Ardını oxu...
Dünyanın bir çox ölkələrində ictimai nəqliyyatdan istifadə edən bir qrup sərnişinlərə güzəştlər tətbiq edilir. Güzəştlər kateqoriyasında təmsil olunanlara tələbələr, müəllimlər, bir qrup dövlət işçiləri, pensionerlər, veteranlar, hətta jurnalistlər də daxildir.

Məsələn, qonşu Türkiyədə nəqliyyatda tələbələrə və şagirdlərə 60 faiz, 60-65 yaş arası insanlara 50 faiz, 65 yaşdan yuxarı təbəqə, eyni zamanda polis, əsgər və.s üçün pulsuz güzəştlər tətbiq edilir. Bundan əlavə, ictimai nəqliyyatdan daha çox istifadə edənlər üçün gündəlik, həftəlik və aylıq kartlar var. Bu kartlar vasitəsilə ay ərzində istədiyin qədər ictimai nəqliyyatdan istifadə etmək mümkündür. Qeyd edək ki, Mərkəzi və Şərqi Avropa ölkələrində, o cümlədən Polşada 10-dan artıq əhali kateqoriyasına güzəştlər tətbiq edilir.

Azərbaycanda belə bir güzəştlər nəyə görə yoxdur? Parlamentdə belə bir təklif irəli sürülübmü və ya müzakirə olunurmu? Ölkədə belə qruplar üçün hansısa başqa güzəştlər var?

Bu mövzu ilə bağlı Milli Məclisin deputatı Fazil Mustafa Referans.az-a açıqlama verib.

“Bu məsələ, doğurdan da, həssas məsələdir. Məsələn, Türkiyədə təqaüddə olan şəxslərə bələdiyyə avtobusları üçün xüsusi bir vəsiqə verilir ki, onlar bu nəqliyyat vasitəsindən ödənişsiz formada istifadə edirlər. Lakin bizdə bələdiyyə fəaliyyəti sıfıra bərabərdir və buna görə də bələdiyyə avtobusu anlayışı da nəzərdə tutulmayıb. Lakin tələbələr, təqaüdçülər və s. bu kimi həssas qruplar üçün güzəştlərin edilməsi lazımlıdır. Bizdə ictimai nəqliyyat, əsasən, dövlət quruluşlarının nəzarəti altındadır, bəzi adı özəl olan qurumlar da var ki, onlar publik hüquqi şəxs kimi fəaliyyət göstərirlər”.

Deputat qeyd edib ki, ictimai nəqliyyat sektorunun əsas hissəsi publik hüquqi şəxs kimi fəaliyyət göstərdiyinə görə həssas təbəqələrə güzəştlər edilməsində maraqlı deyillər.

“Eyni zamanda əlillər üçün ictimai nəqliyyatdan istifadə etmək böyük bir problemdir. Demək olar ki, əlil şəxslər ümumiyyətlə metrodan istifadə edə bilmirlər. Bunların heç biri Azərbaycan ictimai nəqliyyatında nəzərə alınmayıb. Parlamentdə də həssas qrupların nəqliyyatdan istifadəsinin təmini dəfələrlə müzakirəyə qaldırılıb. Lakin güzəştlər edilməsinə qaldıqda isə bələdiyyənin büdcəsi olmadığına görə, belə bir xidmətin göstərilməsi hələ ki, mümkün deyil”.
Ardını oxu...
Sabunçu rayonu, Aydınbəyov küçəsinin sakini Mustafayev Elgün Vaqif oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Qanunsuz olaraq işdən çıxarıldığını iddia edən şikayətçi, həm də ona pensiya verilməməsindən şikayətçidir:

“Mən, Mustafayev Elgün Vaqif oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Fövqəladə Hallar Nazirliyində yanğınsöndürən işləyirdim. İş vaxtı ev dağıldı, dağıntıların altında qalıb güclü xəsarət aldım. Sol ayağım qırıldı. Dərhal xəstəxanaya aparılaraq əməliyyat edildim və ayağıma implant qoyuldu. Bu səbəbdən, 4 ay xidmətə çıxa bilməmişəm.

Xəstəxanadan çıxandan sonra ayağımdakı dəmirə görə məni “yararsız” kimi xidmətdən uzaqlaşdırdılar və pensiyaya göndərdilər. 10 il pensiya aldım, amma 2 ildir pensiyamı kəsiblər. Nə işimə qayıda bilmirəm, nə də pensiyamı vermirlər.

Özüm fəhlə işləyirəm, amma yenə də ailəmə baxa bilmirəm. Səhhətim işləməyimə də mane olur. Deyirlər ki, xəstəliyin davam edir, amma pensiyamı kəsiblər. İş yerimdən deyirlər ki, sağlamlıq kağızını ver, səni işə götürək, o da əlimdə yoxdur.

Belə başa düşürəm ki, mənim kimi insanlar ancaq ölməlidir. Çünki iş vermirlər, pensiya vermirlər. Belə yaşamaq olmaz, ayağında dəmir olan insanın iş qabiliyyəti də kifayət qədər olmur. Çox təəssüf ki, bunu başa düşmürlər. Pensiya vermirsənsə, onda mənə sağlamlıq kağızı ver, gedim işləyim.

