Ardını oxu...
Ukrayna lideri Vladimir Zelenski Krımın müstəqilliyindən danışıb.

TEREF.AZ APA-ya istinadla xəbər verir ki, bu barədə “Ukrinform“ nəşri məlumat yayıb.

Onun sözlərinə görə, yarımada Ukraynaya qayıdacaq.

Zelenski həmçinin əlavə edib ki, Krımın müstəqilliyi dünyada konvensiyalara və BMT Nizamnaməsinə əsaslanan nizam-intizam üçün lazımdır.

Rusiya hakimiyyəti dəfələrlə Krımın ərazi mənsubiyyəti məsələsini qapalı adlandırıb.
Ardını oxu...
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistan lideri Şavkat Mirziyoyevə yerli istehsal olan "TOGG" elektromobilini hədiyyə edib.

Terefd.az xəbər verir ki, bu barədə Özbəkistan mətbuatı məlumat yayıb.

Bununla da indiyədək "TOGG" avtomobilinə üç prezident sahib olub.

Qeyd edək ki, aprelin 4-də Türkiyənin ilk yerli elektromobili “TOGG” Azərbaycan Prezidenti İlham Əliyevə, bir gün əvvəl isə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana təqdim edilib.
Ardını oxu...
“Rusiyanın NATO-ya ünvanladığı ultimatum əks təsir göstərdi”(AzPolitika.info) Finlandiyanın NATO-ya qəbulunu Avropa qitəsinin yeni geostrateji müstəviyə keçməsinin təsdiqi kimi başa düşmək olar.

“Soyuq müharibə” dönəmində Finlandiya güclü qonşusu SSRİ-dən gələ biləcək təhlükələrə baxmayaraq, NATO-ya daxil olmamışdı. Bunun səbəbi təkcə Moskvanın göstərəcəyi sərt reaksiya ilə əlaqədar deyildi. Belə ki, həmin dövrdə Kreml özünü qətiyyən indiki kimi aparmırdı. SSRİ-nin davranışlarında Finlandiyaya qarşı hər hansı təcavüzə meyl elementləri görünmürdü, əksinə sovetlər öz şimal qonşusu ilə isti münasibətlər yaratmaqda maraqlıydı. Finlandiya da öz növbəsində bütün olub keçənləri bir kənara qoyub, mehriban qonşuluq əlaqələrinin qurulmasının tərəfdarı kimi çıxış edirdi. Əgər Putin Ukraynaya hərbi təcavüz həyata keçirməsəydi, şübhəsiz ki, Finlandiya və eləcə də İsveç, NATO-ya üzv olmaq üçün alyansa müraciət yollamayacaqdılar.

İsveçin alyansa nə zaman daxil olacağına gəldikdə isə, Türkiyə ilə yaşanan problemlərə görə bu məsələ hələlik həll edilməmiş qalır. Lakin bir çox beynəlxalq ekspertlər meydana çıxan əngəlin yaxın zamanlarda aşılacağına əminliklərini vurğulayırlar. Yeri gəlişmişkən, NATO-nun baş katibi Yens Stoltenberq İsveçin də yaxın vaxtlarda alyansa qəbul olunacağını deyib.

Məhz bu iki ölkənin neytrallığı nəticəsində Rusiya Baltik dənizi hövzəsində özünü tam rahat hiss edirdi. Amma bundan sonra vəziyyət radikal dəyişəcək və rusların Baltik dənizində cəzasız hərəkətlərinə son quylacaq.

Finlandiya alyansa üzv olduqdan sonra Rusiyanın NATO ilə sərhədi daha 1340 kilometr uzandı. Artıq Rusiyanın ikinci böyük şəhəri Sankt Peterburq ilə NATO ərazisi arasındakı məsafə 140 kilometrdir. Digər yandan, Rusiyanın Baltik donanmasının yerləşdiyi Kronşdat, Şimal donanmsının bazası olan Severomorsk və eləcə də Rusiya atom sualtı qayıqlarının yerləşdiyi Qadjievo şəhərləri alyans üçün daha əlçatan olacaq. Beləliklə, NATO-nun yeni üzvü Finlandiyaya qarşı Kreml adekvat tədbirlər görmək məcbutiyyətində qalacaq. Rusiya sərhədi gücləndirmək üçün bu regiona əlavə canlı qüvvə, xeyli sayda zirehli texnika, Hava Hücumundan Müdafiə sistemləri, çoxsaylı artilleriya qurğuları gətirməlidir. Sözsüz ki, bütün bunların reallaşdırılması üçün Rusiya büdcəsi ağır yük altında düşəcək.

