Ardını oxu...
Ötən həftə aparıcı Xoşqədəm Hidayətqızının həyat yoldaşı türkiyəli müğənni Doğuşun dini nikahda olduğu iddia edilib. Türkiyənin “Show TV” kanalında yayımlanan “Didem Arslan Yılmazla Vazgeçme” verilişinə qonaq olan Esra adlı qadın Doğuşla dini nikahının olduğunu və müğənninin boşanaraq onunla evlənəcəyini bildirdiyini irəli sürüb.

Bizim.Media xəbər verir ki, qalmaqallı və səs-küylü məsələ ilə bağlı Doğuş sosial şəbəkə hesabında vəkili Feyza Altunun mətbuata yazılı açıqlamasının sənəd üzərindən çəkilən fotosunu paylaşıb.

Sənəddə yazılır:

“Keçən həftə “Didəm Arslan Yılmazla Vazgeçme” adlı verilişdə israrla adını çəkdiyiniz şəxsin müvəkkilim Doğuşa qarşı irəli sürülən ittihamlarının həqiqətə uyğun olmadığını ictimaiyyətə bildiririk. Müvəkkilimin heç vaxt Alaattin adlı meneceri olmayıb. Həmçinin müştərim Doğuş, Mahir Düz adlı şəxsi tanımır və onunla heç bir münasibəti yoxdur. Proqramınızda dərc olunan şəkillər müştərinin xəbəri və ya icazəsi olmadan götürülmüş görüntülərin yayımlanması, Türkiyə Cinayət Məcəlləsinin 133 və 134-cü maddələri ilə həm yazan, həm də yayan şəxslər tərəfindən şəxsi həyatın toxunulmazlığını tənzimləyən “Fərdi Məlumatların Qorunması Qanunu”nun pozuntusudur və cinayət təşkil edir. Yayılan xəbərlərdə xanımın adının çəkilməsi, uşaqların təhlükəsizliyini pozacaq, psixologiyasına xələl gətirəcək məlumatları bu şəkildə nəşr etmək həm müvəkkilimin həyat yoldaşının, həm də uşaqlarının şəxsi hüquqlarının pozulmasıdır. Bu səbəbdən də bu yayımların dərhal dayandırılmasını tələb edirik.
Yuxarıda qeyd edilən məsələyə görə biz bütün hüquqi prosedurlara başlamışıq və müştərimin şəxsi hüquqlarını pozan hər cür zərərli bəyanatlara, böhtanlara qarşı sona qədər gedəcəyik”.

Sözügedən sənədin fotosunu müğənni Doğuşun həyat yoldaşı Xoşqədəm Hidayətqızı da sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.

Qeyd edək ki, Doğuş və Xoşqədəm cütlüyünün Arda və Arın adlı iki oğlan övladı var.
Ardını oxu...
 
Ardını oxu...
Ötən aylarda qatıldığı bir jurnal proqramında gündə 750 min TL xərclədiyini açıqlayan Dilat Polatın aylıq qazancı hər kəsi təəccübləndirib. 'Bəzən bir alış-veriş mərkəzində gündə 750 min TL xərcləyirəm' açıqlaması ilə uzun müddət gündəm olan Polatın aylıq gəliri hər kəsi şoka salıb.
Haqqında 'çirkli pulların yuyulması', 'cinayət törətmək üçün təşkilat qurmaq', 'sənəd saxtakarlığı' və 'vergi qanununa qarşı çıxmaq' ittihamları ilə istintaq açılan Dilan-Engin Polat cütlüyünün aylıq qazancları açıqlanıb.

Teref.AZ bildirir ki, təxminən ay yarımdır Türkiyənin gündəmini zəbt edən məşhur cütlüyün aylıq qazancı hər kəsi şoka salıb.
Dilan Polat, Engin Polat və məşhur cütlüyün birinci dərəcəli qohumları noyabrın 1-də saxlanılıb. Şübhəlilərdən 18-i polis bölməsindəki əməliyyatlarından sonra bu gün səhər saatlarında ədliyyəyə sövq edilib.Noyabrın 1-dən həbsdə olan məşhur cütlüyün ifadəsinin alınması prosesi dünən axşam saat 17.20-də başlayıb və saat 23.45-də tamamlanıb.
'Çirkli pulların yuyulması', 'cinayət törətmək üçün təşkilat qurmaq', 'sənəd saxtakarlığı' və 'vergi qanununa qarşı çıxmaq' ittihamları ilə saxlanılan Polat cütlüyünün ilk ifadəsi gəlib.

O, göz yaşlarına qərq oldu
Dilan Polata şirkətlərlə bağlı bəzi suallar ünvanlanarkən, Polatın bu suallara ziddiyyətli cavablar verdiyi öyrənildi. Poladın dindirmə boyu göz yaşlarına boğulduğu, yaşayış yerinin dəyişdirilməsi ilə bağlı soruşulduğunda isə “Biz bunu etdik”, dediyi öyrənildi. "Uşaq məktəbi üçün”, lakin deyilənlərin əsassız olduğu üzə çıxıb.
Bir-birinə zidd açıqlamalar verən Polat cütlüyü aylıq gəlir sualına “150 min ilə 200 min lirə arasında” cavabını verib, Engin Polat isə onlara qarşı irəli sürülən bütün ittihamları rədd edib.

