Ardını oxu...
Ukraynanın işğal olunmuş Krım yarımadasının Qruşevka kəndində mobil rabitə qülləsində Ukrayna bayrağı ucaldılıb.

“Report” xəbər verir ki, bu barədə “Cənub” operativ komandanlığının polkovniki Vladislav Nazarov teleqramda bildirib.

Onun sözlərinə görə, işğal altındakı ərazilərdə ortaya çıxan Ukrayna bayrağı “müqavimətin simvollarından biridir”.

“Krım bizi gözləyir, vətəndaşlarımız bizi gözləyir və biz fəal şəkildə evə qayıtmağa hazırlaşırıq!”, - o əlavə edib.
Ardını oxu...
Türkiyədə baş verən dəhşətli zəlzələni 3 gün öncədən anons edən hollandiyalı geoloq Frank Huqerbeets sosial media hesablarından yeni proqnozlarını sıralayıb.
Tribunainfo.az xəbər verir ki, “Kosmos həndəsəsi” mövzusuna diqqət çəkən Frank, xəritədə zəlzələ baş verməsi gözlənilən yerləri göstərib.Martın ilk həftələrində dəhşətli zəlzələlərin gözləndiyini deyən “zəlzələ peyğəmbəri”nin son proqnozları özünü doğrultmayıb. Buna baxmayaraq o, yutub kanalında paylaşdığı videoda Türkiyəyə yaxın məsafədə Afrika, Pasxa adası, Hindistan və Aralıq dənizində zəlzələlər olacağını deyib və Ayın hərəkətlərinə işarə edib.

Merkuri, Venera, Yupiter və Ayın “kosmos həndəsəsi” üsulu ilə tək bir xətt halına gəldiyini ifadə edən Huqerbeets, son günlərdə böyük bir zəlzələnin olmadığını, bu səbəbdən önümüzdəki dövrdə bu bölgələrdə şiddətli zəlzələnin gözlənildiyini söyləyib.
 
Ardını oxu...
Yerevan İlham Əliyevin Ermənistanın sərhədin delimitasiyası ilə bağlı Azərbaycanın şərtlərini qəbul etməli olduğu, əks halda sülh müqaviləsi bağlanmayacağı haqqında 18 mart tarixli bəyanatını qəbuledilməz hesab edir. Bu barədə Ermənistan baş naziri Nikol Paşinyan martın 23-də hökumətin iclasında bildirib.

O, bunu “təcavüz aktı” və “yüksək səviyyədə əldə olunmuş razılaşmaların kobud pozuntusu” adlandırıb. Xüsusən, Paşinyan “BMT Nizamnaməsinə və 1991-ci il tarixli Almatı Bəyannaməsinə uyğun olaraq suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin pozulmazlığının qarşılıqlı tanınması haqqında” əvvəlki razılaşmalara istinad edib.

Paşinyanın sözlərinə görə, bu bəyanatlarda sovet respublikalarının sərhədlərinin onların dövlət sərhədi olduğu qeyd edilib, amma “Azərbaycan daim hansısa tarixi xəritələr əsasında delimitasiyadan danışır ki, bu, tamamilə qəbuledilməzdir”.

Buna görə Ermənistan razılaşmaların həyata keçirilməsi üçün də “beynəlxalq mexanizmlərə ehtiayc olmasında” israr edir.

Paşinyan həmçinin İlham Əliyevin Talış kəndindəki çıxışına toxunub, onu “etnik təmizləmə və soyqırım siyasətinin dəlili” adlandırıb.

Azərbaycan Dağlıq Qarabağ ermənilərinin hüquqlarının və təhlükəsizliyinin təmin ediləcəyini və ya “inteqrasiyanı” onların evlərini söküb, yerində azərbaycanlılar üçün ev tikməklə nümayiş etdirir, deyə Paşinyan bildirib.(Turan)
 

Aprelin əvvəlində Fransanın xarici işlər naziri Kаtrin Kolonna Yerevana və Bakıya səfər edəcək.

O, bu barədə martın 22-də ölkə parlamentində çıxışı zamanı bildirib.

O, səfərinin məqsədinin Laçın dəhlizinin açılışına nail olmaq olduğunu vurğulayıb.