Onu da deyək ki, Finlandiya və İsveçin silahlı qüvvələri texniki cəhətdən kifayət qədər yaxşı silahlanıblar, onlar quruda və dənizdə həmişə təlimlər keçirlər. İsveçin hərbi sənayesinin buraxdığı məhsullar içərisində dördüncü nəsil çoxfunksiyalı “SAAB JAS 39 Gripen” qırıcılarını və ”Archer” mobil haubitsalarını xüsusilə qeyd etmək lazımdır.

-Rusiyanın NATO-ya göndərdiyi ultimatumun əks təsiri

Rusiya Prezidenti Vladimir Putin Ukraynaya hücuma başlamasının səbəbini NATO-nun Rusiya sərhədlərinə qədər gəlib çıxması ilə izah edirdi və deyirdi ki, biz bu addımı atmağa məcbur idik. Ukraynaya təcavüzdən üç ay öncə Kreml NATO-ya 1997-ci il sərhədlərinə geri çəkilməklə bağlı ultimatum da göndərmişdi və bu ultimatumda yazılmışdı ki, əks təqdirdə Rusiya lazım gələn bütün tədbirləri görəcək. Yəni, demək istəyirdilər ki, əvvəlcə Ukraynanı tam zəbt edəcəyik, sonra isə yaranmış vəziyyətə uyğun olaraq, Şərqi Avropa ölkələrinə qarşı da müvafiq cəza əməliyyatları həyata keçirəcəyik. Sözsüz ki, nəhəng NATO bu gülünc xəbərdarlıqdan qorxub geri çəkilməyəcəkdi. Deyəsən, bunu reallıq hissini itirmiş Kreml rəhbərliyi başa düşmürmüş. Vladimir Putin israrla Ukrayna məsələsinin üzərində durur, onun NATO-ya qəbulunu Rusiya üçün ən böyük təhdid adlandırırdı. Deməli, Putin nəyin bahasına olursa-olsun, Ukrayanın NATO-ya gedən yolunun qarşısını həmişəlik kəsməliydi. ABŞ başda olmaqla Qərb dünyası Vladimir Putinin həddini aşdığını görürdülər. Finladiyanın alyansa daxil olması Putinin ultimatumuna qarşı ən tutarlı əks zərbədir.

Finlandiyanın NATO-ya qəbul edilməsini Vladimir Putinin geosiyasi arenadakı ən böyük uğursuluğu hesab etmək olar. Moskvanın Ukraynaya təcavüzü, digər qonşu dövlətlərə qarşı özünü qaba, yöndəmisiz aparması və xüsusən də beynəlxalq hüquq normalarına saymazyana yanaşması Finlandiyaya çıxış yolu qoymamışdı. Əslində indi soyuq müharibə dönəmi ilə müqayisədə Rusiyanın Avropa ilə münasibətləri daha gərgindir. Rusiyanın müasir tarixi, elmi-texniki potensialı və mədəni irsi birbaşa Avropa ilə bağlıdır. Amma Putin bütün bunların hamısının üstündən xətt çəkir və hələ üstəlik, özünə haqq da qazandırır. Bilindiyi kimi, bu yaxınlarda Rusiyanın yeni xarici siyasət strategiyası açıqlanıb. Orada Afrika ölkələri ilə strateji tərəfdaşlıq prioritet istiqamətlərdən biri kimi göstərilir. Çox maraqlıdır, görəsən, Rusiya Afrikaya nə verə bilər? Yəni, Rusiya demək istəyir ki, mən Avropa ilə yüzilliklər boyu qurulmuş münasibətlər sistemini dağıdıram. Kremlin davranışlarında məntiq axtarmağa dəyməz, zəka potensialı məhdud olanların geostrateji mövqe mübarizəsində məğlubiyyətə uğrayacaqları labüddür. Bir müddətdən sonra Qafqaz və Orta Asiya respublikaları da Rusiyadan uzaqlaşacaqlar. İndi hələlik işinə yaradığına görə Rusiyanın üzünə gülən Çin, gələcək perspektivdə onu qarşısında tam diz çökdürüb, ucuz xammal bazasına çevirəcək. Vladimir Putin isteblişmentinin siyasi fəlsəfəsi fiaskoya uğrayır. Hadislər göstərir ki, gec və ya tez Ukrayna da NATO -ya girəcək. Çünki tarixi proses məhz buna doğru gedir.
Vaqif NƏSİBOV
azpolitika
 