Keçən aylarda qatıldığı maqazin proqramında gündə 750 min TL xərclədiyini açıqlayan Dilan Polat, "Geydiyim kombinasiya 350 min TL-dir. Türk qəhvəmi qızıl tozu ilə içirəm, sırf kimisə narahat etmək üçün. Bəzən bir alış-veriş mərkəzində gündə 750 min TL xərcləyirəm”. \\AZİNFORM.AZ
Ardını oxu...
Tanınmış meyxanaçı Baləlinin “Xəzər axşamı” verilişində muğam oxuması sosial şəbəkə izləyiciləri tərəfindən birmənalı qarşılanmayıb. Əksər izləyicilər meyxanaçının bu hərəkətini tənqid etsələr də,

Baləlini dəstəkləyənlər də az olmayıb. Moderator.az-a açıqlama verən əməkdar artist Sevinc Sarıyeva hətta Balaəliyə muğamdan dərs demək istəyini də bildirib.

“Baləlinin muğam oxumasına qulaq asdım, heç də pis oxumayıb. Özü üçün oxuyub da. Müəyyən o bayağı, mənşəyi bilinməyən musiqilərdənsə Baləli muğam oxusa ondan yaxşıdır. Biri var ki, yad musiqi, hind, fars ladları üzərində mahnı oxuya, biri də var ki, öz muğamımızı oxuyub da. Diksiyası da, sözlərinin deyilişi də çox əladır. Kim nə deyir desin. Onsuz da tənqid edən hər zaman edəcək. Şəxsi tanışlığım yoxdur, yoxsa özünə zəng edib fikirlərimi deyərdim. Bir az da üzərində məşğul olsa gözəl muğam ustadı ola bilər. Yaxşıya yaxşı, pisə də pis demək lazımdır. Əlbəttə ki, xanəndə deyil, amma özü üçün gözəl oxuyur. İstəsə ona muğamı da öyrədə bilərəm. Ürəklə, canla-başla hazıram. Baləliyə hörmətim də var. Şəxsi tanışlığım yoxdur, amma eşitdiklərimdən bilirəm ki, pis insan deyil” deyə sənətkar bildirib.

Gənc xanəndə Rəvan Qaçayev də Baləliyə dəstək olub.

“Bu ifa ilə instaqramda rastlaşdım və sona qədər də qulaq asdım. Əvvəl bir az qəribə göründü ki, meyxana ifaçısı necə muğam oxuya bilər?! Sonra gördüm ki, bu veriliş xatirinə olan bir ifadır. Təbii ki, Baləli muğam ifaçısı deyil. Qəzəli gözəl idi, Bayatı şiraz muğamına uyğun oldu. Ondan peşəkarlıq da gözləmək düzgün deyil. O da çalışıb istedadını göstərsin ki, mənim muğamdan da anlayışım var. Bu belə də olmalıdır. Meyxana folklor nümunəsidir. Meyxanaçıların muğamlarımızı bilməsi də çox yaxşıdır. Məndə də bədahətən söz, meyxana demə istedadı var. Təbii ki, məclislərdə yox, amma dostlarla səmimi ortamda deyə bilərəm. Bu o demək deyil ki, mən meyxana ifaçısıyam?! Baləli muğamımıza hörmətsizlik etməyib, təhqiredici bir söz işlətməyib. Sadəcə olaraq istedadını göstərib” deyə muğam ifaçısı deyib.

Əməkdar artist Nuriyyə Hüseynovanın isə mövzuya münasibəti qısa olub.

“Baləlini tanımıram. Heç səsini dinləməmişəm. Ona görə də mövzuya münasibət bildirə bilmərəm. İndi dərsdəyəm, dinləyəndən sonra danışa bilərəm” deyə bildirib.
Ardını oxu...
Aparıcı Xoşqədəm Hidayətqızı son günlər həyat yoldaşı, müğənni Doğuşla bağlı yayılan məlumatlardan danışıb.

Teref.Az Lent.Az-a istinadla xəbər verir ki, o, canlı efirdə Doğuşa zəng edib.

Aparıcı Doğuşdan haqqında yayılan məlumatlara görə açıqlama istəyib. Lakin Doğuş iclasda olduğunu, danışa bilmədiyini deyib. Xoşqədəm Hidayətqızıdan bir müddət sonra zəng etməsini xahiş edib.

Həmin görüntüləri təqdim edirik:

Qeyd edək ki, müğənni Doğuş azərbaycanlı aparıcı Xoşqədəm Hidayətqızı ilə evlidir. Cütlüyün iki övladı var. Onların "ailə tablosu" çərçivəsində birgə apardıqları verilişləri də var.

Ötən gün Türkiyənin "SHOW TV" kanalında yayımlanan "Vaz Keçmə" adlı proqrama qatılan Esra adlı xanım 2020-ci ildə müğənni Doğuşla dini nikah kəsdirdiyini, Doğuşun menecerinin buna şahid olduğunu deyib.

