Ardını oxu...
Xəbər verdiyimiz kimi, may ayında ümumvətəndaş pasportlarına malik Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarının hər iki ölkəyə vizasız gedib 3 ay qala biləcəklərinə dair qanun təsdiqlənib.

Bu, 8 iyul 2023-cü il tarixindən etibarən mümkün olacaq.

Bununla bağlı Azərbaycanın Dubaydakı Baş Konsulluğu məlumat yayıb.

Məlumata görə, ümumvətəndaş pasportlarına malik hər iki ölkənin vətəndaşları qarşılıqlı olaraq digər dövlətin ərazisinə vizasız və rüsumsuz daxil ola və 90 gündən artıq olmayan müddətdə qala bilərlər.
 
Ardını oxu...
Rusiya ordusu öz döyüş potensialının təxminən yarısını itirib, ölkənin xəritədən silinmə təhlükəsi Kremli son varianta sürükləyir... Kremldə “nüvə düyməsi” masaya gətirilib, hər an qorxunc qərar verilə bilər...

Ukrayna savaşı Rusiya üçün əsl fəlakət mənbəyinə çevrilib. Kreml bu “savaş bataqlığı”nda Rusiyanın “boğulmaq” üzrə olduğunu artıq anlamağa başlayıb. Ancaq Rusiyanın hərbi-siyasi rəhbərliyi bu vəziyyətdən çıxış yolları tapa bilmir. Çünki Kreml Rusiyanın bu savaşdan “hərbi qənimətlər”lə çıxmasında hələ də israrlı davranır və Qərbdən bu məsələdə güzəşt gözləyir.

Ancaq Ukrayna savaşının ssenari müəllifləri Kremlin belə asanlıqla, üstəlik, “hərbi qənimətlər”lə Rusiyanı xilas etməsinə imkan vermək niyyətindən çox-çox uzaqdır. Hətta Kreml Qərbin və Ukraynanın bütün tələb-şərtlətini qəbul etsə belə, Rusiyanın “savaş bataqlığı”nda hələ uzun müddət saxlamaq planlarının mövcudluğu artıq qətiyyən şübhə doğurmur. Və Rusiyanın hazırda düşdüyü durum Ukrayna savaşının ssenari müəlliflərini daha da cəsarətləndirir.

Məsələ ondadır ki, Rusiya iqtisadiyyatı artıq Ukrayna savaşının yükünü çəkməkdə çətinlik çəkir. Rusiya rublu valyuta birjalarında sürətlə ucuzlaşır. Rusiya ordusunun savaş xərcləri isə durmadan artmaqda davam edir. Son məlumatlara görə, Kreml son iki ay ərzində Rusiyanın maliyyə rezervlərini də xərcləməyə başlayıb və ölkənin ehtiyatları 120 milyard dollar azalıb. Və Kreml hazırda dövlət büdcəsində qeyri-hərbi sahələrin maliyyələşdirilməsini məhdudlaşdırmaqla, vəziyyətdən çıxmağa çalışır.

Halbuki, bu, o qədər də ümidverici nəticələr vəd etmir. Hər halda, qeyri-hərbi sahələrdən maliyyə kəsintiləri yaxın gələcəkdə sosial-ictimai böhran təhlükəsi də yaradır. “Vaqner”in silahlı qiyamından sonra mövcud olan vəziyyət Rusiyanın ölkədaxili sosial-ictimai təlatümlərə tab gətirmə imkanlarını da məhdudlaşdırıb. Bu isə o deməkdir ki, Rusiyanın ətrafında dairə daralır. Və Kremlin taleyüklü qərarlar almaq məcburiyyətində qala biləcəyi mərhələ artıq o qədər də uzaqda deyil.

Məsələ ondadır ki, Kreml Rusiya ordusunun hərbi ehtiyaclarını da ödəməkdə çətinlik çəkir. Son məlumatlara görə, Rusiya ordusu Ukrayna savaşının başlanmasından indiyə qədər öz hərbi texnika arsenalının böyük bir hissəsindən məhrum olub. Rusiyanın yalnız 2500-dən çox tank itirdiyini nəzərə aldıqda, vəziyyətin katostrafik olduğu qətiyyən şübhə doğurmur. Çünki Rusiya bir il ərzində cəmisi 200 tank istehsal etmək imkanındadır. Bu hesabla, Kremlin yalnız itirilmiş tankları yeniləri ilə əvəz etməsi üçün təxminən 10 il vaxt lazımdır.

