Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə antiterror tədbirlərini müzakirə edib Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüşüb.
Bu barədə dövlət başçısının Mətbuat xidmətindən bildirilib.
V.Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə ölkə daxilində antiterror tədbirlərini müzakirə edib. \\Report
Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqının bu ölkədəki mülki monitorinq missiyasının fəaliyyətini tənzimləyəcək sazişin imzalanacağını açıqlayıb.
Bu barədə o, Almaniya Kansleri Olaf Şoltsla birgə keçirdiyi mətbuat konfransında bildirib.
“Hazırda Aİ-nin Ermənistandakı mülki missiyası ilə bağlı məsələlər qarşılıqlı rəsmi məktublarla tənzimlənir. Amma bizim razılaşmamız var ki, missiyanın fəaliyyətini tənzimləyəcək saziş müzakirə olunmalı və imzalanmalıdır”, - N.Paşinyan deyib.
Sazişin nə vaxt imzalanacağı ilə bağlı suala Ermənistan baş naziri hər şeyin artıq formalaşmış və əldə edilmiş razılaşmalar ətrafında tam razılığın əldə olunacağı tarixdən asılı olduğunu söyləyərək cavab verib.
Qeyd edək ki, fevralın 20-də Ermənistanda iki illik mandatla 100 nəfərdən ibarət Aİ-nin yeni mülki missiyası yerləşdirilib. \\Report
Bu barədə Gümrüdən olan hüquq müdafiəçisi Karapet Poqosyan Facebook səhifəsində yazıb.
“Polis patrulları oğurluqlarla da məşğul olurlar.
Gecə “Şirak Mərz” batalyonunun birinci tağımının zabiti R. Ayrapetyan Əştərək qəsəbəsində oğurluq etdiyi üçün tutulub. Ərazidə yaşayan sakinlər onu döyüb, sonra polisə xəbər veriblər.
Məndə olan məlumata görə, Ayrapetyana qarşı səkkiz ev oğurluğu xarakterli cinayət işi başlanıb.
Oğru-patrul hazırda Əştərək Tibb Mərkəzindədir, açıq kəllə yaraları, ayağında sınıq aşkar olunub.
O, tezliklə ayağından əməliyyat olunacaq. \\KONKRET.az
Niderland baş nazirinin müavini və xarici işlər naziri Vopke Hukstra Rusiyaya hərbi yardım göstərən ölkələrə xəbərdarlıq edib.
O, bu barədə G20 dövlətləri Xarici İşlər Nazirləri Qrupunun iclası çərçivəsində bəyan edib.
“Mən hər bir həmkarıma, o cümlədən Çindən olan həmkarıma çatdırmaq istəyirəm ki, həqiqət yarımçıq ola bilməz. Məsuliyyət daşıyan yalnız bir ölkə var, o da Rusiyadır. Qalan hər kəs Rusiyaya hərbi yardımdan çəkinməlidir. Əgər ölkələr bu xətti keçsələr, nəticələrə hazır olsunlar”, - deyə o vurğulayıb.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moldovada hakim Fəaliyyət və Həmrəylik Partiyasının Moldova dilinin adının rumın dilinə dəyişdirilməsi planlarını “Amerika tipli demokratiya” adlandırıb.
Diplomat bunu öz Teleqram kanalında yazıb.
"Demokratiyaya əsl Amerika tipli dəstək. Maya Sandu dövründə Moldova öz ana dilindən imtina edir" - Zaxarova qeyd edib.
Qeyd edək ki, Moldovada hakim Fəaliyyət və Həmrəylik Partiyasının deputatları cümə axşamı parlamentin gündəliyinə konstitusiyada dövlət dilinin adının Moldova dilindən rumın dilinə dəyişdirilməsini nəzərdə tutan qanun layihəsini təqdim ediblər. Müxalifətdəki Kommunistlər və Sosialistlər Blokunun deputatları bu sənədin baxılmasında iştirakdan imtina ediblər.
Bundan əvvəl Sandu belə bir fikir bildirmişdi ki, parlament dövlət dilinin adının Moldova dilindən rumın dilinə dəyişdirilməsinə icazə vermək üçün konstitusiyaya dəyişiklik etməlidir. \\Redaktor.Az
Ukrayna müharibəsinin başlamasından bir il ötməsinə baxmayaraq, Rusiya aviadaşıyıcı şirkətləri 467 ədəd “Airbus” və “Boeing” sərnişin təyyarələrinin istismarını davam etdirirlər.
