Rusiyanın keçmiş yüksək rütbəli məmuru Anatoli Çubays ilə Moskva vilayətində Çubaysın sarayının tikintisinə kömək edən sahibkar İlya Suçkovun səs yazısı yayılıb.
Teref.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Səs yazısında Çubays Suçkova məlumat verir ki, o, Ruben Vardanyana Moskva yaxınlığındakı Peredelkinodakı malikanəni satmaqla çirkli pulların yuyulması sxemini hazırlamağı və idarə etməyi tapşırıb:
“35-36 milyon dollar dəyərində olan malikanə Çubaysın tərəfdaşlarına – Boris Mints və onun oğluna Çubaysın sahibi olduğu İsveçrədəki saxta şirkət vasitəsilə 7-8 milyon dollara satılmalı və bundan sonra şirkət iflas etməli idi. Ancaq Çubays və Suçkov bu işdə səhv etdikləri üçün Vardanyanı işə cəlb etməli olublar. Ona tapşırılıb ki, vergilərin bir hissəsini ödəməkdən yayınmaq üçün satış sxemini modernləşdirmək məqsədilə hansısa “sehrbaz diplomatiya” üsulundan istifadə etsin”.
“Türkiyənin “F-16” tələbini İsveçin NATO-ya üzvlüyü ilə əlaqələndirmək düzgün deyil”.
“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Cozef Baydenlə telefon danışığı zamanı deyib.
Türkiyə lideri vurğulayıb ki, İsveçdə terror təşkilatı olan PKK/PYD/YPG tərəfdarlarının sərbəst şəkildə terroru dəstəkləyən nümayişlər keçirməsi ölkənin NATO-ya üzv olması ilə bağlı atılan addımlarını puça çıxarır.
Madrid "Real"ı PSJ-nin hücumçusu Kilian Mbappenin transferi ilə bağlı danışıqları dayandırıb.
Offsideplus.az "Marca"ya istinadla xəbər verir ki, "kral klubu" fransız ulduz üçün 400 milyon avro xərcləmək niyyətində deyil.
Eyni zamanda məlumatda bildirilir ki, klubun lider oyunçuları da Mbappenin "Real"a transfer olunmasının futbolçular arasında problemlərə səbəb olacağını düşünürlər.
Qeyd edək ki, Mbappenin Paris təmsilçisi ilə 2024-cü ilə qədər müqaviləsi var.
Türkiyənin Fövqəladə Hallar Departamenti ölkənin Qara dəniz sahilindəki 15 bölgədə narıncı həyəcan səviyyəsi elan edib, onların çoxu güclü yağış səbəbindən su altında qalıb.
Axar.az xəbər verir ki, bu barədə "A Haber" məlumat yayıb.
"Təbii fəlakətlər və yaşayış məntəqələrinə mümkün ziyan barədə xəbərdarlıq çərşənbə axşamına qədər qüvvədədir. Yağışların fəsadları ilə bağlı məlumatlar dəqiqləşdirilir. Ölənlər barədə də məlumat var. Həftənin sonunda Türkiyənin Qara dəniz bölgəsinə yağan yağışlar Bartın, Giresun, Düzce, Zonquldak, Ordu, Sakarya və Samsun vilayətlərində çayların daşmasına səbəb olub",- məlumatda deyilir.
“Mən Putinin şəxsi məhbusuyam və o mənim məhvimlə şəxsən məşğuldur”.
Ölkə.Az xəbər verir ki, bunu Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Tbilisidəki həbsxanadan yazdığı məktubda qeyd edib.
O həmçinin Gürcüstan və Ukrayna arasında gərgin münasibətlərə münasibət bildirib: “Bu gün Ukrayna Gürcüstanın azadlığı üçün mübarizə aparır və prezident Zelenski, Andrey Yermak və bütün komanda gürcü xalqına xüsusi rəğbət bəsləyir. Ukrayna ilə münasibətləri oliqarxın 5-ci koloniyası pozur. Onlar Moskva himayədarlarının göstərişlərinə əməl etməklə yanaşı, Gürcüstan və Ukraynanın maraqlarına xəyanət etməyə çalışır. Bütün bunlara tezliklə cavab veriləcək”.
“OceanGate” ötən əsrdə batmış məşhur "Titanik" laynerinə doğru hərəkət edən "Titan" sualtı gəmisinin heyətinin ölümündən sonra tədqiqat və kommersiya fəaliyyətini dayandırdığını elan edib.
Bu barədə məlumat şirkətin saytında yer alıb.
"OceanGate bütün tədqiqat və kommersiya fəaliyyətini dayandırır" - deyə saytın başlığında mesaj yerləşdirilib.
Qeyd edək ki, qəzaya uğrayan "Titan"ın vanna otağının göyərtəsində şirkətin qurucusu Stokton Raş da dünyasını dəyişib. Onunla birlikdə ekspedisiyanın daha dörd üzvü hamısı ölüb.