Ona görə də, Qərb hərbi ekspertləri əmindirlər ki, Rusiya ordusu savaşdan öncəki döyüş qabiliyyətlərinin yarısından çoxunu artıq itirib. Savaşın bir qədər də uzanması Kremli əlacsız duruma sala bilər. Halbuki, elə indidən Rusiya ordusunun aciz vəziyyətə düşməkdə olduğu da müşahidə edilir.

Rusiya ordusunun strateji əhəmiyyət daşıyan Baxmut şəhərindən tədricən geri çəkilməsi barədə məlumatlarsa, Kremlin məğlubiyyəti qəbul etmək məcburiyyətində qalacağı vaxtın sürətlə yaxınlaşdığını göstərir. Və artıq heç kimdə şübhə yoxdur ki, bundan sonra yalnız müdafiə taktikasına məhkum olan Rusiya ordusundan əkshücum həmləsi gözləmək sadəlövhlük olardı.

Əslində, Rusiya ordusunun indiki zəifləmiş durumu onun Ukrayna savaşında məğlubiyyətini yaxınlaşdırsa da, bunun təhlükəli nəticələri də ola bilər. Belə ki, Kreml Ukrayna savaşında məğlubiyyət variantı üzərində qətiyyən düşünmür. Əksinə, Rusiya siyasi dairələri məğlubiyyətin ölkənin parçalanaraq, dağılmasına yol aça biləcəyini düşünürlər. Və bunun qarşısını almaq üçün bütün variantlardan istifadə ediləcəyini vurğulayırlar.

Hazırda bütün dünya üşün ən təhlükəli olan məqam da məhz bununla birbaşa bağlıdır. Hələ bir müddət öncə Kreml ABŞ və Qərbə xəbərdarlıq etmişdi ki, Ukraynaya hərbi dəstəyi dərhal dayandırsın. Əks halda, bu, ABŞ və Qərbin özünə qarşı əsl fəlakətin başlanğıcı da ola bilər. Kreml bu təhdidlərini nüvə dövlətinin adi savaşlarda məğlubiyyətinin mümkün olmaması ilə izah etmişdi. Və dolayısı ilə Rusiyanın rəqiblərini nüvə savaşı ilə hədələmişdi.

Bəzi məlumatlara görə, “Vaqner”in hərbi qiyaməndan sonra Kremldə təşviş qarışıq aqressiv əhval-ruhiyyə hökm sürür. Rusiya siyasi dairələri hesab edirlər ki, əgər, Ukrayna savaşında məğlubiyyət qaçılmaz olarsa, nüvə silahından istifadə etməkdən başqa çarə qalmayacaq. Və bu dəhşətli savaş modelinə isə elə indidən hazırlaşmaq vacibdir.

Maraqlıdır ki, Kreml nüvə savaşına hazırlıq prosesinə artıq başlamış kimi görünür. Belə ki, prezident Vladimir Putinin göstərişi ilə Rusiyanın qərb bölgələrindəki bütün nüvə sığınacaqlarının hazır vəziyyətə gətirilməsinə start verilib. Eyni zamanda, Rusiya öz nüvə potensialının bir hissəsini Avropa ölkələrinə daha yaxın olan Belarusa yerləşdirib. Və bu, yaxın gələcəkdə nüvə düyməsinə basılma ehtimalını artırır.

Digər tərəfdən, Kreml Ukraynanı Zaparojye Atom Elektrik Stansiyasını partlatmağa hazırlaşmaqda da suçlayır. Üstəlik, Rusiya ordusunun həmin AES-in ərazisini sürətlə tərk etməyə başladığı barədə də məlumatlar yayılır. Hesab olunur ki, bütün bunlar AES-ə zərbə endirilməsi barədə planın hazır olmasının ilkin əlaməti sayılmalıdır.

Adətən, Kreml Ukraynanı hansısa hərbi cinayətdə ittiham edirsə, bu, mütləq baş verir. Ancaq sonradan məlum olur ki, Kreml Ukraynanı ittiham etsə də, hadisə Rusiya tərəfindən törədilib. Ukraynada SES-in vurulmasından öncə də, Kreml rəsmi Kiyevi ittiham edirdi. Və sonradan bu qorxunc addımın Rusiya ordusu tərəfindən atıldığı barədə sübutlar yayıldı.

İndi də AES-ə qarşı eyni hadisələr təkrarlanmağa başlayıb. Ehtimal olunur ki, Kreml ABŞ və Qərbi ciddi şəkildə qorxutmaq üçün əvvəlcə məhz AES-də partlayış törədə bilər. Çünki AES-də partlayış nüvə savaşının məhdud çərçivədə sınaqdan çıxarılması anlamı daşıyacaq. Yalnız bundan sonra da əgər, ABŞ və Qərb Rusiyaya qarşı hərbi qarşıdurmanı davam etdirərsə, Kremlin Avropa ölkələrinə real nüvə zərbəsi endirəcəyi güman olunur.

