Ardını oxu...
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) fövqəladə toplantı keçirəcək.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, toplantıda İsveçdə “Quran” kitabının yandırılması ələ alınacaq.

S. Ərəbistanın Ciddə şəhərində 2 iyulda keçiriləcək görüşdə İsveçdəki yandırma olayına qarşı tədbirlər müzakirə ediləcək.

Zirvə toplantısı S. Ərəbistanın istəyi ilə gerçəkləşdiriləcək.

Bütün İslam ölkələrinin İsveçin paytaxtı Stokholmda “Quran” kitabının yandırılmasına qarşı ortaq mövqe sərgiləyəcəyi gözlənilir.

 
      
Ardını oxu...
Rostov vilayətinin qubernatoru Vasili Qolubev qiyam zamanı şəhəri işğal edən “Vaqner ÖHŞ”nin muzdlularına yerli sakinlərin dəstək göstərməsinə inanmadığını sözləyiib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə o, “Kommersant” qəzetinin müxbiri Andrey Kolesnikova danışıb.

“Düşünürəm ki, bunlar saxta göstəriş olub. Onu vaqnerçilər də təşkil edə bilərdilər. Çünki şəhərdə idilər, və bildiyimə görə, hamısı hərbi geyimdə olmayıb. Ona görə də qaldırılan bayraqlar, qucaqlaşmalar, hamısı özlərinin quramasıdır”, - deyə vilayət rəhbəri bildirib.
Doğrudur, Qolubev muzdluların hansı səbəbdən şəhərə “belə asanlıqla” daxil olub Cənub Hərbi Dairəsinin qərargahını zəbt etməsi sualına cavab verməkdən boyun qaçırıb və bunu Rusiya Müdafiə Nazirliyindən soruşmağın daha düzgün olduğunu söyləyib.

Xatırladaq ki, qiyam zamanı Rostov sakinləri vaqnerçilərlə, habelə onlaırn texnikası önündə şəkil çəkdirib. Qiyamçı qoşunlar çıxdıqdan sonra isə insanlar onları qəhrəman kimi yola salıblar.
 
 

 


Ardını oxu...
“17 iyul 2023-cü il Rusiya üçün ən təhlükəli tarixdir”.

DİA.AZ Bizim.Media-ya istinadla xəbər verir bu fikirləri riyaziyyat dahisi Sadiq Əfqan Rusiya mətbuatına açıqlamasında deyib.

O bildirib ki, iyul Rusiya tarixi üçün ən çətin aydır:

“Çətin vaxt gəlir: 2023-cü ilin Rusiya üçün ən təhlükəli aya qədəm qoyuruq. Bu il bəşəriyyət üçün ən çətin illərdən biri olacaq.

Təhlükəli təxribatlar və şantajlar baş verə bilər. Bu il dünyada vəziyyətin ən çətin olacağı bir tarixdir.Çox yaxında ölümcül maddələrin istifadəsi ilə təxribat olacaq. Və bu, əks tədbirləri zəruri edəcək. Bu isə çox şeyin sonu ola bilər. Bu mənada 17 iyul 2023-cü il Rusiya üçün ən təhlükəli tarixidir”.
Ardını oxu...
Rusiyada 23-24 iyun hadisələrindən sonra Ukrayna mətbuatında və müxtəlif “Telegram” kanallarında “Priqojin tezliklə Belarusda öldürüləcək” başlıqlı xəbər dalğası başlayıb. Maraqlıdır ki, jurnalistlər mənbə kimi CNN-i göstərirlər. Cəmi bir gün əvvəl 1917-ci illə paralellər aparan, üsyan haqqında yazan, danışan eyni CNN-nə istinad edirlər. Bütün yazılanlar real vəziyyət barədə resursların məlumatlı olmamasına dəlalət edir. Bununla belə, yaxşı “qışqıran” xəbərlər var ki, onu informasiya məkanına atmaq olar.

İndi isə məntiqi suallar:

1.Əgər indi, böhran bitməmiş Priqojini öldürürsənsə, basqında iştirak edən o 15-17 (Priqojinin dediyi kimi 25 deyil) min sədaqətli döyüşçü nələr edə biləcəyini hesablamaq asandırmı?

2.“Vaqner” hərbi şirkətinə rəğbət bəsləyən Rusiya Federasiyası Silahlı Qüvvələrinin bölmələrinin sədaqəti ilə nə edəcəklər (indi onlar öndədirlər)?

3.Bu gün Rusiya Federasiyası üçün son dərəcə vacib olan və Priqojinin əvəzedicisi olmayan Afrika biznesinin taleyi necə olacaq?

