Ardını oxu...
"Qazilərlə işləyirəm və sözsüz ki, narazı qazilər də var. Əsas problem odur ki, dövlət və cəmiyyət qazilərə daha çox diqqət verdi, indi həmin diqqət azalıb"
Bu sözləri Kanal13-ə müsahibəsi zamanı hərbi ekspert Azad İsazadə söyləyib.
"2020-ci ildə camaat küçəyə töküləndə qazilərimizə çox gözəl davranırlar. Qazilər elə bilirdi ki, ömür boyu belə olacaq. Həmin diqqət azaldığı üçün narazılıq artıb"-deyə,o əlavə edib.

Daha ətraflı aşağıdakı videoda:

Kanal 13
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdı
 
Ardını oxu...
İmtahan az idi, biridi bu yandan çıxdı...
Ali təhsil müəssisələrinin Bakıdan çıxarılması ilə bağlı təkliflərin sayı artır. Düzdür, təklifi
səsləndirənlərin çoxu bunu şəhərdəki tıxaclarla, əhalinin sıxlığının bir tərəfdən də tələbələrin
hesabına artması ilə bağlayırlar. Ancaq problemin başqa, çoxlarının görmədiyi bir tərəfi də var.
Ölkənin müxtəlif bölgələrindən gəlmiş on minlərlə tələbə paytaxtın bu basabasında, işsiz,
yüksək kirayə qiymətləri şəraitində necə dolanır? Təhsil üçün paytaxta gələn gənclərdən başqa,
hətta elə ailələr var ki, övladları tələbə olduğu üçün ailəliklə şəhərə köçməli olublar. Yaxud,
dolanışıq ucbatından əyalətlərdəki ev-eşiyini tərk edib Bakıya gələnlər var. Belə olan halda,
ortaya digər problem də çıxır: təcrübəli, əlində konkret peşəsi olan valideynlərin iş tapa bilmədiyi
vaxtda tələbələr necə etsin? Hələ onu da nəzərə almaq lazımdır ki, bəzi tələbələr ödənişli
əsaslarla təhsil alır. Ali təhsil müəssisələrində illik ödənişlərini də nəzərə alsaq tələbələrin
vəziyyəti daha da çətinləşir. Vəziyyətdən çıxış yolu nədir? Təhsildən boş qalan vaxtını işləyib,
ailəsinə və təhsilinə dəstək vermək istəyən tələbələr necə etməlidir?
Öncə tələbələrin özünü dinləyək.
Bakı Slavyan Universitetinin tələbəsi Nihad Əliyev bildirir ki, tələbə təqaüdü gündəlik xərcləri
qarşılamaq üçün bəs etmir. Bəzi müəssisələr yarımştat iş təklif etsələr də verdikləri məvacib
ürək açan deyil: “Tikinti şirkətində işləyirdim, dərs saatlarına uyğun olmadığına görə ayrılmalı
oldum”.
Jurnalistika ixtisasında təhsil alan Nurlan Hüseynli isə dərsdən sonra özünü inkişaf etdirmək
üçün proqramlaşdırma ilə məşğul olur. Digər tələbələr kimi, o da iş tapmaqda çətinliklərlə
qarşılaşır. Proqramlaşdırmayla bağlı iş təklifi alsa da dərsinə görə 3 saat işdə ola bilib, işə
götürənlər bununla razılaşmadığından başqa yarım günlük iş axtarışındadır.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi Aysun Həsənova orta məktəbi
rayonda bitirib. Ailədə 4 uşaq olan tələbəmiz öz xərclərini qarşılamaq üçün bir çox yerə iş üçün
müraciət edib. Lakin yarım günlük iş tapa bilməyib. O da tələbələrə iş verilməməsindən
şikayətçidir.
“Xidmət sahələrində işləyən tələbələr istismar olunur. İş saatları çox, maaşı isə azdır. Belə
sahələrdə təcrübə tələb olunmadığa görə tələbələr ofisiant, kuryer kimi işlərdə işləyə bilirlər”.