Ardını oxu...
“İrəvan xanlığı 20-ci əsrin əvvəllərinə qədər mövcud olub. Ermənistan İrəvan xanlığının ərazisində yaradılıb”.

Bunu rusiyalı politoloq Aleksandr Artamonov ermənilərin saxtakarlığı barədə danışarkən deyib.

O qeyd edib ki, sözügedən ərazilərdə əvvəldən azərbaycanlılar yaşayıblar: “Xocalıda öldürdükləri uşaqları, qadınları xatırlayacaqlar”.

Daha ətraflı Baku TV-nin süjetində:

 
Ardını oxu...
“Çin Rusiya-Ukrayna münaqişəsində nüvə silahından istifadə edilməməsi ilə razılaşır”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Pekində jurnalistlərə açıqlaması zamanı bildirib.

Makron Çinin həmin münaqişəni bitirmək üçün səylərini yüksək qiymətləndirib.

“Bizim qitəmizdə bir ölkə digərinin ərazisini işğal edərsə, heç vaxt sabit və təhlükəsiz Avropa olmayacaq”, - deyə Makron vurğulayıb.

Çin lideri etiraf edib ki, Rusiya-Ukrayna münaqişəsi həlli çətin olan çox mürəkkəb məsələdir.

Qeyd edək ki, bu gün Pekində Fransa Prezidenti Emmanuel Makron, Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen və Çin lideri Si Cinpin arasında üçtərəfli görüş keçirilib.
Ardını oxu...
İsveç Ankaranın terrorda ittiham etdiyi şəxsi Türkiyəyə ekstradisiya etməkdən imtina edib.

Məlumata görə, 50 yaşlı şübhəli İsveç vətəndaşıdır və bu səbəbdən ekstradisiya edilə bilməz. Halbuki, Ankara onun Türkiyədə silahlı terror təşkilatının üzvü olduğunu bildirir.

Ekstradisiya tələbinin 2022-ci ilin noyabrında daxil olduğu bildirilir.

Eyni zamanda, İsveç hökuməti dələduzluğa görə təqribən 13 ilə yaxın həbs cəzasına məhkum edilmiş şəxsin ekstradisiyasına icazə verib. Krallığın Ali Məhkəməsi İsveçdə saxlanılan Türkiyə vətəndaşının ekstradisiyası üçün heç bir maneə görmədiyini bildirib.
Qeyd edək ki, 2022-ci ilin iyulunda İsveç ölkədəki kürd terrorçularını Türkiyəyə təhvil verməkdən imtina edib. Bu səbəbdən Türkiyə hələ də İsveçin NATO-ya üzv olmaq təklifini təsdiq etməyib. Buna baxmayaraq, Türkiyə prezidentinin nümayəndəsi İbrahim Kalın Ankaranın Stokholm üçün Şimali Atlantika Alyansının qapısını bağlamadığını vurğulayıb.

Mənbə: lenta.ru

Ardını oxu...
Azərbaycanın İsraildə səfirlik açması İrandan ölkəmizə qarşı yönələn təxribatlara, düşmən münasibətə qarşı həm də bir növ cavab idi.

DİA.AZ bildirir ki, bu sözləri Axar.az-a İran parlamentinin İsraildə səfirlik açdığı üçün ölkəmiz haqqında qəbul etdiyi bəyanatla bağlı danışan siyasi şərhçi Turab Rzayev deyib.