“Dağlıq Qarabağ kifayət qədər ərzaq almır və bu, Fransanın kömək etdiyi Qırmızı Xaç sayəsindədir. Dağlıq Qarabağın təchizatını təmin etmək üçün Laçın dəhlizi ilə sərbəst hərəkəti bərpa etmək və təchizatı yaxşılaşdırmaq lazımdır.

Fransa danışmır, hərəkət edir” o deyib.(Turan)

Ardını oxu...
“The Cyprus Mail” Kiprin (Kıbrıs Cumhuriyeti) yunan kəsiminə məxsus olan yeganə ingilisdilli qəzetdir. Qəzet Kibris türklərinin lideri, prezident Ersin Tatarın bəyanatın yayıb. Ersin bəy bəyan edib ki, əgər Türkiyə Kibrisə münasibətdə siyasi kursunu dəyişərsə, o, istefa verəcək.
Bunu niyə yazıram? Yəni biləsiz ki, Türkiyədə kimin prezident seçilməsi təkcə Azərbaycanda narahatlıq yaratmayıb. Əminəm ki, digər Türk Dövlətlərində də oxşar əhval-ruhiyyə hökm sürür. Niyə belədir? Çünki Tayyib Ərdoğanla bağlı hər şey aydındır, birmanalıdır. Məsələn, Azərbaycan bilir ki, Rusiya, İran və ya Ermənistan Azərbaycana hücum etsə, Türkiyə sinəsini qabağa verəcək. Ancaq Kamal Kılıçdaroğlu ilə bağlı insanlarda belə bir əminlik yoxdur. Daha doğrusu Kamal Kılıçdaroğlunun belə bir məqamda Azərbaycana dəstək verəcəyinə inanan çox azdır.
Elxan Şahinoğlunun yazışın oxudum. Deyir ki, nə qədər ki, Tayyib Ərdoğan prezidentdir Türkiyənin Azərbaycanda hərbi bazasını açdıraq. Yəni o da narahatdır. Çünki Türkiyə-Azərbaycan münasibətlərinin gələcəyi qeyri-müəyyəndir...
Təkcə bu deyil. Türkiyə ilə bağlı nəhəng layihələrin də sonrası sual altına düşür. Məsələn, sirr deyil ki, Rusiya bəlli səbəbdən öz qazını Türkiyəyə ötürmək istəyir. Yəni öz qazını Türkiyə üzərindən Avropaya satmaq arzusundadır. Bu isə Türkiyənin qazla bağlı nəhəng hub-a çevrilməsi deməkdir. Kamal Kılıçdaroğlu prezident olsa, bu layihə həyata keçə bilərmi? Çətin məsələdir.
Hazırda fantastik sürətlə inkişaf edən Türkiyənin hərbi sənayesinin gələcəyi necə olacaq? Bəlli deyil...
Məsələn, İsrail ilə bağlı bizim belə bir narahatlığımız yoxdur. Orada iqtidar tez-tez dəyişir. Ancaq İsrail-Azərbaycan münasibətləri davamlı şəkildə inkişaf edir. Yəni İsraildə kimin iqtidarda olması Azərbaycan üçün o qədər də önəmli deyil.
Təəssüf ki, Türkiyə ilə bağlı vəziyyət köklü şəkildə fərqlidir. Etiraf etməsək də xalq görür ki, İmran Xan getdikdən sonra Pakistan-Azərbaycan münasibətlərindəki yüksəklik əvvəlki səviyyədən ciddi şəkildə aşağı düşüb...
Ona görə də çox arzu edərdim ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi mayın 14-nə qədər imzalansın. Ancaq bu, qətiyyən real görünmür...

Elbəyi Həsənli - DİA.AZ
Ardını oxu...
Gürcüstan parlamentinin plenar iclasında deputatlar arasında dava düşüb.

Bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.

Bildirilir ki, deputatlar arasında yaranan mübahisə sonradan əlbəyaxa davaya çevrilib. “Xalqın gücü” hərəkatının deputatı Viktor Caparidze müxalif həmkarlarını agent adlandırıb. Bundan sonra müstəqil deputat Tariel Nakaidze ona qarşı nalayiq sözlər işlədib. Ardınca deputatlar biri-birilərinə fiziki güc tətbiq ediblər.

