Ardını oxu...
Amerika Prezidenti Co Bayden Federal Təhqiqatlar Bürosunun Ukrayna dosyesi ilə bağlı sual verən jurnalisti tənqid edib.

“The New York Post” qəzetinin jurnalisti Stiven Nelson Baydendən soruşub ki, niyə Federal Təhqiqatlar Bürosunun Ukrayna üzrə informatorunun dosyesində onu “Böyük oğlan” adlandırırlar.

“Niyə belə axmaq sual verirsən?”, - deyə Bayden ona sərt cavab verib.

Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının Nəzarət və Hesabat Komitəsinin sədri Ceyms Komer bir gün əvvəl bildirib ki, Baydenin ailəsi əcnəbi şəxslərdən 30 milyon dollara qədər pul almış ola bilər.

O, həmçinin bu məlumat mənbəyinin Federal Təhqiqatlar Bürosunun “ən yüksəkmaaşlı və ən etibarlı” informatoru olduğuna da diqqət çəkib.

BAKU.WS
 
 
 
Ardını oxu...
“Ölkənin mövcudluğuna təhlükə yaranarsa, Rusiya bütün güc və vasitələrdən istifadə edəcək”.

Bunu Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburqda keçirilən beynəlxalq iqtisadi forumda deyib.

Onun sözlərinə görə, Rusiyanın NATO ölkələrindən daha çox nüvə silahı var: “Qərb Rusiya ilə danışıq aparmaq istəmirdi, amma onlar istəyəcəklər, biz isə duruma baxacağıq. Rusiyanın NATO ölkələrindən daha çox nüvə silahı var və onlar bizdən onun sayını azaltmağımızı istəyirlər”.
 
Ardını oxu...
Ermənistan Xarici İşlər Nazirliyi Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinə müraciət edərək, araşdırma aparmağa çağırıb.

Bildirilib ki, Ermənistan tərəfi Azərbaycanın sülhməramlıların məsuliyyət zonasında atəşkəs rejiminin ermənilər tərəfindən pozulması barədə məlumatlar yayır. Ermənistan XİN bu məlumatların, guya həqiqət olmadığını iddia edir və araşdırma istəyib. Ermənistan Qarabağa beynəlxalq faktaraşdırıcı missiyanın göndərilməsi ilə bağlı mövqeyini bir daha xatırladıb.

Qeyd edək ki, Ermənistan XİN bu bəyanatı öz saytında ancaq erməni dilində yerləşdirib və bu, erməni mətbuatının diqqətini çəkib. Yerli mətbuat bəyanatın rus dilindəki versiyasının olmamasına diqqət çəkərək, əslində XİN-nin Rusiya tərəfinin diqqətini məsələyə cəlb etmək məqsədi daşımadığını yazıb.

Xüsusilə iki ölkə arasında sülh danışıqlarının intensivləşdiyi bir zamanda erməni tərəfinin dəfələrlə təxribatlara əl atması, sülhməramlıların məsuliyyət zonasındakı ərazilərdən Azərbaycan Ordusunun mövqelərini atəşə tutması halları artıb.

Maraqlıdır ki, bəyanatın rus dilində deyil, erməni dilində verilməsində məqsəd nədir?

TEREF.AZ-ın məlumatına görə, “Cümhuriyət”-ə açıqlamasında politoloq Samir Hümbətov bildirib ki, hər hansı beynəlxalq missiyanın, yaxud vasitəçinin cəlbedilməsi prosesində beynəxalq dillərdən istifadə olunmalıdır:

"Ən azından, ya rus, ya da ingilis dilində məlumat yerləşdirilməli idi, amma Ermənistan tərəfi bir tərəfdən şantaj xarakterli açıqlama verir, digər tərəfdən isə məsələnin lokal xarakterli olduğunu göstərməyə çalışır. Bəyanatın erməni dilində verilməsi göstərir ki, Ermənistan hakimiyyəti bunu yalnız öz ölkəsi üçün verib, ictimaiyyətin maraqlarına hesablayıb. Əgər həqiqətən də dırnaqarası sülhməramlıların orada fəaliyyətinin araşdırılmasına maraqlı olsaydı, o zaman bəyanat rus dilində də verilərdi.

Bu açıqlamanın əsas məqsədi ondan ibarətdir ki, baxın, biz çalışırıq, dayanmırıq, Azərbaycan təxribat törədir, qarşılığını isə veririk. Fakt ondan ibarətdir ki, bu günə qədər baş verən təxribatların arxasında Ermənistan olub. Sülh danışıqlarından yayınma cəhdləri var, bu cəhdlərin qarşısının alınması üçün Azərbaycan tərəfi bütün səylərini ortaya qoyub. Baxmayaraq ki, Azərbaycan bu qədər çalışır, nə Rusiya, nə də Qərb ölkələri tərəfindən bizim qədər bu məsələyə can yandıran yoxdur”.
 