O, İranın arqumentlərinin əsassız olduğunu qeyd edib:

“Necə oldu Azərbaycan səfirlik açdı? İran heç bir əsas olmadan Azərbaycanı Zəngəzuru işğala və Tehran ilə İrəvan arasındakı quru əlaqəsini kəsməyə hazırlaşmaqda günahlandırdı. Halbuki Azərbaycan indi də Ermənistana ərazi bütövlüyünün qarşılıqlı tanınmasını, Qarabağa iddialardan əl çəkməyi, ordakı erməni əhalinin reinteqrasiyasına mane olmamağı təklif edir. İran getdi tez-tələsik heç yüz min əhalinin yaşamadığı Qafanda Baş konsulluq açdı. Guya Azərbaycan oraya hücum edəcək və əgər binaya ziyan dəysə, bu, İranın əlində ölkəmizə qarşı müharibəyə başlamaq üçün əsas olacaq. Bunu bəhanə gətirib bizim sərhədimizdə hətta ardıcıl təlimlər keçirdilər. Hətta Arazın üzərindən keçməyi də məşq etdilər. Azərbaycan da İranın sadaladığımız addımlarına cavab kimi İsraildə səfirliyin açılması məsələsini tezləşdirdi. Biz düşmənçilik toxumu əkməmişik, dövlətimiz İranın davranışlarına qarşı reaktiv münasibət göstərib”.

Siyasi şərhçi İranın müsəlman aləmini Azərbaycanı qınamağa çağırmasını absurd hesab edib:

“İran bəyanatda hansı ərəb və islam ölkələrindən bəhs edir? Bu ölkələrin bir çoxu hazırda İsraillə əlaqələrini bərpa edib. Türkiyə, İordaniya və Misirin İsraildə uzun müddətdir ki, səfirlikləri var. Səudiyyə Ərəbistanı, Küveyt, Oman, Qətər, Bəhreyn isə “İbrahim müqavilələri” çərçivəsində öz səfirliklərini bərpa etdilər. İran yalnız özü İsraillə düşmən münasibətdədir. Əgər dərin qatlara ensək, burada da sual doğuran məqamlar var. İran Azərbaycanı da İsraillə diplomatik münasibətlər qurmamağa məcbur etmək istəyir. İsrail bu yaxınlarda İranla sərhəddən cəmi bir neçə kilometr uzaqlıqda olan Aşqabadda öz səfirliyini açmaq hazırlığındadır”.

Turab Rzayev İranın Azərbaycanı nəzərə almadan Qafanda baş konsulluq açdığını, ondan sonra isə Tehranda səfirliyimizə qarşı terror aktı törədildiyini vurğulayıb:

“Digər önəmli məqam isə odur ki, Azərbaycan İsraildə səfirlik, Fələstində isə nümayəndəlik açmaqla ədalətli və tərəfsiz davranıb. Xarici işlər naziri Ceyhun Bayramov hətta İsrail və Fələstində keçirilən rəsmi görüşlərdə də balansı qorudu. Belə olduğu halda Azərbaycanı necə israilpərəstlikdə, yaxud Fələstinə və müsəlman aləminə düşmənçilikdə günahlandırmaq mümkündür? Bu addım Azərbaycanın həm İsraili, həm də Fələstini ayrıca müstəqil siyasi struktur kimi tanıması deməkdir. Bəs İran Qafanda baş konsulluq açanda Azərbaycanı nəzərə aldımı? Yaxud ölkəmizin Ərdəbil, Həmədan, Qəzvin, Urmiya və s. şəhərlərdə konsulluq açılmasına imkan verilibmi? Əksinə, İranın Qafandakı baş konsulluğunun fəaliyyətə başlamasından cəmi üç ay sonra Tehrandakı səfirliyimizdə terror aktı törədildi. Ona görə də səfirliyimiz öz fəaliyyətini dayandırdı, səfir də qeyri-müəyyən müddətə geri çağırıldı. İran Azərbaycanı bəyannamə ilə təhdid etmək yerinə diplomatik münasibətləri düzəltməyə çalışmalıdır. Belə gedişatla, fikrimcə, artıq Tehranda səfirliyimiz tamamilə bağlanacaq. Artıq ölkəmizə notanı belə “Səhər” telekanalından elan edirlər, münasibətlərin davamı üçün demək olar ki, bütün vacib diplomatik kanallar bağlanır. Təbrizdəki Baş konsulluğumuzu da gah bağlamaqla, gah orada da terror aktı törətməklə təhdid edirlər, gah da mitinq keçirirlər. İran parlamenti yaxşı olar ki, atdığı addımlar haqqında fikirləşsin, münasibətləri tamamilə qırılma, sıfır nöqtəsinə gətirib çıxarmasın. Çünki bu hazırki sanksiyaların, siyasi təcrid prosesinin olduğu bir vaxtda ən çox onların özlərinə zərər verəcək”.
 