Sizdən xahiş edirəm, çarəsiz vətəndaşın şikayətini işıqlandırın”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Ekpert: “Təkvalideynli ailələrə verilən müavinətlər artırılmalı, həmin ailələr sosial həssas qrup kimi dövlət nəzarətinə götürməlidir”
“Pul dərdindən heç yerə gedə bilmirik, heç nə ala bilmirik. Övladımın paltosu, qalın üst geyimi yoxdur. Dəmir toplayıb satıb, ona yun paltar aldım ki, heç olmasa üşüməsin. Soyuducuma aylarla ət, ərzaq girmir. Heç işləmir, xarab olub. Bir uşaq doyunca yemək yemir, geyinmir, köhnə su keçirən ayaqqabı ilə gedir məktəbə. Deyir ki, ana ət olsaydı, dolma bişirərdin. Hönkür-hönkür ağlayıram. Ev də sökülür, tökülür baxımsızlıqdan. Tənha, xəstə anayam, kimsədən yardım yox, dövlət də kömək etmir”.
Göyçay rayonunun Ləkçıplaq kənd sakini Qumru Mahmudova belə deyir.
“Get iş tap, işlə, sənə düşmür”
Qumru Mahmudova tək oğul övladı ilə acınacaqlı, köməksiz vəziyyətdə yaşamasından şikayətçidir. Yeddi il öncə həyat yoldaşı ağır xəstəlikdən vəfat edib, elə o vaxtdan da Mahmudovlar ailəsi çıxılmaz vəziyyətə düşüb. 56 yaşlı ana 12 yaşlı oğulu ilə birgə ailə başçısını itirməyə görə verilən pensiya ilə dolanmaq məcburiyyətindədir.
Ardını oxu...
Tənha ana deyir ki, 120 manatlıq pensiya da ailənin kommunal və qismən ərzaq ehtiyacını ödəyir. Susuzluq, xəstəlik və maddi vəsait yoxluğu üzündən əkinlə məşğul ola bilmir. İllərdir ki, ünvanlı sosial yardım üçün ayaq döydüyü aidiyyəti qurumlardan “xeyr, sizə düşmür, get iş tap, işlə” cavabını alır. Çarəsiz vəziyyətdə qaldığını deyən ana yaşa görə sosial müavinət üçün etdiyi müraciətə də “sizə sosial müavinət də düşmür” cavabını alıb.
Qadın deyir ki, özü də qeydiyyatda olan şəkər xəstəsidir:
“Həyat yoldaşım sağ olanda onun pensiyası və əkin-biçinlə dolanırdıq. Qardaşım da kömək edirdi. O da artıq ağır yataq xəstəsidir, kömək edə bilmir. Həyat yoldaşım öləndən sonra cəmi üç dəfə ərzaq yardımı etdilər, onu da şikayətlə kəsdilər ki, bəsindir. Bir də övladımın beş yaşından səkkiz yaşına qədər 80 manat baxım pulu verilib. Sonra kəsilib”.
Ardını oxu...
“Dörd ildir ki, ünvanlı sosial yardım almaq üçün quruma ayaq döyürəm. Həyat yoldaşımın sağlığında sosial müavinətə görə müraciətimizə mənfi cavab verdilər. İndi nə sosial müavinət var, nə həyat yoldaşım. Məni süründürürlər yollarda. Deyirlər ki, “get iş tap işlə, sənə düşmür”. İş tapa bilirəmsə, işlə təminat varsa, daha sosial yardımı neyləyirəm? Kim şirinlik verir, kimin adamı var, salırlar qabağa, ünvanlı sosial yardımı ona düzəldirlər. 18 yaşına qədər ac, soyuq şəraitdə mən böyüdüm, sonra dövlət əsgər aparsın. O qurumda hər dəfə məni ağladırlar, təzyiqim, şəkərim qalxır. Deyirlər, get meyvə tərəvəz ək, sat dolan. Bu payız meyvədən 32 manat aldım, necə dolanım o pulla? Əkinə fiziki, maddi güc, su lazımdır. Bütün əkdiyim yayda yanıb, məhv olur. Həmişə əkmişəm, heyvan saxlamışam. İndi nə heyvan var saxlamağa, nə də əkinə pul, su. Özüm də şəkər, təzyiq xəstəsiyəm, onurğa sütunum zədəli, sümük əriməsi var. Günlərlə olur yataqdan ayağa qalxmıram, təzyiq qalxır, yıxılıram yerə. Gəlir yox, iş yox, heç olmasa ünvanlı sosial yardım verilsin”, – Qumru Mahmudova şikayətlənir.
