Ardını oxu...
General-polkovnik Andrey Yudin URA.ru-ya açıqlamasındaonun general-polkovnik, Birləşmiş Qüvvələrin komandanı Sergey Surovikinlə birlikdə Lefortovo istintaq təcridxanasında olması barədə məlumatı təkzib edib.
"Mən tətildəyəm, evdəyəm", Yudin deyib. O, əlavə edib ki, Surovikinin harada olması barədə məlumatı yoxdur.
Teref.az
Ardını oxu...
İsveç qalmaqallı qərarı ilə yenidən gündəmə gəlib.

İsveç polisi paytaxt Stokholmda məscidin qarşısında Qurani-Kərimin yandırılmasına icazə verib.

Belə ki, İsveç mətbuatı aksiyanın yerli vaxtla saat 13:30-da baş verəcəyini yazıb. İki həftə əvvəl İsveç Ali Məhkəməsi isə Qurani-Kərimin yandırılmasının qarşısını alan təcrübənin hüquq pozuntusu olduğuna qərar verib.

Qeyd edək ki, İsveç iyulun 11-12-də Litvanın paytaxtı Vilnüsdə baş tutacaq NATO sammitinə hazırlaşır. Alyansa üzvlük üçün Türkiyənin təsdiqinə ehtiyacı olan İsveç növbəti dəfə təxribata ev sahibliyi edir.(Sfera.az)
 

Ardını oxu...
“Hər bir quruluşun aqibətini xalqın təfəkküründəki hökmün təbiəti müəyyən edir, rus təfəkküründə hökmün məğlubiyyəti həzm olunmur. Rusiyada I Pyotrdan başlayaraq hər bir hərbi məğlubiyyət kardinal dəyişikliklərə səbəb olub”.

DİA.AZ teleqraf.com-a istinadən xəbər verir ki, bunu politoloq Yeganə Hacıyeva deyib.

Onun sözlərinə görə, 1853-1856-cı illərdə Krım müharibəsi Rusiyada təhkimçiliyin ləğvinə və məhkəmə, təhsil, torpaq və hərbi islahatlara gətirib çıxarıb:

“1904-1905 ci illərdə Rus-Yapon müharibəsindəki məğlubiyyətdən sonra Rusiyada ilk inqilab baş verib. Birinci Dünya Müharibəsində məğlubiyyətdən sonra Çar II Nikolay devrilib və bolşeviklər hakimiyyətə gəlib. 1962-ci ildə Kubaya ballistik raketlər göndərib, sonra da bu addımın yaratdığı böhranın idarə edə bilməməsinə görə geri çağırması məğlubiyyət kimi qəbul olunan Nikita Xruşşov cəmi 1 il 5 ay sonra vəzifəsindən uzaqlaşdırılıb.

Əfqanıstan müharibəsindəki uğursuzluqdan sonra Mixail Qorbaçovun “islahatlar” adı altında savaşı başlatmış köhnə, arzuedilməz qrupları kənarlaşdırmaq kursunu müəyyənləşdirməsində əsas faktorlar idi. Bu addımların hamısının nə ilə nəticələndiyini elə SSRİ-nin aqibətində görmək olar.

Rusiya dövlətçiliyi yenilənə bilən quruluş deyil, liberal şərtlərlə yenilənmir, həmişə təhlükə yaranan kimi siyasi elita özü rəhbəri dəyişir. Lukaşenkoya təşəkkür, ümumiyyətlə, qiyamın yatırılmasında onun adının hallandırılması Putinin özünü elitada müdafiə cəhdidir. Təşəkkür Lukaşenkoya yox, Vaynoya, Patruşevə və Qrızlova düşür, onlar hər şeyi həll edəndən sonra Batkaya təklif ediblər.

Telemüraciətdən sonra “prezident yanılır” deyə fikirindən dönməyən qiyamçını hakimiyyət daxilində kiminsə dayandıra bilməsi Putinin onsuz da laxlamış legitimliyini sındırdı. Xüsusilə bu adam Ukraynaya hücumun əleyhinə olan, bunu prezidentin hələ ən güclü vaxtında aşkar səsləndirə bilən biridirsə, demək, real alternativ var”.

Yeganə Hacıyeva qeyd edib ki, Lukaşenkoya nümayişkaranə təşəkkür və sonra səslənən fikirlər “daxildə Putindən güclü biri var” həqiqətini gizlətmək üçün idi:

“Bununla belə, Batka özünü Rusiyanın (Putinin yox) güvənli dostu kimi tarixə yazdı, rus dövləti bunu unutmaz, unutdurmaz.

