Ardını oxu...
“Çin Ukrayna müharibəsinin həllində vasitəçi ola bilməz”.

Bunu Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrel deyib.

“El Espanol” tərəfindən təşkil edilən “Oyan, İspaniya!” tədbirində çıxışı zamanı Borrel bildirib ki, “bütün müharibələr danışıqlarla bitir”. Lakin o qeyd edib ki, Çin vasitəçi ola bilməz, vəziyyətin yaxşılaşdırılmasına töhfə verə bilər.

Siyasətçi əlavə edib ki, Ukrayna müharibəsi Aİ üçün bir növ geosiyasi oyanışa çevrilib.
Lenta.ru
Ardını oxu...
Ermənistanda hakim “Vətəndaş müqaviləsi” fraksiyasından olan həmkarına hücum edən müxalifətçi deputat saxlanılıb

Editor.az bildirir ki, bu barədə RA İK xəbər verir. Xəbərə görə, Ermənistan Milli Assambleyasının komissiyalardan birinin bu keçirilən qapalı iclasında fövqəladə hadisə baş tutub. “Ermənistan” müxalifətçi millətçi blokunun nümayəndəsi Mqer Saakyan əvvəlcə komissiyanın sədri Vladimir Vardanyan haqqında bəzi fikirlər səsləndirib.

Bundan sonra parlamentari ayağa qalxaraq həmkarına yaxınlaşıb və hələ müəyyən edilməmiş əşya ilə onun qaşına zərbələr endirərək yıxılıb. Hadisə ilə bağlı cinayət işi başlanıb. Təcavüzkar həbs edilib və polisə aparılıb. Vladimir Vardanyan isə xəstəxanaya çatdırılıb. Həkimlər onun üzünə iki tikiş atılmalı olduğunu açıqlayıblar. Deputat, müxalifətçini təxribata sövq etməsi iddiası ilə mətbuatda yayılan bütün məlumatları təkzib edib. Vardanyan yerində oturduğunu, ayağa qalxmadığını və həmkarını təhqir etmədiyini vurğulayıb.
 
Ardını oxu...
“Kreml hələ də başa düşmək istəmir ki, bizim öz dövlətimiz və milli maraqları var. Həmçinin anlamırlar ki, bizim maraqlarımız həmişə Rusiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər”.

TEREF.AZ KONKRET.az-a istinadla xəbər verir ki, bu fikirlər erməni analitik Qalust Qriqoryanın məqaləsində yer alıb. Erməni müəllif hesab edir ki, Rusiya Macarıstanı Moskvaya qarşı sanksiyalara görə dost olmayan ölkələr siyahısına daxil etməklə Ermənistana açıq xəbərdarlıq mesajı verir: “Aİ ölkələri arasında yalnız Macarıstan və Avstriya Rusiyanın təcavüzünə qarşı Ukraynaya öz silahlarını verməkdən imtina edib. Bundan əlavə, Budapeşt Ukrayna Silahlı Qüvvələrini təchiz etmək üçün Avropa İttifaqı (Aİ) ilə birgə silahların alınmasından boyun qaçırıb. Nəhayət, Macarıstan Aİ-nin Vladimir Putinin həbsi üçün imzaladığı orderin kollektiv şəkildə təsdiqlənməsinə qarşı çıxıb. Göründüyü kimi, Macarıstan Rusiyaya doğru xeyli addımlar atıb. O, təkcə Ukraynanın deyil, bütün Avropanın gözündə Rusiyanın az qala peyki kimi şöhrət qazanıb. Lakin Kreml bunu dəyərləndirməyib. Nəticədə hətta Macarıstan da Rusiya üçün “dost olmayan ölkə”yə çevrildi. Və bu bizim üçün tanış vəziyyətdir. Rusiya Ermənistanla eyni şəkildə davranır. Kreml hələ də başa düşmək istəmir ki, bizim öz dövlət və milli maraqlarımız var və bu maraqlar Rusiyanın mövqeyi ilə həmişə üst-üstə düşməyə bilər. Üstəlik, Kreml özü də dəfələrlə Ermənistana qarşı eyni yanaşma nümayiş etdirib”, – Qriqoryan vurğulayıb.

