Ardını oxu...
“France 24” fransız telekanalının yayımı Burkina-Faso ərazisində dayandırılır. Bu barədə martın 27-də “Röyter” agentliyi xəbər verib.

Agentlik qeyd edir ki, telekanalın verilişlərini dayandırmağı Burkina-Faso hakimiyyəti əmr edib. Bu göstəriş bütün Afrika ölkəsinə aiddir.

Burkina-Faso hökuməti martın 1-də Fransa ilə hərbi sazişi denons edib. Saziş 60 il əvvəl imzalanıb. Yanvarın əvvəlində Burkina-Faso Parislə olan sazişin müdafiəyə aid hissəsini pozub. Bu razılaşmaya əsasən Afrika respublikasının ərazisində Fransanın 400 nəfərlik xüsusi təyinatlı kontingenti yerləşməli idi. Fevralın 19-da Burkina-Fasoda olan fransalı hərbçilər ölkəni tərk ediblər, bu kontingent Afrika ölkəsində 2009-cu ildən yerləşmişdi.

Fransanın “LeFaso” xəbər portalının martın əvvəlində xəbər verdiyi kimi, Afrikada Fransadan və onun siyasətindən narazılıq artır. Ekspertlərin fikrincə, Fransanın Afrikadakı yeni strategiyası, mahiyyət etibarilə, Parisin ən az itkilərlə qitədəki yerini geopolitik düzənə uyğunlaşmaq və heç olmasa özünün keçmiş təsirinin bir hissəsini saxlamaq məqsədinə xidmət edir.

Son illər Fransanın Afrikada çətinlikləri sürətlə artıb. Belə ki Mali hakimiyyəti, Mərkəzi Afrika Respublikası, Burkina-Faso fransız qüvvələrinin bu ölkələrin milli ərazilərindən çıxarılmasını tələb ediblər.

Malidə, Burkina-Fasoda, Çadda, Nigerdə, Konqo Demokratik Respublikasında son aylar Fransanın iştirakına qarşı güclü xalq etirazları keçirilib. Malinin yeni Konstitusiyasının layihəsində fransız dilinin statusu ölkədə «işçi» səviyyəyə endirilib, bu layihə ümummilli referenduma çıxarılır (EADaily).
Ardını oxu...
Kahramanmaraşdakı zəlzələlərlə bağlı dəqiq proqnozu ilə tanınan avstraliyalı elm adamı Frank Hoogerbeets planetlərin mövqelərinə əsaslanaraq yeni xəbərdarlıq edib.

Teref.az metbuat.az-a istinadən xəbər verir ki, o bildirib ki, növbəti güclü zəlzələ ola bilər. Elm adamının sözlərinə görə, ABŞ-ın qərbində, Himalay dağlarının qərbində, İranda, İndoneziya-Sakit okean və Karib hövzəsi bölgələrindən birində zəlzələ ehtimalı var.

Qeyd edək ki, tədqiqatçı əvvəlki açıqlamasında deyib ki, o Yer və planetlərin mövqeləri arasındakı əlaqələr üzərində araşdırmalar aparır. Tədqiqatçı bununla bağlı xüsusi proqram hazırladığını qeyd edib.
 
Ardını oxu...
Ermənistanın “Milli Təhlükəsizlik Xidmətinin Ehtiyatda olan Zabitlər İttifaqı” bəyanat yayaraq, ölkənin hakimiyyət orqanlarından KTMT-yə dəstəklə bağlı sənədlər paketini imzalamağı və Ermənistan-Azərbaycan arasındakı bütün təmas xətti boyunca sülhməramlı kontingentin yerləşdirilməsi xahişi ilə Rusiyaya müraciət etməyi tələb edib.

“AzPolitika.info” erməni mediasına istinadla xəbər verir ki, əsasını Ermənistan xüsusi xidmət orqanlarının keçmiş yüksək rütbəli zabitləri təşkil edən ictimai qurum Azərbaycanın hərbi tədbirlərə başlamasından ciddi şəkildə narahat olduğunu bildirib. Bu təşkilatın Rusiya xüsusi xidmət orqanlarının təsir dairəsində olması şübhə doğrumur.

Müəlliflər qeyd edirlər ki, 2022-ci ilin noyabrında Ermənistanın Baş naziri KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının Ermənistana yardım göstərilməsi üzrə birgə tədbirlər haqqında sənəd layihəsini imzalamaqdan imtina edib. Lakin bundan sonra həm KTMT-nin baş katibi, həm də Rusiyanın xarici işlər naziri bəyan etdilər ki, KTMT missiyasının yerləşdirilməsi planı hələ də masadadır və o, 1-2 gün ərzində yerləşdirilə bilər.

