Ardını oxu...
RT-nin baş redaktoru Marqarita Simonyan Ermənistanın baş naziri Nikol Paşinyanı satqın və degenerasiyaya uğramış şəxs adlandırıb.

Publika.az xəbər verir ki, jurnalist bu barədə Teleqram kanalında yazıb. O, Ermənistan ərazisinə girişinin qadağan olunmasına münasibət bildirib.

Məlumat üçün bildirək ki, Paşinyan açıqlamasında qeyd edib ki, Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin, media meneceri Marqarita Simonyan və jurnalist Aram Qabrelyanova hakimiyyətin ünvanına hörmətsiz ifadələr işlətdikləri üçün onların Ermənistana girişi qadağan olunub.

"Heç vaxt heç bir dəhlizlə bağlı heç nə deməmişəm, amma şəxsən Paşinyan haqqında demişəm və danışacağam ki, o, tənəzzülə uğrayıb, həm də satqındır, xəyanət edib sata biləcəyi bütün erməni maraqlarını satıb. O, hələ sata bilmədiklərini də satacaq və xəyanət edəcək. O, Rusiyaya nifrət edir və Putini aldadır, o, bütün qəddar satqınlar kimi, şərəfsiz və vicdansızdır”, - Simonyan əlavə edib. Məhz bu sözlərə görə onun girişinə qadağa qoyulub.

O, həyatında cəmi iki dəfə Ermənistanda olduğunu vurğulayıb və özünü əsl erməni adlandırıb. Media meneceri gələcəkdə “Paşinyan rejimi” altında Ermənistana getməyəcəyinə də aydınlıq gətirib. “Nə hörmətsizlik, əfəndi? Hörmətsizliyi qazanmalısan. Sən isə əfəndi, nifrət zonasındasan. Odur ki, ifadənizi düzəldin. “Marqarita Simonyan indiki hakimiyyətdən iyrəndiyi üçün Ermənistana buraxılmayıb”, - jurnalist yekunda vurğulayıb.

Aytən Məftun
 
Ardını oxu...
“Pakistan Təhrik-e-İnsaf sədri İmran Xan Beynəlxalq Valyuta Fondunun PTI hökumətinin əvvəlki fəaliyyəti dövründə əldə edilmiş proqramın dirçəldilməsinə maneələr yaratmaq niyyətindədir”.

“Pakistan today”ın məlumatına görə, bunu Baş nazir Şahbaz Şərifə istinadla Baş nazirin ofisinin mətbuat xidməti paylaşıb. Baş nazir bəyanatında bildirib ki, yollarda xaos və anarxiya yaratmaq İmran Niyazinin gündəminin bir hissəsidir və ölkədə qeyri-sabitlik alovunu alovlandırmaq məqsədi daşıyır.

Ş.Şərif bəyanatında əlavə edib ki, İmran Xan ölkənin yoxsul insanlarının qiymət inflyasiyası və iqtisadi təzyiq məsələlərindən xilas olmasını istəmir, milli resursların idarə olunmasına qarşıdır: “İmran Xanın məhkəmələrdən yayınması qorxaqlığın zirvəsinə bərabərdir. O, BVF proqramını tərk etdi və indi məhkəmələrə müqavimət göstərir. Utancaq şəxs günahkar olduğu üçün məhkəmələrə onun axtarışına icazə vermədi”.

Baş nazirin sözlərinə görə, Navaz Şərif və Pakistan Mülsim Liqası-N-nin keçmişdə National Accountability Bureau –NAB (Milli Hesabat Bürosu) -Niyazi əli ilə ən pis intiqamla üzləşiblər: “Oğullarımız, qızlarımız və bacılarımız da daxil olmaqla, ailə üzvlərimizə qarşı irəli sürülən qondarma ittihamlarla məhkəmələr və qanunlarla üzləşmişik”.
 
Ardını oxu...
"Biz Azərbaycan hökumətinin səfiri XİN-ə dəvət etməsini xoşməramlı addım kimi qiymətləndirə bilmərik".

Toplum TV xəbər verir ki, bunu martın 13-də keçirdiyi mətbuat konfransında İran Xarici İşlər nazirliyinin sözçüsü Naser Kənani deyib.

Rəsminin sözlərinə görə, bu, adi uçuş olub:

"Sərhəd bölgələrinin müşahidəsi üçün və İran ərazisində bu cür uçuşlar tez-tez baş tutur. Əvvəllər də belə uçuşlar olub".

Kənani həmçinin bildirib ki, İranın hərbi təyyarəsi Azərbaycan sərhədini keçməyib, buna görə də İran səfirinin izahat vermək üçün Azərbaycan XİN-ə çağırılmasını yanlış addım hesab edirlər.

"İranla Azərbaycan Respublikası arasında müdafiə sahəsində münasibətlər var, İran səfirliyi fəal şəkildə işləyir, hərbi attaşe fəaliyyət göstərir. Məsələ ilə bağlı İran səfirliyinə və hərbi attaşemizə müraciət etmək olardı. Fikir mübadiləsi aparılardı və anlaşılmazlıq aradan qaldırıla bilərdi. Biz Azərbaycan hökumətinin səfiri dəvət etməsini xoşməramlı addım kimi qiymətləndirə bilmərik", - deyə o, açıqlamasında vurğulayıb.

