Ardını oxu...
 
Müğənni Nura Suri Dənizkənarı Milli Park ərazisində skuter icarəyə verən şirkətdən şikayətlənib.

Bizim.Media xəbər verir ki, sənətçi nəqliyyat vasitəni icarəyə verən şəxslərlə etiraz dolu söhbətinin görüntülərini çəkərək sosial şəbəkə hesabında paylaşıb.

Nura skuterlərin enerjisinin dolu olanını deyil, məhz az olanını sakinlərə təklif etdiyini iddia edərək, etiraz səsini ucaldıb.

““WingZ” şirkətinin işçiləri belə işləyirlər. Yəqin ki, rəhbərliyin xəbəri var. Bu qədər pul qazanırlar, bu qədər də hörmətsiz yanaşırlar. Hər gün də olmasa, günaşırı David (ən kiçik oğlu – red.) bulvarda skuter götürüb sürür. Bir neçə dəfə bu halla rastlaşmışıq deyə, paylaşmaq qərarına gəldim” – deyə, N.Suri bildirib.


Ardını oxu...
Xalq artisti Aygün Kazımova sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.

KONKRET.az xəbər verir ki, sənətçi “Instagram” hesabında arxiv görüntülərini paylaşıb.

Video 21 il əvvəl – 2001-ci ildə lentə alınıb. Görüntülərdə Kazımovanın “Ulduzlar bağı” adlı verilişdə sevilən ifalarından birini səsləndirməsi əks olunub.

Sənətçinin bu paylaşımı sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanaraq müzakirə olunub.

İzləyicilərin bir qismi Xalq artistini tərif yağışına tutub. Sənətçinin qızılı rəngli parlaq libası da diqqətlərdən yayınmayıb. İstifadəçilərin bəziləri Aygünün geyimini məşhur ulduz Beyonsun libası ilə müqayisə ediblər.

Onlar “Beyonsun indi geyindiyini Aygün 30 il əvvəl geyinib” deyərək Kazımovanın hər zaman zövqlü tərzi ilə seçildiyini vurğulayıblar.

İfaçının müzakirələrə səbəb olan həmin görüntülərini təqdim edirik:
 
Ardını oxu...
Uzun müddətdir Xalq artisti Flora Kərimova ilə məhkəməlik olan müğənni Afət Fərmanqızından xəbər var.

Yenisabah.az xəbər verir ki, müğənni bu dəfə ad çəkmədən həmkarına söz atıb.

Sosial şəbəkə hesabında görüntülərini paylaşan ifaçı hovuz kənarında uzanaraq “Özünə bax, mənə bax, qəlbini yandırıb yax, görmürsənmi, ay axmaq, mənim vecimə deyil”, – deyə mahnı ifa edib.

O görüntülərə “Ay nənə, 60 yaşlı əyriayaq, atası falçı olan, dincəl!” – şərhini yazıb.

İfaçı ad çəkməsə də, sosial şəbəkə istifadəçiləri onun bu sözləri həmkarı Nazənin Salayevaya ünvanladığını yazıblar.

Həmin görüntüləri təqdim edirik:
 
 
 
Ardını oxu...
Aparıcı Mətanət Əliverdiyeva “Xəzər TV”də yayımlanan “Gəzək, bişirək” verilişindən ayrılıb.

Onu rəqqasə Fatimə Fətəliyeva əvəzləyəcək.

Bu haqda M.Əliverdiyeva Axşam.az-a açıqlamasında danışıb:

“Bu, prodakşn verilişi idi. Başqa işlərim olduğu üçün layihədən ayrıldım. Həm də düşünürəm ki, bütün rayonlarımızı, kəndlərimizi gəzdim, məncə artıq yetər. Fatiməyə də uğurlar arzulayıram”.

Qeyd edək ki, M.Əliverdiyeva ATV kanalından ayrıldıqdan sonra “Space”də işə başlamışdı. Orada cəmi bir ay çalışan aparıcı sonradan MTV-nin efirində yayımlanan “6/8 axşam şousu” adlı verilişə aparıcılıq edirdi.
 

 
Ardını oxu...
 
