Ardını oxu...

2009-cu ildən başlayaraq, bu proses 100% süni idi: misli görünməmiş pul çapı və kəsir. Daha dəqiq desək, 15 ilə 27 trilyon dollar.

Axar.az xəbər verir ki, bu sözləri tanınmış amerikalı iqtisadçı Harri Dent “Dent Fox News Digital”a açıqlamasında 2024-cü il üçün iqtisadi proqnozlar səsləndirərkən deyib.

O bildirib ki, 2024-cü il həyatımızda görəcəyimiz ən ciddi çöküş ili olacaq.

Son əldə edilən imkanların investorların böyük hissəsində “mülayim tənəzzül” nikbinliyi yaratmasına baxmayaraq, Dent bunu sabun köpüyü adlandırıb və vurğulayıb ki, bu köpük 2024-cü ildə partlayacaq:

“Tarixən bazar qabarcıqları səhm qiymətlərinin sürətlə artması, sonra isə kəskin azalma ilə xarakterizə olunur. Bu qabarcıq əslində 2021-ci ilin sonlarında, COVİD pandemiyasından sonra şişməyə başlayıb və ilk əlamətlər 2022-ci ildə “Nasdaq”ın 38% ucuzlaşmasında özünü göstərdi. Bu, S&P-də 86%, NASDAQ-da isə 92% çöküşdür. Kriptovalyutada isə bu, 96% olacaq. Yeri gəlmişkən, daşınmaz əmlak 2012-ci ilin ən aşağı səviyyəsinə qayıdacaq”.

O, Böyük Depressiya proqnozlaşdırdığını bildirib.
Ardını oxu...
Yanvarın 1-dən dövlət müxtəlif kateqoriyaya aid altı minə yaxın vətəndaşın təqaüdünü, müavinətini və əmək haqqını artırıb. Onlar arasında keçmiş hərbiçilər də var.
SSRİ-nin Almaniyaya qarşı müharibəsinin veteranlarına ödənişlər artıb (ayda 330 manat, 2022-ci ildə 81 nəfər). Qarabağ müharibələri zamanı yaralanan əlillərin müavinətləri artırılıb. Amma dövlət veteranların aldığı yardımı artırmayıb. Bu kateqoriyaya aid vətəndaşlar ayda 30, sonradan 50 manat ölçüsündə veteran təqaüdü alırdılar. 1 aprel 2019-cu ildən etibarən Prezidentin fərmanı ilə Qarabağ veteranları üçün 80 manat ölçüsündə prezident təqaüdü təsis edilib. Fərmanda deyilir ki, təqaüd kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinətin əvəzinə verilir.
Amma 2019-cu ildən bu günə qədər bütün kommunal xərclər bir neçə dəfə artıb, veteranların pensiyasına əlavə olaraq verilən prezident təqaüdü isə dəyişməyib. Hazırda Azərbaycanda 70 minə yaxın Birinci Qarabağ müharibəsi veteranı yaşayır.
Bəs onların təqaüdü növbəti illərdə artırılacaqmı?
Məsələ ilə bağlı danışan Milli Məclisin deputatı Vüqar Bayramov Referans.az-a deyib ki, veteran pulunun artırılması ilə bağlı məsələ Milli Məclisdə bir neçə dəfə müzakirə olunub:
“Millət vəkilləri tərəfindən bu istiqamətdə təkliflər səsləndirilib. Eyni zamanda büdcə müzakirələrində də mən veteran pulunun artırılması ilə bağlı yeni mexanizmanın hazırlanmasını və tətbiqini təklif etmişəm. Bununla bağlı da dövlət qurumunun şərhi ondan ibarət olub ki, ümumiyyətlə sosial müavinətlərin artırılması imkanları ilə bağlı müzakirələr davam etdirilir və bu növbəti il fiskal gəlirlərimizdən asılı olaraq qərarların veriləcəyi gözlənilir. O baxımdan biz bu istiqamətdə artımların olmasını təklif edirik. Xüsusən fiskal gəlirlərimizə uyğun olaraq sosial müavinətlərdə artımların həyata keçirilməsini dəstəkləyirik”.
Deputatın sözlərinə görə, nəzərə alsaq ki, son illər praktik olaraq hər il minimum pensiya, minimum əməkhaqqı və eləcə də digər sosial müavinətlərdə artımlar olub. O, qeyd edib ki, 2024-cü ildə də fiskal gəlirlərimizə uyğun olaraq sosial paketlərimizin dərinləşəcəyi və həmin sosial təminatın gücləndirilməsi ilə bağlı yeni addımların atılacağı gözlənilir.
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov isə bildirir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bir nəfərin kommunal və nəqliyyat xərclərini ödəmək üçün cəmi 62 manat vəsait lazımdır:
“Bu məlumatı da bütün dövlət təşkilatları, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verirlər. Onlar da bildirir ki, biz hələ 62 manat olduğu halda onlara 80 manat veririk. Amma bu məsələ gündəmdədir. Baş nazirə də bu barədə müraciət olunub. Bu məsələyə mütləq baxılmalıdır. Yəni biz hesab edirik ki, 80 manat çox az məbləğdir. Bu məsələni Milli Məclisin iclaslarında dəfələrlə qaldırmışıq. İlk qaldıran da mən olmuşam”.
Gələn il büdcə gəlirləri nəzərə alınmaqla bu məsələyə ciddi şəkildə baxılmalı və həmin vəsait artırılmalıdır – deyə Vahid Əhmədov əlavə edib.
 
