Ardını oxu...
Tbilisinin mərkəzində “xarici agentlər haqqında” qanunun qəbuluna qarşı etiraz aksiyası keçirilir.

Tribunainfo.az xəbər verir ki, müxalifətçi Giorgi Vaşadze hakimiyyətə qarşı iki tələb irəli sürüb.

O bildirib ki, qanun layihəsi parlamentdən geri götürülməli və dünənki aksiyada saxlanılanlar azad edilməlidir.

Vaşadze qeyd edib ki, Gürcüstan rəhbərliyinin bu tələbləri yerinə yetirmək üçün bir saatı var, əks halda etirazçılar “başqa addımlara keçəcəklər”.

Qeyd edək ki, dünənki aksiyada 66 nəfər saxlanılıb.
 
Ardını oxu...
“Vaqner” özəl hərbi şirkətinin başçısı Yevgeni Priqojin Peterburq qubernatoru Aleksandr Beqlovu hədəfə alıb.

“AzPolitika.info” xəbər verir ki, Priqojinin öz mətbuat xidməti tərəfindən yayılan paylaşımında Beqlov yarıtmazlıqda günahlandırılır və onun qubernator vəzifəsinə layiq olmadığı bildirilir.

Priqojin Sankt-Peterburq küçələrinin bərbad vəziyyətdə, zir-zibillə dolu olduğunu qeyd edir və deyir ki, “Baxmuta getmək Sankt-Peterburqda hərəkət etməkdən asandır”.

“Tamamilə qudurmuş qubernatoru nəhayət, çirkli süpürgə ilə qovmaq lazımdır”, - deyə Priqojin bildirib.

Qeyd edək ki, Priqojin-Beqlov qarşıdurmasının tarixçəsi böyükdür. Ötən ilin sonlarında da Priqojin qubernatoru təhqir və təhdid edərək bildirmişdi ki, Beqlov səfərbərliyi sabotaj edir.

Bu iki şəxsin arasındakı intriqanın kökləri Beqlovun seçki kampaniyası dövrünə təsadüf edir. Priqojin vaxtilə yaxın münasibətdə olduğu Beqlovun seçki kampaniyasına 26 milyon dollar xərclədiyini bildirib. Əvəzində Beqlov ona şəhərin bir neçə yüz milyonluq bahalı infrastruktur layihələrini verəcəkmiş. Lakin seçiləndən sonra qubernator “Vaqner” başçısını yaxın buraxmayıb.

Son günlər isə mətbuatda və sosial şəbəkələrdə Priqojinin Sankt-Peterburqda Beqlova qarşı etiraz aksiyaları keçirməyi planlaşdırdığı barədə məlumatlar yayılıb. Hətta bununla bağlı qubernator şəhərdəki ali məktəblərə xüsusi məktub ünvanlayaraq, tələbələrin belə aksiyalara buraxılmamasına dair göstəriş verib.
 
Ardını oxu...
Bu gün Gürcüstanın demokratiyası üçün qara gündür.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, ABŞ-ın Gürcüstandakı səfirliyinin Gürcüstan parlamentində “xarici agentlər” haqqında qanun layihəsinin müzakirəsi ilə bağlı paylaşımında belə qeyd edilib.

“Bu gün Gürcüstanın demokratiyası üçün qara gündür. Parlamentin Kremlindən ilhamlanılmış bu qanunlarla bağlı (prosesi) irəli aparması Gürcüstan xalqının məlum Avropaya inteqrasiya və demokratik inkişaf arzusu ilə uyğun gəlmir. Bu qanunların ardınca getmək Gürcüstanın strateji tərəfdaşları ilə əlaqələrini zədələyəcək və Gürcüstanın bu qədər təşkilatlarının öz həmvətənlərinə yardım məqsədilə önəmli işlərini baltalayacaq. Proses və qanun layihələri hakim partiyanın Avro-Atlantik inteqrasiyaya sadiqliyi ilə bağlı real suallar doğurur”, - deyə bəyanatda bildirilib
 
Ardını oxu...
“15 milyona yaxın insanın yaşadığı ərazi təhlükə altındadır, buzlaqların əriməsi genişmiqyaslı daşqınlara səbəb ola bilər”.

Bu qənaətə Böyük Britaniyanın Nyukasl Universitetinin alimləri gəliblər.

