Ardını oxu...
Türkiyəli aktyor Aras Bulut İynemlinin aktyor qardaşı Orçun narkotik maddə aludəçisi olduğunu etiraf edib.

32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Orçunun həyat yoldaşı Eda polisə şikayət edib.

O, həyat yoldaşının ona şiddət göstərdiyini və evdə narkotik yetişdirdiyini bildirib.

Məhkəmə zamanı "Aludəçiyəm, müalicə olunmaq istəyirəm" deyə, açıqlama verən Orçun sərbəst buraxılıb.
 
Ardını oxu...
“Oğlumun toyunu rayonda etdim. Sənət dostlarımın heç birinə deməmişdim. Onları Bakıdakı toya dəvət edəcəm. Sağ olsunlar rayona yalnız qohumlarım və tələbələrim gəlmişdi. Övlad toyu hər bir ananın arzusudur. Hər zaman toylara gedəndə bəzənib-düzənirsən, amma insanın öz övladının toyunda keçirdiyi hiss-həyəcanlar bir başqadır. Həm böyük məsuliyyətdir, həm də həyəcan. Sevinclə-kədər bir-birinə qarışır. Allahdan arzu edirəm ki, sevincli, toylu-büsatlı günlərimiz çox olsun”

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti, sevilən sənətkar Simarə İmanova deyib. O daha sonra əlavə edib.

“Qaynana çox ağır sözdür. Filmdə Nəsibə xanım necə deyir? “Gəlin odur ki, yumurtanın ağını bu gün bişirə, sarısını sabaha saxlaya” (gülür). Yox mən elə qaynanalardan deyiləm. Oğlumu istəyirəmsə, gəlinimi də istəməliyəm. O mənim qızımdır. Bəzən soruşurlar ki, neçə övladın var? Deyirəm ki, ikisi var idi, biri də oldu. Təəccüblənirlər. Gəlinim də ailəmizə qatılırsa, o da mənim qızımdır da. Qızı yoldaşım da, mən də görüb bəyənmişdik. Hazırlaşırdıq ki, oğlumuza deyək, o bizi qabaqladı. Sən demə onlar da bizdən xəbərsiz bir-birlərini sevirmişlər. 4 ildir ki, nişanlı idilər. Toyu universitetə görə gecikdirdik. Şükür Allaha ikisi də universiteti bitirdi” deyə sənətkar bildirib.

Xalq artisti fəaliyyətindən də danışıb.

“Bilirsiniz ki, mən Mədəniyyət və İncəsənət universitetinin dosenti, həmçinin də Sənətşünaslıq üzrə fəlsəfə doktoruyam. Pedaqoji fəaliyyətlə məşğulam, tələbələr yetişdirirəm. Qarşıdan universitetimizin 100 illik yubileyi yaxınlaşır, ona hazırlaşırıq. Yeni layihələrimiz də var, inşallah ki, hamısını həyata keçirəcəyik” deyə sənətkar bildirib.
 

 

Ardını oxu...
 
Aktrisa Pərvin Abıyevanın bir neçə gün əvvəl geyindiyi şalvar söz-söhbətə səbəb olub və izləyiciləri aktrisanın alt geyiminin göründüyünü zənn edib.
Pərvin özü şərhlərə cavab verib: "O,  düşündüyünüz kimi tumuş deyil. Şalvara bitişikdir. Sadəcə yuxarısı var, altı yoxdur".
Sənətçinin geyindiyi “Alexander Wangngy” markalı bikini görüntülü şalvarın modelidir. Şalvarın qiyməti 425 dollar, təxminən 722 manatdır.
Ardını oxu...
Ardını oxu...
 
Türkiyəli məşhur aktrisa Demet Özdemir yay aylarında eşq yaşadığı yunanıstanlı DJ Sergio ilə ayrılıb.
 
Xarici medianın məlumatına görə, aktrisanın İnstaqram hesabından Sergionu silməsi ayrılıq iddialarını gücləndirib.
Lakin yunan DJ Sergio hələ də aktrisanı İnstaqramda izləməyə davam edir.
Qeyd edək ki, Oğuzhan Koçdan boşandıqdan sonra Yunanıstana gedən Özdemir Afinada özünə ev almışdı. Aktrisa yunanıstanlı DJ Sergio orda tanış olmuşdu.
Ardını oxu...
Ardını oxu...
 

Ardını oxu...
“İllərə nə var ki, gəlib keçəcək. Təbii ki, illər keçir və biz də yaşlaşırıq. Bəzən deyirlər ki, filankəsi necə görmüşüksə elə də qalıb, heç dəyişməyib, qocalmayıb. Bunu daha çox efirdə olan insanlar haqda deyirlər. Yaradıcılıqla məşğul olan insanlar zamanın necə keçdiyini hiss etmirlər. Bu mənim üçün də keçərlidir. Tamaşaçılara təqdim etdiyimiz sənət qarşılığında onlardan müsbət enerji, sevgi, alqış görürük. Bizi gözəl, baxımlı qalmağa sövq edən də onlardır. Gözəl olmaq hər zaman şanslı olmaq demək deyil. Gözəl olmaq ən şanssız insan olmaq deməkdir. Mən bunu çox təcrübələrdən keçirmişəm. Bu mənə bəzən mane də olub. Səhnə adamının gözəl görünməsi mütləqdir”

DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında əməkdar artist, sevilən müğənni Gülüstan Əliyeva deyib. O daha sonra əlavə edib.