“Yerimiz, doludur, səni işə götürə bilmərik”
Tənha ananın şikayəti həm də Dövlət Məşğulluq Agentliyindəndir. Deyir ki, illərdir iş və özünüməşğulluq üçün etdiyi çoxsaylı müraciətlər də nəticə verməyib. İstəyi də Ləkçıplaq kəndindəki həkim məntəqəsi və ya orta təhsil müəssəsində xadimə işidir. Rayon İcra Hakimiyyətinə iş üçün etdiyi ən son müraciəti zamanı isə qovulduğunu deyir. Üç ildir özünüməşğulluq proqramı üzrə yazılsa da, hər dəfə onu “növbən çatmayıb, iş də yoxdur”,- deyərək yola verdiklərini söyləyi:
Ardını oxu...
“On ildir ki, xadimə işi istəyirəm kənd məktəbində və ya tibb məntəqəsində. Direktor Sevda Vəliyevadan neçə dəfə xahiş etsəm də, məni deyil, öz tanışlarını, yaxınlarını işə alır. Aptekə belə müraciət etdim ki, götür süpürgəçi məni. Dedi iş yoxdur. Məşğulluq İdarəsinə dəfələrlə getmişəm ki, yaşıllaşdırma işlərinə cəlb edin. Deyir ki “yerimiz, doludur, səni işə götürə bilmərik”. İki gün öncə icra hakimiyyətinə getdim, dərdimi dedim, müavin Zivər İsmayılova aqressiv şəkildə dedi ki, kəndli deyilsən, get ək-biç dolan. Bizlik deyil, işimiz yoxdur”.
“Təkrar getdim Məşğulluq İdarəsinə, onlar da dedi ki, iş yoxdur. Dedilər, Özünüməşğulluq Proqramı üzrə də hələ 75 balın var, get növbəni gözlə. Dedim məndən sonra qeydiyyata düşənlər necə aldı, necə balı çatdı? İzah etmirlər, yola verirlər. Deyirəm, onda işlə təmin edin, dolanım. Deyirlər ki, özünüməşğulluğu dayandırırıq onda, amma iş növbəsinə yazıl. Bir on il də onu gözləyək. Nə iş, nə ünvanlı sosial yardımla təmin edirlər, nə də özünüməşğulluqdan heyvanı verirlər. Bəs tənha ana necə dolansın, necə çıxış yolu tapsın? Vallah, o soyuducu boşdur, 120 manatın yarısı kommunala gedir, bir hissəsi ərzağa, bir az da dərmana. Neft, qaz ölkəsində belə vətəndaş yaşayışı olar?”, – ana deyir.
“Taleyindən, qismətindən narazı olar, bizdən yox”
Göyçay Rayon İcra Hakimiyyətinin əməkdaşı Musa Məmmədov Meydan TV-yə deyib ki, indiyədək Qumru Mahmudovaya yeddi iş təklifi ediblər. Üstəlik aqressiv şəkildə deyil, qurumdan razı halda yola salıblar:
Ardını oxu...
“Vətəndaş qəbulda oldu, müraciətin dinlədik. Onun iki hektara yaxın pay torpağı, 28 sot həyətyanı sahəsi var. Pay torpağı hazırda istifadə olduğu üçün ona ünvanlı sosial yardım düşür. Sənədlərini toplayıb verməyi məsləhət gördük. Ona xadimə, cücə sexi və satıcı kimi yeddi iş siyahısı təklif etdik, ancaq qəbul etmədi. Həmçinin dedik? icra nümayəndəliyinə göstəriş verək əkinə kömək etsin, dedi ehtiyac yoxdur. O, ağıllı, ismətli xanımdır, ünsiyyətimiz yaxşı alınan vətəndaş oldu, aqressiv şəkildə onu yola salmamışıq. Taleyindən, qismətindən narazı olar, bizdən yox. Vətəndaş bizdən şikayətçi olmaqdansa, getsin özünüməşğulluqda qeydiyyata dursun, növbəsini gözləsin. Bir daha əlaqə saxlayıb, diqqət göstərərik”.
“Nə mənə yeddi iş siyahısı, nə xoş rəftar göstərilib”
Qumru Mahmudova isə deyilənləri “ağ yalan” adlandırır:
” Qəbulda olarkən nə mənə yeddi iş siyahısı, nə xoş rəftar göstərilib, nə də icra nümayəndəliyinə göstəriş veriblər. Özlərini təmizliyə çıxarmaq üçün uydurulmuş ağ yalandır”

