Tehran Bakıya cavab verdi:
"Biz Azərbaycan hökumətinin səfiri XİN-ə dəvət etməsini xoşməramlı addım kimi qiymətləndirə bilmərik".

Toplum TV xəbər verir ki, bunu martın 13-də keçirdiyi mətbuat konfransında İran Xarici İşlər nazirliyinin sözçüsü Naser Kənani deyib.

Rəsminin sözlərinə görə, bu, adi uçuş olub:

"Sərhəd bölgələrinin müşahidəsi üçün və İran ərazisində bu cür uçuşlar tez-tez baş tutur. Əvvəllər də belə uçuşlar olub".

Kənani həmçinin bildirib ki, İranın hərbi təyyarəsi Azərbaycan sərhədini keçməyib, buna görə də İran səfirinin izahat vermək üçün Azərbaycan XİN-ə çağırılmasını yanlış addım hesab edirlər.

"İranla Azərbaycan Respublikası arasında müdafiə sahəsində münasibətlər var, İran səfirliyi fəal şəkildə işləyir, hərbi attaşe fəaliyyət göstərir. Məsələ ilə bağlı İran səfirliyinə və hərbi attaşemizə müraciət etmək olardı. Fikir mübadiləsi aparılardı və anlaşılmazlıq aradan qaldırıla bilərdi. Biz Azərbaycan hökumətinin səfiri dəvət etməsini xoşməramlı addım kimi qiymətləndirə bilmərik", - deyə o, açıqlamasında vurğulayıb.

Xatırlatma

Martın 11-də Bakı İran hərbi təyyarəsinin sərhəd xətti üzərindən uçması barədə məlumat yayıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin və Müdafiə Nazirliyinin birgə bəyanatında qeyd olunub ki, İrana məxsus hərbi təyyarə saat 09:44-dən 10:26-dək fasiləsiz olaraq Azərbaycan-İran dövlət sərhədi boyunca uçuş həyata keçirib. Təyyarə iki ölkə arasında dövlət sərhədindən 3-5 km məsafədə, bəzi hallarda isə dövlət sərhədinin tam üstü ilə uçub.

"Hərbi təyyarələrin dövlət sərhədinə yaxınlaşması ilə bağlı qonşu dövləti əvvəlcədən xəbərdarlıq etməyə dair beynəlxalq aləmdə qəbul olunmuş təcrübəyə zidd olaraq, İran İslam Respublikasının hərbi təyyarəsinin iki ölkə arasında dövlət sərhədinə bu qədər yaxınlaşması və sərhəd xətti üzərindən uçması mülki aviasiyanın təhlükəsizliyinə təhdid törədir və iki ölkə arasında münasibətləri daha da gərginləşdirməyə xidmət edir", - deyə məlumatda bildirilib.

Məsələylə əlaqədar İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim olunub.

Martın 9-da da rəsmi Bakı Azərbaycan vətəndaşı Fərid Səfərlinin İranda itkin düşməsi ilə bağlı Tehrana nota vermişdi.
 

Bölmənin digər xəbərləri

10 May 2025 Ukraynadakı müharibəni "unutdu": Putin paradda nədən danışdı...
10 May 2025 Budapeşt ukraynalı diplomatları qovdu, Kiyevin cavabı gecikmədi – YENİLƏNİB
10 May 2025 Hakan Fidan: Yaxın Şərqdə müharibə genişlənə bilər
10 May 2025 Qərb ölkələri Ukraynaya qarşı cinayətlərə görə Rusiya üçün xüsusi tribunalın yaradılmasını təsdiqləyib
09 May 2025 Paşinyan "Putinlə" danışığını lentə aldı – Maşallahoğlu onu yaydı, sosial şəbəkələr partladı! VİDEO
09 May 2025 Putin Paşinyanı belə qarşıladı - VİDEO
09 May 2025 Amerikanın 28 ən böyük şəhəri batmaq üzrədir
09 May 2025 Putin yeni Roma Papasını təbrik etdi
09 May 2025 Ukrayna parlamenti təsdiqlədi: Mineral sazişi qüvvəyə minib
09 May 2025 Qələbə günü Moskvada sakinlərə liftdən istifadə etməmək tövsiyə olunur
08 May 2025 Daha biri "xəstələndi" - Koronavirusa yoluxduğu üçün Paradda iştirak etməyəcək
08 May 2025 Vuçiçin təyyarəsi Moskvaya buraxılmadı- Bakıda məcburi eniş etdi
08 May 2025 Fransadan diplomatik hörmətsizlik: səfrimiz dəvət edilmədi
08 May 2025 Şeremetyevo hava limanında fəlakətli vəziyyət VİDEO
07 May 2025 XİN: ABŞ Çini təhdid etməyi dayandırmalıdır
07 May 2025 İrandan DƏHLİZ TƏKLİFİ: Ermənistan kənarda qaldı / VİDEO
07 May 2025 ABŞ məhkəməsi Trampın immiqrantlarla bağlı tələbini rədd edib
07 May 2025 Qızıl Xaç-da Azərbaycanı tərk edir?
07 May 2025 Ramzan Kadırov öz yerinə 17 yaşlı oğlu Adam Kadırovun təyin olunmasını arzulayır.
06 May 2025 Sadəcə varlıların yaşayacağı gizli şəhər yaradılır - Okeanın altında: 21 trilyon xərclənib - FOTO

Dünyapress TV

Xəbər lenti