![]() |
![]() ![]() ![]() |
|
İmişli rayonunda 9 May Qələbə günü tədbiri zamanı SSRİ bayrağı qaldırılıb.
Hadisə rayonunun Sarıxanlı kəndində baş verib.
SSRİ bayrağı İkinci Dünya müharibəsi xatirə kompleksinin üzərinə sancılıb.
Sosial şəbəkədə yayılan görüntülər cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb.
Tədbirdə, həmçinin rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov SSRİ bayrağı fonunda sinəsində rus imperiyasının rəmzi olan "Georgi lenti" ilə çıxış edib.
Kənddə, həmçinin "Den Pobedı" ("Qələbə Günü") sovet mahnısı da səsləndirilib.
Mövzu ilə bağlı "Yeni Sabah"a danışan İmişli rayon icra başçısının birinci müavini Mirzə Quliyev bildirib ki, hazırda bayraq qalmaqalı ilə bağlı araşdırma aparılır:
“Bu hadisədən xəbərimiz var. Həmin bayrağı xiyabanda rayon ağsaqqallar şurasının sədri sancıb. Hazırda bu barədə araşdırma aparılır. Lazımi tədbirlər görüləcək”.//Modern.az