Göründüyü kimi, dünya olduqca real nüvə təhdidi ilə üzləşib. Ukrayna rəsmi dairələri də əmindirlər ki, Kreml ən yaxın günlərdə AES-ə zərbə endirəcək və bölgəyə qonşu ölkələr də daxil olmaqla, böyük bir ərazi radiaktiv məkana çevriləcək. Və bu baxımdan, dünyanın hər an nüvə savaşına məruz qalma ehtimalı hazırda tamamilə inandırıcı görünür.

Elçin XALİDBƏYLİ,

Siyasi ekspert,

“Yeni Müsavat” Media Qrupu
 
Ardını oxu...
Hindistanın ev sahibliyi ilə videkonfrans vasitəsilə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sayca 23-cü sammitində İran təşkilata tamhüquqlu üzv qəbul edildi. Növbədə Belarusdur. Hindistanın baş naziri Narendra Modi videokonfransa ev sahibliyi etdiyindən ilk çıxışı o edib. Narendra Modi Dehlinin Şanxay Əməkdaşlıq Təşkilatını böyük ailə kimi qiymətləndirdiyini deyib: “Təşkilatın sütununu təhlükəsizlik, istisadi inkişaf, birlik, ərazi bütövlüyünə hörmət və ətraf mühitin qorunması təşkil edir”. Hindistanın baş naziri Şanxay Əməkdaşlıq Təşkilatını Avrasiya bölgəsinin inkişafı və sabitliyi üçün vacib qurum adlandırıb.
Əslində Narendra Modinin söylədiklərinin Rusiyaya aidiyyatı olmamalıdır. Çünki Rusiya Modinin “ərazi bütövlüyünə hörmət” prinsipini Ukraynaya qarşı işğalçı müharibəyə başlamaqla kobud şəkildə pozub. Rusiya prezidenti Vladimir Putin çıxışında Ukraynada apardığı işğalçı müharibəni əsaslandırmağa çalışıb. Putinin məntiqincə, Rusiya hücuma keçməsəydi guya Ukrayna xarici güclərin səyləri ilə “anti-Rusiya” dövlətinə çevriləcəkdi. “Bütün bunlar Rusiyanın təhlükəsizliyini təhlükə altına almaq və inkişafına mane olmaq üçün edilir” deyən Kreml sahibi ölkəsinin xarici təzyiqlərə, sanksiyalara və təxribatlara inamla müqavimət göstərdiyini bildirib.
Vladimir Putin Qərblə mübarizədə Çin xatırlatmağı da unutmayıb: “Soyuq müharibə” bitdiyi dövrdən bu yana Rusiya və Çin Qərblə ən sərt mübarizə dövrünə qədəm qoyublar”. Putin bununla demək istəyib ki, Rusiya anti-Qərb siyasətində tək deyil, yanında dostu Çind də yer alıb. Halbuki, Pekin Kremldən fərqli olaraq Qərblə münasibətlərini normallaşdırmağa çalışır, sadəcə, bu hələ ki, alınmır. Çünki Çinin bölgədə qonşularına qarşı yürütdüyü siyasət və Tayvanın ələ keçirilməsi iddiası buna imkan vermir. Çin lideri Tsi Cinpin Avrasiya bölgəsi üçün təhlükələr və çağırışlar barədə danışarkən, çıxışının heç bir yerində Qərbin adını çəkməyib.
Vladimir Putin çıxışında eyni zamanda Şanxay Əməkdaşlıq Təşkilatını tərifləyib: “Konstruktiv əsaslar üzərində qurulan Şanxay Əməkdaşlıq Təşkilatı beynəlxalq münasibətlərdə getdikcə daha mühüm rol oynayır, sülhün və sabitliyin qorunmasına, üzv dövlətlərin davamlı iqtisadi artımının təmin edilməsinə və xalqlar arasında əlaqələrin möhkəmlənməsinə real töhfələr verir”. Putin buna misal olaraq ötən il Rusiyanın Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrlə ticarəti 37 faiz artaraq rekord həddə - 263 milyard dollara çatdırıb.
Bu arada, “Financial Time” dərgisində yayımlanan məqalədə Tsi Cinpinin rusiyalı həmkarı Vladimir Putini nüvə silahından istifadə etməmək barədə xəbərdarlığını onun diqqətinə çatdırdığı bildirilib. Bu mövzu Çin liderinin bu ilin mart ayında Moskvaya səfəri zamanı müzakirə olunub. Putin Pekinlə əməkdaşlığa xüsusi əhəmiyyət versə də, çinli dostunun xəbərdarlığını qulaqardına vurub. Çünki Putin Cinpini ölkəsinə yol saldıqdan sonra o və digər rusiyalı rəsmilər yenə nüvə silahından istifadə barədə fikirlər söyləməyə davam ediblər.
Moskva və Pekin İranın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyünə xüsusi əhəmiyyət verirlər. Rusiya və Çin sıralarına yeni anti-Qərb dövlətini daxil ediblər. Rusiya və Çin İranı həm də “Şimal-Cənub” nəqliyyat dəhlizinin vacib dövləti kimi qiymətləndirirlər. İranın Rusiya və Çinin siyasi və iqtisadi dəstəyinə ehtiyacı var. Bu dəstək olmadan İran Qərbin təzyiqləri qarşısında təkbaşına tab gətirə bilməz. Ona görə də Moskva və Pekin İrandakı rejimin ayaqda qalması üçün əllərindən gələni edəcəklər.
Azərbaycan və Ermənistan Şanxay Əməkdaşlıq Təşkilatında dialoq tərəftarları statusuna malikdirlər. Bu Azərbaycanla Ermənistanın yaxın illərdə təşkilata üzvlüyü anlamına gəlmir. Azərbaycan və Ermənistandan əvvəl təşkilata üzv olmaq istəyən xeyli dövlət var. Ancaq həm Azərbaycan, həm də Ermənistan təşkilatın artan gücünü diqqətə alırlar. Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin toplam əhali sayı 3.4 milyarddır. Dünyanın 20 faizi təşkilata üzv dövlətlərin ərazisinə aiddir. Təşkilata üzv dövlətlərdən üçü - Rusiya, Çin və Hindistan nüvə silahına malikdir. Azərbaycan və Ermənistan təşkilatda yer alan dövlətlərlə əsasən ticarət əlaqələrini genişləndirmək və nəqliyyat dəhlizlərində yer almaq istəyirlər. Azərbaycanın əsas hədəfi Çinin “bir kəmər, bir yol” layihəsi çərçivəsində rolunu artırmaqdır. Ancaq Çin hələ ki, Azərbaycanın nəqliyyat imkanlarından ümid edilən səviyyədə istifadə etmir. Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində də Çinlə dialoqu genişləndirməyə ümid edir.
“Atlas” Araşdırmalar Mərkəzi
Elxan Şahinoğlu
 