“AzPolitika.info” xəbər verir ki, bununla bağlı məlumat yayan “Bloomberg” nəşri müharibədən əvvəl Rusiyada belə təyyarələrin sayının 544 ədəd olduğunu yazır.
Məlumatdan göründüyü kimi, Rusiyanın istismar etdiyi sözügedən təyyarələrin sayı o qədər də kəskin şəkildə azalmayıb. Məlum olduğu kimi, adı çəkilən aviaşirkətlərin Rusiyada fəaliyyətinə sanksiyalar səbəbindən qadağa qoyulub. Rusiya isə böyük hissəsi icarəyə götürülmüş həmin təyyarələrin sahiblərinə qaytarılmasına qadağa qoyub. Nəticədə faktiki olaraq, bu təyyarələr oğurluq sayılır. Bu isə həmin təyyarələrin texniki, proqram, eləcə də ehtiyat hissələri təminatında problemlər yaradır. Buna baxmayaraq, Rusiya tərəfi təyyarələrin istismarını davam etdirə bilir.
Ekspertlər hesab edirlər ki, Rusiya həmin təyyarələr üçün lazım olan ehtiyat hissələrini digər “dost ölkələrin” əli ilə almağa nail olur. Lakin yazıda qeyd olunur ki, “qara yollarla” ehtiyat hissələri əldə olunsa da sözügedən təyyarələrin idarəetmə proqramlarının yenilənməsi və digər texniki işlər həyata keçirilmədiyindən, onların təhlükəsizliyi məsələsi getdikcə daha çox sual doğurmağa başlayır.
Buna baxmayaraq ki, Rusiyanın daxili uçuşlarının sayı ötən illə müqayisədə cəmi 15 faiz azalıb. Xarici ölkələrə gəlincə, ABŞ və Avropa ölkələrinə yolu bağlanan Rusiya aviadaşıyıcıları əsasən MDB ölkələrinə, eləcə də Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və Tailand kimi ölkələrə uçuşlar həyata keçirə bilirlər.
Yunanıstanın nəqliyyat və infrastruktur naziri Konstantinos Karamanlis bu gün baş verən qatar qəzasına görə istefa verib.
APA "ekathimerini" nəşrinə istinadən xəbər verir ki, nazir özü bu barədə bəyanatında bildirib.
“Haqsız yerə həlak olmuş insanların xatirəsinə ən kiçik ehtiram əlaməti olaraq, Yunanıstan dövlətinin və siyasi sisteminin illər boyu yol verdiyi nöqsanlara görə, məsuliyyəti öz üzərimə götürməyi bir vəzifə hesab edirəm. Bu qədər dəhşətli bir şey baş verəndə, heç nə olmamış kimi davranmağa davam edə bilmərik. Mən uzun illərdir ki, siyasətlə məşğul deyiləm, amma vətəndaşların siyasi sistemə göstərdiyi etimadı demokratiyamızın vacib hissəsi hesab edirəm. Bunun adı siyasi məsuliyyətdir. Ürəyimin dərinliyindəki kədərimi bir daha ifadə edir və həlak olanların ailələri ilə həmrəy olduğumu bildirirəm”, - o deyib.
Qeyd edək ki, Yunanıstanda yük və sərnişin qatarının toqquşması nəticəsində 36 nəfər həlak olub.
Avropa İttifaqının (Aİ) sanksiya qərarlarına baxmayaraq, Rusiyadan Avropaya neft və təbii qaz ixracı davam edir. Avropa ölkələri enerji ehtiyaclarını qarşılamq üçün Rusiyaya hər gün 100 milyon avro ödəyir.
“AzPolitika.info” xarici KİV-ə istinadla xəbər veri ki, bu barədə Enerji və Təmiz Hava Tədqiqatları Mərkəzinin (CREA) hesabatında bildirilir.
Hesablamalara görə, yanacaq ixracı hələ də Vladimir Putin administrasiyasına böyük miqdarda gəlir gətirir.