Priqojin isə “gəzən meyit”dir, sadəcə zaman məsələsidir, çünki qiyam nəticəsində hakimiyyətə gələnlər belə ilk qiyamçını öldürürlər. Mən onun tək, sığortasız belə riskə gedəcəyinə inanmıram, mütləq kənar qüvvə ilə ittifaqda idi.

Üç gün ərzində Bayden də daxil olmaqla, səkkiz ölkənin rəsmiləri “Priqojin və qiyam bizlik deyil” mesajı verdi. Bir ölkədən başqa… Əslində bu səssizliyin özü elə onu müdafiədir”.
 

Bu gün, 09:08           
Ardını oxu...
İsveç Türkiyənin NATO-ya üzvlük üçün irəli sürdüyü bütün tələbləri yerinə yetirib.

“AzPolitika”nın “Reuters”-ə istinadla verdiyi məlumata görə, bunu İsveçin Xarici İşlər naziri Tobias Billström Böyük Britaniyanın Xarici İşlər naziri Ceyms Kleverli ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.

O qeyd edib ki, “Terrorizm haqqında” yeni qanunun tətbiqi ilə İsveç alyansa qoşulmaq üçün Finlandiya, İsveç və Türkiyə arasında imzalanmış üçtərəfli sazişdə göstərilən son tələbləri yerinə yetirib.

“Bu yaxınlarda İsveçdə terror təşkilatında hər hansı bir iştirakı qeyri-qanuni edən yeni qanun qüvvəyə minib, - Billström bildirib - Beləliklə, müqaviləmizin son hissəsini yerinə yetiririk”.

Xatırladırıq ki, Türkiyə və Macarıstan İsveçin alyansa daxil olmasına etiraz edirlər. Türkiyənin əsas iddiası İsveçdə terrorçuların olması ilə bağlıdır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl bildirmişdi ki, Stokholm “Türkiyədəki terror qruplarının qollarının İsveçdə, Stokholm küçələrində sərbəst gəzməsinə icazə verməyə davam edərkən, İsveçin NATO-ya üzvlüyünə müsbət baxa bilmərik”.
 
Ardını oxu...
Rusiya Federasiyasında "Vaqner" üsyanı ilə bağlı İsrailin daxili sənədi mediaya sızdırılıb.

Sfera.az xəbər verir ki, iyunun 24-də İsrailin baş naziri Benyamin Netanyahu Rusiya Federasiyasında silahlı çevrilişə cəhdlə bağlı əməliyyat müşavirəsi keçirib.

İsrailin “The Times of Israel” qəzeti görüşün sonunda tərtib edilmiş daxili sənədin məzmununu dərc edib:

▪️ "Vaqner" in üsyanı Putinin imicini sarsıtdı və Rusiyanın həm Ukrayna müharibəsində, həm də daxili siyasətdə gücünü zəiflətdi;

▪️ İsrail və Rusiya Federasiyası arasında "incə" münasibətlərə diqqət yetirərək, Ukraynaya həm humanitar, həm də hərbi yardım göstərilməsi tapşırılıb;

▪️ İsrailin müdafiə naziri Yoav Qalanta bu hadisələrin Rusiyanın İran və Suriya ilə münasibətlərinə nəticələrini qiymətləndirmək tapşırılıb;

▪️ İsrail vəziyyətin mümkün pisləşməsi səbəbindən İsrail vətəndaşlarının və Rusiyadan İsrailə qayıtmaq hüququ olan şəxslərin kütləvi şəkildə repatriasiyasına hazırlaşmağa davam edəcək.
 
Ardını oxu...
1994-cü ildə atəşkəs elan olunandan sonra Azərbaycan əhalisi 2 dəfə artıb, Ermənistan əhalisi isə xeyli azalıb.

Xezerxeber.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Ermənistan parlamentində 44 günlük müharibəni araşdıran istintaq komissiyasının növbəti iclasında jurnalistlərin suallarını cavablandırarkən bildirib.

“1994-cü ildə atəşkəs elan olunan zaman qeyd olundu ki, Ermənistan tərəfi müharibədə qalib gəlib, Azərbaycan tərəfi isə məğlub olub. Bəs niyə bu qələbə nəticəsində Ermənistanın əhalisi artmadı, əksinə, azaldı və Azərbaycanı iqtisadiyyat sahəsində rəqabətdə məğlub etmək mümkün olmadı? Bu, təhlükəsizliyin təmin olunması və hərbi büdcə ilə bağlıdır”, - Paşinyan bildirib.