Ardını oxu...
Aİ "Rosselxozbank"a taxıl sazişini uzatmaq naminə taxıl ixracı ilə bağlı əməliyyatları həll etmək üçün SWIFT ödəniş sisteminə qoşulacaq törəmə müəssisə yaratmağa icazə verməyi nəzərdən keçirir.
Ukrayna taxılının dünya bazarlarına tədarükü üçün bütün həll yollarını nəzərdən keçirməyə hazırıq. Bu barədə Avropa Komissiyası məlumat yayıb.
Bir gün əvvəl "Financial Times" mənbələrə istinadən xəbər verir ki, Aİ "Rosselxozbank"a taxıl sazişini uzatmaq naminə taxıl ixracı ilə bağlı əməliyyatları həll etmək üçün SWIFT ödəniş sisteminə qoşulacaq törəmə müəssisə yaratmağa icazə verməyi nəzərdən keçirir.
"Biz Ukrayna taxılının dünya bazarlarına və istehlakçılara çatmasını istəyirik, bu baxımdan biz bütün tərəfləri Qara Dəniz Taxıl Təşəbbüsünün müddətini uzatmağa çağırırıq. Biz taxıl sazişinin uzadılmasına töhfə verə biləcək bütün qərarların nəzərdən keçirilməsinə açığıq". Bu barədə Avropa İttifaqının xarici siyasət xidmətinin rəsmi nümayəndəsi Piter Stano Brüsseldə keçirilən brifinqdə müvafiq sualı cavablandırarkən bildirib.
Eyni zamanda, o, belə bir qərarla bağlı AK-də davam edən məsləhətləşmələri şərh etməkdən imtina edib. "Sanksiyalarla bağlı bütün müzakirələr, o cümlədən onların tətbiqi, ləğvi və ya dəyişdirilməsi məxfi xarakter daşıyır, biz onları şərh etmirik", - deyə xarici xidmətin nümayəndəsi bildirib. Bununla belə, o, Aİ-nin hərbi əməliyyatlar aparmaq üçün "Rusiyanın imkanlarını mümkün qədər azaltmaq" istiqamətində fəaliyyətini davam etdirəcəyini vurğulayıb.
2022-ci il iyulun 22-də Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən imzalanan Qara Dəniz Təşəbbüsü Odessa da daxil olmaqla üç limandan Qara dəniz vasitəsilə Ukrayna taxılının və ərzaq məhsullarının, eləcə də gübrələrin ixracını nəzərdə tutur. Gəmilərin hərəkətinin koordinasiyası İstanbuldakı Birgə Koordinasiya Mərkəzi tərəfindən həyata keçirilir. Rusiya Prezidenti Vladimir Putin qeyd edib ki, Qərb Ukrayna taxılının böyük hissəsini Afrikadakı ehtiyacı olan ölkələrə deyil, öz dövlətlərinə ixrac edir.
Taxıl təşəbbüsü paket sazişinin tərkib hissəsidir. İkinci hissə - üç il müddətinə nəzərdə tutulmuş Rusiya-BMT memorandumu - Rusiyanın ərzaq və gübrə ixracının bərpasını nəzərdə tutur. Əsas vəzifələr arasında "Rosselxozbank"-ın Swift-ə yenidən qoşulması, kənd təsərrüfatı texnikası, ehtiyat hissələrinin tədarükünün bərpasıdır. Moskvada qeyd edirlər ki, paket sazişinin bu hissəsi hələ də həyata keçirilməyib. Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov iyunun 21-də bildirib ki, taxıl sazişinin uzadılması üçün heç bir ilkin şərt yoxdur, çünki Rusiya qarşısında öhdəliklər yerinə yetirilmir.
Sputnik
 