Belə ki, 2023-cü ilin ilk iki ayında Rusiya Avropaya ixrac etdiyi qalıq yanacaqdan təxminən 30 milyard avro gəlir əldə edib. Aİ Çindən sonra Rusiyadan hasil edilən yanacaqların ikinci ən böyük istehlakçısıdır.
“CREA”-nın hesabatında Aİ-nin mövqeyi tənqid edilir və bildirilir ki, qalıq yanacaqlardan əldə edilən pullar Rusiya tərəfindən Ukraynadakı müharibəni maliyyələşdirmək üçün istifadə olunur.
Onlar dünyanın ən qaranlıq və ən güclü ailələrindən biridir. 100 milyard dollarlıq sərvətləri, xəyalpərəst həyatları ilə daim gündəmdədirlər. Səudiyyə Ərəbistanının kral ailəsində 7000 şahzadə var və onların hər biri dövlətin mühüm vəzifələrində səlahiyyət sahibidir. Bu şahzadələrin əksəriyyəti ayrı-ayrı saraylarda və ya ağlasığmaz dəbdəbəli villalarda yaşayır. Hazırda ölkə kralı Salman bin Əbdüləziz əl-Səudun 38 övladı var. Amerika, İngiltərə, Fransa kimi ölkələrdə universitet təhsili almış insanlardı. Ölkədə kral qanunvericiliyi, icra və məhkəmə funksiyalarını yerinə yetirir, baş nazir kimi fəaliyyət göstərir və nazirlər şurasına rəhbərlik edir. Bir sözlə, tək əmrlə istədiyi adamı ölkədən silə bilirlər. Məkkə, Mədinə kimi turistlərin getdiyi bəzi şəhərlərdə dini qaydalar bir qədər yüngülləşdirilsə də, ölkənin əksər şəhərlərində hətta qadınların bazarda yerkökü, xiyar kimi tərəvəzlərə toxunması belə qadağandır. Məhkəmələrdə iki qadın ifadə verməlidir.Ötən illərdə 7 nəfər tərəfindən zorlanan qadına şahid tapa bilinmədiyi üçün 200 şallaq cəzası kəsilib. Evlilikdə 4 qadın alına bilər, kişilərin isə maraqlı salamlaşma tərzi var. Yanaqdan öpmək və ya başını tərpətmək əvəzinə bir neçə dəfə burunlarını toqquşdururlar. Kral ailəsi və şahzadələr adətən qaydalardan asılı olmayaraq yaşayırlar, şahzadələrin Avropa və Amerikada çoxlu şirkətləri, dəbdəbəli villaları var. Keçən illərdə kral Salman bin Əbdüləziz 1000 nəfərlik heyətlə Mərakeşdə tətilə çıxmışdı. O, bu tətildə 100 milyon dollar xərcləyib. Şahzadə Bin Fəhd isə Parisdə 500 min avrosunu oğurlatsada, bunu vaxt itkisi kimi gördüyü üçün polisə getmək və ifadə verməkdən imtina etmişdi. Eyni zamanda ailənin ən böyük həvəsi qızıl və zinət əşyalarıdır. Xobbi kimi dünyanın ən bahalı, ən qiymətli əşyasını toplayırlar. Yalnız Şahzadə Əl-Valid bin Talalın heç vaxt taxmadığı 750 milyon dollarlıq zərgərlik kolleksiyası var. London'da yaşayan 29 yaşlı şahzadə Turki bin Abdullahın bütün avtomobilləri xüsusi olaraq qızıldandır. Onun üzlənmiş əşyalarının demək olar ki, hamısı onun üçün xüsusi olaraq hazırlanıb və qızıl örtüklüdü. Dünya üçün bu təəcüblü olsada, kral ailəsində adi bir hadisədir. Bu yolla öz aralarında üstünlüklərini göstərmək üçün bənsədə girirlər. Bu sərvətə baxmayaraq, Səudiyyə Ərəbistanı ailələri yoxsul ölkələrə kömək etməkdə dünyada sonuncu yerdədirlər. Qadınların seçmək və seçilmək hüququ yoxdur, ölkədə işləyən əhalinin yalnız 5%-i qadınlardır, yoxsulluq həddində olmayan qadınların işləməsi qadağandır. İslami alamətlər istifadə olunmayan teatr, heykəltəraşlıq, rəsm və musiqi qadağandır. Keçmiş krallardan biri olan Kral Fehd, caz musiqisinə