Məşhur aktrisa Merve Boluğur keçmiş həyat yoldaşı Murat Dalkılıçın “Merve istəsə ayrılığımızın səbəbini açıqlayar” sözlərinə reaksiya verib.
Türkiyə mediası xəbər verir ki, Merve Murata "Bu çıxardığın neçənci şoudur?" deyərək cavab verib.
Ardınca isə sosial media hesabında sevgilisi ilə fotosunu paylaşan Boluğur "Həyat yoldaşım" yazıb.

 

 
Ardını oxu...
 
Türkiyəli aktrisa Şafak Pekdemirin yeni layihəsi bəlli olub. 
Aktrisa "Senden daha güzel" serialında rol alacaq. O, 10-cu bölümdən etibarən izləyicilərin qarşısına çıxacaq. Şafak layihədə "Sevda" obrazına həyat verəcək.
Qeyd edək ki, Şafak son olaraq "Yasak elma", "Yalancılar ve mumları" kimi ekran işlərində rol alıb.
Ardını oxu...
“Müğənnilik xərcləri çox olan sənətdir. Sənətdə ilk addımlayanda bu xərclər daha çox olur. Allah mənə güc verib, onların öhdəsindən gəlmişəm. Mənim heç kimə ehtiyacım olmayıb ki, kimsə mənə nəsə alsın. Mən belə olmuşam. Nə var min şükür. Allah mənə hər şeyi nəsib edib. 15 yaşımdan toylara getmişəm, heç bilməmişəm illəri necə gəlib keçib”. DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Mənzurə Musayeva deyib. O daha sonra ailə həyatı ilə bağlı sualı cavablayıb.

“Mənə çox sual verirlər ki, “Niyə ailə həyatı qurmursuz?”. Ailəni bir dəfə qurarlar. Bir dəfə gətirdi, gətirdi, gətirmədisə o da Allahın işidir. Allah bu tərəfdən verir, ordan alır. Qismətə, alın yazısına inanıram” deyə sənətçi bildirib.

Mənzurə Musayeva həmçinin plastik əməliyyatlara da münasibət bildirib.

“Bəzən instaqramda yazırlar ki, üzünüzdə əməliyyat etdirmisiz? Mən hələ bu yaşıma qədər üzümdə heç bir əməliyyat etdirməmişəm. Kosmetoloq dostlarım var, bəzən çağırırlar, üzümün bəzi nahiyələrində prosedurlar həyata keçirirlər. Üzümdə əməliyyat keçirməkdən qorxuram. Edərəm, edərəm pis günə düşərəm. Bu mənə lazımdır? Mənim sadəcə burnum bir neçə dəfə əməliyyat olunub, əslində burnum böyük deyildi, sadəcə olaraq nəfəs almaqda çətinlik çəkirdim. Mən məcbur olub burun əməliyyatı etdirmişəm. Oxuyuram axı! İndi yaxşı nəfəs ala bilirəm” deyə müğənni bildirib.
Ardını oxu...
“Şarkıcı” adlı albomu ilə səhnəyə qayıdan məşhur türkiyəli müğənni Sıladan pərəstişkarlarını üzən xəbər gəlib.

İfaçı sosial media hesabından koronavirusa yoluxduğunu açıqlayıb.

Ötən aylarda 15 mahnıdan ibarət yeni albomunu dinləyicilərinə təqdim edən məşhur müğənni konsertlərinin təxirə saldığını da bildirib.

O, biletlərin yeni tarixə dəyişdirilə biləcəyini də vurğulayıb.
Ardını oxu...
 
 
 

 
Ardını oxu...
 
"Maykl Ceksonun qeyri-qanuni oğlu" kimi tanınan musiqiçi Brendon Hovard atasının mirasına münasibətindən danışıb.

Jurnalistin ondan yenidən DNT testindən keçmək və Ceksonun mirasındakı payını iddia etmək niyyətində olub-olması ilə bağlı sualına o, sadəcə olaraq bütün bu ajiotajdan uzaq olmaq istədiyini deyib:

"Mən bu məsələyə qarışmaq istəmirəm. Mən bunu etməzdim", - deyə Hovard bildirib.