Ardını oxu...
Azərbaycanın Təbrizdəki konsulluğunun qarşısında etiraz aksiyası keçirməsi İranın daxili auditoriyası üçün nəzərdə tutulan ssenaridir.

Bu sözləri Axar.az-a Güney azərbaycanlıların Böyük Britaniyadakı Koordinasiya Şurasının sədri Savaş Mərəndli deyib.

“İran Azərbaycanın müstəqilliyini həzm edə bilmir. Azərbaycanın qələbəsi, Türkiyə və Azərbaycan əlaqələrinin daha da möhkəmlənməsi İranı dərindən sarsıdıb. Buna tədbir görmək üçün köhnə yöntəmlərindən istifadə edərək, öz aləmində səs-küy salmaq istəyir. Azərbaycan demokratik bir ölkədir və istədiyi yerdə diplomatik nümayəndəlik aça bilər. İran İsraili özünün “qırmızı xətti” adlandırsa da, ortaqlıq etdiyi bütün ölkələrin Təl-Əvivlə çox yaxşı münasibəti var. Bu ikiüzlülük daxili auditoriyaya hesablanmış boş sözlərdir”, - o bildirib.

İranın Azərbaycana qarşı iddalarının məntiqi əsası olmadığını qeyd edən Mərəndli molla rejiminin qorxularından söz açıb:

“İran İsraillə Azərbaycan münasibətlərini bəhanə edərək, Azərbaycana qarşı hədələr yağdırır. Bu təhdidlərin arxasında İranın parçalanmaq qorxusu dayanır. Əsas qorxusu isə Güney Azərbaycanın müstəqilliyinə aparan yoldur”.

O, Güney Azərbaycanın müstəqillik yolunda Şimali Azərbaycanın dəstəyinə ehtiyac duyduğunu bildirib:

“Quzey Azərbaycandan da gözləntilərimiz çoxdur. Düşünürəm ki, Azərbaycanın Prezidenti dünya azərbaycanlılarının siyasi lideridir. Güney Azərbaycanın məsələsi Azərbaycanın siyasi gündəmindən düşməməlidir. Bu məsələ milli davamız olduğu üçün bütün partiya və siyasi güclər Azərbaycan Prezidentinə bu işlərdə dəstək olmalıdır. Yəni, Güney Azərbaycan məsələsi azərbaycançılığın əsas məsələsidir. Müstəqil Azərbaycan dövlətinin dəstəyi olmazsa, Güneyin azadlıq davası gecikəcək. İtirdiyimiz hər an isə orda yeni bir zülmün yaşanması deməkdir. İran işğalçı gücləri Azərbaycanın Güneyində 40 milyon insanımızı 100 ildir əsir saxlayır. Təməl insan haqlarımız əlimizdən alınıb, milli kimliyimiz günah sayılıb. Bu zülmü milli varlığımızı yox etməyə yönələn soyqırım kimi dəyərləndirirəm”.