“Hamımız bilirik ki, 1997-1998-ci illərdə Qarabağ məsələsi Ermənistanın daxili siyasətində çox mühüm yer tuturdu”, - Baş nazir əlavə edib.
 
Ardını oxu...
Avrioa İttifaqı insan hüquqlarının pozulmasına görə İrana qarşı doqquzuncu sanksiyalar paketinin tətbiqinə başlayıb.

Bu barədə Avropa İttifaqı Şurasının bazar ertəsi qurumun rəsmi jurnalında dərc olunan qərarında deyilir.

Bildirilir ki, sanksiyalarla əlaqədar İranın yeddi rəsmisinin adı “qara siyahı”ya salınıb.

Xatırladaq ki, bundan əvvəl ABŞ İranın “Arvan Cloud” şirkətinə və onun törəməsinə qarşı sanksiyalar tətbiq edib. Kanada hakimiyyəti isə insan hüquqlarının pozulmasında əli olan yeddi iranlı hakimi “qara siyahı”ya salıb.
Mənbə: TASS
Ardını oxu...
1. Rusiya xalqı prezidentin çağırışına rəğmən hakimiyyəti müdafiə etmədi;
2. Rusiya ordusunun ölkəni milli təhlükəsizliyini qorumaq iqtidarında olmadığı üz çıxdı. (Qiyamçılar 5-6 saata az qala Moskvaya çatmışdı);
3. Rusiya dövlət aparatının böhran şəraitində konstitusion səlahiyyətləri yerinə yetirə bilmədiyi məlum oldu. (Lukaşenkonun vasitəçilik etməsi rüsvayçılıq idi)
4. Putin hakimiyyətinin tamamilə kriminalaşdığı, ölkənin mafiya qaydaları ilə idarə olunduğu təsdiqləndi. (Priqojin qiyam qaldırıb, ordunun bir neçə helikopterini məhv edib, 15 rus pilotu öldürüb, Peskov deyir, cinayət işi ləğv olunacaq).

Beləliklə, qonşumuzda əlində nüvə silahı, 17.4 milyon kvadrat kilometr ərazi olan, 145 milyon əhalini əsir götürmüş kriminal-mafiya rejimi var və bu çox dəhşətli təhlükədir.
 
Ardını oxu...
Venesuela prezidenti Vladimir Putini dəstəkləyib və onunla həmrəy olduğunu bildirib.
Venesuela Prezidenti Nikolas Maduro bildirib ki, Rusiya və onun lideri Vladimir Putin ölkədə üsyanı və vətəndaş müharibəsi başlatmaq cəhdlərini məğlub ediblər.
Bu barədə "Venezolana de Television" telekanalı məlumat yayıb.
Mən Karabobo döyüş meydanından xəyanət cəhdinə və vətəndaş müharibəsi başlatmaq cəhdinə qarşı çıxan Rusiya Prezidenti Vladimir Putinə həmrəylik və dəstəyimizi çatdırmaq istəyirəm", - deyə Maduro bildirib.
Venesuela prezidenti, həmçinin Vladimir Putini "ölkənin qardaşı" adlandırıb.
"Biz Venesueladan Venesuelanın qardaşı Prezident Vladimir Putinə tam dəstəyimizi bildiririk", - deyə Maduro bəyan edib.
Xatırladaq ki, "Vaqner" Özəl Hərbi Şirkətinin yaradıcısı Yevgeni Priqojinin silahlı üsyanı 2023-cü il iyunun 24-nə keçən gecə baş verib. Ötən axşam sosial şəbəkələrdə iş adamının adından RF Silahlı Qüvvələrini Özəl Hərbi Şirkətin "arxa düşərgələrinə" zərbə endirməkdə ittiham edən mesajlar yayılıb. Müdafiə Nazirliyi məlumatı yalan adlandırıb. Bundan sonra Rusiya Prezidenti Vladimir Putin özünün müraciəti ilə çıxış edib.
 
Ardını oxu...
Gələcəkdə Rusiya hərbi bazası Gümrüdən çıxacağı təqdirdə, onun yerini tutmaq əzmi ilə bu gün qonşularımızı silahlandırmaq istəyən Fransa parlamentinin 170-dən çox deputatı öz prezidentlərinə və BMT Təhlükəsizlik Şurasına “Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə hüququnu bərpa etmək” çağırışı edib. Fransalı deputatlar müraciətlərini “öz müqəddəratını təyin edən Dağlıq Qarabağ Respublikasının planlaşdırılmış sonu və bu ərazinin erməni əhalisinin ifşa olunduğu qırğın riskləri qarşısında susmaq istəməyənlər üçün həyəcan nidası” adlandırıblar.