“Kremlin hərəkətləri ölkəmizi daha etibarlı müttəfiqlər axtarmağa vadar edir. Amma Rusiya mətbuatında artıq anti-erməni isteriyası başlayıb. Üstəlik, bu, erməni millətindən olan şəxslər vasitəsilə həyata keçirilir. İndi də bütün istiqamətlərdən ölkəmizin rəhbərliyinə qarşı təhdidlər gəlir. Nə üçün? Ermənistan Konstitusiya Məhkəməsi Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma əsasnaməsində təsbit edilmiş öhdəlikləri tanıdığına görə?. Bəli, Konstitusiya Məhkəməsinin qərarı müzakirə olunmur. Amma heç kim Vladimir Putini həbs edə bilməz. O, xüsusi immunitetə malikdir. Kremlin ruporları isə bütün bunları çox gözəl bilirlər. Amma onlar yenə də antierməni isteriyasını davam edirlər. Bununla belə, Ukrayna ilə müharibədə vəziyyətin Rusiyanı məğlubiyyətə apardığı göz qabağındadır. Rusiya üçün “dost olmayan” ölkələrin sayı isə artıq 50-ni keçib. Onların hamısı inkişaf etmiş ölkələrdir. Beləliklə, Ermənistan yaxşı tərəfdaşların yanında yer alacaq”, – deyə Qriqoryan fikirlərini tamamlayıb.
Ardını oxu...
Türkiyə martın 24-də Danimarkada müqəddəs “Qurani-Kərim”ə və Türkiyə bayrağına qarşı törədilmiş nifrət cinayətinin Ramazan ayında yenidən törədilməsinə icazə verilməsini sərt şəkildə qınayır.

Bu barədə Türkiyə XİN-nin bəyanatında deyilir.

“Bir daha vurğulayırıq ki, ifadə azadlığı adı altında bu alçaq hərəkətə yol verilməsini qəbul etmirik və bu yanaşmaya heç bir zaman haqq qazandırılması mümkün deyil. Bu cür əməllərin qarşısının alınması üçün hüquqi və inzibati tədbirlərin qeyri-adekvatlığı və siyasi iradənin olmaması, günahkarların cəzasız qalmasının yeni təxribatlara rəvac verdiyi aydın görünür”, deyə bəyanatda bildirilib.

Həmçinin əlavə olunub ki, məsələ ilə bağlı Danimarkanın Türkiyədəki səfiri XİN-ə çağırılıb və ona məsələ ilə bağlı etiraz bildirilib.
Ardını oxu...
Molla rejimi sözdə müsəlman dövləti olsa da, əməlləri ilə fitnə-fəsad törədir, Fransa, İngiltərə və Amerikanın mənfəətlərini təmin edir.

Bu sözləri Axar.az-a güneyli yazar və milli fəal Elyar Təbrizli İranın mövcud siyasətini şərh edərkən deyib.

O bildirib ki, İranın təhdid və hədələri ciddi görsənməyə bilər, lakin Tehranın gizli niyyətləri və ortaqları ilə müştərək maraqları nəzərdən qaçmamalıdır:

“İranın başqa ölkələrə qarşı hədə və təhdidləri ABŞ üçün sərfəlidir. Çünki İranın münaqişədə olduğu ölkələr təhlükəsizlikləri naminə Amerika və Qərb ölkələrinin köməyinə üz tutur. Qorunmaq üçün Amerikadan silah alır. Husilər ARAMKO şirkətinə və neft bazalarına tez-tez hücum edirdi. Səudiyyə Ərəbistanı məcbur oldu ki, ABŞ-dan milyardlarla dollarlıq silah alsın. Hansı ki, bu pulu iqtisadiyyatına sərf edə bilərdi. Demək ki, İranın təhdid siyasəti Amerikanın işinə yarayır. Yaxud da, İranın savaş açıb, qorxutduğu ölkə öz ərazisində Amerikanın, Qərbin hərbi bazasını yerləşdirir və onları saxlamaq xərclərini də öz üzərinə götürür. Məsələn, Qətər, Bəhreyn, Küveyt kimi kiçik ölkələr ABŞ hərbçilərinin o bölgələrdə qalması üçün pul ödəyir”.