Bəs aidiyyəti qurumlar nə deyir?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili Meydan TV-yə bildirib ki, vətəndaş yaşa və övlad sayına görə sosial müavinət ala bilməz. Ünvanlı sosial yardımı isə ya əlliliyi, ya da məşğulluğu təmin olunduğu halda almaq şansı var. Üstəlik qurumun təkvalideynli ailələrə etdiyi tək imtiyaz ailə başçısını itirməyə görə verilən müavinətdir:
Ardını oxu...
Rəşad Mehdili. Foto: “vergiler.az
“Göyçay rayon sakini Mahmudova Qumru Əlisa qızının hazırda 56 yaşı var və 1 övlad anasıdır. Qanunvericiliyə görə beş və daha çox uşaq doğub, onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların yaş həddi ümumilikdə 5 il azaldılmaqla onlara yaşa görə əmək pensiyası, yaxud yaşa görə müavinət təyin olunur.
Yaşa görə pensiya hüququ yaranmadıqda – yəni tələb olunan staj və pensiya kapitalı olmadıqda, yaşa görə sosial müavinət təyin edilir.
Ünvanlı sosial yardımla bağlı məsələyə gəlincə, Qumru Mahmudova 9 aprel 2023-cü il tarixində elektron qaydada müraciət edib. Lakin Qumru Mahmudova əmək qabiliyyətli şəxs olduğu halda işləmədiyinə görə onun müraciətinə imtina verilib. Qumru Mahmudova əlilliyi olan şəxs kimi qiymətləndirilərsə və ya məşğulluğu təmin olunarsa, yenidən müraciət etdiyi halda ünvanlı sosial yardımla bağlı hüququna baxıla bilər”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən isə tənha ananın probleminin onlara aidiyyatı olmadığını dedilər, Sosial Xidmətlər Agentliyinə yönəldilməsini məsləhət gördülər.
Sosial Xidmətlər Agentliyindən, eləcə də İş və Özünüməşğulluq Proqramı üzrə Dövlət Məşğulluq Agentliyindən müraciəti araşdıracaqlarını qeyd etdilər.
“30 ildir deyirəm, əməl edən yoxdur”
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bildirir ki, ölkə üzrə təkvalideynli ailələrin sayının statistikası yoxdur. Yalnız ailə başçısı itirməyə görə müavinət və pensiya alanların sayı min ailə üzrə 33 ailə, min nəfərə isə 56 nəfər düşür. Təkvalideynli ailələri araşdıran “Sənsiz” cəmiyyətinin rəhbəri Zemfira Rəhimova Meydan TV-yə bildirib ki, 23 il öncə apardığı statistikaya əsasən, ölkədə 100 min təkvalideynli ailələr var idisə, indi bu rəqəm artan boşanmalar və ölüm faktına görə 150 minə yaxınlaşıb. Bu göstəricinin 90 faizi tənha analar təşkil edir. Cəmiyyət rəhbəri təkvalideynli ailələrə, xüsusilə tənha analara illərdir xüsusi imtiyazların tanınmadığını, sosial – iqtisadi təminatının çox aşağı səviyyədə olduğunu bildirir.
Ardını oxu...
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
“30 ildir deyirəm, əməl edən yoxdur. İndiyə qədər məcburi köçkünlər üçün edilirdi, onların sosial həyatına dair altı bənddən ibarət Nazirlər Kabinetinin proqramı var. İndi onlar öz yurdlarına köçürülür və həmin maddələr istəyirəm təkvalideynli ailələrə, tənha analara şamil edilsin. Artıq təklifimi də vermişəm. 50 faiz də olsa, tətbiq edilsin. Dövlət bu ailələrə yardımçı olsun. Tənha analar bu cəmiyyətdə daha çox yüklənir. Tənha atalara nisbətən tənha anaların çoxu yenidən ailə qura bilmir. Tənha anaların iş təminatı, normal dolanışığı üçün bir sıra proqramlar həyata keçirilməli, qanunvericilikdə xüsusi imtiyazlar əlavə edilməlidir. Həmin ailələrin uşaqlarına təhsildə ödənişə 50 faiz güzəşt edilməlidir. Araşdırılsa, məlum olacaq ki, zərərli vərdişə aludə olan insanların çoxu diqqətdən kənarda qalan təkvalideynli ailələrin payına düşür. Oğlu hərbi xidmətdə olarkən dövlət ananın dolanışığını təmin etməlidir. Ailə, Qadın və Uşaq Problemləri Komitəsinin və onun regional qurumlarının üzərinə məsuliyyət düşür, ancaq əməli fəaliyyət illərdir görünmür”.
“Hökümət həm sosial mexanizmlərini, həm də biznes mühütünü inkişaf etdirməlidir”
Təkvalideynli ailələrlə bağlı əmək qanunvericilikdə müəyyən imtiyazlar var ki, bunlar da rəsmi çalışan təkvalideynli ailələrə tətbiq edilir, sosial iqtisadi rifaha təsiri yoxdur.
İqtisadçı ekspert Fərid Mehralızadə bildirir ki, həmin ailələrin sosial-iqtisadi təminatı ilə bağlı ciddi islahatlara ehtiyac var. Onun sözlərinə görə, həmin ailələrə ilkin dəstək kimi ailə başçısını itirməyə görə verilən sosial müavinət və pensiya ödənişi yaşayış minumumu səviyyəsinə qaldırılmalıdır.