Ardını oxu...
İspaniya hakimiyyəti yaxın aylarda silah sistemləri, sursat və müdafiə avadanlığının alınması üçün 1 milyard avroya qədər vəsaitin istifadəsini nəzərdə tutan NATO sənaye planının təsdiqinə veto qoymaqla hədələyib.

Bu barədə “El Mundo” qəzeti məlumat yayıb.

Qeyd olunub ki, Madridin narazılığı NATO müttəfiqləri ilə müdafiə sənayesi arasında keçirilən görüşdə ispan şirkətlərinin iştirak etməməsi ilə bağlıdır.

Bundan əvvəl krallığın müdafiə naziri Marqarita Robles Brüsseldə NATO ölkələrindən olan şirkətlərin nümayəndələrinin və departament rəhbərlərinin iştirakı ilə keçirilən tədbirdə İspaniya şirkətlərinin təmsil olunan müəssisələrin siyahısına daxil edilməməsindən sonra iştirak etməmək qərarına gəlib.

Nəşrin yazdığına görə, NATO İspaniya hökumətinin narazılığını nəzərə almasa və krallıq şirkətlərinin bütün növbəti iclaslarda iştirakını təmin etmək üçün tədbirlər görməsə, Madrid alyansın sənaye planının təsdiqinə veto qoyacaq.

NATO çərçivəsində ilk belə tədbirdə alyansa üzv olan 18 ölkədən 25 müəssisə iştirak edir.
 
 
 

Ardını oxu...
Bildiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 12 və 13-də Azərbaycanda səfərdə olub. Onun digər səfərləri kimi yenidən Prezident seçildikdən sonra baş tutan bu dəfəki səfəri də Azərbaycanda geniş rezonans doğurub.

Amma deyəsən Ərdoğanın Bakıya gerçəkləşən bu səfəri bir sıra ölkələri qıcıqlandırıb. Bu xüsusda Ermənistan xüsusilə seçilir. Belə ki, iyunun 13-ü və 14-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini minaatanlar da daxil olmaqla iriçaplı silahlardan atəşə tutub.

Maraqlıdır, Ərdoğanın Bakıya səfəri zamanı Ermənistanın Naxçıvanı, Sədərəyi atəşə tutması təsadüfdür, yoxsa, bununla düşmən tərəf nəyisə göstərmək istəyib?

DİA.AZ-ın məlumatına görə, Bizim.Media-ya açıqlama verən politoloq Natiq Mirinin fikrincə, Ermənistanda Ərdoğanın Bakıya səfərindən sonra Azərbaycanın Qarabağla bağlı birtərəfli qaydada yenidən hərəkətə keçəcəyi, burada yaşayan ermənilərin ciddi mənada Azərbaycana inteqrasiya prosesini başlada biləcəyi barədə fikir formalaşıb:

“Atəşkəsin Ərdoğanın Bakıya səfəri çərçivəsində pozulmasının Ermənistan hökumətinin siyasi maraqları çərçivəsində olduğunu düşünmürəm. Çünki Paşinyan cidd-cəhdlə Türkiyə ilə normal münasibətlər sistemi qurmaq istəyir. Ona görə də indiki vəziyyətdə İrəvan Türkiyəni özünə düşmən deyil, daha çox dost etmək və bununla da Ermənistanın təhlükəsizliyini təmin etməyə çalışır”.

Ekspertə fikrincə, faciə ondadır ki, Ermənistan ordusunun idarə olunması təkcə hökumətin nəzarəti altında deyil:

“Bu gün Ermənistan ordusu kim tərəfindən desəniz, idarə oluna bilir. Bu məsələnin içərisində Rusiya, Fransa və İran var. Ərdoğanın səfəri fonunda Ermənistanın təxribata əl atması əsasən Rusiya ilə bağlı məsələdir.

İrəvan bu cür gərginlik müstəvisi yaratmaqla beynəlxalq güclərin diqqətini Azərbaycan Ermənistan münasibətlərinə kökləmək niyyətindədir. Ona görə də ermənilər bu cür hərəkətlərlə Qarabağın tam olaraq Azərbaycana inteqrasiyası prosesinin qarşısını almağa çalışırlar”.