Xatırlatma

Martın 11-də Bakı İran hərbi təyyarəsinin sərhəd xətti üzərindən uçması barədə məlumat yayıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin və Müdafiə Nazirliyinin birgə bəyanatında qeyd olunub ki, İrana məxsus hərbi təyyarə saat 09:44-dən 10:26-dək fasiləsiz olaraq Azərbaycan-İran dövlət sərhədi boyunca uçuş həyata keçirib. Təyyarə iki ölkə arasında dövlət sərhədindən 3-5 km məsafədə, bəzi hallarda isə dövlət sərhədinin tam üstü ilə uçub.

"Hərbi təyyarələrin dövlət sərhədinə yaxınlaşması ilə bağlı qonşu dövləti əvvəlcədən xəbərdarlıq etməyə dair beynəlxalq aləmdə qəbul olunmuş təcrübəyə zidd olaraq, İran İslam Respublikasının hərbi təyyarəsinin iki ölkə arasında dövlət sərhədinə bu qədər yaxınlaşması və sərhəd xətti üzərindən uçması mülki aviasiyanın təhlükəsizliyinə təhdid törədir və iki ölkə arasında münasibətləri daha da gərginləşdirməyə xidmət edir", - deyə məlumatda bildirilib.

Məsələylə əlaqədar İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim olunub.

Martın 9-da da rəsmi Bakı Azərbaycan vətəndaşı Fərid Səfərlinin İranda itkin düşməsi ilə bağlı Tehrana nota vermişdi.
 
Ardını oxu...
İran və ABŞ məhbusların mübadiləsinə dair razılığa gəlib.

Pressklub.az xəbər verir ki, bu barədə İran XİN başçısı Hüseyn Əmir Abdullahiyan yerli mediaya müsahibəsində bildirib.

Nazir bildirib ki, ötən ilin mart ayından etibarən ABŞ ilə aparılan müzakirə nəticəsində məhbusların qarşılıqlı ekstradisiyası ilə bağlı razılıq əldə olunub.

“Yaxın günlərdə ABŞ texniki məsələləri həll etsə, razılaşma həyata keçiriləcək.

İran tərəfi bu razılaşmanı humanitar addım kimi qiymətləndirir”, – nazir əlavə edib.
 
Ardını oxu...
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili xəstəxanada ölüm ayağındadır.

"DogruXeber.az" xəbər verir ki, bu barədə Britaniyanın “Sky News“ telekanalı məlumat yayıb.

Jurnalistlərin xəstəxanaya buraxılmadığı, lakin onların suallarının vəkil vasitəsilə çatdıra bildirildiyi və yazılı cavablar aldığı qeyd edilir.

“Əvvəlcə 120 kiloqram çəkim var idi. İndi isə 64. Yaşım 60-dan azdır. Həkimlər çoxlu orqan çatışmazlığını proqnozlaşdırırlar. Mən daim yataqdayam, sümüklərim parçalanır və bu, dözülməz ağrılara səbəb olur”, - deyə Saakaşvili suala cavab verib.

Keçmiş prezident ölüm ayağında olduğunu bildirib.

Saakaşvilinin vəkili Şalva Xaçapuridze onun bu sözlərini təsdiqləyib.

Xatırladaq ki, Gürcüstanın keçmiş prezidentinin səhhətində ciddi problemlər 2021-ci ilin noyabrında hakimiyyət tərəfindən saxlanmasına etiraz olaraq iki aya yaxın aclıq aksiyası keçirməsi ilə başlayıb.

Aclıq aksiyası bitdikdən sonra ilk dəfə Saakaşvili sağalmağa başlasa da sonra səhhəti yenidən pisləşib.

2022-ci ilin payızında siyasətçinin vəkilləri bildiriblər ki, o həbsxanada zəhərlənib.

Avropa ölkələri Gürcüstan hakimiyyətini Saakaşvilini müalicə üçün azad etməyə çağırsalar da Gürcüstan məhkəməsi bundan imtina edib.
Ardını oxu...
Aksiyalarda etirazçılar polis sıralarına hücum edib

Moldovanın paytaxtı Kişinyovun mərkəzində müxalifətin etiraz aksiyaları zamanı polislə etirazçılar arasında toqquşma olub. Bu barədə AYNA xarici mediaya istinadən bildirib.

Qeyd edilir ki, etirazçılar polis sıralarına hücum edib.

Müxalifətin paytaxtın baş meydanına gedən yolunu hüquq-mühafizə orqanlarının əməkdaşları kəsiblər. Etirazçılar “Rədd olsun diktatura”, “Rədd olsun Sandu” şüarları səsləndiriblər.

Bundan əvvəl Kişinyovda 54 müxalifətçinin şübhəli davranışa görə saxlanıldığı bildirilirdi. Onların özlərini şübhəli apardıqları, həmçinin yanlarında qadağan olunmuş əşyaların olduğu bildirilir.
 