O bildirib ki, Doğuş bu münasibətlərini arvadı bilərsə, uşaqlarını onun əlindən alacağından qorxurmuş. Doğuş dəfələrlə ona xanımı Xoşqədəm Hidayətqızının hikkəli xarakterli olmasından bəhs edib və ondan çəkindiyini deyib.

Esra Doğuşun ona hədiyyə etdiyi 70 min lirəlik alışqanı yeni sevgilisini susdurmaq üçün satdığını deyib. Çünki sevgilisi onun Doğuşla münasibətlərini mediaya yayacağı ilə şantaj edibmiş. Esra Doğuşun ona boşanacağını və onunla evlənəcəyini vəd etdiyini deyib.

 

Ardını oxu...
 
Müğənni Roza Zərgərliyə ağır itki üz verib. 
Sənətçinin atası Zərgər Əliyev ötən gecə dünyasını dəyişib. 
O, xərçəngdən əziyyət çəkirdi.
  • Ardını oxu...
Ardını oxu...
 
Türkiyəli şoumen Mehmet Ali Erbil sevgilisi Gülseren Ceylandan ayrılıb. 

Türkiyə KİV xəbər verir ki, bu barədə Gülseren özü bildirib. 

Qeyd edək ki, bir müdət əvvəl Mehmet Ali Erbil 6-cı dəfə evlənəcəyini açıqlamışdı. 66 yaşlı Erbil özündən 40 yaş kiçik gənc sevgilisi Gülseren Ceylanla ailə quracağını bildirmişdi. Şoumen sevgilisinə üzük alaraq evlənmə təklifi də etmişdi. Türkiyədə yayımlanan verilişlərdən birinə telefonla bağlanan Ceylan Erbili çox sevdiyini və gözünün ondan başqa heç kimi görmədiyini demişdi.
Ardını oxu...
 
Ardını oxu...
Aşıq Əlinin efirdə “Qadın evdə ancaq uşağı tərbiyə edə, yeməyini bişirə bilər. Necə yəni qadın söz desin? Qadının özünə məsləhət lazımdır, o necə məsləhət verə bilər” məzmunlu açıqlaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Sənətçinin bu sözləri xüsusilə, qadınlar tərəfindən sərt təpki ilə qarşılanıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə Yenicag.az-a açıqlama verən Əməkdar artist Şölə Səfərəliyeva “mənəm-mənəm” deyən bir çox kişilərin evdə qadınları tərəfindən idarə olunduğunu bildirib:

“Hər kəs şəxsi fikir söyləməkdə azaddır, o cümlədən də Aşıq Əli. Amma ən azı onun ailəli xanım həmkarları arasında yetərincə ağıllı qadınlar var. Belə çıxır ki, heç kim işləməməlidir və evdə kişi nə deyirsə, qadın onun sözü ilə oturub-durmalıdır.

Bir vətəndaş olaraq mövqeyim budur ki, hər kəsin söz deməyə haqqı çatır və qadınları aşağılamaq qətiyyən lazım deyil. Bu gün “mənəm-mənəm” deyən bir çox kişilər özləri də bilmədən xanımlarının onlara şüuraltı göstərdikləri yolla gedirlər. Amma elə bilirlər bu, onların öz qərarıdır. Necə ki, deyirlər, kişi başdır, qadın boyun, elələrini evdə xanım idarə edir.

Təəssüf ki, cəmiyyətimizdə bəzi kişilər cahil və savadsız xanımlarla ailə qurmaq arzusundadırlar. Məqsəd də odur ki, təki qadın evdə öz sözünü deyə bilməsin. Amma bir neçə ildən sonra həmin xanımlar da evdə söz, ixtiyar sahibi ola bilirlər.

Sən necə deyə bilərsən ki, qadın yalnız uşaq böyütməlidir, söz demək haqqı olmamalıdır. Bəlkə sən elə bir səhv addım atacaqsan ki, kənardan bunu görən xanımın, yaxud da ailənin digər xanım üzvü o məqamda sənə məsləhət verə, kömək edə, yol göstərə və səni böyük bir bəladan qurtara bilər”.
 
 
 
Ardını oxu...
"Təsir dairəsi" ictimai-sosial verilişinin efirində qalmaqal yaşanıb.
Hurriyyet.az bizim media-ya istinadla xəbər verir ki, sözügedən proqrama problemi ilə bağlı müraciət edən Ramal adlı şəxslə verilişdə ekspert qismində iştirak edən şair və jurnaliat Anar Vəziroğlu arasında mübahisə düşüb.
İş o yerə çatıb ki, A.Vəziroğlu Ramal adlı şəxsə hücum çəkərək, onu nalayiq ifadələrlə təhqir edib. Tərəfləri ayırmaq üçün verilişin mühafizəsi studiyaya daxil olub.
Həmin anlar isə proqramın canlı efirində yayımlanıb:

 

Dünyapress TV

Xəbər lenti