Həmsöhbətimiz bildirir ki, Ermənistanın Ərdoğanın Bakıya səfərilə bağlı əsas narahatlığı Türkiyənin növbəti dəfə bütün mənalarda Azərbaycanın yanında olacağı mesajını verməsilə bilavasitə əlaqədardır:

“Xüsusilə yaxın zamanlarda tələb olunarsa, Şuşada Türkiyənin baş konsulluğunun açılması mesajı ciddi bir mesaj idi. Düşünürəm ki, həm də buna cavab olaraq ermənilər belə bir hərbi təxribata əl atdı. Belədə dünyanın diqqətini Türkiyə-Azərbaycan birliyinin guya Qarabağda etnik təmizləmə prosesinə başladığına yönəltmək niyyətində idilər. Halbuki, başqa ölkənin ərazisində qeyri-qanunu olan erməni terrorçularına qarşı hərbi əməliyyat beynəlxalq hüquqa uyğun davranışdır”.
Ardını oxu...
Avropa İttifaqının Ermənistandakı mülki müşahidə missiyasının üzvləri Vedi("Ararat") rayonunun “Yerasx” adlandırılmış Arazdəyən məntəqəsində tikilməkdə olan zavodun ərazisinə baş çəkiblər.

TEREF.AZ moderator.az-a istinadla xəbər verir ki, “Aykakan Jamanak”ın yaydığı məlumata görə, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan özünün “Twitter” mikrobloqunda yazıb.

Yazıda xüsusi olaraq deyilir:

“Aİ müşahidəçiləri Azərbaycanın atəşi altında olan Yerasx metallurgiya zavodunun tikinti sahəsinə baş çəkiblər”.

Xatırladaq ki, dünən – iyunun 14-də Ermənistan Müdafiə Nazirliyi guya Azərbaycan Silahlı Qüvvələrinin Arazdəyəndə “xarici investisiyalarla tikilən metallurgiya zavodu istiqamətində atəş açması və nəticədə 2 Hindistan vətəndaşının yaralanması” haqda məlumat yayıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə bu iddianı rədd edərək “Tviter”də yazıb:

“Ermənistanda tikiləcək metaləritmə zavodunda mülki işçilərin hədəfə alınması ilə bağlı əsassız iddiaları rədd edirik. Bu, həmişə olduğu kimi, Ermənistanın diqqəti Azərbaycana qarşı hərbi təxribatlarından və zavodun mənfi trans-sərhəd təsirinə yayındırmaq üçün növbəti uydurmasıdır”.

Onu da əlavə edək ki, dünən Azərbaycan Müdafiə Nazirliyi Ermənistan tərəfinin iddiasının əksinə olaraq həmin ölkənin sözügedən ərazisindən Azərbaycan ordusu mövqelərinin atəşə tutilması barədə məlumat yayıb.

Məlumatda deyilir:

“İyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.
Ordumuzun bölmələri tərəfindən cavab tədbirləri görülür”.
.
Bu arada eyni tarixdə, yəni iyunun 14-də Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Aİ-nin Ermənistandakı müşahidə missiyasının özünün müşahidə məntəqələrinin artırılmasıyla bağlı narahatlığını ifadə edərək guya “bölgədə sülhün təminatının yalnız Rusiya Federasiyasının sülhməramlı qoşunlarının olduğunu” vurğulayıb...
 
 
 
Ardını oxu...
Fransa müstəntiqləri 2007-ci ildə Liviya hakimiyyəti tərəfindən seçki kampaniyasının mümkün maliyyələşdirilməsi ilə bağlı araşdırma çərçivəsində keçmiş prezident Nikola Sarkozinin evində axtarış aparıblar.

APA xəbər ver ki, bu barədə “Depeche” qəzeti məlumat yayıb.
Qəzet yazır ki, müstəntiqlər Sarkozinin livan əsilli fransız iş adamı Ziyad Takiəddinə 2007-ci il prezident seçkiləri kampaniyası üçün Liviya hakimiyyətindən pul alması ittihamını geri götürmək üçün 600 min avro ödədiyindən şübhələnirlər.

Nəşrin məlumatına görə, Fransanın sabiq prezidenti çərşənbə axşamı Korrupsiya, Vergi və Maliyyə Pozuntuları ilə Mübarizə üzrə Mərkəzi İdarəsinin (OCLCCIFF) əməkdaşları tərəfindən dindirilib. Şahid qismində onun arvadı Karla Bruni-Sarkozi də ifadə verib. Bundan sonra Sarkozinin evində axtarışlar aparılıb.

Sarkozinin seçki kampaniyasının maliyyələşdirilməsini ilk dəfə 2011-ci ildə Liviyanın mərhum lideri Müəmmər Qəddafinin oğlu Seyf əl-İslam elan edib. O, Euronews telekanalına müsahibəsində Sarkozinin Liviya hökumətindən maliyyə dəstəyi aldığını iddia edib.
 