Bu sözləri Pressklub.az saytına açıqlamasında sosioloq Lalə Mehralı deyib. Mütəxəssis deyir ki,
indi az qala bütün sahələrdə yarımştat işlər o qədər azalıb, tələbələrə ümumiyyətlə, iş vermək
istəmirlər: “Yay aylarında tələbə işləmək istəyir, ona da iş vermirlər, daimi işçi istəyirlər.
Gənclərin seçimi olmadığına görə əldə olana qane olmaq məcburiyyətində qalırlar, bu da
əməyin istismarına gətirib çıxarır”.
Müsahibimiz çıxış yolunu işə qəbul qaydalarını yumşaltmaqda görür. Bildirir ki, iş stajı yalnız
istisna hallarda tələb olunmalıdır: “Məsələn, mühasibat kimi məsuliyyətli işlərdə tələb olunsa,
daha məntiqli olar”.
Tələbələr və yaxud yenicə məzun olmuş şəxslər iş üçün müraciət edəndə ən azı 2-3 illik iş
təcrübəsi tələb olunur. Bu isə işləmək istəyən tələbələrin ən ağrılı yeridir.
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov saytımıza
açıqlamasında deyir ki, tələbə və məzunların işsizliyinin səbəbləri çoxdur: “Bütün ali
məktəblərdə nəzəri biliklərlə yanaşı, praktiki biliklərin verilməsi də təmin edilməlidir. Amma
istisnalar da var, UNEC, BANM kimi bir neçə ali təhsil müəssələrində bu, mövcuddur. Tələbələr
praktikaya gedib praktiki bacarıqlar əldə edirlər. İşə götürənlər təcrübəsiz işçiləri işə
götürməkdən çəkinirlər. Sahibkarlar təcrübəli işçi götürməyə maraqlıdırlar”.
Sahib Məmmədov onu da əlavə etdi ki, dövlət qulluğu imtahanında məzunlar iştirak edə bilərlər,
orada təcrübə tələbi yoxdur. Amma özəl sektorun öz tələbləri var, onların məqsədi qazanc əldə
etməkdir.
“Ən böyük problem müvafiq iş yerlərinin olmamasıyla bağlıdır, iş yerləri məhduddur. Əmək
bazarına daxil olanların sayı onu tərk edənlərin sayından çoxdur deyə iş yerlərinin sayı azdır.
İşçi qüvvəsi coğrafi olaraq qeyri-bərabər bölünüb. Əsas hissə Bakı və Abşeronda cəmləşib.
Ona görə də burda iş yerləri məhduddur. Bu səbəblərdən məzunlar ixtisası üzrə iş tapa
bilməyib, başqa yerlərə üz tuturlar. Burda başqa bir amil həm də təhsilin keyfiyyəti məsələsidir.
Bütün bunlar ona gətirib çıxarır ki, universiteti bitirmiş gənclər arasında işsizlik səviyyəsi
yüksək olaraq qalır” – Sahib Məmmədov deyib.
Pressklub.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirir ki, tələbələr universitetdə 2-ci
kursdan başlayaraq, təcrübə keçməlidirlər: “Həmin gündə etibarən əmək müqaviləsi
imzalanmalıdır və keçdikləri sahə üzrə təcrübə qeyd olunmalıdır ki, sonda tələbələr asanlıqla
işə qəbul oluna bilsinlər”.
Məktəbi bitirən kimi universitetə qəbul olunan tələbədən iş təcrübəsi tələb etmək nə dərəcədə
doğrudur? Hələ təhsil alan gəncin işləmək şansı olmayıbsa, necə təcrübə qazana bilərdi?
Ekspertin dediyi kimi, bu cür problemləri həll etmək üçün maaşlı təcrübə proqramlarının
yaradılması, qismən də olsa, çıxış yolu ola bilər. Gənclər motivasiyadan düşməməli, daim şəxsi
inkişafları üçün çalışmalıdırlar.
Mütləq bir gün ümid işığı həyatımıza günəş kimi doğacaq.
Səbinə Hüseyn
pressklub
 
