.000 manat pul verdiyini deyən Mustafa İbili bildirib ki, o ümumilikdə Məmmədova Xatirə Cavanşir qızına 27.000 manat pul verib.

O, evlənmə məqsədi ilə Bakıda qalarkən kirayə mənzilə hər ay 500 manat pul ödəyib və ümumilikdə bu məqsədlə 10.000 manat pul xərcləyib.

Onun sözlərinə görə, Xatirə Məmmədovanı, Rəfiqə Qafarovanı, gəlini Nərgiz Məmmədovanı və anası Xalidə Məmmədovanı 4 dəfə İstanbula aparıb və bu 4 səyahətlərə ümumilikdə 46.000 dollar pul xərcləyib.

Qeyd edib ki, Cavanşir Məmmədovun iddia etdiyi 100.000 dollar və Rəfiqə Qafarovanın iddia etdiyi 30.000 dollar pulu onlar Mustafaya İbili verməyiblər. Bütün pulları X. Məmmədovanın öz adından, anasının və atasının adından onun bank hesabına köçürüblər və köçürülən məbləğin bir hissəsini aldığı mənzilə və mənzilin əşyalarına xərcləyib. Qalanı 2020-ci ilin mart ayından 2021-ci ilin oktyabr ayına qədər xərclənən 86.000 manat olub və digər qalan pulları sadaladıqlarına xərclənilib. O, ümumilikdə 240 min manatlıq zərər vurulduğunu bildirir.

Mustafa İbili bildirib ki, istintaqda qardaşından 10.000 dollar borc alaraq Cavanşir Məmmədova ödəyib və artıq pulu qalmayıb.

O, müraciətində qeyd etdiyi halların araşdırılmasını və Məmmədova Xatirənin dələduzluq yolu ilə pullarını xərclətdiyi üçün barəsində cinayət işi açılmasını, cəzalandırılmasını və xərclədiyi pulların geri qaytarılmasını istəyib.

Qeyd edək ki, Cavanşir Məmmədov hüquq-mühafizə orqanlarına müraciət edərək Mustafa İbili tərəfindən aldadıldığını bildirib. Belə ki, o iddia edib ki, Mustafa İbili Cavanşir Məmmədovdan 13.000 manat və 126.500 dollar alıb və geri qaytarmayıb. Daha sonra Mustafa polis əməkdaşları tərəfindən saxlanılıb. Haqqında Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Ardını oxu...
Ukraynalı müğənni Maks Barskix ermənilərə dəstək olub.

DİA.AZ yeniavaz.com-a istinadla xəbər verir ki, bu barədə o, instaqram hesabında paylaşım edib.

Bunun ardından Azərbaycanda sosial şəbəkələrdə müğənninin dekabrın 10-da başa tutacağı gözlənilən Bakı konsertinin ləğvi tələbi ilə çağırışlar edilib.

Bir müddət sonra Maks Barskixin konsertinə bilet satışını həyata keçirən iTicket.az şirkəti bilet satışını dayandırıb.

Şirkət “Qafqazinfo”ya açıqlamasında konsertin ləğv olunduğunu açıqlayıb.

Qeyd edək ki, Bakı Konqres Mərkəzində keçiriləcəyi gözlənilən konsertə biletlərin qiyməti 40-230 AZN arası idi.

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 

Ardını oxu...
Redaksiyamıza Bakı şəhəri, Masazır qəsəbəsi 59 ünvanında yaşayan A. A.İsgəndərlinin şikayət məktubu daxil olub.

Şikayətçi 1 sentyabr 2022-ci ildə İcbari Sığorta Bürosunun əməkdaşı Ə.Rüstəmova tərəfindən təhqir olunduğunu yazır.