4.Priqojini bir neçə aydan sonra öldürsələr, o zaman eyni suallar meydana çıxacaq: Afrika, Priqojinin tərəfdaşlarının strukturları, sonda Kreml qüllələrinin bir hissəsi... Və Lukaşenko məsələsi. Onun üçün Priqojinin sağlığı indi çox qiymətli sərvətdir. Qətl isə başqa şeylərlə yanaşı, özünün (Lukaşenkonun) təhlükəsizlik blokunun sədaqətini də məhv edir.

5.Axı Priqojin o qədər axmaqdır ki, hansısa kənd mülkündə oturub onu öldürmək üçün kiminsə gəlməsini gözləsin?

Nəticə nədir? Beynəlxalq media bizim ənənəvi “razborka”larımızda həmişə ən məlumatlı mənbə deyil. Kor-koranə təkrarlamadan əvvəl məntiqimizi işə salmalıyıq.

Nəhayət, qeyd edirəm ki, Priqojin həqiqətən də öldürülə bilər, amma indi yox, sonra. Məsələn, cəbhəyə qayıdanda. Ya da Afrikadakı bölmələrdən birinə gedəndə. Orada ya üsyançılar hücuma keçəcək, ya da onu ilan sancacaq. Bunu həyata keçirmək çox çətin olsa da ...

Əsas odur ki, ölümün məntiqi onun 2022-2023-cü illərdə etdikləri ilə yox, gələcək fəaliyyəti ilə bağlı olmalıdır.

Müəllif: İqar Tışkeviç - Ukrayna Gələcək İnstitutunun politoloqu.

Tərcümə Ayna.az
Ardını oxu...
Rusiyalı milyarder, "Areti" enerji şirkətinin rəhbəri İqor Makarov Rusiya vətəndaşlığından imtina edib.

Teref.az axar.az-a istinadən bildirir ki, bu barədə "Forbes" məlumat yayıb.

Məlumata görə, milyarder hazırda Kipr vətəndaşlığı daşıyır.

"Forbes"in məlumatına görə, Makarovun 2.2 milyard dollar varidatı var.

Qeyd edək ki, İqor Makarov ötən il Böyük Britaniya, Kanada, Avstraliya və Yeni Zelandiyanın sanksiya siyahısına salınmışdı.
 

İran Ukrayna təyyarəsinin vurulması ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinə verilir
Kanada, İsveç, Ukrayna və Böyük Britaniya İranı Ukrayna təyyarəsinin vurulması ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinə verir.

APA xəbər verir ki, Kanada, İsveç, Ukrayna və Böyük Britaniya birgə bəyanat yayaraq məsələni Beynəlxalq Ədalət Məhkəməsində qaldırmaqla İranı PS752 reysini vurmaq və 176 nəfəri öldürməkdə qanuni məsuliyyətə cəlb etmək üçün səylərini davam etdirəcəklərini bildiriblər.

Həlak olanların ailələrinə cavabdehlik və təzminat tələb etmək üçün yaradılmış Beynəlxalq Koordinasiya və Cavab Qrupunu təşkil edən dörd ölkə - Kanada, İsveç, Ukrayna və Böyük Britaniya altı ay əvvəl İranı Birləşmiş Millətlər Təşkilatının kommersiya təyyarələrini hücumdan qorumaq üçün nəzərdə tutulmuş konvensiyası vasitəsilə məcburi arbitraja razılaşmağa çağırıb.

Koordinasiya Qrupu bildirib ki, İran bu tələblə razılaşmadığından məsələ ən qısa zamanda Beynəlxalq Ədalət Məhkəməsinə göndərilir: “Məsələni mümkün olan ən qısa zamanda Beynəlxalq Ədalət Məhkəməsinə verməklə Ukrayna Beynəlxalq Hava Yollarının 752 saylı reysinin qanunsuz vurulmasına görə İranın məsuliyyət daşımasını təmin etmək üçün kollektiv səylərimizi davam etdirmək niyyətindəyik”.

Kanada xarici işlər naziri Melani Joli bu gün Ukrayna təyyarəsi qurbanların ailələri ilə görüşüb və İranın Beynəlxalq Məhkəməyə verilməsi ilə bağlı onları məlumatlandırıb:

"Vaxt bitdi. Ölənlərin ailələrinə söz verdiyimiz kimi Ukrayna təyyarəsinin vurulmasına görə İranı Beynəlxalq Məhkəməyə verəcəyik. Bu ailələr şəffaflığa, hesabatlılığa və ədalətə layiqdirlər və biz bunu beynəlxalq hüquq yolu ilə axtarmaq səylərimizdən əl çəkməyəcəyik. Cəzasızlıq İran rejimi üçün seçim deyil”, - nazir qeyd edib.

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) 2020-ci il yanvarın 8-də Ukrayna Hava Yollarına məxsus təyyarəni havaya qalxdıqdan bir neçə dəqiqə sonra vurub və təyyarədə olan 176 nəfərin hamısı həlak olub.
 