Ardını oxu...
AR Nazirlər Kabinetinin qərarına əsasən: Mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan aşağıdakı fiziki şəxslər bu xərcləri ödəməkdən azad olunurlar:
1. Ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri.
2. AR-nın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin müvafiq yerli qurumlarında və “DOST” mərkəzlərində işsiz kimi qeydiyyatda olan şəxslər.
3. Fiziki şəxsin qeyd edilən kateqoriyalardan birinə aid olduğunu təsdiqləyən sənəd onun müraciəti əsasında AR-nınƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir.
Fiziki şəxs həmin sənədi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “e-sosial” internet portalında yaradılan elektron kabineti vasitəsilə və ya “DOST” mərkəzlərinə müraciət etməklə əldə edə bilər.
4. Xatırladıram ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən: İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə aşağıdakı məbləğlərdə haqq müəyyən edilmişdir:
5. Ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə-50 manat
6. .Əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə-50 manat
7. İlkin mediasiya sessiyasının təşkil edilməsi ilə bağlı mediator və mediasiya təşkilatının çəkdiyi poçt, kargüzarlıq və s. cari xərclərin məbləği təsdiqedici sənədlər əsasında 10 manatdan çox olmayaraq müəyyən edilir.
Yuxarıda göstərilən şərtlər daxilində və qaydalarla - mediasiya xərclərini ödəmək imkanı olmayan fiziki şəxslər qeyd olunan xərcləri ödəməkdən azad olunurlar.
Azər Quliyev
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdı
Ardını oxu...
Adınızın sizə nə dediyi haqqında düşünmüsünüz? Günümüzdə doğulan uşaqlara bəzən elə adlar verilir ki, onlar bu suala cavab tapmaq belə istəmirlər.

Uşaqlara ad qoyanda nəyə diqqət etməliyik?

İctimai TV bu suala cavab tapmağa çalışıb.

“Sözün əsl mənasında adımla bağlı bir travma yaşadım və qərar verdim ki, yox, belə olmaz. Elə hamı məni gülüş obyektinə çevirir”.

Bu sözləri tanınmış aparıcı Murad Əzimzadə deyib.
Hamımızın Murad Əzimzadə kimi tanıdığı aparıcının əslində adı Maradona olub. Babası futbol fanatı olduğu üçün onun adını məşhur argentinalı futbolçu Dieqo Maradonanın soyadından ilhamlanaraq qoyub. 16 yaşına kimi bu adı üzərində daşıyan aparıcının sözlərinə görə, valideynlər övladlarına ad qoyarkən diqqətli olmalıdırlar. Əks halda bu uşağın cəmiyyətdə çətin vəziyyətdə qalmasına səbəb olur:

“İstər məktəbdə, istər küçədə, istər dostlarım arasında hara gedirdimsə, adım diqqət çəkirdi və başlayırdılar məndən xoşa gələn və eyni zamanda xoşagəlməyən zarafatlar eləməyə. Məsələn, kimsə yaxınlaşıb deyirdi ki, salam, mənim adım Ronaldu, mənim adım Pele. Belə şeylər yeniyetmə dövründə adama bir az əsəb verirdi. 16 yaşımda şəxsiyyət vəsiqəsi aldığım zaman özüm ərizə ilə müraciət elədim və adımı dəyişdim”.

Psixoloq və ekspertlər bu barədə nə düşünürlər?

Ətraflı süjetdə:

 
Ardını oxu...
Azərbaycanın regionlarında hotel və sanatoriyaların əmlak vergisi üç il müddətinə 75 faiz azaldılır. Ekspertlər deyirlər ki, yeni güzəştlər bölgələrdə hotellərin qiymətinin azalmasına gətirib çıxarmalıdır.

Gələn ildən Azərbaycanın regionlarında hotel və sanatoriyaların əmlak vergisi 3 il müddətinə 75 faiz azaldılacaq. Bu, Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Yeni qərarda söhbət Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu istisna olmaqla, respublikanın digər şəhər və rayonlarında, o cümlədən Naxçıvan Muxtar Respublikasında hotel və sanatoriya kimi fəaliyyət göstərən yerləşmə vasitəsi olan daşınmaz əmlaklardan gedir. Yeni güzəştlər bölgələrdə otellərin qiymətinə necə təsir edəcək, azalma olacaqmı?

“Kaspi” qəzeti mövzu ilə bağlı araşdırma aparıb.