Əslində, lazımi təhlükəsizlik və ərazi bütövlüyünə qarantiya olmadığı halda Ermənistan hakimiyyəti KTMT-nin yardım paketini qəbul etməyə borcludur.

"Mövcud reallıqları nəzərə alaraq, biz Nikol Paşinyana KTMT yardım paketinin imzalanması tələbi ilə müraciət edirik, lazım gələrsə, Ermənistan və Azərbaycan arasındakı bütün təmas xətti boyunca sülhməramlı kontingentin yerləşdirilməsi xahişi ilə KTMT-yə müraciət edirik. Ölkə üçün fəlakətli nəticələrə görə bütün məsuliyyət Paşinyanın üzərinə düşür”, - bəyanatda deyilir.

KTMT-nin yardımını qəbul etməkdən imtina etdiyi halda Ermənistan hakimiyyəti bu sənədlər paketini ictimaiyyətə açıqlamalı və imzalamaqdan imtinanın səbəblərini aydın şəkildə əsaslandırmalıdır. Həmçinin, əgər Baş nazir sənədləri imzalamaqdan imtina edərsə, o zaman Ermənistan Milli Assambleyasının bütün siyasi qüvvələrinə parlamentin təcili növbədənkənar iclasının çağırılması xahişi ilə müraciət etmək və bu məsələni gündəliyə salmaq lazım gələcək.
 
Ardını oxu...
“Konqresin milli borc tavanını artırmaqdan imtina etməsi ilə nəticələnə bilən ABŞ-də defolt Çinə böyük qələbə gətirəcək”.

“Report” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer brifinqdə bildirib.

Onun sözlərinə görə, Konqres konstitusiyaya görə borc tavanı ilə bağlı qərar verməyə borcludur, əvvəlki administrasiyada üç dəfə heç bir şərt qoyulmadan qərar verib:
Ətraflı

“Biznes liderləri və iqtisadçılar xəbərdarlıq ediblər ki, defolt təhlükəsi Amerikanın kiçik müəssisələrinin, təqaüdçülərin və işləyən ailələrin dolanışıq vasitələrini risk altına qoyur və nəticədə Çin böyük qələbə qazanacaq. Son hadisələr də borc tavanı ilə bağlı Konqresin erkən qərarının zəruriliyini göstərir”.

Sözçünün sözlərinə görə, Bayden ölkənin maliyyə gələcəyi ilə bağlı milli borc tavanından ayrı məsləhətləşmələri alqışlayır. O vurğulayıb ki, prezident növbəti maliyyə ili üçün büdcə layihəsini (2023-cü il oktyabrın 1-dən 2024-cü il sentyabrın 30-dək) dərc edib, dövlət başçısının xahişinə baxmayaraq, respublikaçılar bunu etməyiblər.

“Onlardan eşitdiyimiz tək şey hüquq-mühafizə və sərhəd təhlükəsizliyi xərclərinin fəlakətli ixtisarlarının siyahısı, eləcə də amerikalıların səhiyyə xidmətlərindən məhrum edilməsi, səhiyyə və uşaq baxımının xərclərinin artırılması təklifləridir.

ABŞ administrasiyası bu yaxınlarda Konqresi 31,4 trilyon dollar səviyyəsində müəyyən edilmiş milli borc tavanını artırmağa çağırır. Hazırda Nümayəndələr Palatasına nəzarət edən Respublikaçılar Partiyası ənənəvi olaraq borc limitinin artırılmasına şübhə ilə yanaşır və dövlət xərclərinin azaldılmasının tərəfdarıdır.
Ardını oxu...
Rusiya prezidentinin ölkəsini və əhalisini uzunmüddətli müharibəyə düçar etdiyi bildirilir.

Teref.az unian.net-ə istinadən xəbər verir ki, Böyük Britaniyanın “The Guardian” qəzeti Rusiya Prezidenti Vladimir Putinin Ukrayna ilə savaşda dönüş yarada bilməməsindən ciddi narahatlıq keçirdiyinə dair material dərc olunub.

Materialda qeyd edilir ki, Putin bir müddət əvvəl Buryatiyada etdiyi çıxışda bu müharibəni “Rusiyanın mövcudluq savaşı” kimi dəyərləndirib:

“Bu bizim üçün bir geopolitik məsələ yox, Rusiya dövlətçiliyinin mövcudluq və ölkənin gələcək inkişaf şərtlərinin yaradılması məsələsidir”.