Ardını oxu...
Pandemiya zamanı Paris və diğər şəhərlərdə müsəlmanların kampakt yaşadığı məhəllələrdə və digər ərazilərində polis Fransanın qalan hissəsinə nisbətən iki dəfə çox yoxlama həyata keçirib.
Bu reydlərdə polis ancaq maska istifadə etmədiyi üçün öldürdüyü şəxslər arasında çoxluq müsəlman və qeyri fıransızlardır.
Fransız polisinin qanunsuz güc tətbiq etdiyinə dair çoxlu sayda sənədləşdirilmiş hallar var.
Buna görə də Fransa Avropa İnsan Haqları Məhkəməsinin işlərində müntəzəm olaraq çıxış edir.
Fransa hakimiyyəti cəmiyyətlə hesablaşmamağın ölkədə yaratdığı ictimai-siyasi böhrana polisin etirazçılara qarşı şiddətı və zorakılığı ilə cavab verir.
Fransız polisi isə ən sərt cəmiyyətin müsəlman və qeyri fransız kəsimi ilə davranır.
Əlcəzairli 17 yaşı yeni tamam olmuş gəncin qətlini Polis öncə itaətsizlikdə günahlandırdı və gəncin güya polisləri maşınla əzmək istədiyi üçün gülələndiyini bildirdi.
Lakin sonradan yayımlanan və AFP agentliyin təsdiqlənmiş videosu hadisənin fərqli , polisin gənci qəsdən öldürməsi həqiqətini üzə çıxardı.
Etirazçıların qəzəbinə əlavə olaraq polisin yeniyetməni hansı şəraitdə vurduqları barədə əvvəlcə yalan danışması səbəb oldu.
Polisin irqi zəmində 17 yaşlı uşağı günün-günorta çağl öldürüb, günahı həm də onun üzərinə atması həqiqəti video yayılanda üzə çıxdı.
Aprel ayında Fransa polisi hicablı iki müsəlman qadına hücumu anını əks etdirən video görüntülər ictimayyətin hiddətinə səbəb olmuşdu.
Aprelin 14-də lentə alınan videoda Fransa hüquq-mühafizə orqanları Parisin şimal-qərbindəki Asnier-sur-Seine şəhərində küçənin ortasında iki hicablı qadına qarşı əsassız şiddət, qeyri-mütənasib güc tətbiq etmişdilər. Görüntülərdə Polis onlardan birini döyür, digərini isə itələyib yerə yıxmışdı.
Paris Polis Departamenti Twitter hesabında ki, bu irqçilik zəmində şiddəti müdafiə edərək “üstün müsəlman qadınlarda olduğu halda polis patrulu sirena ilə yol keçmək istəyərkın qadınların polisə yol vermədiyi üçün “qəzəbləndiyini” və polisə hörmətsizlik göstərdiyi üçün onları döydüyünü yazmışdır.
Paris Polis Departamenti əməkdaşlarının irqçilik zəmində iki müsəlman qadını döyməsi azmış kimi hələ qadınlardan şikayət edəcəyini də bildirmişdir.
Polis zorakılığı cəmiyyətdə gərginlik yaratmaqla yanaşı, həm də polis tərəfindən Makron siyasətinə xidmət kimi qəbul edilirdi.
Etirazlarda asayişin qorunması irqi ayrı seçkilik tələbi Fransanın daxili işlər nazirindən gəlib.
O isə Fransa prezidenti Emmanuel Makrona tabedir.
Bu isə o deməkdir ki, etirazçılara qarşı dini, irqi zəmində şiddət göstərən polis dəyənəyinin Emanuel Makronun əlindədir.
Yegana Haciyeva
Teref.az
 
Ardını oxu...
Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Vaşinqton görüşündə mövqelərin fərqli olması göz önündədir. Burada xüsusi olaraq gələcək sərhədlərin yerləşməsi ilə bağlı ciddi fikir ayrılığı var. Çünki Ermənistan Azərbaycanla sərhədlərin 1975-ci il xəritələri əsasında dəqiqləşməsini təklif edir. Sözsüz ki, Azərbaycan bunu qəbul etmir.

DİA.AZ bildirir ki, bunu Teleqraf.com-a Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.

O qeyd edib ki, ərazi bütövlüyü və suverenliyinin qarşılıqlı şəkildə tanınması məsələsi həll edilməlidir:

“Bu məsələ tək bəyanatla bitməyəcək. Azərbaycanın israrı odur ki, sülh sənədində Ermənistanın öhdəlikləri öz yerini tapsın. Ermənistanın ərazimizdən öz qoşunlarını çıxarmaqla bağlı ilkin şərt təmin edilməlidir. Eyni zamanda ölkəmizin ərazi bütövlüyünə qarşı çıxan və Ermənistan büdcəsindən maliyyələşən şəxslər və qurumlar buranı tərk etməlidir”.