Qarşıdurmaya digər deputatlar da qoşulublar. İclasda fasilə elan olunub, təhlükəsizlik xidməti deputatları zaldan çıxarıb.
Ardını oxu...
"Ötən ilin payızında SEPAH-ın bir qrup hərbi qulluqçusu Seyid Əli Xameneiyə qarşı sui-qəsd planlaşdırıbmış”.

“Report” xəbər verir ki, bu barədə “Iran International” 44 səhifəlik gizli sənədə əsasən məlumat yayıb.

Bildirilib ki, 2022-ci ilin payızında İranda davam edən kütləvi etirazlar zamanı molla rejiminin əsas dayağı olan SEPAH-ın bir qrup hərbi qulluqçusu Tehranda dövlət obyektlərini artilleriya atəşinə tutmağı planlaşdırıbmış. Hədəflərdən biri isə İranın ali rəhbəri ayətullah Əli Xameneinin iqamətgahı olub.
Qeyd edilib ki, sui-qəsdin üstü açılıb və həmin hərbi qulluqçular həbs ediliblər:

“Bu sənəd Ə.Xamenei ilə SEPAH-ın 45 yüksək rütbəli komandiri və din xadimi arasında yanvarın 3-də baş tutan görüşdən sonra hazırlanıb”.

İclasda bildirilib ki, etirazlar şəxsi heyət və kiçik zabitlərin mənəvi vəziyyətlərinə mənfi təsir göstərib: “Üstəlik, buna sıravi işçilərin əməkhaqlarının aşağı olması şərait yaradıb”.

Bundan başqa, hərbçilərin aksiyalar zamanı fərarilik etməsi, həmçinin etirazçılara qarşı zorakılığın tətbiqindən boyun qaçırması, onların nümayişçilərə yardım göstərməsi hallarının olduğu qeyd edilib: “Buna görə də SEPAH-ın çox sayda hərbçisinin ailə üzvləri, o cümlədən yüksək rütbəli zabitlər etirazlarda fəal iştirak edib və həbs ediliblər”.

İclas iştirakçıları Ə.Xameneidən SEPAH hərbçilərinin həbs edilmiş ailə üzvlərinə qarşı yumşaq davranılmasını, həmçinin SEPAH əməkdaşlarının həyat şəraitinin yaxşılaşdırılması üçün tədbirlər görməsini xahiş ediblər.
Ardını oxu...
Türkiyə milli müdafiə naziri Hulusi Akar Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu ilə telefon danışığı aparıb.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, danışıq zamanı Akar qlobal ərzaq böhranının həllinə böyük töhfə verən taxıl təşəbbüsünün fasiləsiz davam etdirilməsinin vacibliyini vurğulayıb.
Ardını oxu...
ABŞ Dövlət Departamenti Ermənistanda insan haqlarının vəziyyəti ilə bağlı hesabat dərc edib.

Cebhe.info Ermənistan mətbuatına istinadən xəbər verir ki, hesabatda Ermənistanda insan haqlarının pozulması halları yer alıb.

Dövlət Departamenti hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən zorakılıqları, pis həbsxana şəraitini, əsassız həbsləri və söz azadlığının məhdudlaşdırılması hallarını təqdim edib.
Ardını oxu...
Hazırda Donbasda ən ağır döyüşlər Baxmut və Uqledar ətrafında gedir. Ümumiyyətlə, 1,2 min km olan bütün təmas xətti boyunca düşmən hücumlarını dayandırmır.

Axar.az xəbər verir ki, bu fikirləri Ukrayna Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş müavini, general-leytenant İqor Romanenko deyib.

O bildirib ki, Baxmutun ruslar tərəfindən tutulması onlara Çasov Yar, Kramatorsk və Slavyanska çatmaq imkanı verəcək.

İ.Romanenko həmçinin qeyd edib ki, hazırda Baxmutda rusların hücumlarının sürəti azalıb:

“Düşünürəm ki, bir həftədən sonra, maksimum iki həftə ərzində situasiyaya aydınlıq gələcək. Hətta düşmən irəliləsə belə, ona fasilə vermək lazım gələcək”.

Dünyapress TV

Xəbər lenti