1-ci qrup əlil və ağır miopatiya - əzələ xəstəsi olduğunu bildirən A.İsgəndərlinin sözlərinə görə, həmin gün yaxın qohumları ilə gün ərzində üç dəfə İcbari Sığorta Bürosunun binasına gəlib: "Hər dəfə də İcbari Sığorta Bürosunun müştəri xidmətləri şöbəsinin işçisi Əfsanə Rüstəmova məni qəbul etməyib. Birinci gəlişimdə panikür-pedikürlə məşğul idi, dedi, vaxtım yoxdu. İkinci dəfə gələndə özünün xüsusi pəhriz yeməyini iş yerində - müstəri xidmətləri göstərməli olduğu stolun üstündə yeyirdi. Hər dəfə də bu mənzərəni 10-15 müstəri dayanıb təəccüb içində seyr edirdi. Üçüncü dəfə gələndə mənim əsəblərim dözmədi. Çünki Masazırda yaşayıram, hər dəfə gəlib-getməyə taksiyə pul verirəm. Səbrim çatmadı, etirazımı bildirdim ki, müstərilərə bu cür xidmət göstərilmir. Mən Əfsanə Rüstəmovaya dedim ki, siz müştərilərə yox, özünüzə xidmət edirsiniz. Bundan sonra o, ayağa qalxdı, stula təpik vurdu və mənə ağır təhqirlər yağdırdı. Mən ona dedim ki, sizin mənimlə bu tonda danışmağa ixtiyarınız yoxdur, mən sizin rəhbərliyə və Mərkəzi Banka şikayət edəcəyəm. O qışqıra-qışqıra ayağa qalxdı, stolun üstündəki sənədləri götürüb göyə səpələdi, dedi ki, "qələt edir bizim rəhbərlik də, Mərkəzi Bank da, sən də, mən sənə nəinki xidmət göstərəcəm, heç səninlə danışmaq belə istəmirəm, çıx rədd ol burdan çölə!"

Orada dayanan digər müştərilər də təəccüb içərisində deyindilər ki, bura necə idarədir, adamla necə rəftar edirlər, işçi vətəndaşları adam yerinə qoymur, bildiyini eləyir. Müştərilər bildirdilər ki, bu Əfsanə Rüstəmovanın birinci hərəkəti deyil, o dəfələrlə insanlara qarşı bu cür kobud hərəkətlər edib, müştərilərə qəbz-zad da vermir, mühasibatlıq işləri bərbad gündədir, belə ki, o, müdiri saymadığından sənədləşmə işlərini düzgün aparmır. Əlbəttə, sənədləşmə işlərində bu cür özbaşınalığın olması Əfsanə Rüstəmovanın özünə xeyirdir, çünki o bu özbaşınalıqdan sui-istifadə edir.

Dediyim kimi, mən birinci qrup ömürlük miopatiya xəstəsiyəm. Maraqlanarkan üzə çıxdı ki, bu işçi ilə heç İcbari Sığorta Bürosunun rəhbərliyi özü belə bacarmır.

Mən İcbari Sığorta Bürosunun rəhbərliyindən, Mərkəzi Bankdan və Milli Məclisdən xahiş edirəm ki, Əfsanə Rüstəmova barəsində müvafiq tədbirlər görülsün. O cümlədən, prokurorluq orqanlarından xahiş edirəm ki, İcbari Sığorta Bürosunda həmin gün mənimlə işçi Əfsanə Rüstəmova arasında yaşanmış qalmaqalın, mübahisənin videogörtüntülərini götürsünlər, məsələyə hüquqi müstəvidə qiymət versinlər. Eyni zamanda, Vergilər Nazirliyindən xahiş edirəm ki, İcbari Sığorta Bürosunda sənədləşməni yoxlasınlar, onda görəcəklər ki, nə qədər neqativ hallar və vergidən yayınmalar ortalığa çıxır".

