"Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Musavat Partiyasının üzvü Tofiq Yaqublunun aclıq aksiyasını dayandırması ilə bağlı ƏHD-in mətbuat xidmətinə açıqlama verib.

Teleqraf Qüdrət Həsənquliyevin açıqlamasını təqdim edir.

"Tofiq Yaqublunun ailə üzvləri, səmimi tərəfdarları reallıq hisslərini itirməməli, hesab edirlərsə ki, onun həyatı üçün təhlükə yaranıb, o halda təkəbbürü bir yana qoyub, Prezidentdən onun bağışlanmasını xahiş etməlidirlər. Söhbət insan həyatından gedirsə, kimin haqlı olması məsələsi kənara qoyulmalıdır. "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunun tətbiqi ilə əlaqədar Ədliyyə Nazirliyinin Kollegiyası tərəfindən qəbul edilən Təlimata əsasən aclıq edən şəxsin tələbləri əsassız sayılarsa o, müalicə müəssisəsinə yerləşdirilməli və həkim nəzarətində saxlanılmalıdır. Həyatı üçün təhlükə yaranarsa və qida qəbulundan imtinanı davam etdirərsə, şəxsi ləyaqəti alçaldılmadan hərəkətləri məhdudlaşdırılmaqla və qida borusuna zond salınmaqla məcburi qidalandırılmalıdır. Tofiq Yaqublu haqlı olaraq vəziyyəti o həddə çatdırmadı. Düşünürəm Prezident də bunu nəzərə alar və onu əfv edər" - deyə, millət vəkili qeyd edib.

Q.Həsənquliyevin sözlərinə görə, ƏHD partiyası insan hüquqlarını müdafiə təşkilatları tərəfindən həbs olunmalarında siyasi motivlərin olduğu iddia olunan şəxsiyyət və dövlət əleyhinə xüsusilə ağır cinayətlər törətmiş şəxslər istisna olmaqla, digərləri azad olunarsa, bunu düzgün qərar hesab edər: "Çünki bu qərar humanist addım olmaqla, siyasi baxımdan milli birliyə xidmət edər, cəmiyyət tərəfindən alqışlanar, ölkəmizə qarşı beynəlxalq miqyasda kampaniya aparanlara da əlavə bəhanə verilməz. Bundan başqa qarşıdan mətbuatın 150 illiyi gəlir, çox istərdik bütün jurnalistlər bu əlamətdar tarixi azadlıqda qeyd etsin. Həmin şəxslərin çoxu artıq xeyli müddətdir azadlıqdan məhrum edilib və inanıram ki, çoxları azad olunacaqları təqdirdə fərqli davranış sərgiləyəcəklər".
 

Bölmənin digər xəbərləri

11 May 2025 Yatmazdan əvvəl bu 2 sözü de – sevgi, bolluq və firəvanlıq sənin olsun
11 May 2025 Goranboyda 64 baş iribuynuzlu heyvan zəhərlənib öldü
10 May 2025 “Yağlı” müştərilərin soyulması - Kart məlumatları oğrulara satılır? – Problemin izi ilə
10 May 2025 Vəzifəli şəxslərin həbsinin TƏFƏRRÜATI: Gömrükdəki süründürməçilik, süni maneələr - FOTOFAKT
09 May 2025 Bakının bu ərazisində evlər söküləcək
09 May 2025  “TikTok”-da ajiotaj yaradan xəbər: Təhsil haqqı artırıldı?
09 May 2025 “Pulunu ver, balını artırım” – Abituriyentlərə yeni təhlükə
08 May 2025 Turizm Agentliyinin “yol şousu” baş tutmadı - TƏFƏRRÜAT
07 May 2025 DTX-nin həbs etdiyi bu şəxslər terrorun maliyyələşməsinə 30 min dollar yığıblarmış... - “Sədəqə toplayırdım” “Sədəqə toplayırdım”
07 May 2025 İcra başçıları xidməti avtomobilləri üçün benzini kimdən alır? (SİYAHI)
07 May 2025 Bakıda bu yol 20 gündə ikinci dəfə çökdü — VİDEO
07 May 2025 Binə qəsəbəsini nəfəs kəsən qoxu bürüdü - Əhali təşvişdə
06 May 2025 “Bolt”un yeni fırıldağı - sizdən əlavə pul tutur – İZAH
06 May 2025 “Bu şəxslər məlumatları fırıldaq şəbəkələrə ötürür” - ŞOK açıqlama
05 May 2025 Tətildə kuryer işləyən tələbə ölümlə nəticələnən qəza törətdi - ŞOK TƏFƏRRÜAT
05 May 2025 Deputat Moskvada saxlanıldı, deport edilir
04 May 2025 Tikintidə AĞIR QƏZA: Bu ölkənin vətəndaşları həlak oldu
04 May 2025 İranda 2 nəfəri ildırım vurub öldürdü
04 May 2025 Bakıda dəhşətli QƏTL – Oğul atasını səkkiz bıçaq zərbəsi ilə öldürdü
03 May 2025 Ulyanovsklu manyak – O, öldürdüyü insanların əşyaları ilə gəlincik bəzəyib

Dünyapress TV

Xəbər lenti