Alimlərin fikrincə, əsrin sonuna qədər Yer üzündəki 215 min buzlağın təxminən yarısı əriyəcək. Bu da buzlaq göllərinin çatlamasına və nəticədə daşqınlara səbəb olacaq. Bu proses dörd ölkəyə dağıdıcı təsir göstərəcək ki, bunlar Hindistan, Pakistan, Peru və Çindir.

Tədqiqat göstərir ki, 15 milyona yaxın insanın yaşadığı ərazilər su altında qalma təhlükəsi ilə üzləşə bilər.

Ən böyük təhlükə isə Pakistan və Çini gözləyir. Xüsusilə Pakistanda çatlaya biləcək buzlaq gölünün yaxınlığında 2 milyondan çox insan yaşayır, Çində isə bu rəqəm bir milyondur. Bu təhlükə reytinqində Peru üçüncü, Hindistan isə dördüncü yerdədir.

Tədqiqatçılar qeyd ediblər ki, buzlaq gölünün dəqiq olaraq nə vaxt daşacağını proqnozlaşdırmaq olduqca çətindir, alimlər hələ yalnız təhlükə barədə xəbərdarlıq edə bilərlər.

Onların fikrincə, buzlaq göllərinin çatlaması irimiqyaslı daşqınlara səbəb ola bilər. Dağıntı baş verən ərazi isə 100 kilometrdən çox məsafəni əhatə edə bilər.

Mənbə: TSN.ua
 
Ardını oxu...
Tanınmış erməni bloqer İşxan Verdyan Nikol Paşinyanı Azərbaycanın suverenliyinə qəsd etməkdə ittiham edib.

Pressklub.az-ın məlumatına görə, Verdyan bildirib ki, hazırda Ermənistan hakimiyyətinin etdiyi Azərbaycanın suverenliyini tapdamaqdan başqa bir şey deyil.

“Beynəlxalq sammitdə İlham Əliyev vəziyyətə nəzarət etmək üçün Sevana beynəlxalq monitorinq missiyası yeritməyi tələb edib”, – deyə o, ermənilərə yazır və əlavə edir:

“Xeyr, tələb etməyib, amma qorxunc səslənir. Doğrudurmu, əziz ermənilər? Laçında monitorinq missiyasının həyata keçirilməsini tələb edəndə Paşinyanın sözləri də azərbaycanlıların qulağında məhz belə səslənir. Ümid edirəm ki, Laçının Azərbaycana aid olduğuna heç kim şübhə etmir?”

Bloqer daha sonra Paşinyanı Azərbaycan daxilində hansısa əməliyyat çağırışında ittiham edib: “Baxın, adam razılıq olmadan Azərbaycanın daxilində hansısa əməliyyatlar keçirməyi qarşısına məqsəd qoyub. Əgər Əliyev buna bənzər söz desəydi, bu, Ermənistanın suverenliyinə qəsd kimi qiymətləndirilərdi. Amma nədənsə Paşinyanın sözlərini bu cür dəyərləndirmək olmaz.

Mən isə bunu suverenliyə birbaşa qəsd kimi nəzərdən keçirirəm və bu qəsdə çox sərt cavab verilə bilər. Və bu sərt addımlar atılanda təəccüblənməyə dəyməz. Çünki hazırda Paşinyan özünü Azərbaycanın suverenlik hüququnun tanımayan barışmaz şəxs kimi aparır”.
 
Ardını oxu...
Prezident Volodimir Zelenski Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) rəis müavini Aleksandr Yakuşevi işdən çıxarıb.

Bu barədə RBC-Ukrayna müvafiq sərəncama istinadən xəbər verir.

Zelenskinin digər sərəncamları ilə Aleksandr Yakuşevdən başqa Sumı, Zaporojye bölgələrinin UTX rəisləri, o cümlədən UTX-nin Dövlət Sirrlərinin Mühafizəsi və Lisenziyalaşdırma İdarəsinin rəisi də vəzifələrindən azad edilib.

Eyni zamanda, prezident artıq Oleq Krasnoşapkanı UTX-nin Sumı vilayəti üzrə şöbəsinin müdiri, Oleq Xramovu isə dövlət sirrinin mühafizəsi və lisenziyalaşdırma şöbəsinin müdiri təyin edib.

Xatırladaq ki, Zelenski bir müddət əvvəl UTX-nin üç region üzrə departamentinin rəhbərlərini işdən çıxarmışdı.
 
Ardını oxu...
İranın Əfqanıstanla sərhədində silahlı toqquşma baş verib.
Bu barədə Əfqanıstanın Nimroz əyalətindəki mənbələrə istinadən "Aamaj News" agentliyi məlumat yayıb.