“Ailə başçısı vəfat etdiyi təqdirdə pensiya alırsa, övladlarına ailə başçısı itirməsinə görə pensiya, pensiya hüququ yoxdursa, müavinət verilir. Azərbaycanda əksər insanların pensiya hüququ yoxdur, gənc yaşda vəfat edibsə, pensiya kapitalı, staj tələbi almağa bəs etmir. Belə təkvalideynli ailələr çox vaxt 120 manatlıq sosial müavinət alır. Problem də budur ki, ailə başçısını itirməyə görə təyin edilən müavinətin məbləği yaşayış minumumundan iki dəfədən azdır. Düzdür, yaşayış minumumun 270 manat olması özü də mübahisəli məsələdir, amma ən azından o qədər olmalıdır ki, insanlar minumum ehtiyaclarını ödəsinlər”.

Fərid Mehralızadənin şəxsi arxivindən
“Digər tərəfdən ünvanlı sosial yardımla bağlı çoxlu əlavə tələblər var ki, problem yaradır. Ünvanlı sosial yardımın məqsədi aztəminatlı ailələrə dəstək olmaqdırsa, bu proses çevik, obyektiv və effektiv olmalıdır. Prosesin özü düzgün qurulmayıb. Yoxsul əhalinin hamısına tətbiq olunmalıdır. Digər məsələ işsizlikdən sığorta məsələsidir. Çox az adam bundan sığortalana bilir. Özünüməşğulluq Proqramına da tələbat çoxdursa, hökumət həm sosial mexanizmlərini, həm də biznes mühitini inkişaf etdirməlidir. İş yerlərinin sayı çox olsun. İş yerləri çox olarsa, həmin insanların dövlətin yardımına ehtiyacı olmaz. İş tapıb işləyərlər. Təəssüflər ki, nə dövlətin sosial siyasət mexanizmləri əlverişlidir, nə də iqtisadiyyatı yetərli inkişaf etməyib deyə insanlar sosial problemlərlə üzləşəndə onlar üçün ağır perspektivlər yaranır”, – iqtisadçı vurğulayıb.
Fərid Mehralızadənin fikrincə, təkvalideynli ailələrin, tənha anaların sosial mexanizmi gücləndirilməlidir:
“Qeyd etdiyim pensiya yaxud müavinətlərin məbləği minumum tələbatı ödəyəcək məbləğdə olmalıdır. Bu ödənişi sadəcə uşağa deyil, onlara baxan analarına, atalarına da sosial yardımlar edilməlidir. Ünvanlı sosial yardım və Özünüməşğulluq Proqramı çevik, qiymətləndirmə düzgün şəkildə aparılmalıdır. Bu qəbildən olan həssas qrup ailələrin müraciətinə xüsusi prioritet verilməlidir”.
“Nə iş var, nə yardım, nə də elə söz deyilib”
Tənha ana Qumru Mahmudova isə deyir ki, yazı hazırlanan müddətdə aidiyyəti qurumlar tərəfindən nə onunla əlaqə saxlayan, nə də kömək etməyə çalışan olub:

“Icra hakimiyyətinə özüm zəng edib? guya mənə təklif etdikləri yeddi işlə maraqlanmaq istədim, dedilər nə iş var, nə yardım, nə də elə söz deyilib. Torpağın var, özün apar sənədlərini təqdim et, ünvanlı sosial yardım düşərsə, al”.
Mənbə:Meydan TV
 
Ardını oxu...
Əksər hallarda işçilər belə hesab edir ki, hər hansı bir hadisə ilə əlaqədar və ya İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən t-n işçidən yazılı izahatın verilməsini tələb etdiyi halda - İzahatın verilməməsi daha doğrudur. Bu halda işçilər də belə hesab edir ki, yazılı İzahatın verilməməsi - onlara qarşı intizam tənbehinin verilməsinin qarşısını alar, onların günahsız olmasını sübut edlr və ya mübahisə olunduqda gələcəkdə qanunsuz hesab edilə bilər. Əslində isə:
1. Bu hallarda yazılı İzahatın verilməsi-Əmək Məcəlləsində nəzərdə tutulub, bu Məcəlləyə əsasən İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən-işçidən yazılı izahatın verilməsini tələb etməlidir. Əks halda bu, AR-nın Əmək Məcəlləsinin tələblərinin pozulmasıdl.
2.AR Əmək Məcəlləsinə əsasən, İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.
3. Bu hallarda İzahatın verilməsi İşəgötürənin deyil,daha çox işçinin maraqlarına uyğundur.
4. İzahatda işçi zənn edilən və ya həqiqətən pozulan əmək münasibətlərində özünü yazılı olaraq müdafiə edə bilər.
5. İşçi, baş vermiş hadisədə və ya pozuntuda özünü günahsız olduğunu bildirə, sübut edə və ya əsaslandıra bilər.
6. İşçi, baş vermiş hadisə və ya pozuntunun qəsdən deyil, ehtiyatsızlıqdan baş verdiyini bildirə və əsaslandıra bilər.
7. İşçi. baş vermiş hadisə və ya pozuntunun özü tərəfindən deyil, başqa şəxs tərəfindən və ya başqa şəxslərin təqsiri üzündən baş verdiyini bildirə, əsaslandıra, sübut edə bilər
8.Yazılı İzahatda işçi, özünü müdafiə etməklə daha yüngül intizam tənbehi və ya intizam tənbehi sayılmayan xəbərdarlıq ala bilər.
9. İşçi, özünü müdafiə edərkən, şifahi şəkildə bildirə bilmədiyi və ya imkan verilmədiyi hal, fikir və əsaslandırmasını yazılı ifadə edə bilər.
10. İşçi baş vermiş hadisə ilə əlaqədar özü barəsində verilmiş Təqdimatda olan irad və əsasların qanunsuz olması barədə yazılı etiraz təqdim edə bilər.
11. İşəgötürən tərəfindən də işçinin bu barədə yazılı İzahatında olan arqumentlər də müvafiq qaydada araşdırılmalı və ya nəzərə alınmalıdır.
12. Əgər işçi yazılı İzahat verməkdən imtina edərsə, bu barədə müvafiq Akt da tərtib edilə bilər, ilkin baxışda bu həm də işçinin baş vermiş hadisədə günahkar olması kimi ehtimala da səbəb verə bilər.
Azər Quliyev.
Teref. Xocanın Blogu
 