o qədər həvəsli idi ki, getdiyi ölkələrin ən məşhur musiqiçiləri özəl konsertlər verirdilər. Şahzadələrin çoxu Amerika və İngiltərədə təhsillərini başa vurub orada məskunlaşıb, vaxtlarının çox az hissəsini Səudiyyə Ərəbistanında keçiriblər. Ailənin çoxlu sayda şahzadədən ibarət olması da təhlükə yaradır. Bu səbəbdən xalqın dini zülm və qorxu ilə istismar edildiyini təbliğ edən mühüm təbliğatlar aparırlar. Bir çox islahatlar aparılmalı olduğunu dediyi üçün Ərəbistana girə bilməyən şahzadə Turki bin Bəndər, onun kimi düşünən bir neçə şahzadə ilə birlikdə yoxa çıxdı və bir daha onlardan xəbər alınmadı. Əl-Valid bin Talal, 32 milyard dollarlıq şəxsi sərvəti ilə Səudiyyə Ərəbistanının ən tanınmış şahzadələrindən biridir. Var-dövləti ilə dünyanın ən zəngin adamları arasında yer alan Talal, həmçinin Twitter, Snapchat, Fox, Apple, Scorp kimi bir çox dünyaca məşhur şirkətlərdə əhəmiyyətli paylara malikdir. Şahzadənin gənclik illərində Amerikada orta məktəb və universitetdə oxuyarkən zənginlikdən yaşadığı gülməli hadisələrdən biri belədir. Limuzin karvanı və cangüdənləri ilə məktəbə gedirmiş. Atasına məktub yazır. "Ata, bütün dostlarım tramvayla gəlir, ona görə çox utanıram, məktəbə tramvayla getmək istəyirəm.. Tramvayın nə olduğunu bilmədiyi üçün təəccüblənən atası da bunu yük maşını sanırmış. – Oğlum, bizi aşağılama, get özünə tramvay al. Cavabnı verir. Eyni zamanda Səudiyyə Ərəbistanı hərbi xərclərə ən çox pul xərcləyən 4-cü ölkədir. Başqa üç ölkə isə Amerika, Çin və Rusiyadır. Ərəbistan yarımadası deyilən bölgədə lazım gələndə bəzi ölkələrə hərbi müdaxilələr edir, bu müdaxilələr üçün lazım olan silahları ABŞ-dan alırlar. Tramp'ın Ərəbistan səfəri zamanı 50 milyard dollarlıq silah alqı-satqısı müqaviləsi imzalamışdılar. Xüsusilə qonşuları müsəlman ölkəsi Yəmən bu baxımdan ən çox əziyyət çəkən ölkədir.Səudiyyə Ərəbistanının tez-tez silahla müdaxilə etdiyi Yəməndə on minlərlə dinc sakin, o cümlədən uşaqlar qətlə yetirilir. Yəmən'də 84 min uşaq qida çatışmazlığından ölür, 14 milyon insan aclıqdan əziyyət çəkir. Ölkənin gəlirinin 45%-i neftdən, qalanının əhəmiyyətli bir hissəsi isə saxta həcc, ümrə, dini turizm və İslam bazarından əldə edilir. İslamı tərk etməyin və ya ölkə vətəndaşı olub başqa dinə inanmağın cəzası ölümdür. 2018-ci ildə qadınlara avtomobil sürməyə icazə verilib.Təbii ki, onların hər yerdə deyil, müəyyən yollarda və günün müəyyən saatlarında avtomobil sürmək hüququ var. Səudiyyə Ərəbistanı şahzadə ailəsi xaric. Qızlar çox gənc, yetkinlik yaşına çatmamış ərə verilirlər. Buna görə də çoxu oxuya bilmir, üstəlik, erkən hamiləlik onların sağlamlığını pisləşdirir, çox vaxt ölümlə nəticələnir. Qız istəməsə belə, bəylə gəlinin atası arasında müqavilə nikahına icazə verilir. Təbii ki, bu qaydalar ancaq xalq üçün keçərlidir. Ilham Sadigov Teref.az
BMT-də İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın çıxışı başlayan kimi müxtəlif ölkələrin diplomatları və nümayəndələri molla rejiminə etiraz məqsədilə salonu tərk ediblər.
Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.