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənmək cəhdimiz alınmadı. Odur ki, maraqlı tərəfləri də dinləməyə hazırıq. //tezadlar.az//
Ardını oxu...
Məlum olduğu kimi, cari ilin 12-13 sentyabr tarixlərində Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədində törətdikləri genişmiqyaslı təxribatlara qarşı silahlı qüvvələrimiz tərəfindən layiqli cavab tədbirləri görülmüşdür. Hazırda həyata keçirilmiş hərbi əməliyyatlarla bağlı “TikTok” sosial şəbəkə resursunda ordumuzun uğurlarına kölgə salan, hərbi sirləri özündə əks etdirən, cəmiyyətdə yanlış fikir formalaşdırmaq məqsədi güdən məlumatlar yayımlanmaqdadır. Göstərilənlərlə əlaqədar, “TikTok” sosial şəbəkəsinin fəaliyyətinin Azərbaycan ərazisində müvəqqəti məhdudlaşdırılması qərara alınmış və bunun üçün aidiyyəti orqanlar qarşısında vəsatət qaldırılmışdır.

"DogruXeber.az" xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidməti məlumat yayıb.

Dövlət Təhlükəsizliyi Xidməti vətəndaşlarımızı digər sosial şəbəkələrdə paylaşılan həqiqətə uyğun olmayan və ictimaiyyət arasında vahimə yaratmağa hesablanmış belə məlumatlara inanmamağa və yalnız dövlət qurumlarının rəsmi məlumatlarına istinad etməyə çağırır

Ardını oxu...
Türkiyənin pop ulduzu Hadise Ermənistanın sərhəddə törətdiyi təxribatlar nəticəsində şəhid olan Azərbaycan əsgərləri ilə bağlı paylaşım edib.

DİA.AZ Bizim.Media-ya istinadla xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında şəhid olan əsgərlərin ailələrinə başsağlığı mesajı ünvanlayıb.

“Azərbaycanda şəhid olan qardaşlarımıza Allahdan rəhmət, yaralılara şəfalar diləyirəm və başsağlığı verirəm”.

Qeyd edək ki, Hadise ötən həftə sonu “Bakı Konqres Mərkəz”ində canlı solo konsert proqramı ilə çıxış edib.
Ardını oxu...
Gənc müğənni Hissin Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində şəhid olan Səbuhi Əhmədovla eyni uşaq evində böyüdüyü məlum olub.
DİA.AZ Bakupost.az-a istinadla xəbər verir ki, bu barədə Hiss instaqramda foto paylaşaraq, yazıb:
“Bəzi şeylər var ki, sözlə ifadə etmək olmur. Olsa belə, çox mənasız qalır. Nur içində yat, mənim balaca qardaşım!”.
Qeyd edək ki, valideyn himayəsindən məhrum olmuş Səbuhi SOS uşaq evinin yetirməsi və 269 saylı məktəbin məzunudur. Onun nəşi II Fəxri xiyabanda torpağa tapşırılıb.

Ardını oxu...
Ardını oxu...
 

 
Ardını oxu...
 
"Cennetin çocukları" serialında yer alan aktyorlardan daha birinin kimliyi bəlli olub.
Ekran işində aktrisa İrem Helvacıoğlu rol alacaq. O, layihədə "Zeynep" obrazına həyat verəcək. İrem "Halil" obrazını canlandıran aktyor Alp Navruzun tərəf müqabili olacaq.
Qeyd edək ki, bundan əvvəl sözügedən obraz Alpın sevgilisi aktrisa Ayça Ayşin Turana təklif olunsa da o, bundan imtina etmişdi. Ayça sevgilisiylə ikinci dəfə eyni serialda rol almasının karyerasına mənfi təsir edəcəyini düşündüyünü bildirmişdi.
  • Ardını oxu...

 
Ardını oxu...
 
Məşhur şoumen Mehmet Ali Erbil 2 ildir birlikdə işlədiyi 25 yaşlı stilisti ilə eşq yaşadığını etiraf edib.
Bu barədə Erbil özü məlumat yayıb. Belə ki, o şou proqramlarının birində stilisti Melike Çamlıoğlu ilə sevgili olduğunu açıqlayıb.
Bildirək ki, 65 yaşlı Erbilin özündən 40 yaş kiçik xanımla eşq yaşaması müzakirələrə səbəb olub.
  • Ardını oxu...
  • Ardını oxu...
  • Ardını oxu...
  • Ardını oxu...

Dünyapress TV

Xəbər lenti