Xatırladaq ki, iyunun 19-da məlum olub ki, Atlantik okeanında “Titanik”in qəzaya uğradığı yerin yaxınlığında “OceanGate Expeditions” şirkətinə məxsus “Titan” sualtı qayıq yoxa çıxıb. “Titan” 1912-ci ilin aprelində aysberqlə toqquşma nəticəsində batan “Titanik”in yerinə turist səfərləri və dalışlar həyata keçirib.
Bildiyiniz kimi, “Titanik” Şimali Atlantikanın dibində 3,8 kilometr dərinlikdə yerləşir. “Titan” sualtı gəmisi iyunun 18-də, dalış başlayandan bir saat 45 dəqiqə sonra radardan itib. Təyyarədə beş ekipaj üzvü olub. Onların arasında OceanGate Expeditions operatorunun yaradıcısı Stockton Rush, fransız akvanavt və “Titanik” kəşfiyyatçısı Pol-Henri Narjolet, britaniyalı milyarder Hamiş Hardinq, pakistanlı iş adamı Şahzadə Davud və onun 19 yaşlı oğlu Süleyman da olub. Bir neçə gün sonra, iyunun 22-də tədqiqatçılar “Titan”ın su sütununun təsiri altında partlama nəticəsində çökdüyünü göstərən dağıntılar tapıblar.
ABŞ Sahil Mühafizəsinin məlumatına görə, bütün ekipaj üzvlərinin anında ölmə ehtimalı yüksək olub. \\Sfera.az
Almaniya kəşfiyyatı Rusiyada silahlı qiyama cəhd zamanı Belarus Prezidenti Aleksandr Lukaşenko ilə "Vaqner"in rəhbəri Yevgeni Priqojin arasında olan danışıqları dinləyib.
APA xəbər verir ki, bu barədə ARD kanalı məlumat yayıb.
Bildirilib ki, Almaniya Xarici Kəşfiyyat Xidməti (BND) iyunun 24-də Rusiyada silahlı qiyama cəhd zamanı Belarus Prezidenti Aleksandr Lukaşenko ilə Yevgeni Priqojin arasında danışıqlara qulaq asıb.
BND bu xəbərə münasibət bildirməyib.
Bundan əvvəl "The Washington Post" öz mənbələrinə istinadən yazıb ki, ABŞ kəşfiyyat orqanları iyunun ortalarında Rusiyada silahlı qiyama hazırlıqla bağlı Ağ Evə xəbərdarlıq edib.
Rusiyanın paytaxtında gözlənilən tufan və leysan səbəbindən Moskva şəhər xidmətləri yüksək hazırlıq vəziyyətinə gətirilib.
Publika.az xəbər verir ki, bu barədə paytaxt merinin müavini Pyotr Biryukov özünün "Telegram" kanalında məlumat yayıb .
"Əlverişsiz hava şəraiti ilə bağlı verilən proqnoza görə, şəhər xidmətləri, o cümlədən həyat təminatı obyektləri və yanacaq-energetika kompleksi yüksək hazırlıq vəziyyətinə gətirilib", - Biryukov bildirib.
“Bakı Parislə münasibətləri normallaşdırmağa hazır idi, amma Makronun son açıqlamaları normallaşma ümidlərinin üstündən xətt çəkdi”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
“Fransa Prezidenti Emmanuel Makronun Marseldə erməni diasporu ilə görüşdə Azərbaycan əleyhinə açıqlamaları, o cümlədən “mən Nikol Paşinyandan daha çox İlham Əliyevə təzyiq edirəm” sözləri Fransa-Azərbaycan münasibətlərinin normallaşma imkanlarına zərbə vurdu. Halbuki Fransa xarici işlər naziri Ketrin Kolonna apreldə Azərbaycana səfəri zamanı iki ölkə arasında əməkdaşlığın genişlənməsi barədə danışmışdı. Bakı Parislə münasibətləri normallaşdırmağa hazır idi. Ancaq Emmanuel Makronun Marseldəki açıqlamaları normallaşma ümidlərinin üstündən xətt çəkdi.
Azərbaycan Prezidenti İlham Əliyev buna cavab olaraq Qoşulmama Hərəkatının Bakı toplantısında sərt tənqid etdiyi Fransanın adını 17 dəfə çəkib. Dövlət başçısı çıxışında bir başqa dövlətin adını mənfi mənada çəkməyib. Bakıda konfransa Fransanın müxtəlif adalardakı koloniyalarının nümayəndələri də iştirak etdilər. Onlar da çıxışlarında Fransanın sərt tənqid ediblər. Bakıda onların iştirakı ilə dəyirmi masa və Fransanın kolonist siyasətinə aid fotosərgi keçirilib. Evin şüşədəndirsə, başqasına daş atma”, - ekspert bildirib.