O, İranın Azərbaycana 30 ildə hazırladığı məkrli planın ifşa olunmasından da danışıb:

“İranın Azərbaycanın içində din pərdəsi altında təşkilatlandırdığı satqınlar ifşa olundu. Azərbaycan vətəndaşları arasında yaradılan şəbəkənin mövcudluğu İranın Bakıya qarşı hər zaman pis niyyətinin olmasından xəbər verir. İran illərdir Azərbaycanda “Huseyniyyun” terror şəbəkəsi qurmaq üçün milyonlarla pul yatırmışdı, çox işlər görmüşdü. Azərbaycan xüsusi təhlükəsizlik orqanları İranın 30 illik “əməyini” boşa çıxartdı. Azərbaycanda dövlətçilik ənənəsinin üst qatda dayandığını sübut etdi”.

Mərəndli İranın Azərbaycana qarşı bir çox məsələlərdə dözümsüz davrandığını, çox vaxt uğurlarına qıcıqlandığını bildirib:

“Qarabağ işğalda olduğu zaman İran Güneydə Quzey Azərbaycanı kiçildərək gözdən salmağa çalışırdı. Ordumuz Vətən Müharibəsində torpaqları 44 günə azad etdi. İranın bu imkanları da əlindən alındı. Güney Azərbaycanda Şimalla birləşmək və müstəqil olmaq arzusu gündən-günə çoxalır. Bölgə siyasətində Güney Azərbaycan önəmli yerdədir. Bu, İranı daha da qıcıqlandırır, Azərbaycanın öz problemlərini heç kimin köməyi olmadan həll etməsinə dözə bilmir. İran qonşularına, ətraf ölkələrə çox böyük problem yaratmağa davam edir. Bölgəmizin iqtisadi cəhətdən inkişaf edə bilməməsi İranın yaratdığı problemlərdən qaynaqlanır. Tehran anlamalıdır ki, bu coğrafiyada biz olmadan davamlı düzən qurmaq olmaz. Bunun üçün Azərbaycanın fikirləri nəzərə alınmalıdır”.
 
Ardını oxu...
İndi Rusiyanın heç Ukrayna savaşına uzun müddət tab gətirmək üçün yetərli hərbi və iqtisadi resursları yoxdur, əgər, Kreml yeni qlobal müharibəyə hazırlaşırsa, bu, o deməkdir ki, nüvə savaşı uzaqda deyil... NATO-da bu fəlakət ssenarisinə artıq indidən hazırlaşır, bu hərbi-siyasi alyansda prezident Vladimir Putinin “nüvə düyməsi”nə hər an basa biləcəyinə tamamilə əmindirlər...

ABŞ və Qərb Rusiyaya qarşı total təzyiqləri gücləndirməkdə davam edir. İndi Kremlin Rusiya sərhədləri içərisinə sıxışdırılması prosesi demək olar ki, qarşısıalınmaz xarakter daşıyır. Hər halda, Rusiya üzləşdiyi sərt təzyiq dalğasına tab gətirməkdə çətinlik çəkir. Və belə vəziyyətdə Kremlin əks manevrlər üçün seçim variantları o qədər də çox deyil.

Məsələ ondadır ki, Ukrayna savaşı uzandıqca Rusiyanın hərbi-siyasi və maliyyə-iqtisadi resursları tükənir. Kremlin xarici dəstək ümidləri isə qətiyyən özünü doğrultmur. Xüsusilə də, Rusiyanın Çindən umduğu hərbi-siyasi dəstəyi ala bilməməsi Kremldə məyusluq və çaşqınlıq yaradıb. Və bu baxımdan, hazırda Rusiyanın təklənməkdə olduğunu da iddia etmək olar.

Onu da qeyd edək ki, bir müddət öncə Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Rusiya prezidenti Vladimir Putin haqqında həbs orderi verməsi əslində, siyasi qərar idi. Çünki bu qərarla Kreml sahibinin Rusiya sərhədlərindən kənara çıxış imkanlarının məhdudlaşdırılmasına yönəlik məqsəd güdüldüyü qətiyyən şübhə doğurmur. Və bu, daha çox prezident V.Putinin məhz Rusiya sərhədləri içərisinə “həbs olunması” anlamı daşıyır.