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası sədrinin müavini Əhməd Qurbanov bildirib ki, tətbiq edilən güzəştlər hotellərin xərclərindən çıxıldığı üçün bu dəyişiklik qiymətlərdə öz əksini tapacaq: “Gələn ildən Vergi Məcəlləsinə uyğun olaraq yerləşmə müəssisələri kimi fəaliyyət göstərən daşınmaz əmlaklara 3 il müddətində 75 faiz əmlak vergisindən azad edilmə qüvvəyə minəcək. Bu tip təşviqlər sahibkarlar üçün çox önəmlidir. Belə olduğu halda turistlərin bu hotellərdə qalması üçün münbit şərait yaradılır. Amma bütün dünyada turistlər bəzən qiymətlərdən şikayət edirlər. Bunun da səbəbi hotellərin müəyyən xərclərə malik olmasıdır. Belə təşviqlər olanda hotellər mümkün qədər qiymətlərini endirirlər. Hotellər xərc hesablamalarını apararkən əmlak vergisini oraya daxil etməyəcəklər. Bu da turistlərə daha sərfəli qiymətlərlə istirahət etmək imkanı yaradacaq. Düşünürəm ki, bu güzəştlərdən sonra region hotellərinin qiymətlərindəki fərqi görə biləcəyik, az bir faizlə olsa da, ucuzlaşmanın şahidi olacağıq. Təbii ki, mövsüm vaxtı bazar iqtisadiyyatının şərtləri, tələb və təklifdən asılı olaraq qiymətlərin artımını hər il müşahidə edirik. Gələn il də bayram vaxtı, özəl günlərdə bunun olması qaçılmazdır. Amma güzəştlər ümumilikdə müəyyən qədər hotellərin qiymətlərinə öz müsbət təsirini göstərəcək”.

Ə.Qurbanovun sözlərinə görə, hotellərin və istirahət mərkəzlərinin sayının artırılması üçün təşviq mexanizmi olmalıdır: “Turizmin inkişafı üçün bu tip təşviqlər vacibdir. Dünya təcrübəsində də dövlət tərəfindən torpaq sahələrinin verilməsi və orada hotellərin tikilməsinin təşviq edilməsi vacib amillərdəndir. Sahibkara dəstək olarsa, hotellərin sayı həm regionlarda, həm də paytaxtda daha da artar. Bu da rəqabət siyasəti ilə qiymətlərin daha da aşağı enməsinə, keyfiyyətli xidmətin göstərilməsinə şərait yaradar. Çünki nə qədər çox rəqabətli mühit olarsa, həm inkişaf olur, həm də qiymətlərdə tənzimlənmə daha effektiv müşahidə edilir”.

Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndinin fikrincə, bu güzəştlər daha çox iri müəssisələrin xeyrinə olacaq: “Bu, regionların inkişafına doğru yönəlmiş bir addımdır. Vergi güzəştləri daha çox dəyəri yüksək və daşınmaz əmlakı böyük olan müəssisələr üçün faydalı olacaq. Qərarda qeyd edilir ki, mehmanxana və sanatoriya-kurort müəssisələrinə şamil olur. Qanunvericiliyə əsasən də, hotel azı 11 otağı olan yerləşdirmə vasitəsi adlanır. Sanatoriya-kurortların isə əksəriyyəti iri müəssisələrdir. Bu qərar qiymətlərin azalmasına gətirib çıxara və yaxud müəssissə tərəfindən vəsaitlərin inkişafa, personalın təkmilləşməsinə, xidmətlərin keyfiyyətinin yüksəlməsinə və yeni müştəri bazasının əldə edilməsinə yönəldilə bilər. Düşünürəm ki, bu cür vergi güzəştləri davamlı xarakter daşısa, daha yaxşı olar”.

