Ardını oxu...
Aparıcı Xoşqədəm Hidayətqızının itləri itkin düşüb.

"Tokio" və "Nana" ləqəbli itlər Mərdəkan-Şüvəlan-Şağan istiqamətində itdiyi ehtimal edilir.

Aparıcı bu barədə canlı yayımda müraciət edib.

Xoşqədəm Baxşəliyeva bildirib ki, itləri tapan şəxslərə mükafat veriləcək. \\Sfera.az
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, məşhur yazar Nuridə Atəşi Xalq artisti, bəstəkar Faiq Sücəddinovun ünvanına sərt ittihamlar səsləndirib. “Neylərsən”, “Darıxmışam”, “Unuda bilməyəcəksən” kimi məşhur əsərlərin söz müəllifi olan Nuridə bildirib ki, Faiq Sücəddinov qonorar alsa da, o bu günə kimi heç bir qonorar almayıb.

Qalmaqallı məsələ ilə bağlı Bizim.Media-nın əməkdaşı Xalq artisti F.Sücəddinovla əlaqə saxlayıb.

Bəstəkar bildirib ki, heç özü İlhamə Quliyevadan bu əsərlərə görə qonorar almayıb:

“1994-cü ildə mərhum Xalq artisti İlhamə Quliyeva üçün “Neylərsən”, “Darıxmışam”, “Unuda bilməyəcəksən” adlı mahnılar yazmışam. Əgər Nuridə xanım qonorar almaq istəyirsə, bu məsələni mənimlə deyil, “YouTube”la həll etməlidir. Mən özüm İlhamə xanımdan nə qonorar almışam ki, Nuridəyə də qonorar verim? Bu məsələnin üzərindən 29 il keçib... 1994-cü ildə nə pul olub ki?

Bu əsərləri elə belə müğənni yox, İlhamə xanım Quliyeva oxuyub... İlhamə xanımdan kim pul və ya qonorar alıb ki, bizdə alaq. Burada bir məntiq olmalıdır ya yox... Mən uzun illərdir ki, Nuridə xanımı heç görməmişəm nə də ki, o, bununla bağlı mənimlə danışıb... Mən Nuridə xanıma can sağlığı arzu edirəm”.

Qeyd edək ki, N.Atəşi sosial şəbəkə hesabında “Faiq Sücəddinov “Neylərsən”, “Darıxmışam”, “Unuda bilməyəcəksən” kimi çox sayda hit olacaq, sözlərimə yazdığı mahnıları dollarla İlhamə Quliyevaya və müxtəlif müğənnilərə satır, ölkədə məşhur edir, uşaqlarıma bir çörək pulu belə vermirdi.

Bu günə qədər verilişlərə belə məni dəvət etmək istəyən aparıcılara "Nuridəni çağırma" deyir.

Üzümə hansı üzlə çıxacaq, birdən xalqın qarşısında rəzil edərəm deyə. Nə qazandı sizcə, paradan başqa, dostlar? Sadəcə "Neylərsən" mahnısının sözləri ilə xalqımın ürəyində əbədi taxt qurmadımmı? Kim yıxa biləcək bu taxtı? O qədər açacağım faktlar var ki...” post paylaşaraq etiraz edib.
Ardını oxu...
“ “Zəlzələ olmuşdu, mən Yazıçılar Birliyinə üzv seçiləndə vəlvələ oldu. İndi isə şou-biznesdə, sənətdə sünamidir. Müğənnilər hərfləri düzgün, yerində tələffüz edə bilmir. Əsas da “Ç” və “K” hərfləri çatışmır. Bu sənətdə lazımlı amildir. Oxumaqları da yoxdur, üstəlik də gələcək nəsli pozurlar. Çünki mahnı, musiqi böyük qüvvədir. Sənəti uçurumdan qorumalıyıq”.

Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Elza Seyidcahan deyib. O daha sonra efirlərdəki verilişlərdən danışıb.