Düzdür, prezident V.Putin Asiya ölkələrinə səfər etmək hüququnu hər halda, saxlayır. Ancaq Avropanın, eləcə də, BCM-yə qoşulmuş bütün ölkələrin “qapıları” Kreml sahibinin üzünə bərk-bərk qapadılıb. Yəni, Rusiya prezidenti V.Putinin bir çox önəmli beynəlxalq qurumlarda və önəmli qlobal tədbirlərdə ölkəsini təmsil etmək imkanları bloklanıb.

Təbii ki, bu baxımdan, Kremlin Rusiyanı düşdüyü “quyu”dan çıxartması üçün qətiyyətli addımlara ehtiyacı var. Halbuki, indiki situasiyada belə addımların sırası da qətiyyən geniş deyil. Rusiyanın ABŞ və Qərblə qarşıdurmada hələlik birbaşa sınaqdan çıxartmadığı yalnız nüvə silahı qalıb. Yəni, hazırda bu, Kremlin ixtiyarında olan ən güclü və təhlükəli yeganə təhdid faktorudur.

Maraqlıdır ki, Rusiya faktoru da son vaxtlar tədricən ön plana çıxartmağa çalışır. Hər halda, yaxın vaxtlarda Rusiyanın Belarus ərazisində taktiki nüvə silahı yerləşdirmək qərarı ABŞ və Qərb üçün olduqca ciddi təhdid rolunu oynayır. Ona görə də, Kremlin bu niyyətindən Avropa ölkələri çox ciddi narahatlıq keçirirlər. Və Rusiyanın çıxılmaz vəziyyətdə qalacağı ən həlledici məqamda məhz Avropa ölkələrinə nüvə zərbəsi endirə biləcəyindən ehtiyatlanırlar.

NATO-nun Rusiya ilə quru sərhədlərinin genişlənməsindən sonra Kremlin hərbi-siyasi manevrlərində nüvə faktoru əsas müqavimət alətinə çevrilməyə başlayıb. Belə ki, son vaxtlara qədər Türkiyə Rusiya sərhədlərinin NATO tərəfindən mühasirəsinin tam qapadılmasına imkan vermirdi. Çünki NATO-ya üzv qəbul olunmaq istəyən İsveç və Finlandiyanın beynəlxalq terrorizmə dəstək verməsi Türkiyənin maraqlarına ciddi problemlər yaradırdı.

Ancaq sonradan Finlandiya bu məsələ ilə bağlı Türkiyənin bir çox iradlarını aradan qaldırmağa nail oldu. Nəticədə rəsmi Ankara İsveçin NATO üzvlüyü ilə bağlı qərarını qüvvədə saxlasa da, Finlandiya ilə bağlı mövqeyini dəyişdi. Və indi Finlandiya NATO-nun tamhüquqlu üzvüdür.

Eyni zamanda, İsveçdən fərqli olaraq, Finlandiyanın Rusiya ilə min kilometrdən çox sərhəddi var. İndi Finlandiyanın NATO üzvü olması Rusiyanın Qərb sərhədlərinin tamamilə blokada vəziyyətinə düşməsi anlamı daşıyır. Üstəlik, Finlandiyanın Rusiya üçün tarixi düşmən ölkə kimi qəbul olunması da vacib faktordur. Hər halda, Kremldə ötən əsrin 30-cu illərində baş vermiş rus-fin müharibəsi hələ unudulmayıb.

Təbii ki, Türkiyənin Finlandiyanın üzvlüyünə imkan verməsi NATO-da böyük məmnunluqla qarşılanıb. İndi NATO Finlandiya ərazisində yeni hərbi bazaların qurulması barədə planlar qurmağa başlayıb. Kremlin bu prosesə aqressiv reaksiya verməsindən istifadə edən NATO yeni hərbi bazaların yaradılmasına olan ehtiyacı Rusiyanın böyük müharibə hazırlığı ilə arqumentləşdirməyə çalışır.

NATO-nun baş katibi Yens Stoltenberq iddia edib ki, Rusiya prezidenti Vladimir Putin sülhə yox, daha böyük müharibəyə hazırlaşır. Onun fikrincə, NATO öz təhlükəsizlik imkanlarını gücləndirməyə, Ukraynaya yardım göstərməyə və Rusiyanın təzyiqi altında olan digər tərəfdaşlarına dəstək verməyə davam etməlidir. NATO baş katibi əmindir ki, bu quruma üzv ölkələrin əsas hədəfləri məhz Ukraynanın qalib gəlməsi üzərində birləşdirilməlidir.