Ardını oxu...
Azərbaycanda kişi müəllimlərin sayı kəskin şəkildə azalıb. Azərbaycanda ümumilikdə 22 min 461 kişi, 121 min 284 qadın müəllim var.

Tribunainfo.az yazır ki, təhsil eksperti Kamran Əsədovun fikrincə, həm regionlarda, həm də paytaxtda fəaliyyət göstərən kişi və qadın müəllimlər arasında kəskin fərq var:

“Bu təhlili yaş kateqoriyası və fənlər üzrə daha da genişləndirsək, ortaya çox xoş olmayan bir mənzərə çıxacaqdır.

Mütləq şəkildə kişi müəllimlərin sayını artırmaq lazımdır. Bunun şagirdlərin fərd kimi inkişafına bilavasitə təsiri var.

Kişi müəllimlərin sayının azlığı təhlükədir və təhlükəlidir”.

Təhsil eksperti Elçin Əfəndiyev isə bildirib ki, illərdi bu barədə danışırıq, amma problem həll edilməlidir:

“Fikrimcə, bu istiqamətdə naliyyət əldə etməyin yeganə həll yolu kişi müəllimlər üçün xüsusi imtiyazların tanınmasıdır. Əməkhaqqı həm kişi, həm də qadın müəllimlər üçün artmalıdır”.
 
Ardını oxu...
Müxtəlif formalı qumar oyunları və idmanı əhatə edən mərclər sürətlə çoxalır, minləri-milyonları öz təsir dairəsinə salır...
Artıq xeyli müddətdir ki, Azərbaycanda qumar bazarını monopoliyada saxlayan “Topaz” və “Azərlotoreyanın” “Misli” şirkətinin əməllariylə bağlı müdhiş araşdırmalarımızı davam etdiririk.
Bu araşdırmalarımız xeyli acınacaqlı və dəhşətli faktları üzə çıxarır. Məlum olur ki, həm “Topaz”ın, həm də “Misli”nin fəaliyyətində yetərincə qanun pozuntuları var. “Topaz” məntəqələri qanunvericiliyin tələblərinə zidd olaraq, təhsil müəssisələrinin ətrafında yerləşir. Bu da sözsüz ki, şagird və tələbələri hədəfə alır. Məlum məsələdir ki, tələbələr cəmiyyətin maddi cəhətdən kasıb tələbəsi sayılır. Şagirdlər isə hələ yetkinlik yaşına çatmadıqlarından kənardan gələn təsirlərə çox tez məğlub olurlar. Onlar qəfildən və asan yolla varlanmaq həvəsinə düşüb, mərc şirkətlərinin qumar məntəqələrinə, lotoreya masalarına üz tuta bilərlər.
Qumara daha çox kasıb təbəqənin üz tutduğu heç kimə sirr deyil. Kasıb əhali “kasıblığın daşı”nı atmaq üçün çıxış yolunu qumar oynamaqda, “Poz-qazan” tipli ani lotoreyalara, eləcə də idman mərclərinə meyl etməkdə görürlər. Onları buna vadar edən “Azərlotoreya”nın və “Misli”nin aldadıcı reklamları olur.
Araşdırmalarımız zamanı üzə çıxarmışdıq ki, “Misli”nin fəaliyyəti zamanı Azərbaycan Respublikasının Reklam Haqqında Qanununun tələbləri dəfələrlə, özü də kobudcasına pozulur. “Misli” insanları şirnikləşdirmək, onların cibindəki pulları almaq üçün müxtəlif cəlbedici, həqiqətə heç də uyğun olmayan reklamlara əl atır, azyaşlıların da izlədiyi müxtəlif televiziya proqramlarını, futbol qarşılaşmalarını öz təbliğat maşınına çevirir.
Təəssüf ki, günü-gündən qumar oyunlarının əhatəsi genişlənir, bu oyunlar daha çox insanı öz ağuşuna alıb, bir andaca müflis edir. Daha çox təəssüfləndirici digər məqam odur ki, tanınmış ekspertlər, ictimai-siyasi şəxslər, qanunun aliliyinin keşiyində durmalı olan nəzarətçi qurumlar buna göz yumurlar. İnsanları maarifləndirmək, onları bu yoldan çəkindirmək heç də hər kəsin marağında deyil.
Oxşar vəziyyət qardaş Türkiyədə də yaşandığından cəmiyyətin tanınmış şəxsləri buna etiraz səslərini ucaltmağa başlayıblar. Türkiyənin xeyli reytinqli siyasətçilərindən sayılan, prezidentliyə sabiq namizəd və Memleket Partiyasının başqanı Muarrem İnce özünün rəsmi “feysbuk” səhifəsindən “həyacan təbili” çalmaqdan çəkinməyib. Sitat: “İnternet üzərindən oynanılan qumar oyunları gəncləri əsir aldı. Problem getdikcə böyüyür. Səlahiyyət sahiblərini xəbərdar edirəm, bir an gecikmədən tədbir görün!”.
Ümid edək ki, İncənin bu incə və vacib çağırışı Azərbaycanda da əks-səda verəcək, cəmiyyətin tanınmış şəxsləri “Milsi” və “Topaz”ın hegemonluğuna, “qumar imperiyası”na qarşı çağırışlar edəcəklər. Gənclərimizi qumar adlı bəladan xilas etmək üçün başqa yolumuz yoxdur.
Poliqon.info
 