Deputatlar Fransa Respublikasının Prezidentinə müraciət edərək vurğulayırlar ki, Fransa Azərbaycanın daxili işlərinə qarışa bilər və etməlidir. Axı Fransa Qarabağ bölgəsi də daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bu, o deməkdir ki, fransalı deputatların müraciəti Azərbaycanın daxili işlərinə birbaşa müdaxilədir.

Fransalı deputatlar isə müraciəti onunla izah edirlər ki, həm Ermənistan, həm də Qarabağ erməniləri regionda nəinki demokratik dəyərləri təcəssüm etdirir, həm də ümumi xristian mədəniyyətinin avanqardı rolunu öz üzərlərinə götürürlər.

Bu fikrə davam etsək, asanlıqla belə nəticəyə gələ bilərik ki, fransız parlamentarilər ermənilərin “xristian Avropanı müsəlman barbarlarından qoruduqlarına” eyham vururlar. Fransanın ümumi xristian mədəniyyətinə “hərtərəfli qayğısı” bu ölkədə özünü çox açıq şəkildə büruzə verir, onun mətbuatında İslamı və Məhəmməd peyğəmbəri təhqir edən karikaturalar dərc olunur ki, bu da şübhəsiz, fransızların İslam dininə qarşı dözümsüzlüyünü nümayiş etdirir.

Fransız müstəmləkəçiləri 1954-1962-ci illərdə Əlcəzairdə 1,5 milyon insanı qətlə yetiriblər. Lakin bu fakt Fransa Prezidenti Emmanuel Makronu İslamın onun ölkəsini təhdid etdiyini söyləməyə mane olmur.

İndi isə deputatların müraciəti ilə Fransa BMT Təhlükəsizlik Şurasından Qarabağ ermənilərinin “təhlükəsizliyini təmin etmək” üçün beynəlxalq mandat tələb edir. Fransanın sülhməramlı missiyası Malidə kədərli bir təcrübəyə malikdir, lakin narahat olan Qall xoruzu buna baxmayaraq, BMT Təhlükəsizlik Şurasından "hüquq prinsipini bərpa edən" bir qətnamənin qəbul edilməsini tələb edərək, əksinə, Qarabağ ermənilərinin öz müqəddəratını təyin etməsi” ilə bağlı dünyaya banlamaq qərarına gəlib.

Nədənsə fransalı deputatlar ötən ilin dekabrında BMT Təhlükəsizlik Şurasında Laçın yolunda vəziyyətlə bağlı ermənipərəst bəyanat qəbul etməyə çalışarkən ölkələrinin biabırçı diplomatik məğlubiyyətini unudublar. Fransa sadəlövhcəsinə inanırdı ki, o ermənipərəst bəyanatı BMT Təhlükəsizlik Şurasına sürükləyəcək, sonra isə növbəti addım kimi onu Azərbaycana qarşı qətnaməyə çevirəcək. Nəhayət, Azərbaycan diplomatiyasının səyləri nəticəsində bəyanatın mətni faktiki olaraq azərbaycanpərəst oldu, rəsmi Paris bu sənəddən tamamilə imtina etdi.

Buna baxmayaraq, Fransa hər belə addımla regiondan getdikcə daha çox təcrid olunduğunu, eyni zamanda beynəlxalq ictimaiyyət və Azərbaycan xalqı qarşısında absurd vəziyyətə düşdüyünü dərk etmədən Cənubi Qafqazda geosiyasi oyunlarını davam etdirir.

Fransanın açıq ermənipərəst mövqe nümayiş etdirməsi Azərbaycan ictimaiyyəti üçün yeni deyil. Amma bununla yanaşı, fransız siyasətçilər özləri də Qarabağ separatçılarına açıq dəstək vermələrinin onlara zərər verdiyini unutmağa üstünlük verirlər.

Fransa Qarabağ separatçılarını dəstəklədiyini bəyan edir və öz nümayəndələrini “sülhməramlı missiya” bəhanəsi ilə Azərbaycan ərazisinə gətirmək üçün imkanlar axtarır. Əgər fransalı deputatlar Qarabağ ermənilərinin “öz müqəddəratını təyin etmələri”nin tərəfdarlarıdırsa, o zaman onlara Fransadan müstəqillik əldə etmək istəyində Korsikanın yerli əhalisini dəstəkləməyə nə mane olur? //AYNA//
 

Dünyapress TV

Xəbər lenti