Ardını oxu...
Londra'daki Kraliyet Savaş Müzesi'nde Imperial War Museum sergilenen silahlardan biri, üzerindeki irili ufaklı çok sayıda çentik nedeniyle, ziyaretçilerin hemen dikkatini çeker.
“Lee-Enfield Rifle, 7.7 mm” etiketiyle tanıtılan bu piyade tüfeği, Çanakkale Savaşları sırasında İngilizlerden ele geçirildikten sonra Harbiye Nazırı Enver Paşa'ya hediye ediliyor. Enver Paşa da Hicaz Emiri Şerif Hüseyin'e gönderiyor. Silahın son sahibi kim biliyor musunuz?
“Arabistan Kahramanı” olarak ünlenen İngiliz Casusu Lawrence!..
Çentikli tüfeğin tüyler ürperten öyküsü de Lawrence'ın eline geçmesiyle başlıyor!..
1'inci Dünya Savaşı sırasında Osmanlı İmparatorluğu Mekke ve Medine gibi kutsal şehirlerin savunması için Cemal Paşa'yı
görevlendiriyor.
Hicaz'da ise Peygamberimiz Hazreti Muhammed'in (SAV) sülalesinden geldiklerini iddia eden Şerif ailesinin hakimiyeti sürüyor. Hicaz kutsal bir yer olduğundan Osmanlı'ya vergi ve asker vermiyor, buna karşılık Osmanlı Hazinesi'nden sürekli altın çekiyor!
Hicaz'ın istediği altınlar, padişahın özel hediyeleriyle birlikte Saray'dan Surra Alayı adı verilen birlikler ve törenlerle yollanıyor. Şerif ailesi mensupları yaz aylarını Boğaziçi'ndeki muhteşem yalı ve köşklerde geçiriyorlar. Yani Osmanlı Sarayı'nca adeta baş tacı ediliyorlar.
Ama gelin görün ki Saray'ın bir dediğini iki etmediği bu aile, 2 Haziran 1916 günü yukarıda anlattığım tüfeği ateşleyerek Osmanlı'ya karşı isyan başlatıyor. Sonra da silah, isyanın anısı olarak casus Lawrence'a hediye ediliyor.
Dipçikteki bazıları büyük, bir bölümü de küçük olan çok sayıdaki çentiğin dehşet verici hikayesine gelince…
Müzedeki resmi kayıtlara göre; büyük çentikler bizzat Lawrence'ın sıktığı kurşunlarla şehit düşen Türk subaylarını, küçük çentikler ise şehit edilen rütbesiz Türk askerlerini gösteriyor!
Böylece Lawrence bir bakıma Çanakkale'nin intikamını almış oluyor!
Giderek yayılan Hicaz kalkışması öylesine vahşi bir isyana dönüşüyor ki asiler, Mekke'de hastanede yatan Türk askerlerini hasta yataklarında bile şehit etme acımasızlığını gösteriyorlar.
Buna karşılık Fahri Paşa komutasındaki bir avuç Türk askeri Peygamberimiz Hazreti Muhammed'in (SAV) kabrini, onun sülalesinden geldiklerini söyleyip emperyalistlerle iş birliği yapan, sırtlarını
İngilizlere dayayıp Osmanlı'yı sırtından hançerleyen hainlere karşı korumak için I. Dünya Savaşı'nın en zorlu mücadelelerinden birini veriyorlar…
Ve canları pahasına sürdürdükleri bu mücadeleyi insanın okurken gözlerini yaşartan bir marşla anlatıyorlar.
“Bırakmayız Medine'de yatanı, Can veririz, kurtarırız vatanı…”
O tüfek, Çanakkale'de İngilizlerin başını çektiği tarihin en büyük emperyalist saldırılarından birini, bedenini siper ederek, can vererek durduran kahraman vatan evlatlarımızca ele geçirildikten sonra
Hicaz Emiri'ne gönderilen, onların da kalkışmada İngiliz casusuna vererek, Türk askerlerini şehit etmesini sağladıkları Arap ihanetinin simgesidir.
Arap Birliği'nin Türk Silahlı Kuvvetleri'nin Barış Pınarı ve diğer sınır ötesi Harekâtlarını kınamasına hâlâ bir anlam veremeyenler hatta şaşıranlar varsa, bu tüfeğe ve üzerindeki çentiklere iyi baksınlar.
İhaneti apaçık görürler!..
Tüfeğin fotoğrafını ve hikayesini anlatan, resmi bilgileri paylaşan.
Prof. Dr. Cengiz Kuday
 