Təbrizli İranın gərginlik yaratdığı növbəti ölkənin Azərbaycan olduğunu bildirib:

“Azərbaycanın iqtisadiyyatı, ordusu inkişaf edir. Qarabağ da işğaldan azad olundu. Bu uğur İranda qıcıq yaratmağa başlayıb. Çünki özü sanksiyalar altındadır. Narkotik, “Hüseyniyyun” kimi terror qrupları və müxtəlif yollarla Azərbaycanın təhlükəsizliyini pozmaq istəyir. Məqsədi Bakını beynəlxalq iqtisadi layihələrdən kənar qoymaq və əhəmiyyətli məsələlərin gerçəkləşməsinə əngəl olmaqdır. İlk növbədə qorxur ki, Güney Azərbaycanda insanlar Şimaldakı inkişafı görüb, oranı özünə nümunə hesab edər. Sanksiyalar altında qalan İranın bu imkanları məhduddur. Tehran hakimiyyəti xarici siyasətdə iflasa uğrayıb. Doğru istiqamət götürə bilmir. İsraillə düşməndir. Azərbaycan və Türkiyə ilə mehriban qonşuluq siyasəti yürütmür. Zəngəzur dəhlizini bəhanə edir. Guya Azərbaycanda islama uyğun olmayan məsələlər olduğunu deyib, ölkənin daxili işlərinə qarışmaqla, əslində təxribatçı simasını nümayiş etdirir. Əlbəttə, bunlar bəhanədir. Çünki İran öz daxilində olan bir sıra ciddi problemlərdən fikir yayındırmaq və milləti çaşdırmaq üçün ən asan yolu Azərbaycanı təhdid etməkdə görür. Xalqı inandırmağa çalışır ki, İranda yaranan daxili problemlərin səbəbi Azərbaycanın İsrail və ABŞ ilə əlaqələrinin isti olmasıdır”.
Ardını oxu...
Gec-tez Tayvan məsələsi həll edilməli olacaq və Pekin ABŞ və ya Yaponiya donanmasının buna qarışmasını istəməzdi

Rusiya diktatoru Vladimir Putinin yeni nüvə təhdidləri fonunda Çin Xarici İşlər Nazirliyi bildirib ki, heç bir halda nüvə müharibəsi başlamamalıdır. Onlar bildirirlər ki, ötən il yanvarın 5-də nüvə dövlətlərinin liderlərinin birgə bəyanatında deyilirdi ki, nüvə müharibəsində qalib gəlmək mümkün deyil, ona görə də nüvə silahına malik dövlətlər arasında strateji risklər azaldılmalıdır. Bununla belə, Çin Xarici İşlər Nazirliyi konkret dövlətlərin adını çəkməyib.

Təbii ki, Çinin bu reaksiyası Ukraynanın eşitmək istədiyi reaksiya deyil. Çünki Rusiya nüvə təhdidlərini dayandırmır, Çinin isə mövqeyi qeyri-müəyyən olaraq qalır. Çinin reaksiyasında heç bir spesifiklik yoxdur – Pekinin müraciət etdiyi və nüvə təhlükələrinə görə qınadığı tərəf göstərilmir, ad çəkilmir. Ona görə də Rusiya əminəm ki, bunu susqun razılıq kimi qiymətləndirir.

Çinin Rusiya-Ukrayna müharibəsini həll etməklə bağlı 12 bəndlik planına nəzər salsaq görərik ki, burada birinci bənd bütün ölkələrin ərazi bütövlüyü və suverenliyinə hörmətlə bağlıdır. Sənəddə Çinin mövqeyi kifayət qədər şəffafdır. Lakin Rusiyanın bu planın birinci bəndini pozması Pekin və Moskva arasında heç bir problem yaratmır. Bu o deməkdir ki, Çin bu pozuntuya dözür, göz yumur.

