Veteranlara verilən 80 manat müavinətlə bağlı YENİ XƏBƏR – 2024-cü ildə…
Yanvarın 1-dən dövlət müxtəlif kateqoriyaya aid altı minə yaxın vətəndaşın təqaüdünü, müavinətini və əmək haqqını artırıb. Onlar arasında keçmiş hərbiçilər də var.
SSRİ-nin Almaniyaya qarşı müharibəsinin veteranlarına ödənişlər artıb (ayda 330 manat, 2022-ci ildə 81 nəfər). Qarabağ müharibələri zamanı yaralanan əlillərin müavinətləri artırılıb. Amma dövlət veteranların aldığı yardımı artırmayıb. Bu kateqoriyaya aid vətəndaşlar ayda 30, sonradan 50 manat ölçüsündə veteran təqaüdü alırdılar. 1 aprel 2019-cu ildən etibarən Prezidentin fərmanı ilə Qarabağ veteranları üçün 80 manat ölçüsündə prezident təqaüdü təsis edilib. Fərmanda deyilir ki, təqaüd kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinətin əvəzinə verilir.
Amma 2019-cu ildən bu günə qədər bütün kommunal xərclər bir neçə dəfə artıb, veteranların pensiyasına əlavə olaraq verilən prezident təqaüdü isə dəyişməyib. Hazırda Azərbaycanda 70 minə yaxın Birinci Qarabağ müharibəsi veteranı yaşayır.
Bəs onların təqaüdü növbəti illərdə artırılacaqmı?
Məsələ ilə bağlı danışan Milli Məclisin deputatı Vüqar Bayramov Referans.az-a deyib ki, veteran pulunun artırılması ilə bağlı məsələ Milli Məclisdə bir neçə dəfə müzakirə olunub:
“Millət vəkilləri tərəfindən bu istiqamətdə təkliflər səsləndirilib. Eyni zamanda büdcə müzakirələrində də mən veteran pulunun artırılması ilə bağlı yeni mexanizmanın hazırlanmasını və tətbiqini təklif etmişəm. Bununla bağlı da dövlət qurumunun şərhi ondan ibarət olub ki, ümumiyyətlə sosial müavinətlərin artırılması imkanları ilə bağlı müzakirələr davam etdirilir və bu növbəti il fiskal gəlirlərimizdən asılı olaraq qərarların veriləcəyi gözlənilir. O baxımdan biz bu istiqamətdə artımların olmasını təklif edirik. Xüsusən fiskal gəlirlərimizə uyğun olaraq sosial müavinətlərdə artımların həyata keçirilməsini dəstəkləyirik”.
Deputatın sözlərinə görə, nəzərə alsaq ki, son illər praktik olaraq hər il minimum pensiya, minimum əməkhaqqı və eləcə də digər sosial müavinətlərdə artımlar olub. O, qeyd edib ki, 2024-cü ildə də fiskal gəlirlərimizə uyğun olaraq sosial paketlərimizin dərinləşəcəyi və həmin sosial təminatın gücləndirilməsi ilə bağlı yeni addımların atılacağı gözlənilir.
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov isə bildirir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bir nəfərin kommunal və nəqliyyat xərclərini ödəmək üçün cəmi 62 manat vəsait lazımdır:
“Bu məlumatı da bütün dövlət təşkilatları, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verirlər. Onlar da bildirir ki, biz hələ 62 manat olduğu halda onlara 80 manat veririk. Amma bu məsələ gündəmdədir. Baş nazirə də bu barədə müraciət olunub. Bu məsələyə mütləq baxılmalıdır. Yəni biz hesab edirik ki, 80 manat çox az məbləğdir. Bu məsələni Milli Məclisin iclaslarında dəfələrlə qaldırmışıq. İlk qaldıran da mən olmuşam”.
Gələn il büdcə gəlirləri nəzərə alınmaqla bu məsələyə ciddi şəkildə baxılmalı və həmin vəsait artırılmalıdır – deyə Vahid Əhmədov əlavə edib.
 

Bölmənin digər xəbərləri

03 May 2025 Boşanma zamanı əmlak bölgüsü necə tənzimlənir? – Hüquqşünas
02 May 2025 Bakıda söküntülər BAŞLADI: Kompensasiya sakinləri qane etmir VİDEO
02 May 2025 Məhərrəm Quliyevin qəbuluna getsə də...
01 May 2025 Sumqayıt Şəhər İcra Hakimiyyətinin tabeliyindəki müəssisənin dövlətə vergi borcu üzə çıxıb
01 May 2025 Azərbaycan əhalisi ayda siqaretə 7, təhsilə 6 manat xərcləyir - SİYAHI
30 Aprel 2025 Kahramanmaraşda "Azərbaycan məhəlləsi"ndəki evlərin inşası yekunlaşıb
29 Aprel 2025  “Hünər İnşaat”: Burda insan taleyi HEÇDİR!
29 Aprel 2025 "Binanın altındakı torpaq sahəsi sakinlərin mülkiyyətidir" - Vəkil
28 Aprel 2025 Rəsmi iş yeri olmayanlara ŞAD XƏBƏR – Bu qayda ilə ev ala bilərsiniz
26 Aprel 2025 Rusiyada miqrantlarla bağlı yeni qaydalar təklif OLUNUR
25 Aprel 2025 Pensiyaçılara ŞAD XƏBƏR - Yeni qayda tətbiq edilir
25 Aprel 2025 Bir gün Bakıda nəqliyyat pulsuz olacaq
24 Aprel 2025 Bu rayonlarda köçkünlərə verilən mənzillərin sahəsi minimum səviyyədən aşağıdır - BU DA FAKT!
24 Aprel 2025  MTK-lar ev sahiblərinə güc tətbiqini qanuniləşdirmək istəyir?
23 Aprel 2025 Sahədən 30 qəpiyə alınan kartof marketdə 2.20 manata necə satılır? – Fermer
21 Aprel 2025 Pensiya alanlara ŞAD XƏBƏR- Sabah...
20 Aprel 2025 Nəqliyyatın qiymətləri: hansı ölkədə pulsuzdur, harada çox pul ödəməlisiniz?
19 Aprel 2025 Rusiyada yaşayan azərbaycanlılara ŞAD XƏBƏR- MƏBLƏĞ ARTDI
18 Aprel 2025 Bakıda ev ala bilmək üçün “yemədən-içmədən” 189 ay işləmək lazımdır - AL SƏNƏ...
18 Aprel 2025 Əhalinin kredit borcu sürətlə ARTIR: - Günah kimdədir?

Dünyapress TV

Xəbər lenti