Ardını oxu...
“Adın insan taleyində, davranışında, şəxsi həyatında çox böyük rolu var. Biz isə bunu dərk etmirik. Bəzən ata-anamıza xoş olsun deyə övladımıza valideynlərimizin adını qoyuruq. Yaxud ata-anamız deyir ki, nəslim-köküm davam etsin deyə uşağa mənim adım qoyulmalıdır. Qəribə bir söz var - adım yerdə qalmasın... Sənin adın niyə yerdə qalır ki? Adını özün daşıyırsan, şəxsiyyət vəsiqəndə də var. Sonra da məzar daşında adın yazılacaq. Yəni adın heç vaxt yerdə qalmayacaq. Bizdə isə belə deyil. Bəzən bizi məcbur edirlər ki, uşağa anamın adını qoymalısan. Yaxud da qaynana deyir ki, uşağa anamın adını qoymalısan. Gənc ailələrdə bəzən bunun üstündə həqiqətən söz-söhbət düşür, dava-dalaş olur. Ən vacibi bizim övladımızdır. Uşağa ad vermək məsələsini ata-ananın öhdəsinə buraxmaq lazımdır, onlar öz aralarında həll etməlidirlər”.

Bu sözləri Pravda.az-a açıqlamasında tanınmış psixoloq Gülnar Orucova deyib.

Psixoloq bildirib ki, bəzi adlar var, dini baxımdan da qoyulması qadağan olunub: “Məsələn, “Qəzənfər” adının qoyulması dinimiz tərəfindən qadağandır. Bir neçə ad var ki, dinimiz həmin adları uşağa verməyi məsləhət görmür. Bəzən uşaqlara psixoloji olaraq adlar verilir. “Uğur”, “Qalib” adı verilən uşaqlar elə bilirlər ki, hər zaman uğurlu olacaqlar, qalib gələcəklər. Belə uşaqların sonradan depressiyaya düşdüklərini görürük. Çünki adın “Uğur” olması insanın hər zaman uğur qazanacağı demək deyil. Bəzən “İgid”, “Cəsarət” adlarını qoyub uşağa boş yerə özgüvən verirlər. Uşaq da adının cəsarətindən çıxış edərək elə davranışlar sərgiləyir ki, digər insanlar tərəfindən tərbiyəsiz, özbaşına, ağıldankəm kimi qarşılanır. Dinimiz buyurur ki, Məhəmməd, Əli adlarını övladına qoy. Hətta deyirlər ki, 4 oğlu olan bir insanın mütləq evində bu adlardan biri olmalıdır. Bunu nəzərə alanlar o qədər Məhəmməd, Əli adını uşaqlarına qoyublar ki, Əli, Məhəmməd adı sistemdə, doğrudan da, həddindən artıq çoxdur. Sistemdə çox olduğu üçün, eşitdiyimə görə, artıq Əli və Məhəmməd adlarının qoyulması qadağan olunub. Buna baxmayaraq, insanlar yenə də həmin adları qoyurlar. Keçmişdə “Sovet”, “Kombayn”, “Traktor” kimi adlar qoyurdular. Niyə? Sovet hökumətinə xoş olsun deyə. Düzdür, bu gün də hökumətə xoş olması üçün deyə adlar qoyulur. Amma bu adlar, hardasa, azdır və sabah uşağı utandırmır”.

