Ardını oxu...
"Nəriman Nərimanov" metrostansiyasında sərnişin vəfat edib
"Bakı Metropoliteni" QSC-nin "Nəriman Nərimanov" stansiyasında qatardan düşərək ərazini tərk edən yaşlı kişi sərnişin stansiya vestibülündə özünü pis hiss edib və vəfat edib.
Bu barədə qurumdan bildirilib.
Məlumata görə, stansiyaya çağırılmış təcili tibbi yardım xidməti onun dünyasını dəyişdiyini təsdiq edib.
Bu gün metroda dünyasını dəyişən şəxs - 1962-ci il təvəllüdlü Məlik Ağalar oğlu Məlikzadə müğənni Çinarə Məlikzadənin atası imiş
Bu barədə aparıcı Hacı Nuran Hüseynov məlumat verib.
Ruhu şad olsun!
Teref. Xocanın Blogu
 
Ardını oxu...
Pop ulduzu Sabrina Karpenterin 160 illik kilsədə çəkdirdiyi klipi reaksiyalara səbəb olub.

32gun.az xarici KİV-ə istibadən bildirir ki, yayımlanandan bəri 11 milyondan çox baxış sayına çatan "Feather" mahnısının klipinin çəkilişinə icazə verən katolik keşiş Ceymi J. Qiqantiello tutduğu vəzifədən uzaqlaşdırılıb.

Buna səbəb klipdə həddimdən çox intim səhnələrin olmasıdır.

Belə ki, 24 yaşlı pop ulduzu Sabrina Carpenterin "Feather" mahnısına çəkdirdiyi klip Bruklin əyalətinin Uilyamsburq səmtindəki "Our Lady of Mount Carmel-Annunciation Parish"də çəkilib.

Klipdə Kapenter ona cinsi təcavüz edən bir qrup kişinin ölümünü göstərməklə qisas alır. Kişilərdən bəziləri yük maşınlarının altında qalaraq, bir-biri ilə dalaşaraq və lift şaxtasında qalstukla boğularaq həyatını itirib.

Klipdə Karpenter kişilərin dəfn mərasimində rəqs edir və dini əşyalarla pozalar verir. Eyni zamanda, müğənninin geyimləri kilsə üçün uyğun hesab edilməyib.
Ardını oxu...
Ardını oxu...
 
 
 

Ardını oxu...

Baku TV-də yayımlanan “Retro Baku” verilişinin yeni buraxılışı efirə gedib.

GUNDEMXEBER.AZ bildirir ki, “Bəxt üzüyü” filmində “Seda” obrazı ilə tanınan Firəngiz Rəhimbəyovaya həsr olunan verilişdə həmkarları onunla bağlı xatirələrini bölüşüblər.

Xalq artisti Siyavuş Kəriminin sözlərinə görə, Firəngiz Rəhimbəyova öz potensialından kifayət qədər istifadə edə bilməyib:

“Firəngizin səs tembri çox yaxşı idi. Onu keyfiyyətsiz mahnılarla yoldan çıxaran bəstəkarlar var idi. Firəngiz də çalışırdı ki, həmin əsərlərə müasirlik gətirsin”.

İlk ailə həyatı uğurlu olmayan müğənni 1993-cü ildə ABŞ-yə səfər edir və daha sonra birdəfəlik oraya köçmək qərarına gəlir. 1999-cu ildə amerikalı memarla ailə həyatı quran Firəngiz Los-Anceles şəhərində yaşamağa qərar verir. O, burada rus restoranlarında müğənnilik edir və kiçik bizneslə məşğul olurdu.

Əməkdar artist Gülşad Baxşıyeva həmkarının ABŞ-yə gedəcəyini öyrənəndə yaşadığı hisslərdən danışıb:

“ABŞ-yə gedəcəyini deyəndə elə bildim ki, nəyisə itirdim. O, Azərbaycanda qalmaq və ABŞ-yə getmək barədə seçim qarşısında idi. Dayısının dəvəti ilə oraya getdi”.

2017-ci ildə Firəngiz Bakıya “Bəxt üzüyü 2” filmində yenidən “Seda” roluna çəkilmək üçün dəvət alır.

