Ardını oxu...
Müğənni Şəbnəm Tovuzlu (Əsədova) “onunla 10 il birgə yaşamışıq” deyən şəxs barəsində ilk dəfə açıqlama verib.

Bu haqda sənətçi qonaq olduğu "Xəbəriniz var?" maqazin verilişində danışıb.

Şəbnəm bildirib ki, həmin insanla illərlə toylara gedib və yalan sözlər danışdığı üçün o şəxs üzr istəyib:

"Həmin şəxs oyrədilmişdi. Onun özü ilə danışıldı. O, dediyi sözlərə görə, üzr istədi. Söylədi ki, “ilk dəfə idi ki, efirə çıxırdım və səhv elədim”. Gərək bu kimi şeylər olmazdı.

Onunla illərlə toylara, məclislərə getmişik. Elə şeylər var ki, bunları demək olmaz. Öyrətsələr belə,... Axı nə qazandınız? Siz yenə yoxsunuz. Amma Şəbnəm yenə Şəbnəmdir. Sadəcə insanlar bir-birinə hörmət saxlamalıdır.
Qəlb qırmaq Allahın sevmədiyi bir məsələdir. Həmin şəxslə mən özüm danışmadım. O, bir bəy üçün yaraşmayan sözlər dilə gətirdi. Belə şeyləri bir bəy etsə belə, danışmamalıdır. Amma etməyə-etməyə danışdığı üçün insanlar tərəfindən çox qınanıldı. Olunan zəngdə də o insan səhvini anlayıb, üzr istədi. Əvvəlcə düşündük ki, bunu kamera önündə etsin, sonra isə buna gərək görmədik. İstəmədik bu məsələni böyüdək".

 
Ardını oxu...
Niyaməddin Musayev Flora Kərimovanın dodağından öpüb.

TEREF referans.az-a istinadən xəbər verir ki, ATV telekanalında yayımlanan "Zaurla Günaydın" verilişinin qonağı olan xalq artistləri Niyaməddin Musayev və Flora Kərimova gözlənilməz hərəkətləri ilə gündəmə gəliblər.

Mahnı oxuduğu vaxt N. Musayev Flora Kərimovaya yaxınlaşaraq onu dodağından öpüb.

Həmin görüntüləri təqdim edirik:

 
Ardını oxu...
Tiktokda “Crazy Müjgan” adlı ilə məşhuraşan istifadəçi canlı yayım zamanı başına iş gəlib.

Milli.Az bildirir ki, o, qonşuları tərəfindən hücuma məruz qalıb. Tiktokerin döyülməsinə səbəb isə onun evinin qarşısında qonşunun icazəsiz hasar tikmək istəməsi olub.

Yaşanan olaydan sonra o, hüquq-mühafizə orqanlarına müraciət edib.

Sözügedən görüntüləri təqdim edirik:


 
Ardını oxu...
Televiziyada verilişlərdən birində qonaq olan müğənni Aynur Dadaşovanın başına iş gəlib.

Belə ki, sənətçi canlı yayımda yıxılıb.

Dizi əzilən ifaçı - "Göz dəydi, tutmasaydılar, burnum əziləcəkdi. Biabır oldum", - deyə gileylənib.

 
Ardını oxu...
Xalq artisti Röya Ayxan bir neçə gün öncə sosial şəbəkə hesabında “Gic kimi” adlı mahnısına çəkdirdiyi qısametrajlı klipi izləyiciləri ilə bölüşüb. Yenidən gündəmə gələn mahnının sözlərini sosial şəbəkə izləyiciləri birmənalı qarşılanmayıb. Bəziləri mahnının sözlərinin bayağı olduğunu iddia edərək bunun Xalq artisti fəxri adını daşıyan sənətçiyə yaraşmadığını qeyd edib.

Əli Mirəliyev “Ürəyi boş, ürəyi sevmir heç kimi. Gözlədim mən onun yolunu gic kimi” misralarının oxumasını Xalq artistinə yaraşdırmayıb.

O, Röyanın bu ada layiq olmadığını da iddia edib:

“Röya Xalq artisti deyil! Ona yalandan bu fəxri adı veriblər. Yalançı Xalq artisti. Elə buna görə ağlına nə gəldi oxuyur. Xalq artisti adını alan insan gərək özünə hörmət etsin. Röya indi nə oxuyur bilmirəm, amma söhbət indidən yox, elə əvvəldən gedir.

Röyanın əvvəlki hərəkətlərinə nəzər yetirmək kifayətdir ki, biləsən elə bu cür oxumalıdır. Başqa nə oxumalı idi? O, Akif İslamzadə, Şövkət Ələkbərova, Gülağa Ağayev kimi, lap elə mənim kimi oxumalı idi?! Onun ədəbi olub ki, ədəbli də oxusun?”