Psixoloq deyib ki, ölkədə ad dəyişmək problemli məsələdir: “Bəzən uşaq adından utanır, amma dəyişə bilmir. Çünki ad dəyişmək çox problemli bir məsələdir. Hətta məhkəməyə qədər müraciət etməlisən, yalnız bundan sonra adını dəyişə bilərsən. Numerologiya elmində adların hərflərinin belə insanın həyatına təsirindən danışılır. Çox maraqlı elmdir. Bildirilir ki, uşaqlarınıza həmişə sonu saitlə bitən adlar qoyun. Çünki belə adlar uşağınızın həyat yolunun açıq və uğurlu olmasına dəlalət edir. Övladımıza ad seçərkən həddindən artıq diqqətli olmalıyıq. Təkrar adları qoymamalıyıq. Eyni adlar çoxalmamalıdır. Keçmişdə tarixi şəxsiyyətlərin, xanlıqların başçılarının, cəngavərlərin adlarını da uşaqlara qoyurdular. İndi isə prezidentlərin, şəhidlərin adlarını qoyurlar. Hər zaman görmüşük ki, insan adı ucaldır, ad insanı heç vaxt ucaltmır. Kiməsə adına görə hörmət etmirlər. O adam özünə hörmət qazanırsa, bu zaman hər kəs ona hörmət edir. Adlarda xüsusi səslər olur. Bir nəfər demişdi ki, xoşbəxt adamların adlarında həmişə “L”, “N”, “R” hərfləri olur. Sanki hər bir ad müəyyən titrəmələrin yaratdığı melodiyadır. Bu melodiya bəzən insana müəyyən xatırlatmalar edə bilir. İnsan var, adı çağırılanda ona xoş olur, insan da var ki, əksinədir. Bəziləri adı xoşuna gəlmir deyə özünə ləqəb qoyur. Yaxud adı xoşuna gəlmir, amma ailəsi adını dəyişdirməyə qoymur. Əziz valideynlər, övladınıza ad qoyanda mənasına diqqət yetirmək lazımdır ki, nəticədə utanmasınlar”.
 
Ardını oxu...
Roma Papası Fransisk keşişlərə eynicinsli cütlüklərə xeyir-dua verməyə icazə verib.

Gununsesi.info BBC-yə istinadən xəbər verir ki, Roma Katolik Kilsəsinin lideri bildirib ki, kahinlərə müəyyən şərtlər daxilində eynicinsli cütlüklərə xeyir-dua verməyə icazə verilməlidir.

Lakin Vatikanın evliliyə kişi və qadın arasındakı münasibət kimi baxmağa davam etdiyini bildirib.
 
Ardını oxu...
Amerikalı milyarder İlon Mask demoqrafik problemlər səbəbindən xalqların və ümumilikdə bəşəriyyətin yox olmaq təhlükəsi barədə xəbərdarlıq edib.

O bu barədə İtaliyanın baş naziri Giorgia Meloninin də iştirak etdiyi, “İtaliyanın Qardaşları” partiyasının təşkil etdiyi yığıncaqda verdiyi müsahibədə deyib.

“Biz uşaq dünyaya gətirməliyik, əks halda İtaliya, Yaponiya və Fransa mədəniyyəti yox olacaq. Bu ölkələrin artıq mövcud olmama riski var, bəşəriyyət yox ola bilər”, - deyə İlon Mask qeyd edib.
Maraqlıdır ki, İlon Mask tədbirə uşaqlarından biri ilə qatılıb.

Mənbə: TASS
 
Ardını oxu...
Hazırda paytaxtda söküntü işləri aparan Tikinti şirkətləri “bazar qiyməti” adı altında vətəndaşlara sökülən evlərin hər kvadrat metrinə 1500 manat ödəniləcəyi vədini verir.

Xezerxeber.az xəbər verir ki, halbuki həmin evlərin kvadrat metrini iki, hətta üç dəfə baha qiymətə satırlar.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı qeyd edib ki, vətəndaş evini istədiyi qiymətə sata bilər. Əgər vətəndaş qiymətdən razı deyilsə, onda qarşı tərəflə danışıqlar aparılmalıdır.

Paytaxtda pilot layihələrin icrasına diqqət çəkən R.Osmanlı qeyd edib ki, bu layihələrlə bağlı qaydalar dəyişib:
“Əvvəllər sahibkarlar istədiyi ərazidə bu işi görə bilirdi. Yeni qaydalarda paytaxt üzrə sıxlıq əmsalları nəzərə alınmaqla pilot layihələrə icazə verilir”.

Daha ətraflı videomaterialı təqdim edirik:

 
Ardını oxu...
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 15 dekabr 2023-cü il tarixli Qərarı ilə 2024-cü il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib.