Ardını oxu...
Xəbər verdiyimiz kimi, ötən gün Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında keçirilən oyunun fasiləsində Azərbaycan Prezidenti İlham Əliyev 2023-cü ilin idman yekunları ilə bağlı təşkil olunmuş mərasimdə idman ictimaiyyətinin təltif edilmiş nümayəndələri ilə görüşüb.

Gundeminfo.az xəbər verir ki, görüşdə idman ictimaiyyətinin 29 nümayəndəsinə mənzil hədiyyə edilib.

“Bu gün burada düzülən mükafatlar, mənzillərin orderləri, digər mükafat növləri sizə işğaldan azad olunmuş Xankəndi şəhərində tarixi futbol matçının fasiləsində təqdim edilir. Bu münasibətlə sizi ürəkdən təbrik etmək istəyirəm”, - deyə Prezident çıxışında bildirib.
Ətraflı

Sözügedən çıxışın videosunu təqim edirik:

Qeyd edək ki, dekabrın 20-də İlham Əliyev Azərbaycanda idmanın inkişafında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi haqqında Sərəncam imzalayıb.



 
 
 
 
 
 
 

Ardını oxu...
“Uşaqpulu”, pensiya yaşı, sosial müavinətlərin artırılması və s. məsələlər gündəlikdədir və oradan çıxarılmayıb”.

"DogruXeber.az" bildirir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı Vahid Əhmədov deyib.

Millət vəkili Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat həmkarı Qüdrət Həsənquliyevin 2024-cü ilin prezident seçkilərində təqdim etdiyi platformasındakı müddəalara münasibət bildirib.

Xatırladaq ki, BAXCP sədri platformasında pensiya yaşlarının aşağı düşəcəyini, “uşaqpulu”nun veriləcəyini, eləcə də sosial müavinətlərin artılacağını bildirib.

V.Əhmədov söyləyib ki, parlament üzvləri bu yaxınlarda 2024-cü ilin dövlət büdcəsini müzakirə edəndə bu məsələlərin hamısına toxunub:

“Geniş müzakirələr gedib və ayrı-ayrı nazirlər, strukturlar bizə bununla əlaqədar müəyyən məlumatlar verib, yəni biz bu məsələləri gündəlikdən çıxarmamışıq. Ona görə də Qüdrət Həsənquliyevin bu məsələləri gündəliyə gətirməsini normal qəbul edirəm”.

Hakim partiyanın seçki platformasında hansı təkliflərindən olacağından söz açan bitərəf namizəd əlavə edib ki, seçkilərin favoriti İlham Əliyevdir.

“Hakim partiyaya gəldikdə isə biz bilirik ki, bu seçkinin favoriti cənab Prezident İlham Əliyevdir. Bunu heç kim inkar edə bilməz və o qalib gələcək. Sözün düzü, BAXCP-nin platformasını görməmişəm, amma bunlar ola bilər. Çünki bizim əsas ağrılı yerimiz olan Qarabağ məsələsi həll olundu. Fikrimcə, prezident seçkilərindən sonra biz daha çox islahatlara gedəcəyik, eləcə də sosial sahədə müəyyən dönüşü gözləyirik. Çünki 2023-cü ildə biz çox ciddi qanunlar - Rəqabət Məcəlləsi, dövlət ehtiyatları haqqında, habelə qiymətləndirmə haqqında qanunlar qəbul etmişik. Bunların hamısı çox ciddi addımlardır və 2024-cü ildə fəaliyyətə başlayacaq. Sosial sahədə bu addımların atılmasını gözləyirəm”.
Ardını oxu...
Son zamanlar Azərbaycanda hərbi qulluqçuların fəaliyyəti ilə bağlı bir neçə dəyişiklik baş verib. Gələn ilin əvvəlindən qüvvəyə minəcək dəyişiklikdə hərbçilərin pensiya yaşının artırılması nəzərdə tutulur. İndiyədək hərbi qulluqçular 20 il hərbi xidmət keçdikləri təqdirdə pensiyaya çıxmaq hüququ qazanırdı. Hərbçilərlə bağlı qanuna təklif edilən dəyişiklikdə həmin müddətin 5 il artırılaraq 25 ilə çatdırılması nəzərdə tutulur.

