Ardını oxu...
Quba polisi xüsusi əməliyyat keçirib.
TEREF Unikal-a istinadən xəbər verir ki, əməliyyat zamanı rayon ərazisində dələduzluq edərək vətəndaşlardan küllü miqdarda pul alan şəxs saxlanılıb.

Belə ki, Quba rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı Şaiq Həsən oğlu Həşimov tutulub. O, rayon ərazisində qaziləri, şəhid ailələrini, müalicəyə ehtiyacı olan uşaqların valideynlərini guya türkəçarə üsulu ilə sağaldacağı vədini verərək aldadıb.

Şaiq Həşimov Polis Şöbəsinə daxil olan məlumat əsasında saxlanılıb. Barəsində araşdırma başlanılıb.

Qeyd edək ki, Şaiq Haşimov xalq artisti Aybəniz Haşımovanın qardaşıdır.
 
Ardını oxu...
Leyla Şərifova vəfat edib.

Onu kim xatırlayır?

...Mətbuatda oxudum ki, Azərbaycan SSR və Tacikistan SSR-nin Xalq artisti, müğənni Leyla Şərifova bu il fevral ayının 19-da, 94 yaşında Almaniyanın Düsseldorf şəhərində vəfat edib.


Leyla Şərifova 1930-cu il 22 yanvar tarixdə anadan olub. Bəzi sənədlərdə onun 1931-ci ildə doğulduğu qeyd olunub.

Zənnimcə, birinci tarix daha doğrudur. Çünki 85-ci ildə onun ad günüylə, yəni 55 illiyi ilə bağlı konsrt verdiyi çoxlarının yadında ola bilər.

Mən bu xanımı tanıyırdım... O, bir zamanlar çox şöhrətli idi. Ona “Şərq bülbülü” də deyirdilər...

Tacikistandan 1978-ci ildə Bakıya köçən müğənni 1980-ci ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin aparıcı solisti işləyib. Leyla Şərifova Bakıda bir müddət məşhur aktrisa Münəvvər Kələntərlinin evində yaşayıb.

Leyla xanım Bakıya niyə gəlmişdi? O, Tacikistanda da nüfuz sahibi idi, oranın Xalq artisti idi. Xanım Şərifova çox zəhmətkeş və müəyyən qədər şöhrətpərəst idi. Bir neçə dil bilir və həmin dillərdə oxuyur, hətta şeir yazırdı. O, istəyirdi ki, Azərbaycanın da Xalq artisti adını alsın. Daha sonra SSRİ xalq artisti adını almaq asan idi. O, Azərbaycanın Xalq artisti oldu, amma sonra Bakını tərk etdi...

Yeri gəlmişkən onu da demək lazımdır ki, vaxtilə Tacikistanda yüksək vəzifədə işləmiş, Leyla xanımla qonşu olmuş, müğənninin sənətinin pərəstişkarı kimi tanınan bir şəxs, onun Bakıya gəlməsində əsaslı rol oynamışdı. Dediyimiz kimi, L.Şərivova Bakıya həm də karyerasının yüksəlişi üçün gəlmişdi...

Leyla Şərifova Adil Bağırovun rəhbərlik etdiyi "Xatirə" xalq çalqı alətləri ansamblının və Gülarə Əliyevanın rəhbəri olduğu "Dan ulduzu" instrumental ansamblının müşayiəti ilə çıxışlar edib.

Müğənninin repertuarında əsasən türk, əfqan, Azərbaycan, türkmən, ərəb, fars, özbək və ispan mahnıları mühüm yer tutub.

Bəs mən Leyla xanımı haradan tanıyırdım?..

Məsələ burasında idi ki, Leyla Şərifova Bakıda olarkən AzTV-də solist kimi çalışırdı. Onu tez-tez Ədəbi dram, Musiqi və Gənclik redaksiyalarında görərdim. O vaxtlar mən TV-də bir sıra verilişlərin aparıcısı və ssenari müəllifi idim. Onun maraqlı söhbətləri vardı. Tacik-fars və Azərbaycan dillərində şeirlər söyləyərdi. İnanclı idi.