AzFakt.com xəbər verir ki, 2024-cü il üçün iş vaxtı normasına əsasən gələn ilin aşağıdakı günləri iş günü hesab edilmir:

1, 2 yanvar – Yeni il bayramı;

20 yanvar – Ümumxalq hüzn günü;

8 mart – Qadınlar günü;

20, 21, 22, 23, 24 mart – Novruz bayramı;

10, 11 aprel – Ramazan bayramı;

9 may – Faşizm üzərində qələbə günü;

28 may – Müstəqillik Günü;

15 iyun – Azərbaycan xalqının milli qurtuluş günü;

26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü;

16, 17 iyun – Qurban bayramı;

8 noyabr – Zəfər Günü;

9 noyabr – Azərbaycan Respublikasının Dövlət bayrağı günü;

31 dekabr – Dünya azərbaycanlılarının həmrəyliyi günü.

Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun olaraq, 2024-cü ildə beşgünlük iş həftəsində 3,4,5 yanvar, 25 və 26 mart, 18 və 19 iyun, 11 noyabr tarixləri, altıgünlük iş həftəsində 3 yanvar, 25 mart və 18 iyun tarixləri istirahət günləridir. Beşgünlük iş həftəsində 7 yanvar iş günüdür.

2024-cü ilin fevral ayı 29 gündən, il isə 366 gündən ibarətdir.

2024-cü ildə beşgünlük iş həftəsində 239 iş günü, iş günü hesab edilməyən 105 istirahət günü, iş günü hesab edilməyən 19 bayram, 1 Ümumxalq hüzn günü, 1 Azərbaycan Respublikası Prezidenti seçkiləri günü və 1 Bələdiyyə seçkiləri günü var.

Azərbaycanda gündəlik normal iş vaxtının müddəti 8 saatdan, gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq ola bilməz. Bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir.

2024-cü ilin iş vaxtı norması 40 saatlıq beşgünlük iş həftəsi üzrə 8 saatlıq iş günü hesabından müəyyən edilir və bu zaman iş günü hesab edilməyən bayramqabağı, səsvermə, habelə Ümumxalq hüzn günü qabağı iş günlərində həftəlik iş günlərinin müddəti bir saat qısaldılır. 2024-cü il üçün 40 saatlıq iş həftəsində iş vaxtının illik norması 1 901 saatdır.

Altıgünlük iş həftəsi tətbiq edilərkən həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan və bilavasitə səhərisi gün istirahət günü olan iş gününün müddəti isə 6 saatdan çox ola bilməz.

Altıgünlük iş həftəsi olan iş yerlərində 40 saatlıq iş həftəsində çalışan işçilər üçün 2024-cü ildə beşgünlük iş həftəsi üzrə hesablanmış 1901 saatlıq illik iş vaxtı norması tətbiq edilməlidir.
 
Ardını oxu...
İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına güzəştli şərtlərlə ev alan zabit və gizirlərin kreditinin 15 %-ni dövlət qarşılayacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə Prezident İlham Əliyev “Gənclərin hərbi sahədə təhsil almasının təşviq edilməsi ilə bağlı tədbirlər haqqında” imzaladığı Fərmanda qeyd edilib.

Sənədə əsasən, 2024-2025-ci tədris ilindən başlayaraq ali təhsil müəssisəsinə və hərbi kolleclərə daxil olan kursantlar həmin təhsil müəssisələrindən məzun olaraq Azərbaycan Ordusunda 5 təqvim ili zabit və ya gizir kimi həqiqi hərbi xidmət keçdikdən sonra yaşayış sahəsinin alınması üçün İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına güzəştli ipoteka kreditindən istifadə etdikdə müvafiq yaşayış sahəsinin qiymətinin 15 faizədək olan hissəsi dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir.


Nazirlər Kabineti üç ay müddətində güzəştli ipoteka krediti üzrə yaşayış sahəsinin qiymətinin 15 faizədək olan hissəsinin maliyyələşdirilməsi, habelə güzəştli ipoteka kreditinin bir hissəsinin ödənilməsinə dövlət tərəfindən maliyyə dəstəyi göstərilməsi ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
 
 
 
Ardını oxu...
Uşağa görə əlavəni məhdudiyyət qoyulmadan işsiz kimi qeydiyyata alınan bütün sığortaolunanlar alacaq.