 


 
Ardını oxu...
İsrail Baş naziri Benyamin Netanyahu Cenin şəhərində əməliyyatların başa çatdığını elan edib.

Axar.az xəbər verir ki, o, bu barədə Salem keçid məntəqəsində olarkən deyib.

O, açıqlamasında əməliyyatların davam edəcəyini də istisna etməyib:

“Biz missiyamızı tamamlayırıq və deyə bilərəm ki, bu, birdəfəlik deyil. Terrorun kökünü kəsənə qədər biz əməliyyatları davam etdirəcəyik və imkan vermərik ki, Cenin yenidən terrorçuların sığınacağına çevrilsin”.
 
Ardını oxu...
Kürdəmirdə bələdiyyə sədri məhkəmə binasında vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, hadisə bu gün günorta saatlarında baş verib. Karrar kənd bələdiyyəsinin sədri Sahib Cəfərov bələdiyyə torpaqlarının zəbt edilməsi ilə bağlı etdiyi müraciətlə bağlı açılmış cinayət işi üzrə keçirilən məhkəmə prosesinə gəlib. O, iclasın keçiriləcəyi zala qalxarkən pilləkəndən yıxılıb. Dərhal təcili tibbi yardım çağırılsa da, S.Cəfərovun vəfat etdiyi məlum olub.

İlkin müayinədən sonra S.Cəfərovun infarkt keçirərək vəfat etməsi bildirilib.

Qeyd edək ki, S.Cəfərovun müraciətindən sonra rayonun Ərşəli kənd sakini barəsində Cinayət Məcəlləsinin 188-ci maddəsi ilə iş açılıbmış.
 
Ardını oxu...
Stansiyada vəziyyət getdikcə pisləşir: radioaktiv maddələrin Dnepr ərazisinə daxil olması halında Qara dəniz, gələcəkdə isə Mərmərə və Aralıq dənizi çirklənəcək

Rusların ələ keçirdiyi Zaporojye AES fəlakətin astanasındadır. Ukrayna Prezidenti işğalçıların stansiyada terror aktı hazırladığını açıqlayıb. UNIAN stansiyanın dağıdılmasının hansı nəticələrə səbəb ola biləcəyini təhlil edib. AYNA sözügedən təhlil məqaləsini istinadla təqdime dir:

Rus işğalçıları 2022-ci ilin martında ələ keçirdikləri Zaporojye Atom Elektrik Stansiyasında (AES) terror aktı törətməyə hazırlaşır. Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsinin məlumatına görə, işğalçılarla müqavilə bağlamış “Rosatom” əməkdaşları və onların yerli əlaltıları iyulun 5-dək stansiyanı tərk etməlidirlər. Qalanlara isə hər hansı qəza baş verərsə, Ukraynanı günahlandırmaq tapşırılıb.

Hələ bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski raşistlərin Avropanın ən böyük nüvə stansiyasını partlatmaq planlarını açıqlamışdı: “Kəşfiyyata məlumat daxil olub ki, Rusiya Zaporojye AES-də terror aktı planlaşdırır və terror aktı ssenarisini nəzərdən keçirir. Bunun üçün hər şeyi hazırlayıblar”.

