Ançelotti Arda haqda danışdı:
“Real”ın baş məşqçisi Karlo Ançelotti komandasının yarımmüdafiəçisi Arda Gülər ​​haqda danışıb.

Aut.az xəbər verir ki, italyan mütəxəssis türkiyəli futbolçunu xeyli tərifləyib:

“Arda çox yaxşı irəliləyir. Bu daha nəzərə çarpır. Gələcəkdə onun rolu daha da böyük olacaq. O, oyununda keyfiyyət göstərir və daha ardıcıldır. Düşünürəm ki, Arda ​​sadəcə yaxşı yarımmüdafiəçi deyil, fantastik oyunçu olacaq. O, “Real”ın gələcəyi üçün çox vacib oyunçu olacaq. Çünki yarımmüdafiədə belə profili olan oyunçular azdır”.
 

Dünyapress TV

Xəbər lenti