Azərbaycanda hərbi xidmətlə bağlı son dövrlər qəbul edilən daha bir qərar hərbi xidmətə çağırış prosesi ilə bağlıdır. Belə ki, vətəndaşların hərbi xidmətə yararlı, yaxud yararsız olması barədə qərar qaydası dəyişir. İndiyədək hərbi qulluqçuların hərbi xidmətə yararlılıq dərəcəsi hərbi komissarlıqda baxılırdı. Yeni dəyişikliyə əsasən, yekun tibbi müayinəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi aparacaq. Başqa sözlə, hərbi komissarlıqlarla yanaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də prosesə qatılacaq.

Bəs qəbul olunan yeni qərarların hədəfi nədir?

Məsələ ilə bağlı Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Referans.Az-a deyib ki, yeni dəyişikliklər hərbi xidmətdə yeni və intizamlı bir dövr yaradacaq:

“Azərbaycanda hərbiyə diqqət kifayət qədər böyükdür. Qəbul olunan yeni qərarlarda kifayət qədər müsbət məqamlar var. Pensiya ilə əlaqədar olan məsələdə sual doğuran əsas məqam pensiya yaşının 20 ildən 25 ilə qaldırılmasıdır. Bu qərarda da müəyyən güzəştə getdilər. 17, 18, 19 il hərbi xidmətdə olanlar 20 il tamam olduqda pensiyaya çıxa biləcək. Amma biz istəyirdik ki, ümumiyyətlə, bu qanun qəbul olunandan sonra qüvvəyə minsin. Bununla bağlı çıxış da etmişdik. Hazırda hərbiyə diqqət böyük olduğu üçün hökumət daha da müasir və güclü ordu yetişdirməyi hədəfləyir”.

Sosial sahədə də hərbçilərə müəyyən güzəştlərin veriləcəyini deyən deputat qeyd edib ki, onların pensiyasının 50 faizdən 65 faizə qaldırılması belə müsbət haldır. Onun sözlərinə görə, son zamanlar hərbi komissarlıqlarda kifayət qədər həbslər olub: “Bunların hamısı müəyyən rüşvət hadisələrindən irəli gəlirdi. İnsanlardan pul alıb daha sonra hərbi bilet verirdilər ki yararsızdır və s. Bütün bunları nəzərə alaraq belə bir qərar verildi. Sosial Müdafiə Nazirliyinin kifayət qədər Tibbi-Sosial Ekspertiza və Reabilitasiya mərkəzləri var. Buna görə də hərbi qulluqçuların hərbi xidmətə yararlılıq dərəcəsi hərbi komissarlıqlardan alınıb Sosial Müdafiə Nazirliyinə verildi”.

Hərbi ekspert, ehtiyyatda olan polkovnik Ramiz Şərifov isə Referans.az-a bildirib ki, qəbul olunan qanunların bir sıra məqsədləri var:

“Son zamanlar rüşvət məsələsi əhəmiyyətli dərəcədə artmışdı. Buna görə də bu məsələ hərbi komissarlıqdan alınıb Sosial Müdafiə Nazirliyinə verildi. Yəni hərbi komissarlıqda rüşvət sayəsində hərbi xidmətdən yayınmaq olurdu. Artıq hərbi xidmətdən yayınma halları bununla da sona çatacaq. Heç kim nəinsə müqavilində hərbi xidmətdən yayına bilməyəcək. Heç kim gedib Sosial Müdafiə Nazirliyində rüşvət müqavilində xəstəlik və ya hər hansısa sağlamlığın məhdudlaşdırıldığı barəsində arayış ala bilməyəcək. Bu çox çətin və müşqül bir məsələ olacaq”.

Aqil Qarayev
 
Ardını oxu...
Deputat Tahir Kərimlinin rəhbərlik etdiyi Vəhdət Partiyası prezident seçkilərində İlham Əliyevi dəstəkləyəcək.

Bu barədə qərar partiyanın bu gün keçirilən iclasında qəbul edilib.

Bildirilir ki, Vəhdət Partiyasının Siyasi Şurasının təklifi ilə Baş Məclis İlham Əliyevin növbəti dəfə Prezidentliyə namizədliyini dəstəkləmək haqqında qərar qəbul edib.

Qeyd edək ki, fevralın 7-si Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Ümid Partiyası və Haqq Ədalət Partiyası seçkilərdə Prezident İlham Əliyevi dəstəkləyəcəklərini açıqlayıblar.
 

Dünyapress TV

Xəbər lenti