Ardını oxu...
Britaniya şahzadəsi Harri və həyat yoldaşı Meqan Marklın uşaqları rəsmi olaraq şahzadə titullarını alıblar.

Bu barədə Bukingem sarayından məlumat verilib.

Üç yaşlı şahzadə Arçi indi Britaniya taxt-tacı üçün altıncı, onun kiçik bacısı Lilibet isə yeddinci namizəddir.

Qeyd edək ki, Harri və Meqan kral sarayından maliyyə cəhətdən müstəqil olmaq istədiklərini bildirərək titullarından imtina edib ABŞ-də məskunlaşıblar.

Mənbə: vesti.ru
 
Ardını oxu...
Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücumun yeni detalları məlum olub.

Oxu.Az-ın məlumatına görə, hadisənin baş verdiyi ərazidən olan yeni görüntülər sosial şəbəkələrdə yayımlanıb.

Görüntülərdə hücum edən terrorçunun gülləsi bitdikdən sonra İran polisinə avtomatı gəlib götürmələri ilə bağlı göstəriş verdiyi anlar əks olunub.

Həmin görüntüləri təqdim edirik:
Ardını oxu...
Pakistanın keçmiş Baş naziri, PTI-nin sədri (Pakistan Təhrik-i İnsaf Partiyası) İmran Xana qarşı ölkənin müxtəlif bölgələrində açılan ümumilikdə 37 iş üzrə məhkəmə prosesi başlanılıb.

“The International news” xəbər verir ki, bunlara məhkəmə çəkişmələri, polis və FIA - Federal Investigation Agency (Federal Təhqiqat Agentliyi) işləri, həmçinin Pakistan Seçki Komissiyası tərəfindən ona qarşı icraat daxildir.

PTI yetgilisi Favad Çaudrinin təqdim etdiyi İmran Xanın məhkəmə çəkişmə statusu hesabatına əsasən, Xanın özü dövlət idarələrinə və şəxslərə qarşı qaldırılmış 19 iş üzrə şikayətçidir. Bununla belə, Xana qarşı onun birbaşa iştirak etdiyi ümumilikdə 37 iş var. Təqdim olunan siyahıda İmran Xana qarşı son günlər açılan işlər yoxdur. Ümumi məhkəmə işlərindən beşi Xan tərəfindən Pakistan Federasiyasına qarşı qaldırıldıqdan sonra Pakistan Ali Məhkəməsində davam edir. İslamabad Ali Məhkəməsində Xan Pakistan Seçki Komissiyasına qarşı iki iş qaldırıb, eyni məhkəmədə ona qarşı iki iş qeydə alınıb.

Lahor Ali Məhkəməsində Xan tərəfindən cəmi altı iş - dördü Pakistan Federasiyasına, ikisi isə seçki komissiyasına qarşı qaldırılıb. Peşəvər Ali Məhkəməsində Xanın ərizəçi olduğu üç iş davam edir.

İslamabad Rayon Məhkəməsində keçmiş Baş nazirə qarşı üç iş var. Pakistan Seçki Komissiyası Xana qarşı xaricdən maliyyələşdirmə işi, KP vertolyotu işi, sədrlik işinin ləğvi və komissiyaya və komissiya sədrinə qarşı nalayiq ifadələr işlətdiyinə görə hörmətsizlik iddiası daxil olmaqla beş iş davam etdirilir.

Federal Təhqiqat Agentliyi Xana qarşı iki iş qeydə alıb və hər ikisi şifrə ilə bağlıdır. Bundan əlavə, antiterror məhkəmələrində İmranın üç işi var. İslamabad FİA Bankçılıq Cinayətləri Məhkəməsi tərəfindən Xana qarşı yalnız bir iş qaldırılıb.

Yuxarıda müzakirə olunan işlərə PTI üzvlərinə qarşı olanlar daxil deyil.
 
 
 
Ardını oxu...
Pakistanın keçmiş Xidmətlərarası Kəşfiyyat (ISI) rəhbəri Faiz Həmidə və onun qardaşına qarşı korrupsiya və vəsaitlərin qeyri-mümkün toplanması iddiaları ilə bağlı araşdırma başlanılıb.

Bunu mətbuat nümayəndələri ilə keçirdiyi görüşdə ölkənin daxili işlər naziri Rana Sanaullah deyib. Əlavə edib ki, vasaitdən artıq olan aktivlərlə bağlı hər hansı araşdırman Federal Təhqiqat Agentliyinin (FIA) sahəsinə aid edilib, Baş Prokurorluq artıq araşdırma aparır.

Bu arada, PML-N (Pakistan Müsəlman Liqası - Nəvaz) rəhbəri Məryəm Nəvaz Şərif istefada olan general-leytenant Faiz Həmidin hərbi məhkəməyə çıxarılmasını tələb edir. O, mediaya verdiyi müsahibəsində keçmiş baş kəşfiyyatçını onun və atasının 2017-ci ildə NAB korrupsiya istinadlarında mühakimə olunmasındakı roluna görə sərt tədbirlərin görülməsini israr edir.

AzPolitika.info

Dünyapress TV

Xəbər lenti