“Bəzi bir çox verilişlər var ki, qızların üzünü çoxdan açıb. Hamının evində övlad böyüyür. Ciddi senzura olmalıdır. Necə ki, dövlət kanallarına sosial media fenomenləri buraxılmır, eləcə də bütün özəl kanallara da dəvət etməsinlər. Telekanal rəhbəri olsaydım o fenomenləri “abrabotka” edib, sonra efirə icazə verərdim” deyə müğənni bildirib.

Müğəni sənətə gəldiyi ilk illəri də xatırlayıb.

“Sənət insanları fədaidirlər. Biri var fədailər, biri də var sənətdən pul qazananlar. Bu gün də kimsə qeyri-adi şəkil paylaşanda şərhlərdə yazırlar ki, “deyəsən Elza Seyidcahan olmaq istəyirsən”. Dünən Elza Seyidcahanı bəyənmirdiniz, bu gün onu təkrarayırsız! Camaatın gördüyü 1986-cı ildən Elza idi, 1996-cı ildən Elza Seyidcahan kimi efirlərə çıxdım. Heç bəlkə də o vaxt Ledi Qaqa yox idi. Məni qınayırdılar. Bəlkə də o bu obrazları məndən götürmüşdü. Mən keçmişimdən utanmıram. Elza Seyidcahanın həyatı çoxmərtəbəli binanın, çoxuncu mərtəbəsinə bənzəyən ömür filminin təməllərindəndir. Min bir dəfə məndən yazıblar, bu gün də yazırlar” deyə sənətçi bildirib.

Müğənni bildirib ki, sənətçilər, ələxsus da bəstəkarlar üçün yaradıcılıq evləri olmalıdır.

“Sənətkar əsər yazmaq üçün qayğılardan uzaq olmalıdır. Öz dünyasında olmalıdır ki, bəstəkarın bəstəsi, rəssamı rəsmi alınsın. Zaqulbada yaradıcılıq evləri var, amma orada daha çox məmurlar istirahət edir, yaradıcı insanlar yox. İlhamə Quliyeva ömrünün sonuna qədər həmin yaradıcılıq evində qalırdı. Bəlkə bu günki gündə də var, amma bizi axtarmırlar” deyə sənətçi bildirib.
 
Ardını oxu...
“Üçüncü dəfə ailə qurmaram. Oğlum da, qızım da artıq böyükdür. Onların qarşısına nə deyib başqasını çıxararam? Mənim hər şeyim, həyat yoldaşım, qardaşım, sevdiyim, atam oğlumdur”.

Oxu.Az xəbər verir ki, bu sözləri müğənni Sevda Sanaliyeva “Evdəkilərə salam” proqramında deyib. O, anasının nəvə sevincini yaşaya bilmədiyini bildirib:

“Həkimlər mənə burada və xaricdə demişdilər ki, heç vaxt övlad sahibi olmayacağam. Diaqnoz bu idi. Çox pis olmuşdum. Anam da biləndə çox məyus oldu. Xəstəliyi ağırlaşırdı. Həmişə deyirdi ki, qocalanda sənə kim baxacaq?

Mən müalicə almağa başlayanda gördü ki, çox əziyyət çəkirəm. Bir gün dedi ki, Allahım, qızıma övlad ver və mənim canımı al. İki dəfə bu duanı etdi. Bunun üstündə onunla dalaşdım. Dedim ki, sənsiz heç nə istəmirəm. Onun duası qəbul oldu. Ailə həyatı qurdum və sonra anam daha da ağırlaşmağa başladı. Onda bildim ki, hamiləyəm. Oğlum dünyaya gəldi və qırxı çıxandan sonra anam dünyasını dəyişdi. O sevinci yaşaya bilmədi, nəvəsini qucağına almadı.
Yəqin ki, yaxşı övlad olmuşam, övladlarıma qarşı da beləyəm. Heç vaxt özümü birinci yerə qoymaram. Özümə nəsə alanda vicdan əzabı çəkirəm. Yoxluğu çox görmüşəm, yəqin ki, buna görədir”.