Müğənni 16 avqust 2022-ci ildə ABŞ-də ürək tutmasından dünyasını dəyişir. O, ölümündən 22 gün sonra dəfn olunur.

Ətraflı süjetdə:

GUNDEMXEBER.AZ

Ardını oxu...
Tanınmış müğənni Sevda Əliqızında müayinələr zaman süd vəzinin onkoloji xəstəliyi aşkarlanıb. Moderator.az-a açıqlama verən sənətçi özünü yaxşı hiss etdiyini bildirib.

“Heç qorxub həyəcanlanmıram, yataqda deyiləm, yenə də işimin başındayam. Bu dəqiqə insanların çoxunda bu xəstəlik var. Qorxulu bir şey yoxdur. Bütün analizləri vermişəm, inşallah həkimlər qərar verəcəklər ki, əməliyyata nə vaxt başlayaq. Hansı düzgündürsə onu da edəcəklər. Öncə müayinə olunmalıyam, sonra əməliyyat. Allah bütün xəstələrimizə şəfa versin, mən də onların içində. İnsanların duaları mənə bəs edir” deyə müğənni bildirib.

Sevda Əliqızı deyir ki, sənət yoldaşlarından böyük dəstək görür.

“Sənət yoldaşlarımın hamısı mənə dəstəkdir. Elələri var ki, heç xəbər tutmayıblar. Toy şənliklərinə gedirəm. Biri gəlib soruşur, biri gedir. Mən də hər zaman istər sənət yoldaşlarıma, istərsə də adi insanlara dəstək olmuşam. Hamıya ürəyim yanıb. Sosial şəbəkələrdə kimlərsə yardım istəyən zaman görəndə çox pis olurdum. Həmişə dua edirdim ki, Allah şəfalarını versin. Hər şey qarşılıqlıdır. Gərək yaxşılıq edəsən, canın yana ki, sənə də can yandırsınlar. Həyatdan heç kim sığortalanmayıb. Allah təala kimisə bu xəstəliklə yükləyir, kimisə sağaldır. Dərdi də, dərmanı da verən Allahdır. Ümidimi üzməmişəm. Hamı ruh verir, hamı dəstək olur” deyə müğənni bildirib.
Sevda Əliqızı onkoloji xəstəlikdən əziyyət çəkənlərə də səslənib.

“Mən indi hələ bu xəstəliyin əvvəlindəyəm, sonrası necə olacaqsa bilmirəm. Hələ bilmirəm ki, məni nə gözləyir?! Bu xəstəliyin adı pisdir. Şükürlər olsun ki, müalicəsi var. Sadəcə mübarizə aparmaq lazımdır, sınmaq lazım deyil. Pozitiv olsunlar. İçlərində bunu özlərinə dərd etməsinlər. İndiyə qədər öz həyatlarını necə gözəl yaşayıblarsa, bundan sonra da belə davam etsinlər. Onlara neqativlik gətirən videolara baxmasınlar. Xoş günlərini düşünsünlər” deyə Sevda Əliqızı bildirib.
 
Ardını oxu...
"Dünən Tarkanın Bakıda konserti olub və bilet alan vətəndaşlar haqlı olaraq narazı qalıb. Mənə narazılığını bildirən və bu məsələnin bəzi narahatverici məqamlarını söyləməyimi istəyiblər. Millət vəkili, Milli Cəbhə Partiyası - MCP sədri kimi bunları demək haqqım var".

Cebhe.info xəbər verir ki, bunu deputat Razi Nurullayev deyib. O bildirib ki, bahalı bilet alan vətəndaşlar niyə akustikanı bərbad eşitməli idilər: "Necə olur ki, zalda konsert gedir, Tarkan 4-5 mahnı oxuyub, amma hələ zala daxil olmayanlar var. İnsan zala daxil olur və görür ki, konsertin az qala yarısı bitib.

Azərbaycan vətəndaşına niyə ikinci sort kimi yanaşılmalıdır? Təşkilatçılar bu yanaşmanı və diqqətsizliyi başqa bir Avropa xalqına edə bilərdilər? Sizləri məhkəmələrdə süründürər və pullarını geri almaqla bərabər, təzminat da tələb edərdilər".