Yadımdadır, Leyla xanım 80-lərin sonlarında Almaniyaya köçdü. Gedərkən Montindəki evlərinin mebellərini mənim yaxın bir şair dostuma satdı. Onlar hər ikisi kövrəlmişdi. O da yadımdadır ki, müğənni xanımın alma yanaqlarını göz yaşları islatmışdı...

Sonralar eşitdim ki, Almaniyaya köçən Leyla xanım orada da yaradcılıq fəaliyyətini davam etdirir.

O, üç dəfə rəsmi ailə qurmuşdu. Sonuncu əri milliyyətcə əfqan olub. Adını yuxarıda çəkmədiyim şair dostumun dediyinə görə həmin adam Əfqanıstan hökmdarı, kral Zahir şahın yaxın qohumlarından biri idi.

Səhv etmirəmsə, Leyla Şərifovanın bir qızı var ki, o da indiki İqtisadiyyat Universitetini bitirmişdi...

Allah rəhmət eləsin.
Firuz Mustafa
 
 
 
Ardını oxu...
 

Əməkdar artistlər Lalə Məmmədova və Sevda Ələkbərzadə barışıblar.

Olay.az xəbər verir ki, sənətçilər tanınmış təşkilatçı Seva Sultanın doğum günündə bir araya gəliblər.

Onları Elnur Həsənov barışdırıb. Müğənnilər öpüşüb-görüşdükdən sonra birlikdə rəqs ediblər.

Qeyd edək ki, müğənnilər 2004-cü ildən bəri danışmırdılar. Onların küsülülüyünə səbəb isə “Şəbi Hicran” albomu olmuşdu.

Həmin görüntüləri təqdim edirik:

 
Ardını oxu...
Uzun müddətdir yataq xəstəsi olan meyxanaçı Kərim barədə xoş xəbər var.

TEREF Lent.az-a istinadən xəbər verir ki, meyxanaçının oğlu Kamil atasının vəziyyəti barədə bildirib ki, bir müddət öncə Kərimin vəziyyəti çox pis olsa da ,indi halı yaxşılığa doğru bir qədər dəyişib.

“Evdə müalicəsi davam edir. Gündəlik dərman müalicəsi alır. 2 gün öncə dostu, meyxanaçı Ağamirzə yanına baş çəkməyə gəlmişdi, onu tanıdı. Əslində ətrafındakıları tanıması bir az vəziyyətinə bağlıdır. Azca yüngülləşəndə tanıyır, bir neçə kəlmə danışır. Vəziyyəti ağırlaşanda susur. Heç nəyə cavab vermir, heç kimə reaksiya göstərmir”, - o bildirib.

Qeyd edək ki, 60 yaşlı meyxanaçı Kərim Novruzov 2017 və 2021-ci illərdə insult keçirib. Eyni zamanda şəkər xəstəliyindən də əziyyət çəkən sənətkar uzun müddətdir yataq xəstəsidir.
 
Ardını oxu...
Əməkdar artist Nüşabə Ələsgərli estetik əməliyyatlardan danışıb.

OLAY yazır ki, o, verilişlərin birində estetik etdirən bir həmkarını tanımamasından bəhs edib.

“Bir yaxın dostumuzu gördüm, salamlaşdı, salamlaşdım. Bir də gedəndən sonra səsi mənə tanış gəldi. Dedim sən filankəssən? Xanım idi. Xətrini istədiyim, gözəl xanımdır. Zatən gözəl idi, yenə də gözəldir, amma o deyil”, - deyə Ələsgərli bildirib.
Daha sonra proqramda Əməkdar artist Lalə Məmmədovanın estetik əməliyyat etdirdiyindən söz açılıb. Bu zaman Nüşabə deyib ki, “Yaxşıdır, amma o deyil. Estetik əməliyyata kim pis baxır ki, çox gözəl”.