Qeyd edək ki, müğənninin anası Rəhilə Həmidova xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Ətraflı süjetdə:

 
Ardını oxu...
Daha bir fakt: 1993-lər. Həyat yoldaşım Qarabağda döyüşür. Uşaqlarıma əkmək belə alacaq param yox.Qızıl qəfəsdə məhbəs həyatı yaşayıram. Xəstə qızıma ölüm hökmü oxunub. Faiq Sucəddinov “Neylərsən”, “ Darıxmışam”, “Unuda bilməyəcəksən” kimi çoxlu sayda Hit olacaq sözlərimə yazdığı mahnıları dollarla İlhamə Quliyevaya və müxtəlif müğənnilərə satır, ölkədə məşhur edir, uşaqlarıma bir çörək pulu belə mənə vermirdi. Bu günə qədər verilişlərə belə məni dəvət etmək istəyən aparıcılara” Nuridəni çağırma” deyir. Üzümə hansı üzlə çıxacaq, birdən xalqın qarşısında rəzil edərəm deyə. Nə qazandı sizcə,paradan başqa, dostlar? Sadəcə “Neylərsən” mahnısının sözləri ilə mən xalqımın ürəyində əbədi taxt qurmadımmı? Kim yıxa biləcək bu taxtı? O qədər açacağım faktlar var ki sizə, DOSTLAR! Siz burda, mən burda, vaxtımız bol, bolllll....

Müəllif: Nuridə Atəşi
Təqdim etdi: DİA-AZ.COM (ƏRSOYUN BLOQU)
 
Ardını oxu...
Türkiyəli aktrisa Beren Saat açıqlaması ilə diqqət çəkib.

"DogruXeber.az" xəbər verir ki, verilişlərin birindən qonaq olan aktrisa sosial şəbəkələrdə aktiv olmamasının səbəbini açıqlayıb:

"O qədər insan ağrı çəkir ki, mən xoşbəxt nəsə paylaşmağa utanıram. Həyatımızı yaşamağa davam edəcəyik. Həyat davam edir, amma başqa bir tərəfdə də həyatın davam etmədiyi bir dünya var. O qədər çox insanın həyatı dağıldı ki, mən pa

 
Ardını oxu...
 
Türkiyənin məşhur aktyoru Ata Demirerin qısa müddətdə itirdiyi çəki maraq mövzusuna çevrilib.
Xarici KİV xəbər verir ki,  Ata Dəmirer arıqlamasının sirrini açıqlayıb.
O, 5 ayda 22 kilo arıqlayıb. Qlüteni kəsən məşhur komediyaçı hər gün 45 dəqiqə gəzib. Dəmirer sirrini də bölüşüb:
“Mən naharda, nə də axşam yeməyində çörək yeməmişəm. Gündə 1 saata yaxın yeriyirdim. Hamısı budur... Həftədə cəmi bir dəfə düyü və makaron yedim”.
Tanınmış gülüş ustası şəkərli içkilərdən uzaq durduğunu, şirniyyatı azaltdığını da bildirib:
“Nahar və axşam yeməyində karbohidrat qəbul etməmişəm. Ət və balıq, yəni zülal yedim. Səhər 45 dəqiqə piyada getdim. Məlum oldu ki, mənim qlütenlə bağlı problemim var".
Ardını oxu...
 
Ardını oxu...
“Televiziyada bu gün hər hansı bir şairi, yazıçını, xanəndəni, sənətkarı, professoru təhqir edirlərsə, alçaldırlarsa, bununla da özlərinə reytinq qazanırlarsa, bu, artıq uçurumun lap kandarında olmaq deməkdir.”

Bu sözləri Moderator.az saytına müsahibəsində əməkdar artist Sevinc Sarıyeva söyləyib. O, reytinqə qurban edilmiş televiziya proqramları haqqında danışıb və bildirib ki, buna müasirlik desələr də, əslində, milli dəyərlərimizin tapdanmasıdır.