R.Nurullayev deyib ki, təşkilatçılar, Tarkan və komandası ciddi qüsurlara yol verib: "Tapmısınız fağır xalq, haqqını tapdalayırsınız, deyirsiniz ki, səsi çıxmayacaq? Onların səsini deyən millət vəkilləri var. Bunu da bilin! Azərbaycan vətəndaşları nə ikinci, nə də üçüncü sortdur. Ayıb edin!

Tarkan və komandası tamaşaçılara böyük hörmətsizlik edib. Yüz dənə şərt irəli sürürsən və tələb edirsən ki, olmalıdır. Bəs oxuduğun mahnıların akustikası niyə bərbad olub? Ekran görüntüsü isə fəlakət. Texniki məsələlərə də müğənninin komandası cavabdehlik daşıyır. Qüsur var idi, konsert verməzdi. Belə çıxır ki, pul qazandın, tamaşaçılar da narazı qaldı. Daha zəhmət çəkib, pul xərcləyib ora niyə gedirdilər, elə Youtube-da qoyub baxardılar kliplərə.

Tarkan Azərbaycan tamaşaçılarından üzr istəməlidir!"

Cebhe.info
 
Ardını oxu...
“Ağakərimin vəziyyəti demək olar ki, yaxşı deyil. 7 ilə yaxındır ki, o, yataq xəstəsidir. Ağakərim nə otura, nə dura bilir”.

Bunu meyxanaçı Ağamirzə Məmmədov qonaq olduğu “Elgizlə izlə” ictimai-sosial verilişində deyib.

60 yaşlı söz xiridarı bildirib ki, yataq xəstəsi olan həmkarı Ağakərimin qulluğunda övladları durur:

Meyxanaçı efirdə digər həmkarları ilə bağlı da danışıb.

 
 
 
Ardını oxu...

"Ruhlu malikanə", "Nəhəng istedadın dözülməz ağırlığı" filmləri ilə məşhurlaşan amerikalı aktrisa Tiffani Heddiş Beverli Hillsdə həbs edilib.

"DogruXeber.az" xarici mətbuata istinadən xəbər verir ki, aktrisa sərxoş vəziyyətdə sükan arxasında yuxuya getməkdə ittiham olunur.

Heddiş qəzə törətməsə də, polis dünən səhər saatlarında onu saxlayıb və əllərinə qandal keçirib.

 

 
Ardını oxu...

Xəbər verdiyimiz kimi, Xalq artisti Natiq Şirinovun qızı Sevilin nişanı olub.

Qaynarinfo xəbər verir ki, Bakıdakı restoranlardan birində baş tutan məclisdə sənətçinin övladı Semih adlı şəxslə nişanlanıb.

Fotoqraf Niko Abbasovun noyabrın əvvəlində baş tutan mərasimdə lentə aldığı şəkilləri sənətçi sosial şəbəkədə paylaşıb.

Qeyd edək ki, Natiq Şirinovun musiqiçi oğlu Ümid Natiqoğlu Əməkdar artist Fərqanə Qasımovanın qızı Fatimə ilə evlidir. Fatimə Xalq artisti Alim Qasımovun nəvəsidir.

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

 

 
 
Ardını oxu...
Türkiyəli model Ebru Şallının həyat yoldaşı Uğur Akkuşun saxlanılması tələb olunub.

Akkuş 2 nəfəri aldadaraq 500 min dollarını mənimsəyib.

Dələduzluq maddəsi ilə Uğurun 15 ilə kimi həbsi tələb olunur.

Bu səbəbdən Akkuş barədə saxlanılma qərarı verilib.
axşam.az
 
Ardını oxu...
Müğənni Lətifə Soyuöz keçirdiyi ağır günləri izləyiciləri ilə bölüşüb.
Sənətçi son 10 gündür sosial şəbəkə hesabında heç bir paylaşım etmədiyini deyib və bunun səbəbini açıqlayıb. O bildirib ki, virusa yoluxub:

"Çox ağır xəstə idim. Yerimdən belə qalxa bilmirdim. Yeni virus yayılıb, özünüzü qoruyun. Çoxlu vitamin için, telefonu belə əlimə alacaq halım yox idi. İmmunitetinizi qaldırın, özünüzü qoruyun. İnsan üçün ən önəmlisi sağlamlıqdır".
axşam.az
 

Dünyapress TV

Xəbər lenti