Bu Milli Məclisin ötən günlərdə keçirilən iclasında müzakirəyə çıxarılan “İşsizlikdən sığorta haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Azərbaycanda hər bir uşağa "uşaqpulu" verilməsi tələbi illərdir gündəmdən düşməyən müzakirə mövzusudur. El arasında "uşaqpulu" adlanan ödəniş - beynəlxalq təcrübəyə əsasən, hər bir uşağa ailəsinin gəlirinə əks mütənasib pul yardımıdır.

Azərbaycanda da hökumət müxtəlif qruplardan olan uşaqlar üçün ailələrə müavinət ödəyir. Ölkədə hər bir doğulan uşaq ailəsinin sosial statusundan asılı olmayaraq, birdəfəlik müavinət, yəni, uşaqpulu alır. Həmçinin, düşdüyü vəziyyətdən asılı olaraq, müxtəlif qrupdan olan uşaqlar müxtəlif yaşa çatanadək müavinət almağa davam edir.

Hurriyyet.Az-ın məlumatına görə, nəzərdə tutulan dəyişikliyin mahiyyəti haqqında Milli Məclisin deputatı Vüqar Bayramov Referans.Az-a açıqlama verib.

“Qanuna edilən yeni dəyişikliklər sığortaya çıxış imkanlarını və əlçatımlılığı artıracaq. Digər tərəfdən isə bu sığorta növündən istifadə etmək imkanı yaradır. Çünki burada 3 istiqamət üzrə artıq vətəndaşlarımızın sığorta alması mümkün olacaq. Burada müəssisənin mülkiyyətçisi dəyişəndə, vətəndaş öz iş yerinə bərpa olunanda və o cümlədən, hərbi xidməti başa vurub işə qayıtdıqda da sığorta bərpa olunacaq, dövlət tərəfindən sığorta ödənişi həyata keçiriləcək”.

Deputat qeyd edib ki, burada əsas məqamlardan biri sığorta stajının azaldılmasıdır. Belə ki, Azərbaycanda əvvəllər ən azı 30 ay işləmək tələb olunurdu, lakin yeni qaydalara əsasən bu 24 aya qədər endiriləcək.

“Artıq 24 ay iş stajı olan şəxslər əgər işdən ayrılarlarsa, sığorta almaq imkanına malik olacaqlar. Burada sığortalanan vətəndaşdır. İşsiz olan hər bir vətəndaşımız işsizlikdən sığortalanır. O, iş yerini itirən zaman artıq sığorta almaq hüququna malik olur. Mühüm məqamlardan biri də burada daha çox vəsaitin vətəndaşlara ödənilməsidir”.

Deputat qərarın gələn ildən etibarən qüvvəyə minəcəyini də vurğulayıb.
 
Ardını oxu...
Cənəb Preziden Cənab Ali baş komandan sizin biz qazilərə göstərdiyiniz yüksək diqqət və qayğıya baxmayaraq bəzi insanlar bəzi qurumlar var ki bizlərə nəyinki köməklik hətda sizin biz qazilər üçün dövlət büdcəsindən ayırdığınız vəsaiti bizə qıymırlar.Belə təşkilatlardan biridə Yaşat fondudur.
Bir neçə gün bundan öncə həkimin mənə yazdığı reseptə uyğun olaram mənim eynəklə təmin olunmağım üçün yaşat fonduna müraciət etmişəm.Eynəklə təmin olunmağım üçün yalnız Gəncə şəhərinə gəlməyim bildirilib.Gəncə şəhərinə gəldikdən sonra mənə bildirilib ki mənim eynəklə təmin olunmağım üçün əlavə olaraq mənə ayrılan vəsait 100 AZN civarındadı və əlavə olaraq pul ödəməliyəm.
Dərman preparatları və tibbi ləvazimatlarlaı ilə təmin olunmağım üçün Yaşat fondu tərəfindən mənə ayrılan illik vəsait 1000 azndirsə əgər mən bu limitdən artıq istifadə etmirəmsə nə üçün əlavə ödənis etməliyəm və mənə niyə eynək üçün 100 AZN limit qoyulur?nə üçün fondun əməkdaşları tərəfindən əvvəlcədən mənə bu barədə məlumat verilmir.

Şikayətçi vətəndaş Anar Mehdiyev əlavə olaraq onu da bildirir ki, “YAŞAT” fondunun qaynar xətti olan 8110 nömrəsi ilə əlaqə saxlamağa çalışsa da zənglərinə cavab verən olmayıb..
Ardını oxu...
/24xeber.az/
 
 
 

Dünyapress TV

Xəbər lenti