“Bəlkə də deyəcəklər biz avropalaşmışıq, tamamilə, dəyişməliyik. Amma bizim öz mentalitetimiz, öz dəyərlərimiz var. O dəyərlərimizi itirməmək şərtilə, təbii ki, müasir olmalıyıq. Təbii ki, bizdə də inkişaf olmalıdır, amma yaxşı yöndə. Böyüyün, kiçiyin yeri olmalıdır. Özümə qarşı kiçiklərdən heç bir hörmətsizlik görməmişəm, Allah hamısının canını sağ eləsin. Amma bu televiziyalara baxıram, təəssüf edirəm. Bizə milyonlarla tamaşaçı baxır. Ad çəkmirəm, yaxşı aparıcılarımız da, yaxşı verilişlər də var, amma azdır. Aparıcılar var ki, sualı verir, imkan vermir ki, qarşısındakı şəxs- sənətkar sualın cavabını verib sözünü tamamlasın. Efirə qonaq qismində dəvət etdiyi sənətkarın dilindən bir sözü götürür, başlayır ondan başqa mövzu düzəltməyə. O sənətkarın sözü qalır yarımçıq, aparıcı onun sözünü efirdən başqa cür təqdim edir. Dediyin sözə açıqlama vermədən montaj edib, verirlər saytlara, sosial şəbəkələrə. Mən əməkdar artist olaraq, verilişlərə getməyə ehtiyat edirəm. Verilişlərə dəvət alanda çehtiyat edirəm, seçim edirəm. Bu yaxınlarda Dövlət Televiziyasında Həqiqət Əsgərzadənin verilişində qonaq oldum. O qədər zövq aldım o verilişdən, xanımın dünyagörüşündən, alicənablığından. Sualı verir və şərait yaradırdı ki, qarşısındakı şəxs tələsmədən, aydın şəkildə fikrini izah edə bilsin. Mən əminəm ki, Həqiqət xanım kimi aparıcıya reytinq önəmli deyil, onun üçün verilişin keyfiyyəti əhəmiyyət daşıyır. Bəlkə də gənc aparıcıların qarşısında reytinq tələbi qoyulub deyə, onlar belə edirlər”.

Əməkdar artist əlavə edib ki, bəzən efirə çıxan sənətçi də reytinq naminə nələrəsə razılıq verir. Efirdə onun şəxsi həyatına aid mövzuların müzakirə olunmasına imkan yaradır. Sevinc Sarıyeva hesab edir ki, efirə çıxan hər kəs dəyərlərimizi unutmamalı, davranışlarına fikir verməli, tamaşaçı qarşısında olduğunu məsuliyyətlə dərk etməlidir.

“Onu da deyim ki, heç kimin geyiminə, şəxsi işinə qarışmağa ixtiyarım yoxdur. Həmişə deyirəm ki, bizi zirvəyə qaldıran da, yerə endirən də tamaşaçıdır. Mən öz sənətimlə fəxr edirəm. Bu yaxınlarda demişəm ki, “mənim sənətim şah sənətdir.” Bəli, şah sənətdir. Biz hər gün efir vasitəsilə milyonlarla insanın evində qonaq oluruq. Qonaq olduğumuz evə hörmətsizlik edə bilərikmi? Yox! Bizə hər nəslin nümayəndəsi baxa bilər. Ona görə biz milli əxlaqi dəyərlərimizi özümüzlə bərabər qonaq olduğumuz hər evə ötürməliyik. Biz- muğam ifaçıları isə, xüsusilə bu mövzuda diqqətli olmalıyıq. Geyimimiz, oturuşumuz-duruşumuz, danışığımızla nümunə olmalıyıq. Mən həmişə Mənsum İbrahimovu misal çəkirəm. Başqa sənətçilərimiz inciməsin. O insan təpədən-dırnağa nümunədir, alicənablıqdır, kübarlıqdır. O təkcə efirə yox, hər gün tələbələri qarşısına da eyni qaydada çıxır. Xan əmidən sonra o insan muğamın aristokrat simasıdır. Babək Niftəliyev, Təyyar Bayramov, İlkin Əhmədov kimi xanəndələr də onun yolu ilə gedir, onu özlərinə nümunə seçiblər. Qadın xanəndələr də nümunəvi olmalıdır. Kim deyir ki, yaxşı geyinməsinlər? Amma geyim mədəniyyəti deyilən anlayış var, diqqət etməliyik. Səhnə mədəniyyətini yaxşı bilməliyik. Tamaşaçı bizi dinləyir ki, dərdini, problemini unutsun. Ekran qarşısında əyləşir ki, bir az bizə qulaq assın, əhvalı düzəlsin. Yoxsa ki, televizoru açır görür ki, sənətçi nələrinisə nümayiş etdirir. Tamaşaçı bundan nə zövq ala bilər? Niyə tamaşaçının zövqünün korlayırıq?”