Materialda fikirlərinə yer verilən politoloq Maksim Trudolyubov isə bildirib ki, Putin bu çıxışı ilə çox vurğuladığı Qərblə “əbədi müharibə” ritorikasına əsaslanıb:

“Putin artıq müharibənin konkret hədəfləri haqqında danışmağa son qoyub. Eyni zamanda Rusiya prezidenti gələcək qələbənin necə olacağını da demir. Yəni bu savaşın nə dəqiq başlanğıcı, nə də görünən sonu var”.
Ardını oxu...
Albaniyanın paytaxtı Tiranada yerli televiziya binasına silahlı basqın edilib.

Bu barədə Tirana Regional Polis İdarəsindən açıqlama verilib.

İdarədən bildirilib ki, dünən gecə naməlum şəxslər tərəfindən yerli televiziya binasına atəş açılıb. Nəticədə 60 yaşlı mühafizəçi həyatını itirib.

Həmçinin hadisənin aydınlaşdırılması və cinayətkarların tutulması üçün araşdırmalara başlanıldığı da qeyd edilib.

Albaniyanın baş naziri Edi Rama hadisə ilə bağlı “Twitter” hesabında paylaşım edib və ölən mühafizəçinin yaxınlarına başsağlığı verib.
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
İsrailin Baş naziri Benyamin Netanyahu məhkəmə islahatları ilə bağlı qanunvericiliyə dəyişikliyin yaya qədər təxirə salınmasına razılaşıb.

APA xəbər verir ki, bu barədə "Jerusalem Post" İsrailin sağçı “Otzma Yehudit” partiyasının bu gün yaydığı bəyanatına istinadən məlumat yayıb.

***

İsrailin Baş naziri Benyamin Netanyahu parlament koalisiyasının rəhbərinə məhkəmə islahatlarının gedişatının dayandırıldığını elan etmək niyyətində olduğunu bildirib.

“Report” xəbər verir ki, bu barədə İsrailin “Kan” dövlət radiosu bildirib.

Məlumata görə, baş nazir bunu Nazirlər Kabinetinə daxil olan partiyaların parlament fraksiyalarının rəhbərləri ilə görüşdən sonra açıqlayıb.

Bildirilib ki, Benyamin Netanyahunun rəsmi açıqlaması Bakı vaxtı ilə saat 11:00-a planlaşdırılsa da, hələ təxirə salınır.
 
Ardını oxu...
Kanada İrana qarşı yeni sanksiyalar tətbiq edib.

APA "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Kanada Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Kanada hökuməti İrana qarşı insan haqlarının pozulması, dron və ballistik raketlərin istehsalı ilə bağlı sanksiyaların bir hissəsi olaraq 2 qurum və 8 fiziki şəxsə qarşı sanksiyalar tətbiq edir.

"Biz İran rejimini İran xalqına qarşı zülmü dayandırmağa və onların tələblərinə vicdanla cavab verməyə çağırırıq", - xarici işlər naziri Melani Coli bəyanatda bildirib.
 
Ardını oxu...
Moskva İrəvanın Rusiya Federasiyasının rəhbərliyinə qarşı hüquqi əhəmiyyətsiz “orderləri” fonunda Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma statutuna qoşulmaq planlarını tamamilə qəbuledilməz hesab edir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə TASS-a Rusiya Xarici İşlər Nazirliyindəki mənbə bildirib.
Ətraflı

“Moskva rəsmi İrəvanın Rusiya rəhbərliyinə qarşı son qanunsuz və hüquqi cəhətdən etibarsız “orderlər” fonunda Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna qoşulmaq planlarını tamamilə qəbuledilməz hesab edir”, - deyə mənbə vurğulayıb.

Mənbə qeyd edib ki, İrəvana belə bir qərarın Moskva ilə münasibətlər üçün son dərəcə mənfi nəticələri barədə xəbərdarlıq edilib.
 
Ardını oxu...
Təl-Əviv Fond Birjası İsraildə keçirilən məhkəmə islahatlarına qarşı ümummilli etirazlara qoşulmaq qərarına gəlib.

Birja martın 28-də bağlı olacaq, ticarət sessiyası artıq ləğv edilib.

“The Jerusalem Post” nəşrinin yazdığına görə, birja ölkənin ən böyük həmkarlar ittifaqı olan və bu gündən Netanyahu hökumətinin məhkəmə islahatları aparmaq planlarına qarşı çıxış edərək ümummilli tətil elan edən “Histadrut”un çağırışına səs verib.

Bundan əvvəl ölkənin tibb müəssisələri, dövlət qurumları, nazirlik və idarələri artıq tətilə qoşulub, İsrailin xaricdəki səfirlikləri isə fəaliyyətini dayandırıb. Bir sıra universitetlər, İsrail poçtu, ölkənin aparıcı bankları, Təl-Əvivdəki ən böyük ticarət mərkəzləri də işləmir.
TASS

Dünyapress TV

Xəbər lenti