Atışma zamanı tərəflər müxtəlif növ silahlardan istifadə ediblər. Münaqişənin səbəbi hələlik məlum deyil.

Zərərçəkənlər barədə məlumat verilmir.

İran tərəfi sərhəddə baş verən toqquşmalara münasibət bildirməyib.

Əfqanıstanın "Haşt-e Subh" qəzetinin Nimroz əyalətindəki mənbələrə istinadən verdiyi məlumata görə, İran sərhədçiləri ilə "Taliban" arasında silahlı toqquşmalar davam edir. Toqquşmalar daha əvvəl, 2021-ci ilin dekabrında, eləcə də 2022-ci ilin iyulunda da qeydə alınıb.

Bu il fevralın sonlarında "Taliban" bir iranlı sərhədçini əsir götürüb və danışıqlardan sonra geri qaytarıb.
 
Ardını oxu...
Pakistanın sabiq baş naziri İmran Xan həbs olunub.

İmran Xan Pakistan polisi tərəfindən paytaxt İslamabadda yerləşən iqamətgahında tutulub.

Fevralın 28-də məhkəmə tərəfindən Xanın həbsi barədə qərar çıxarılmışdı.

İmran Xanın “Təhriki İnsaf” Partiyasının hazırkı lideri Favad Çaudri deyib ki, Xanın həbs edilməsi vəziyyəti ciddi şəkildə pisləşdirəcək: “Mən bu səriştəsiz və anti-Pakistan hökumətini xəbərdar etmək istəyirəm ki, Pakistanı daha da böhrana sürükləməsin və ağılla hərəkət etsin”.

Qeyd edək ki, İmran Xan 2018-2022-ci illərdə Pakistanın baş naziri olub.
 
Ardını oxu...
Rusiyadan Avropaya təbii qazın nəqlini həyata keçirən “Şimal axını” boru kəmərlərinin yaxın vaxtlarda təmiri və yenidən işə salınması nəzərdə tutulmur.

Məlumata görə, boru kəmərləri möhürlənə bilər.

Belə ki, “Qazprom” zədələnmiş boru kəmərlərinin təmirinin texniki cəhətdən mümkün olduğunu bildirsə də, Moskva bunu etmək üçün çox az perspektiv görür. Bildirilir ki, Rusiya Qərblə münasibətlərin yaxın gələcəkdə “Şimal axını”nı zəruri etmək üçün kifayət qədər yaxşılaşacağını gözləmir.

Bundan əlavə, maraqlı tərəflər boru kəmərlərinin qorunub saxlanması imkanlarını nəzərdən keçirir. Məhz bu məqsədlə zədələnmiş kəmərləri möhürləmək, boruların özlərini isə korroziyanın qarşısını almaq üçün xüsusi örtüklə örtmək mümkündür.

Xatırladaq ki, 2022-ci ilin sentyabr ayının sonunda “Şimal axını” və “Şimal axını 2”də partlayışlar baş verib. Hazırda Almaniya, Danimarka və İsveç təxribatı araşdırır, lakin Rusiyanın bu işdə iştirakına icazə verilmir.(Mənbə: ntv.ru)
 
Ardını oxu...
“ABŞ Prezidenti Co Bayden danışmaq qabiliyyətini itirir”.

Bunu “Fox News” kanalının aparıcısı Taker Karlson deyib.

Jurnalist bununla əlaqədar amerikalı liderin çıxışından fraqment dərc edib.

“Bu yalnız sizin üçün əldə etdiyimiz məxfi mənbələrdən gizli məlumat deyil. Biz milyon belə kadr göstərə bilərik, çünki Co Bayden hər gün belə danışır. O, danışmaq qabiliyyətini itirir. Bu, bütün dünyaya aydındır”, - deyə Karlson bildirib.

Aparıcı qeyd edib ki, dedikləri Co Baydenə qarşı informasiya hücumu deyil, onun yaşına qədər yaşayan hər kəs eyni şeyi edə bilər.

Karlson həmçinin onlara prezidentlə bağlı belə səhvlər yazmamağın tapşırıldığını bildirib.

“Bizə (yaşla əlaqədar) təbii proses olduğu üçün buna məhəl qoymamaq əmr olunur”, - deyə Karlson sözlərini yekunlaşdırıb.
 

Dünyapress TV

Xəbər lenti