 

Ardını oxu...
 
Əməkdar artist Könül Kərimova və bəstəkar - müğənni Hacı Nazim Məmmədovun birgə çəkilən fotosu tənqidlərə səbəb olub. 
Müğənninin sosial şəbəkədə paylaşdığı fotodakı pozası izləyicilərin xoşuna gəlməyib.
İzləyicilər Könül Kərimovaya “Yaşının bu vaxtında bu nədir?”  şəklində şərhlər yazıblar.

Ardını oxu...
 

Ardını oxu...
“Mən muğam sinfini bitirmişəm. Böyük sənətkarlarımız Səlim Ağayarovdan, İslam Rzayevdən təhsil alıb, Arif Babayevin dərslərində iştirak etmişəm. Hal-hazırda Soltan Hacıbəyov adına musiqi kollecində dərs deyirəm. 25 ildir ki, orada işləyirəm. O vaxt xalq artisti Mələkxanım Əyyubova “İrs” ansamblı ilə, mən isə “Telli” ansamblı ilə birlikdə oxuyurdum. O vaxt toya gedirdik, muğam oxuyanda bəylə gəlin sifətlərini turşudub, narazılıq edirdilər. Sonra başladım özüm üçün mahnılar yazdırmağa. Şükür Allaha bütün mahnılarım sevilir. Muğamı da bilirəm, digər mahnıları da. Toyda bəylə gəlin üçün öncə muğam oxuyuram, sonra digər mahnılara keçid edirəm”
Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Mənzurə Musayeva deyib. O daha sonra əlavə edib.

“Toya gedirsənsə toy mahnıları olmalıdır da. Camaat oynamağa, şənlənməyə gəlib. Uzaq başı 1, 2 lirik mahnı oxuya bilərsən. Ondan sonra camaat axı rəqs etmək istəyir. Mahnılarımı toylarda bütün müğənnilər oxuyur. İcazə alıb oxuyanlar, hətta popurilərinə salanlar da olub. Demək olar ki, “Davulçu” mahnımı oxumayan müğənni qalmayıb. Mənim hamısı ilə münasibətim yaxşıdır. Pis də oxumurlar. Əlbəttə ki, mahnı onun ilk müəllifinin ifasında sevilir” deyə o bildirib.

Müğənni bu gün “Rəngarəng” verilişində yaşanan anlaşılmazlığa da aydınlıq gətirib.
“Yoldaşım efirə qoşularaq deyir ki, guya məni tanımır. Deyir deyir də. Burada nə var ki? Hamı bilir ki, o mənim zakslı, kəbinli həyat yoldaşım olub. Nə var, nə var mən onun haqqında demişəm ki, yoldaşım indi də dalımca mələyir. Bu söz onun acığına gəlib. Məndən həmin sözün acığını çıxır. Hər bir tək qadın sevib, sevilmək istəyir. Həyat sevgidir. Sevgisiz yaşamaq olmur. Sevmək lazımdır” deyə müğənni bildirib.

Qeyd edək ki, bu gün “Rəngarəng” verilişinə telefonla zəng edən müğənninin keçmiş həyat yoldaşı bunları deyib.
“Özünü mənimlə reklam edir. Biz evli olmamışıq. Oxuya bilirsən oxu. Oxuya bilmirsənsə mənim adımı niyə çəkirsən? Nikahımız da olmayıb” deyə bildirib. Mənzurə Musayeva isə cavabında onun dediklərini yalanlayaraq, keçmiş ərinin fotosunu aparıcıya verərək, efirdə nümayiş etdirməsini xahiş edib. Daha sonra isə müğənni “7 il ailəli olmuşuq, heç olmasa o illərə hörmət et” deyə bildirib.

Dünyapress TV

Xəbər lenti