Qeyd edək ki, Lalə Məmmədova bədən şəkilləndirmə, üz gərmə, burun əməliyyatları etdirib.
Ardını oxu...
"Yeşilçam"ın aktrisalarından olan Sevda Ferdağ vəfat edib.

TEREF axşam.az-a istinadən bildirir ki, aktrisa bu gün səhər saatlarında Cihangirdəki evində 81 yaşında dünyasını dəyişib.

Onun uzun müddətdir xəstəlikdən əziyyət çəkdiyi bildirilib.

Qeyd edək ki, Ferdağ 1958-ci ildə rol aldığı "O günden sonra" filminin uğursuz olması səbəbindən Almaniyaya köçüb. 1963-ci ildə ölkəsinə dönən aktrisa "Azrailin habercisi" filmi ilə izləyicilərin qarşısına çıxıb. Bu filmi ilə uğuru əldə edən Ferdağ 2009-cu ilə qədər 150-yə yaxın ekran işində rol alıb.
 
Ardını oxu...
Xanəndə, əməkdar artist İlkin Əhmədov müğənni Nəfəsin oxuduğu mahnını tənqid edib.

Lent.az-ın xəbərinə görə, o bildirib ki, bəsit mahnılarla xalqın başını qatırlar, halbuki bu mahnılar efirə buraxılmamalıdır:

“Deyir, eşq satılan bazara getmərəm, eşqi sataram (Nəfəsin “Tükənmişəm” mahnısınıı nəzərdə tutur). Başa düşmədim, eşq bazarda satılır? Söz yığınıdır. Bu qədər bayağılıq olar? Mahnı özü çox zəifdir. Bizim ölkənin səviyyəsində mahnı deyil".
 
Ardını oxu...
Rəqqasə Fatimə Fətəliyeva qalmaqal yaşadığı şairə Nazilə Səfərli ilə uzun illərdir gedən məhkəmə çəkişməsindən söz açıb.

Bizim.Media xəbər verir ki, Fatimə bu haqda qonaq olduğu stilist Anar Ağakişiyevin aparıcısı olduğu “Dəyişən Cavab” verilişində danışıb.

Anarın “Tutalım ki, məhkəmə Nazilə xanımın xeyrinə bitdi, qarşı tərəf də sizdən üzr gözlədi. Üzr istəyəcəksiniz?” sualına Fatimənin cavabı belə olub:

“Mən həyatda səhv olduğum məqamda üzr istəyirəm. Mən həbsxanada yataram, o qadından üzr istəmərəm”,

Qeyd edək ki, Apelyasiya Məhkəməsində qalib gələn Nazilə Səfərli Fatimə Fətəliyevadan üzr istəməsini tələb edib.

 
Ardını oxu...
Rusiyalı şoumen Aleksandr Falomin xəstəxanaya yerləşdirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Mash” teleqram kanalı məlumat yayıb.

Qeyd olunub ki, Falomin artıq dozada narkotik qəbul etdiyi üçün komaya düşüb.
 
Ardını oxu...
Müğənni Yuliana Karaulova sevmədiyi insanlardan bahalı hədiyyə qəbul etməməyi tövsiyə edib.
Müğənni qızlara sevilməyən kişilərdən bahalı hədiyyə almamalarını söyləyib.
“Bahalı hədiyyələr qəbul etməyi düzgün hesab etmirəm. Həyat yoldaşımla münasibətimdən əvvəl belə hallarım olub. Mən borca düşəcəyimi hiss edirdim, kişilər hədiyyəni boş yerə vermirlər. Əvəzini yataqda ödəmək lazım gəlir”,- deyə o qeyd edib.//lent.az

Dünyapress TV

Xəbər lenti