İyunun əvvəlində Rusiya hərbçiləri tərəfindən Kaxovka SES-in və Kaxovka su anbarının bəndinin partlaması bu nüvə stansiyasını reaktorun soyutma sistemləri üçün xarici su təchizatı olmadan qoyub. Ekspertlər və siyasətçilər təhlükəsizlik vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsindən danışırlar.

Ukrayna Daxili İşlər və Rabitə Nazirliyinin rəhbəri Kirilo Budanov da rusların AES-in soyuducu hovuzunu partlatması, habelə işğalçılar tərəfindən stansiya yaxınlığında partlayıcılarla doldurulmuş avadanlıqların yerləşdirilməsi barədə məlumat verib.

İşğalçılar başa düşürlər ki, qəhrəman ukraynalı əsgərlərin hücumu onları tezliklə Ukrayna torpağından qovacaq, ona görə də dəli olub, Kaxovskaya SES-də olduğu kimi, Zaporojye AES-i də dağıtmağa hazırlaşırlar. Yeri gəlmişkən, ruslar bir ildə Ukraynanı və dünyanı şantaj etməklə yanaşı, AES-dən necə istifadə etmək mümkün olduğuna hələ də cavab tapa bilməyib. Ərazi üzərində nəzarəti itirmək real perspektivindən əvvəl onlar indi bizə necə daha çox zərər verə biləcəklərini düşünürlər.

Xəyalpərəstlərin əməlləri ucbatından AES-də təhlükəsizlik hər gün pisləşir.

“İndi vəziyyətimiz daha mürəkkəbdir, çünki onlar (rus işğalçıları – UNİAN) bizi stansiyada vəziyyətə nəzarət etməkdən ayırıblar. Yəni ki, Allah eləməsin, hansısa tədbir görsələr, nəticədə qəza baş verəcək. Qəza baş verərsə, o zaman bizim monitorinq sistemlərinə çıxışımız yoxdur ki, onlar da onu dərhal real vaxt rejimində qeyd edə bilirlər”, - Ukrayna energetika naziri Herman Qaluşenko bildirib.

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru, bu təşkilata ciddi təsir göstərən ruslara qarşı sərt mövqeyi ilə tanınan Rafael Qrossi işğal altındakı Zaporojye AES-ə son səfərindən sonra stansiyadakı vəziyyəti belə xarakterizə edib: “Vəziyyət son dərəcə qeyri-sabitdir".

"Kaxovka su anbarının dağılması region üçün fəlakət oldu və bu böyük atom elektrik stansiyasına ciddi çətinliklər əlavə etdi. İndi həmişəkindən daha çox bütün tərəflər MAQATE-nin nüvə qəzasının qarşısının alınmasına yönəlmiş əsas prinsiplərinə tam əməl etməlidir”, Qrossi MAQATE-nin saytında dərc olunan bəyanatda bildirib.

Hazırda AES-də reaktorları soyutmaq və digər nüvə təhlükəsizliyi funksiyalarını dəstəkləmək üçün lazım olan elektrik enerjisini təmin edən vahid operativ ötürücü xəttlə təchiz edilir. Onun bağlanacağı təqdirdə Avropanın ən böyük nüvə obyektinin dayanıqlığı yalnız iş saatları məhdud olan ehtiyat dizel generatorlarından asılı olacaq. Bundan əlavə, minalanmış AES ərazisində çoxlu sayda Rusiya hərbi və zirehli texnikası yerləşir. Mühərrik otaqlarının damlarında atəş mövqeləri quraşdırılır. Bu vəziyyətdə rusların hər hansı ehtiyatsız hərəkətləri və ya təxribatları fəlakətlə nəticələnə bilər. Və belə görünür ki, işğalçılar bu fəlakətin yaşanması üçün hər şeyi edirlər.

Rusiyanın hərəkətlərinin mümkün ssenarilərindən birini yerli ekspertlər stansiyanın soyuducu sisteminin Rusiya hərbçiləri tərəfindən məhv edilməsində görürlər. Soyutma sistemi boruları ilə birlikdə Ukrayna hərbçilərinin əks-hücumunu dayandırmaq üçün geri çəkilərkən partlatıla bilər.

Nüvə təhlükəsizliyi üzrə ekspert Olqa Koşarna deyib ki, reaktoru partlatmaq lazım deyil: “Ruslar AES-i tərk edəndə bu soyuducu kilidi uzaqdan partlada bilərlər. Reaktorlara gedən boru kəmərlərini minalayıblarsa, məsələ bitir".