Göründüyü kimi, NATO baş katibi bir tərəfdən Rusiyanı daha böyük savaş planları qurmaqda suçlayır. Digər tərəfdənsə, NATO-nun Ukrayna savaşında Rusiyanın əleyhinə da qətiyyətli addımlar atmasının vacibliyini vurğulayır. Yəni, bununla həm də NATO-nun da böyük savaşa hazırlıq mərhələsində olduğunu biruzə verir. Və bu, istənilən halda, NATO-nun Rusiya ilə ortaq şəkildə yeni qlobal savaş planları içərisində olduğunu göstərir.

Halbuki indiki situasiyada Rusiyanın Ukrayna savaşının coğrafiyasının genişlənməsində maraqlı ola biləcəyi də inandırıcı görünmür. Belə ki, Rusiyanın heç Ukrayna savaşını uzun müddət davam etdirmək üçün yetərli hərbi və iqtisadi resursları yoxdur. Əgər, Ukrayna savaşının coğrafiyası genişlənib, qlobal müharibəyə çevrilərsə, hazırda demək olar ki, təklənmiş Rusiyanın belə ağır yükün altından qalxa biləcəyi qətiyyən inandırıcı təsir bağışlamır.

İndiki halda, Rusiyanın yeni daha böyük müharibəyə hazırlaşması ilə bağlı iddialar yalnız Kremlin nüvə savaşına başlamaq niyyəti ilə arqumentləşdirilə bilər. Halbuki bu, dünya üçün nə qədər fəlakət vəd edən variant olsa da, Rusiya siyasi dairələrində nüvə savaşı ssenarisinin yekdil dəstək qazana biləcəyi də real deyil. Yəni, Kremldə nüvə savaşı ilə bağlı qərarın verilməsinə Rusiya siyasi dairələrində kəskin müqavimətin ola biləcəyi də qətiyyən istisna deyil. (Yeni Müsavat)
Ardını oxu...
Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurası İranda edamların artmasını, insan haqlarının geniş və kobud şəkildə pozulmasını və zorakılıqda iştirak edənlərə diplomatik toxunulmazlığı pisləyən qətnamə qəbul edib.
APA xəbər verir ki, qərar bu gün Cenevrədə Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurasının 47 üzv dövlətindən 23-nün səs verməsi ilə təsdiq edilib.
Kuba, Çin, Pakistan və Vyetnam da daxil olmaqla 16 ölkə səsvermədə bitərəf qalıb, İnsan Hüquqları Şurasının 8 üzvü isə qətnamənin əleyhinə səs verib.
Qətnamədə İranda insan haqlarının kobud, dəfələrlə və davamlı şəkildə pozulmasından dərin təəssüf hissi ifadə edilir, edamların sayının artması, o cümlədən xalq etirazlarında həbs olunanların edam edilməsi ilə bağlı narahatlıq ifadə edilir.
Qətnamədə İranda “cins, etnik mənşə, din və ya siyasi fikirlərə əsaslanan sistematik ayrı-seçkilik və zorakılıq” pislənilib.
BMT-nin İrandakı insan hüquqları üzrə xüsusi məruzəçisi Cavid Rəhmanın da mandatı daha bir il uzadılıb. İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani qətnaməni rədd edib, Cavid Rəhmanın səlahiyyət müddətinin uzadılmasını pisləyib.
Xatırladaq ki, İranda etiraz aksiyaları ötən il sentyabrın 17-də 22 yaşlı Məhsa Əmininin hicab qaydalarına riayət etmədiyi üçün işgəncə nəticəsində öldürülməsindən sonra başlayıb. Etirazlarda iştirakına görə, 4 nəfər edam edilib. İran təhlükəsizlik qüvvələri 500-dən çox etirazçını öldürüb.

Dünyapress TV

Xəbər lenti