![]() |
![]() ![]() ![]() |
|
Cem Karaca ilə bağlı 21 il gizli qalan həqiqət üzə çıxıb.
Cem Karacanın vəfatından 21 il keçsə də, sənətçinin həyatına dair bu bilinməyən məqam ilk dəfə ortaya çıxıb. 8 fevral 2004-cü il səhəri ürək tutmasından həyatını itirən Karacanın illər öncə ağır bir xəstəliklə də mübarizə apardığı məlum olub.
2004-cü ildə ürək tutmasından dünyasını dəyişən Anadolu rok musiqisinin əfsanəsi Cem Karacanın əslində ölümündən üç il əvvəl leykozla mübarizə apardığı məlum olub. Bu sirri isə yalnız həyat yoldaşı İlkim Karaca bilib. Mərhum sənətçinin həyat yoldaşına yazdığı məktubda "Çox yaxında öləcəyəm, bunu bilirəm. Və adına leykoz deyəcəklər..." sözlərini yazdığı üzə çıxıb.
Sabah qəzetinin yazdığına görə Karaca 2001-ci ildə leykoz diaqnozu alıb və bu ağır xəstəliyi yalnız həyat yoldaşı ilə bölüşüb. "Tamirci Çırağı", "Ceviz Ağacı" və "Sevda Kuşun Kanadında" kimi mahnıları ilə yadda qalan sənətçinin üç il əvvəl yazdığı məktub bu sirri ortaya çıxarıb. Onların bu xəstəliyi ailə yaxınlarından gizlətdiyi aydın olub.
Məktubunda Karaca həyat yoldaşına belə yazıb: "Mən çox yaxında öləcəyəm, bunu hiss etmirəm, bilirəm. Və adına leykoz deyəcəklər... Sağ ol, xoş yaşa və məni, sənə baxmayaraq, unut! Ya da unutma... Amma sənə son iki sözüm budur: 1. Həyat, hər şeyə baxmayaraq, gözəldir. 2. Səni bu dünyada çox sevdim."**milli.az