Koşarnayanın sözlərinə görə, reaktorların soyutma sistemi sıradan çıxsa, yerli enerji sənayesi reaktorları əriməyə başlayar və bu zaman fəlakətin qarşısını almaq üçün cəmi 7 gün vaxt olacaq: “Reaktor isti vəziyyətdədirsə fəlakətin qarşısını almaq üçün cəmi bir gün olacaq. Bütün bunlar, daha doğrusu, qəzanın qarşısını almaq üçün Ukraynanın vaxtını zəbt etmək üçün edilə bilər. Bloklar əriməyə başlayanda qəzadan qaçmaq çətin olacaq".

Bundan əlavə, AES-də işlənmiş nüvə yanacağının saxlanması ilə bağlı potensial təhlükə mövcuddur. Açıq havada 100-ə yaxın çox möhkəm dəmir-beton qablar yerləşir. Etibarlı olsalar da, qəsdən təxribata qarşı müdafiələri yoxdur.

Bununla belə, Zaporojye AES-də fövqəladə vəziyyət yaransa belə, ekspertlər hesab edirlər ki, bu, bəşəriyyət tarixində ən böyük texnogen fəlakət sayılan yeni Çernobıl qəzası miqyasında olmayacaq.

AES-də radiasiyanın yayılması ilə qəza baş verərsə, Zaporojye və qonşu bölgələrin əraziləri çirklənə bilər. Çirklənmənin dərəcəsi küləyin istiqamətindən və sürətindən, hava şəraitindən asılı olacaq. Eyni zamanda, radioaktiv buludun yoluna çıxacaq kənd təsərrüfatı sahələri, şəhər və kəndlər zərər görəcək.

"Ən pis hesablamalar göstərir ki, bu, Çernobıl qəzası zamanı olduğu qədər güclü radiasiya olmayacaq. Bu, on dəfə az olacaq, lakin Zaporojye və Dnepr üçün vəziyyət uzun illər üçün kritik olacaq", - nüvə fiziki Volodimir Borysenko hesab edir.

Yerli ekspertlər hesab edirlər ki, terror aktı baş verərsə, apokaliptik miqyaslı fəlakət olmayacaq. Lakin atmosferə radiasiya buraxılarsa, külək onu Krım da daxil olmaqla, Ukraynanın cənubundakı ərazilərə yaya bilər. Bu, Rusiya Federasiyasının Krasnodar vilayətinə də təsir edəcək. Əgər hava hərəkəti cənub istiqamətindədirsə, o zaman hər şey Qara dənizə gedəcək, Moldovaya və Rumıniyaya, sonra Türkiyəyə gedəcək. Ümumiyyətlə, bütün Qara dəniz bölgəsi təsirlənəcək.

Radioaktiv maddələrin Dnepr ərazisinə daxil olması halında Qara dəniz, gələcəkdə isə Mərmərə və Aralıq dənizi çirklənəcək. Rumıniya, Bolqarıstan, Türkiyə, Gürcüstan və Rusiyanın sahilyanı rayonları biomüxtəliflikdən əziyyət çəkəcək.
ayna.az
Müəllif: Turan Abdulla
 
Ardını oxu...
Ukrayna Prezidenti Vladimir Zelenski Gürcüstan səfirindən Mixeil Saakaşvilinin məhkəməsi ilə bağlı Tbilisi ilə məsləhətləşmələr aparmaq üçün 48 saat ərzində Ukraynanı tərk etməyi tələb edib.

APA xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.
 
Ardını oxu...
“Azərbaycan Dəmir Yolları” QSC baş vermiş zəlzələ ilə əlaqədar yol infrastrukturuna kompleks baxış keçirir.

Bu barədə Oxu.Az-a Azərbaycan Dəmir Yolları QSC-dən məlumat verilib.

Bildirilib ki, 04 iyul saat 00.01 radələrində Xəzər dənizində baş vermiş zəlzələdən dərhal sonra ADY-nin Fövqəladə Hallar Komissiyası gecə boyu bütün infrastruktur obyektlərinə texniki baxış keçirib:
“Süni mühəndis qurğularının (körpülər, keçidlər, tunellər və s.) vəziyyəti yoxlanılıb. Hazırda proses davam etdirilir.

Yol infrastrukturunda aparılan texniki diaqnostika ilə əlaqədar olaraq qatarların hərəkət sürəti qismən aşağı salınıb, bununla əlaqədar olaraq qatarların qrafikində qismən kənaraçıxma halları müşahidə oluna bilər”.
 

Dünyapress TV

Xəbər lenti