Ə. Mirəliyev Xalq artisti Aygün Kazımovanın və Röyanın fəxri adlarının onlardan geri alınmasını tələb edib:

“Röya Aygünün də üstündən gedir. O, “geydirmə” oxuyur. Xalq artisti ara sözlərinə, meyxana sözlərinə mahnı qoşub oxumaz! Ayıbdır! Ona ayıb olsun. O, Xalq artisti kimi mötəbər bir ada layiq deyil və bu adı həm ondan, həm də Aygün Kazımovadan geri almaq lazımdır

yenisabah.az
 
Ardını oxu...
Müğənni Nadir Qafarzadə instaqramda son paylaşdığı video ilə gündəm yaradıb.

Teref publika.az-a istinadla xəbər verir ki, sənətçi mətbəxdə bir xanımla görüntülərini paylaşaraq evli olduqlarını deyib.


"Təzə arvad budu də. Əziz dostlar, həyat yoldaşımla tanış olun, bizə xoşbəxtlik arzulayın. İnşallah ki, hər şey yaxşı olar, həyatıma xoş gəldin, gülüm, aşkım", - müğənni videoda xanımına bildirib.


Ulduzun bu sözlərini isə izləyiciləri birmənalı qarşılamayıb. Çoxları bunun zarafat olduğunu yazıb. Digərləri isə "Zarafat olsa belə ayıbdı, ailənizə qarşı hörmətsizlikdir" kimi fikirlər yazıblar.


Qeyd edək ki, Nadir Qafarzadənin həyat yoldaşı Sevinc xanımdan iki oğlu var.

 

Ardını oxu...
Samara vilayət məhkəməsində keçirilən prosesdə müğənni Eduard Şarlottanın sağlamlıq vəziyyəti müzakirə olunub.
32gun.az bildirir ki, bu barədə "Samara onlayn" məlumat yayıb

Bildirilir ki, sənətçinin ciddi xəstəlikləri olduğu ortaya çıxıb.

Müğənni Sankt-Peterburqda saxlanılarkən həkimlər onun qan təzyiqinin yüksək olduğunu müəyyən ediblər. "İnsanların 70 yaşında belə göstəriciləri yoxdur, Şarlotta isə 20-dən bir qədər çoxdur" deyəd sənətçinin vəkili Aleksey Lapuzin bildirib.

Qeyd edilir ki, Sənətçi ötən ilin noyabrından istintaqa cəlb olunub. Onun təcridxanada saçını qırxıblar, buna görə də o, məşhur qıvrımsız qaldı.

Xatırladaq ki, Şarlotta qarşı üç cinayət işi açılıb. Müğənni üç video yayımlayıb. O, “Qələbə günü” mahnısının sözlərini təhqiredici sözlərlə yenidən düzəldib, Patriarx Kirilin fotoşəkilini ağaca mismarlayıb.

Şarlotta kimi tanınan Eduard Valerieviç Şarlot rus bəstəkarı , musiqiçi , müğənni , bəstəkar və aktyordur . O, ilk dəfə “ Vulqar Molli ” qrupunun mahnılarının koverləri sayəsində şöhrət qazanmışdır.
Ardını oxu...
 
 
 
Ardını oxu...
Elzadan yeni şeir: “Danışın yatağımdan...”
facebook sharing button Sharetwitter sharing button Tweetemail sharing button Emailwhatsapp sharing button Sharesharethis sharing button Share
2024-01-10 23:08:27
Elzadan yeni şeir: “Danışın yatağımdan...”
Ətraflı
Ad - 00:15
Əməkdar artist Elza Seyidcahanın ötən gün dəfn edilən həmkarı Aygün Bəylərin vida mərasiminə qoyduğu papaq müzakirələrə səbəb oldu.

Elzaya ilk irad Xalq artisti Flora Kərimovadan gəldi.

“Elgizlə İzlə” verilişinin qonağı olan Flora Kərimova həmkarının geyiminə irad bildirdi. Onun Elza Seyidcahanın davranışını “səviyyəsizlik və xalqa hörmətsizlik” kimi qiymətləndirməsə tərəflər arasında qalmaqala səbəb oldu.

Teref Yenisabah.az-a istinadla xəbər verir ki, mikrofonu yerə çırparaq studiyanı tərk edən Elza Seyidcahan bu gün müzakirələr səbəb olan papağına şeir yazıb:

Danışın papağımdan,

Yapışın balağımdan.

Sürüşün topuğumdan,

Girişin dizimdən.

Sürünün izimnən.

Yarışın özümnən.

Alışın üzümnən.

Düşünün sözümnən.

Görüşün papağımdan,

Danışın yatağımdan.
 
 
 
Ardını oxu...
"Xalq ulduzu" mahnı müsabiqəsi ilə tanınan Xəlil Qaraçöp hələ uzun müddət danışılacaq addımı ilə diqqət mərkəzinə düşüb.

Sənətçi Gürcüstanda iştirak etdiyi bir toy məclisində ifası zamanı ona uzadılan tapançanı götürərək, havaya bir neçə dəfə ardıcıl atəş açıb.

Həmin kadrları təqdim edirik:

titul.az
 

Dünyapress TV

Xəbər lenti