Çinin Kremlin nüvə təhdidlərinə qeyri-müəyyən reaksiyası, məncə, onunla bağlıdır ki, birincisi, Rusiyanın nüvə şantajı Çinə yönəlməyib. Əvəzində Çinin strateji rəqibinə - ABŞ-a qarşı yönəlib. Buna görə də Pekin o qədər də narahat deyil, hətta təhdid Çin üçün sərfəlidir. Nəzərinizə çatdırım ki, Pekinin standart hiyləsi, Çini nəyəsə görə günahlandırarkən, diqqəti başqa problemlərə, başqa məsələlərə və ya birbaşa günahkarın üzərinə yönəltməkdir. Məsələn, Çin uyğurlara qarşı insan haqlarını pozmaqda ittiham olunanda onlar həmişə amerikalıların “Şimali Amerikanın yerli əhalisinə qarşı soyqırım törətdiyini” xatırladırlar.

Kiyev Pekinlə danışanda Çin tərəfi bildirir ki, Rusiyanın nüvə şantajı çox effektlidir, çünki bu, NATO və ABŞ-ın münaqişəyə birbaşa müdaxiləsini, qoşunların birbaşa göndərilməsini, Ukraynaya uzaqmənzilli silahların ötürülməsini və s. stimullaşdırır. Yəni ki, Çin şantajı Rusiya tərəfindən bəzi razılaşmaların pozulması və ya nüvə qüvvələrindən sui-istifadə kimi qiymətləndirməyib. Və bu, Pekində döyüş meydanında strateji üstünlüklər əldə etmək üçün effektiv vasitə kimi qəbul edildi.

İkincisi, qeyd etmək lazımdır ki, Çin öz nüvə potensialını artırmağı planlaşdırır. Əvvəllər Çində minimum məhdudlaşdırma strategiyası var idi. Yəni ABŞ və ya Rusiyanın hər birində 6000-ə yaxın nüvə başlığı olanda Çin onların minimum sayını saxlayırdı. Axı strateji çəkindirmə heç kimin Çini nüvə silahı ilə hədələməməsi demək idi. Lakin indi Pekin qeyri-rəsmi olaraq konsepsiyasını dəyişir, 2030-cu ilə qədər nüvə başlıqlarının sayını 350-dən 1000-ə çatdırmağı planlaşdırır. 2035-ci ilə qədər isə 1500-ə qədər artırmaq nəzərdə tutulub. Bu, həm də Çinin Rusiya-Ukrayna müharibəsindən çıxardığı dərslərdən biridir. Çünki nüvə potensialının artırılması təkcə mühafizənin gücləndirilməsi naminə deyil, həm də təhdidlər, nüvə şantajı naminə baş verir. Axı nüvə silahlarının sayı danışıqlar masası arxasında daha ciddi mövqe yaradır.

Beləliklə, Çin Rusiyanın nüvə şantajını dəstəkləyir. Ona görə ki, bu, Qərbə qarşı həyata keçirilir, Rusiyanı müəyyən mənada gücləndirir, Qərbə daha az manevr imkanı verir. Həm də Çinə təcrübədən yararlanmaq imkanı verir, çünki gec-tez Tayvan məsələsi həll edilməli olacaq və Pekin ABŞ və ya Yaponiya donanmasının buna qarışmasını istəməzdi.

Müəllif: Yuri Poyta – “NewGeopoliticsResearchNetwork”ün Asiya bölməsinin rəhbəri

Mənbə: UNİAN

Tərcümə AYNA-ya məxsusdur.
 
Ardını oxu...
Tanınmış iş adamı, Ukrayna parlamentinin sabiq deputatı, milyarder Konstantin Jevaqo xeyli vaxtdır gizləndiyi Fransada qalası olub.

“AzPolitika.info” Qərb mətbuatına istinadla xəbər verir ki, Kiyevin tələblərinə baxmayaraq, Paris külli miqdarda korrupsiya cinayətlərində ittiham olunan milyarderi təhvil verməkdən imtina edib.

Rəsmi olaraq Fransa məhkəməsi Ukraynada davam edən müharibəni, qeyri-müəyyənliyi və Ukrayna məhkəməsinin iş adamının əsas azadlıqlarını təmin etmək imkanlarının məhdudluğunu əsas kimi göstərib. Fransa tərəfinin bu qərarı Ukraynada narazılıqla qarşılanıb.
Ardını oxu...
Martın 30-da Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycandan 28 ərizəyə dair qərar qəbul edib və hökumətin üzərinə ərizəçilərə 80 min avro təzminat ödəmək öhdəliyi qoyub, aihmaz.org saytı bildirib.

Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycan üzrə qərarlarının monitorinqi qrupunun rəhbəri Xalid Ağaliyev bildirib ki, Rövşən Məmmədli və Azər Kazımzadənin işi ədalətli məhkəmə araşdırması hüququnun pozulması ilə bağlıdır.

Tərəflər kommunikasiya mərhələsində dostca anlaşdıqları üçün Avropa İnsan Hüquqları Məhkəməsi ərizənin baxılacaq işlərin siyahısından çıxarılması haqda qərardad qəbul edib. Qərardada əsasən, hökumət ərizəçilərin hər birinə 650 avro, hüquqi məsrəflərə görəsə ümumilikdə 1200 avro ödəməlidir.

Mətbuatda müxtəlif yazıların müəllifi Rövşən Məmmədli 2017-ci ildə həbs olunub və 30 sutka inzibati həbs cəzası alıb. Jurnalist Azər Kazımzadə 2017-ci ildə Lerik polisi tərəfindən saxlanılıb.

“Cabbar Savalanlı və başqaları Azərbaycana qarşı” işində 18 ərizəçinin şikayəti birləşib. Onlar sərbəst toplaşma hüququnun, əsasən 2017-ci ildə etiraz aksiyası zamanı saxlanmalardan şikayət ediblər.

Bu işdə də tərəflər dostca anlaşıblar. Anlaşmaya əsasən hökumət 18 ərizəçinin hər birinə 3000 avro ödəyəcək.

“Hikmət Səmədov və başqaları Azərbaycana qarşı” işi mülkiyyət hüququnun pozulması ilə bağlıdır. Burada da tərəflər dostca anlaşıblar.

Hikmət Səmədov, İsgəndər İsgəndərov, Asəf Nuriyev, Daxil Nəzərov 3600 avro, Ramiz Rzayev 1500 avro, Rahib Məmmədov 3000 avro alacaq. Ərizəçilərə ümumilikdə 1500 avro hüquqi xərc əvəzi də ödəniləcək.

2017-ci ildə əsassız inzibati həbsdən şikayət edən Rəhim Şalıyevin işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsi ona 1250 avro ödənimləsinə qərar verib.

ReAL Partiyasının üzvü Ərəstun Baxşəliyev 2020-ci ildə inzibati qaydada 10 sutka həbs olunmasından şikayət edib. Apellyasiya Məhkəməsi 10 sutkanı 3 sutkayadək azaldıb. Avropa İnsan Hüquqları Məhkəməsi ona 2850 avro kompensasiya
Ardını oxu...
Rusiya Xarici İşlər Nazirliyi Ermənistan Konstitusiya Məhkəməsinin Haaqa Məhkəməsinin Rusiya Prezidenti Vladimir Putin barəsində çıxardığı həbs qərarının ölkə konstitusiyasına uyğun hesab etməsinə münasibət bildirib.
AzVision.az xəbər verir ki, Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bu mövzunun Rusiya ilə Ermənistan arasında yüksək səviyyəli təmaslarda müzakirə mövzusu olduğunu söyləyib.

“Bu təmasların detallarını açmağı lazımi hesab etmirəm. Əlbəttə ki, güman edirik ki, bu süjet müttəfiqlik və qarşılıqlı məqbul əsasda nizamlanacaq", - Rusiya XİN sözçüsü vurğulayıb.
 
Ardını oxu...
Şotlandiyanın yeni seçilən Baş naziri Hamza Yusuf mənzil qərargahında ailəvi şəkildə ilk fotosunu paylaşıb.

Cebhe.info xarici KİV-ə istinadən xəbər verir ki, Həmzə Yusuf Şotlandiya Milli Partiyasına (SNP) rəhbərlik edən ilk müsəlman şəxsdir.

Qeyd edək ki, 37 yaşlı Həmzə Yusufun atası pakistanlı, anası isə keniyalıdır.

Dünyapress TV

Xəbər lenti