“Sevgisiz heç bir canlı yaşaya bilməz. Həmçinin də insan. Sevgi tək qadın və kişi arasında olan bağlılıq deyil. Bunlar əlbəttə ki, vacib amillərdir. Amma insanı yaşadan daha böyük sevgilər, duyğular var” deyə qadın xanəndə həyatda sevginin vacibliyini mütləq hesab edir.

Gülüstan Əliyeva hamı ilə məsafə saxladığını bildirib.

“Muğam sənəti ilə məşğul olan insanlar xaraktercə tam başqa xüsusiyyətə malikdirlər. Onların əksəriyyəti çox ağır təbiətli, qaynayıb-qarışmayan insanlardır. Sənətdə sirdaşım yoxdur. Hamı ilə münasibətim gözəldir. Amma məsafə gözəldir. Ən pisi odur ki, o insanlar haqqında bir fikir bildirə bilmirsən. Çünki çözmək çətindir. Nə yaxşı kimi yaxşıdılar, nə də pis kimi pisdilər. Artıq təəccüblənmirəm” deyə sənətkar bildirib.

Gülüstan Əliyeva sənətə gəldiyi ilk illəri də xatırlayıb.

“Ulu öndər Heydər Əliyevin tapşırığı ilə bölgələrdən istedadlı uşaqları seçib Bakıya gətirirdilər. Mən də seçilən 650 nəfərin içərisində idi. Daha sonra ələnərək 12 nəfər qaldıq. Bu sənət yolunda addımlamağa başladıq. Bu gün o vaxt seçilən həmin sənətkarlar Azərbaycan incəsənətində, muğam sənətində xüsusi yer tuturlar. Onların hərəsinin özünəməxsus səsi var. Hər bir iş üçün sevgi verməlisən. Ömrünü, həyatını sənətinə verdiyin zaman səni dəyərləndirəcəklər. Çalışmaq istedadla yarıbayarıdır. Çalışmadığın anda sən heç kimsən. Sənətkar yox, heç sənətçi də ola bilməzsən” deyə sənətkar bildirib.
Ardını oxu...
Meyxanaçı və müğənni Samirə Yusifqızı efirdə borclarından söz açıb.

Bizim.Media xəbər verir ki, sənətçi bu haqda qonaq olduğu "7 tamam" axşam şousunda danışıb.

S.Yusifqızı bildirib ki, götürdüyü borc pulun üzərində faizi də var:

"Bir milyonum olsaydı borclarımı verərdim. İndiki zamanda kimin borcu yoxdur ki,... (gülür) Hamımızın borcu var. Kiməsə borc verib sonra o pulu hədiyyə etmək üçün həmin insanda “ürək” olması lazımdır. Hələ aldığın borcun sələmi də (faizi - red.) olanda o lap biabırçılıqdır.

Götürdüyüm borc pulun sələmi də var. Borca pul versinlər amma Allahdan qorxub o sələmi istəməsinlər", - deyə Samirə vurğulayıb.

Qeyd edək ki, Samirə Yusifqızının iki oğlan bir qız övladı var. Müğənni qazancının az olduğundan pandemiya başladıqdan bu günə kimi taksi fəaliyyəti ilə məşğul olduğunu açıqlamışdı.
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, müğənni Afət Fərmanqızı və Vəfa Şərifova arasında qalmaqal davam edir.

Teref.az publika.az-a istinadən xəbər verir ki, ötən gün Afət Fərmanqızı Vəfa Şərifovanın İnstaqram hesabında paylaşdığı videounun altına təhqiramiz rəy yazıb:

"Dişini at kəlləsi kimi ağardıb elə oxuyursan ki, guya vecinə deyil. 15 dəqiqə əvvəl isə "kələ"n zəng edib xahiş etdi ki, o videonu sil. Dedim ki, silmirəm. Səni hansı toyda tutsam, saçlayacam".
 

Ardını oxu...
Avroviziya təmsilçimiz Nigar Camal sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.

Milli.Az bildirir ki, ifaçı şəxsi Instagram hesabında açıq-saçıq libaslı fotosunu paylaşaraq efirdə olduğunu qeyd edib.

Cazibədar aktrisa geyimi və bədən quruluşu ilə göz qamaşdırıb

Ardını oxu...
 
Ardını oxu...
Son günlər ölkədə rezonans doğuran iki ölüm hadisəsi baş verib. Əvvəlcə müğənni Yaqut Nəriman əri tərəfindən qətlə yetirildi, daha sonra isə tanınmış jurnalist Türkan Məmmədlinin həyat yoldaşı, iş adamı Orxan Məmmədli həyatına son qoydu.

Hər iki hadisə ATV-də yayımlanan “Bizimləsən” verilişində geniş müzakirə olunmaqdadır. Efirə qoşulan ekspertlər müəyyən “sirlər”i açmağa çalışırlar.

Maraqlıdır, aparıcı və digər şəxslərin açıqlamaları istintaqın gedişinə mane olarsa, onları cəza gözləyirmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan hüquqşünas Elçin Sadıqov həmin şəxslərin məsuliyyətə cəlb oluna biləcəyini deyib.

 

Dünyapress TV

Xəbər lenti