Sabiq nazir hesab edir ki, yanaşmalar fərqli olsa da ABŞ-ın israrlı davranışı fonunda Ermənistanın mövqeyində dəyişikliklərin olması gözlənilir:

“Bunu onlar qarşılıqlı inam adlandırır. Çünki qarşılıqlı şəkildə münasibətlərin sülhə doğru yönəldilməsi təklif edilir. ABŞ-ın təklif etdiyi prinsip də məhz bunu təşviq edir. Amerikanın dediyi odur ki, cəmiyyətləri sülhə hazırlamaq lazımdır”.

Tofiq Zülfüqarova görə, məhz bu istiqamətdə ABŞ Dövlət Departamentinin təkliflərinin olması mümkündür:

“İndiki mərhələdə tərəflər arasında hansısa bir sənədin olacağını gözləmək düzgün olmaz. Amma diskusiya nəticəsində mövqelərin ABŞ Dövlət Departamentinə bəlli olması vacibdir”.
Ardını oxu...
Rusiyada son baş verən proseslər bir çox məsələləri, o cümlədən uzun illər müstəqillik mübarizəsi aparan respublikalarda yenidən bu mübarizənin aktiv fazaya keçməsini gündəmə gətirdi.

Faktiki olaraq "Vaqner" qruplaşmasının rəhbəri Yevgeni Priqojinin 1 günlük "qiyamı" Rusiyada mərkəzdənqaçma prosesini tətiklədi. Digər tərəfdən, Rusiya 1 ildən çoxdur Ukraynada müharibə aparır və bu müddət ərzində ciddi itkilərlə üzləşib. Eyni zamanda, müharibənin başladığı gündən ağır siyasi-iqtisadi sanksiyalarla üz-üzə qalıb. Bütün bunlar Rusiyada mərkəzdənqaçma prosesini daha da gücləndirir.

Rusiyada Mərkəzdənqaçma Qafqaz xalqlarının müstəqillik hərəkatına təkan verə bilərmi?

Beynəlxalq məsələlər üzrə ekspert, Sosial Tədqiqatlar Mərkəzinin (STM) mətbuat katibi Əziz Əlibəyli mövzu ilə bağlı Cebhe.info-ya açıqlamasında deyib ki, Rusiyada mərkəzdənqaçma meyilləri hər zaman olub:

"Qafqazda hər zaman mərkəzdənqaçma meyilləri olub. Hacımuraddan, Şeyx Şamildən tutmuş 20-ci əsrin əvvəllərində yaradılan bir neçə komitələr belə müstəqilliklərini elan etmək üçün savaşıblar. Yəni 1800, 1900-cu illər, yaxud Birinci Çeçen savaşında xalqlar müstəqillik üçün mübarizə aparıblar. Rusiya daxilində federallaşmadan istifadə edən bəzi xalqlar güclənməyə başlayıb. Digər tərəfdən, Çeçenistan və Dağıstan mərkəzi hakimiyyətə qarşı müqavimət göstərib. Bu da o deməkdir ki, hər zaman Rusiya mərkəzi hakimiyyətinə qarşı çıxış etmək məsələsi aktualdır. Nə zaman Rusiyada mərkəzi hakimiyyət zəifləyəcəksə, bu baş verəcək”.

Ekspert bildirib ki, əvvəlki illərdən fərqli olaraq təşkilatlanma güclüdür:

“Məsələn, Londonda, ABŞ-da, Avropa ölkələrində təşkilatlanmış çeçen qrupları var. Nə zamansa, müstəqillik meyilləri olarsa, o zaman onlar Çeçenistana dönəcəklər. Bu mənada indiki proseslər o tendensiyanı yeniləmiş oldu. Amma əsas sual budur: Rusiyanın mərkəzi hakimiyyəti nə qədər zəifdir? Silahlı üsyana başlasalar, hansı çüqavimətlə üzləşəcəklər? Hələlik bu sualların cavabı ziddiyyətlidir və o xalqların müstəqilliyi ilə bağlı danışmaq çox tezdir".
 
Ardını oxu...
Çeçenistan rəhbəri Ramzan Kadırov Qurban bayramı ərəfəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşdüyünü və regiondakı sosial-iqtisadi vəziyyət barədə məlumat verdiyini bildirib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Kadırov öz teleqram kanalında paylaşım edib.

"Görüşümüzdə mən Çeçenistan Respublikasının sosial-iqtisadi vəziyyəti haqqında məlumat verdim. Biz regionun uzunmüddətli planlarını və əldə etdiyi nailiyyətləri də müzakirə etdik"- deyə Kadırov yazıb.

O, səhifəsində görüşdən Putinlə selfi formatında foto da paylaşıb.
 

Dünyapress TV

Xəbər lenti