Ardını oxu...
Avropa Şurasının Nazirlər Komitəsi növbəti dəfə Azərbaycana səslənib.

TEREF.AZ-ın Gununsesi.info-ya istinadən xəbərinə görə, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrası ilə bağlı Nazirlər Komitəsinin son iclasında qəbul edilmiş qərarda Azərbaycan hökumətinin diqqətinə “Azərbaycan üzrə Məmmədli qrupu işləri” çatdırılıb.

Qeyd edək ki, bu işlər seçkilərin monitorinqi sahəsində fəaliyyətinə və ya 5-ci (azadlıq və təhlükəsizlik hüququ) ilə birlikdə qəbul edilmiş 18-ci maddəni pozaraq fəal ictimai-siyasi fəaliyyətə görə ərizəçilərin cəzalandırılması üçün həbs və məhkəməyə qədər həbslə bağlıdır.

Həmin qərarların konpemsasiya hissəsi icra olunsa da sonrada Ali Məhkəmə şəxslərə bəraət verilməsi məsələsini yubadır.

Sənəddə bildirilir ki, bu qrup işlərdə məhkəmə hər bir ərizəçiyə münasibətdə Avropa Məhkəməsi Konvensiyanın 5-ci maddəsi ilə birlikdə qəbul edilmiş 18-ci maddənin pozulmasını müəyyən edib. Hökuməti tənqid edənlərin, vətəndaş cəmiyyətinin əsassız həbsi və həbsinin narahatlıq doğuran modelini aşkar edib. Burada fəallar və hüquq müdafiəçiləri qanunun aliliyinə zidd olaraq cavab təqibi və cinayət qanunlarından sui-istifadə etməklə susdurulub.

Nazirlər Komitəsi Azərbaycan hökumətini təcili olaraq bütün mümkün tədbirləri görməyə çağırıb.”Bu qrupda qalan ərizəçilərin məhkumluğunun Ali Məhkəmə tərəfindən ləğv edilməsi də əsas ümumi tədbir olaraq qalır ki, bu da qisas və sui-istifadə xarakterli həbslərə və təqiblərə qarşı möhkəm və ardıcıl milli məhkəmə təcrübəsinin yaradılmasına imkan verəcək.

Çağırışda, həmçinin, hakimiyyət orqanlarına məhkəmə hakimiyyətinin müstəqilliyini təmin etmək, xüsusən də Məhkəmə Hüquq Şurasının tərkibini və fəaliyyətini Korrupsiyaya Qarşı Dövlətlər Qrupunun (GRECO) müvafiq tövsiyələrinə uyğunlaşdırmaqla öz səylərini davam etdirmək kimi məsələlər də əks olunub.
 
Ardını oxu...
Ukrayna münaqişəsinin həllinin açarı Qərbdədir, bunun üçün onlar Ukraynaya silah və texnika tədarükünü dayandırmalıdırlar.

"Bunu Rusiya Prezidenti Vladimir Putin hərbi müxbirlərlə görüşündə deyib.

O, əmin olduğunu vurğulayıb ki, Ukraynanın özü də silah tədarükü dayandırılacağı təqdirdə tezliklə danışıqlar aparmaq istəyəcək.

"Birləşmiş Ştatlar özünü elə göstərir ki, Ukraynada münaqişənin kəskinləşməsindən qorxmur, lakin oradakı sağlam insanlar açıq şəkildə işi üçüncü dünya müharibəsinə aparmaq istəmirlər. Üçüncü dünya müharibəsi baş verərsə, qaliblər olmayacaq, o cümlədən Amerika da qalib olmayacaq", - deyə Rusiya prezidenti qeyd edib.
 
Ardını oxu...
Türkiyə Şimali Atlantika Alyansı ilə Stokholm arasında iyunun 14-də keçiriləcək məsləhətləşmələrdə İsveçin NATO-ya üzv olmaq ərizəsini çətin ki, təsdiq etsin.
Bu barədə mənbələrə istinadən “Bloomberg” məlumat yayıb.
Qeyd olunur ki, İsveçin iyunun 1-dən qüvvəyə minmiş terrorizm haqqında qanuna düzəlişlərin NATO-ya qoşulma prosesini sürətləndirməyə kömək olacağına ümid etməsinə baxmayaraq, Türkiyə hakimiyyəti hələlik müvafiq ərizəni təsdiqləməyə hazır deyil.
Ankaranın fikrincə, Stokholm terrorla bağlı yeni qanununu tam şəkildə həyata keçirməlidir.
 

Dünyapress TV

Xəbər lenti