Musiqiçinin sözlərinə görə onun Ceksonun oğlu ola biləcəyi ehtimalı yayıldıqdan sonra vəkillər bir neçə dəfə yanına gələrək mirası tələb etməsi təklifini irəli sürüblər.

Gəncin sözlərinə görə, o, həmişə imtina edib.

Qeyd edək ki, Brendon - "Billi" kimi tanınan müğənni Mika Hovardın oğludur. O və Cekson bir-birlərini 80-ci illərdə tanıyırdılar. Brendon 1982-ci ildə anadan olub. Bir il sonra Cekson "Billie Jean" hitini ifa etdi. Mahnının sözlərində deyilir ki, "Amma mən sənin görüşdüyün tək kişi deyildim və uşaq da mənim deyil".

Ardını oxu...

Ardını oxu...
“Azərbaycanda vergi mədəniyyətinin formalaşması istənilən səviyyədə deyil. Türkiyə ilə müqayisədə ölkədə vergi rüsumlarının yığılması və xərclənməsi ilə bağlı açıqlama səthi xarakter daşıyır. DİA.AZ xəbər verir ki, bu sözləri “Şərq”ə açıqlamasında iqtisadçı-ekspert Rauf Qarayev deyib. Ekspertin sözlərinə görə, ərəb xilafəti dövründən bizdə xüms, zəkat və sair vergi növləri var idi. Əslində, bu, vergi mədəniyyətini də özündə əks etdirir. Baxmayaraq ki, bizdə dini baxımdan formalaşan vergi mədəniyyəti könüllülük prinsipi daşıyır. Təəssüf ki, bu yanaşma qanunvericiliklə bağlı məqamlara sirayət etməyib. Yəni vergi verməyən şəxs ictimaiyyət tərəfindən qınaq obyektinə çevrilmir. Amma Avropada bu mədəniyyət formalaşdığı üçün orada bir çox vətəndaş vergi ödəməyi özlərinə borc bilir.

İqtisadçının fikrincə, Avropada əmək haqları, pensiya təminatı, sosial müdafiə, ölkənin iqtisadi baxımdan inkişafı vergi prinsipi üzərində qurulub. Bizdə isə belə deyil:

“Neft sektoru büdcəni formalaşdıran amildir. Bu baxımdan da, əhalidə fikir formalaşıb ki, əgər neftdən pul gəlirsə, o halda vergi ödəməyə ehtiyac yoxdur. Belə düşüncə müğənnilərə də aiddir. Müğənnilər özləri açıqlayır ki, toyda 1 saat oxumaq üçün 15 min manat alırlar. Vergi məsələsini soruşduqda, deyir, ödəmirəm, çünki köməkçilərim var, qazancım onların xərclərinə gedir. Yaxud toya yoxlama gələndə qeyd edir ki, dostunun toyuna gəlib, gəliri yoxdur, “bir-iki ağız” oxuyub gedəcək. Bu günə qədər eşitməmişəm ki, hansısa müğənni vergi borcuna görə həbs olunub və ya böyük məbləğdə cərimə edilib”.

Ekspert deyib ki, müğənni şadlıq sarayı ilə müqavilə bağlamır, toy yiyəsi ilə razılaşıb gəlir:

“Nə şadlıq sarayı bunu edəcək, nə də toy sahibi. Çünki belə halda onlar da vergi ödəyicisi siyahısına düşəcəklər. Bütün proseslər bir-birinə zəncirvari bağlıdır.

Türkiyədə müğənni fəxr edir ki, vergi ödəyirəm, ölkəmə xeyir verirəm. Hətta sənətə yeni başlayanlar da bu addımları ilə nümunə olurlar. Azərbaycanda vergi qanunvericiliyi sərtdir, amma yayınmalar daha çoxdur.

Demək, sərtlik işə yaramır. Bu məsələdə vətənə, xalqa sevgi olmalıdır. Bizdə vergi təbliğatının əsas göstəricisi müğənnilər olmalıdır, çünki onlar xalqdan qazanırlar. Amma qazandıqlarından xalqa qaytarmaq istədiklərini görmürük”.

Dünyapress TV

Xəbər lenti