S.Dübəndi qeyd edib ki, regionlarda hotelçiliyin inkişafına dəstək olmaq üçün müəyyən addımlar atıla bilər: “KOB-lar biznesin inkişafı istiqamətində ölkədə bir sıra faydalı proqramlar həyata keçirirlər. Buna baxmayaraq, kiçik hotelçiliyin, turizm biznesinin inkişafı üçün ixtisaslaşmış kreditlər tətbiq edilmir. İnkişaf üçün biznesin kreditləşməsi zəruridir. Digər tərəfdən, bir sıra sosial-iqtisadi alətlərdən istifadə edərək regional turizmi canlandırmaq perspektivlərini unutmamalıyıq. Misal üçün, yerləşdirmə vasitələrində təklif edilən üç gecəlik paketin bir gecəsini dövlət subsidiyası ilə ödəyərək regional səfərləri stimullaşdırmaq mümkündür. Ölkədə Həmkarlar İttifaqı sistemində bu və yaxud digər sahələrdə çalışan insanların asudə vaxtının, istirahətinin və müalicəsinin təşkilinin təmin edilməsi məqsədilə yalnız adı gedən qurumun tabeliyində olan yerləşdirmə, sanatoriya-kurort müəssisələrilə çalışdıqlarını görürük. Bu sistemi digər regional yerləşdirmə vasitələri üçün də tətbiq edib, sistemi genişləndirmək mümkündür”.
 
 
 

Ardını oxu...
Bərdə rayonunda məskunlaşmış Xocavənd rayon sakini Aygün Zeynalova bildirir ki, onun oğlu Ceyhun Zeynalov 44 günlük vətən savaşında iştirak edib və yaralanıb lakin o əlilliyini ala bilmir.

Şikayətçi deyir ki, oğlu süründürməçiliyə məruz qaldığı üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında intihara cəhd edib. Çarəsiz ana aidiyyatı qurumlardan onlara köməklik göstərilməsini xahiş edir.

Daha ətraflı aşağıdakı videoda:



Mənbə: Kanal 13
Təqdim etdi: DİA-AZ.COM (ƏRSOYUN BLOQU)

Səhifəmiz bütün maraqlı tərəflərin rəy və mövqe ifadəsi üçün açıqdır...
 
Ardını oxu...
Azərbaycanda yeni tikililərdə kommunal xidmətlərin göstərilməsində dəyişiklik olunub.

Bu ilin oktyabr ayının 1-dən sonra tikilən evlərin tikintiyə icazə sənədi olmadığı halda fərdi və qeyri-yaşayış evləri elektrik və istilik enerjisi, qaz və su təchizatı şəbəkələrinə qoşulmayacaq.

Azərbaycan Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin kommunal xidmətlərinə qoşulması qadağandır.

Bu yenilik əmlak bazarına ciddi təsir edəcəyi gözlənilir.

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, ilk öncə qeyri-yaşayış təyinatlı evlərin təyinatı dəyişdirilməli və bundan sonra çıxarış verilməlidir:


“Bakı kəndləri, Abşeron ərazisi, Xırdalan, Masazır və digər yeni salınmış həyət evləri olan ərazilərin böyük əksəriyyətində çıxarış yoxdur. Çıxarış almaq mümkün olsaydı, vətəndaşlar hansısa formada bunu alardılar. Bu ərazilərdə də problem ondadır ki, torpaqlar təyinatı üzrə deyil.

Yəni, fərdi həyət evləri, yaşayış massivləri tikiblər, amma onların təyinatı fərqlidir. Tutaq ki, burada olmalıdır əkin-biçin sahəsi, maldarlıq, heyvandarlıq və s. Hansı ki, hazırda bu təyinatla istifadə mümkün də deyil. Bu gün həmin ərazilərə çıxarışların verilməsi üçün birinci növbədə torpağın təyinatı dəyişməlidir.

Yaşayış massivi kimi nəzərdə tutulmalı, daha sonra çıxarış verilməlidir. Hazırda Bakı və Abşeron ərazisində 100 minlərlə çıxarışı olmayan fərdi həyət evləri var. Düşünürəm ki, yeni qaydanın tətbiqi bu problemlərin qarşısını ala bilər”.
 
Ardını oxu...
Hazırda ölkəmizdə pensiyaçı şəxslərin yaxınlarına dəfn üçün verilən müavinətin məbləği minimum (280 AZN) pensiyanın 3 misli qədər, yəni 840 manatdır.

Pensiyaçı olmayanlar üçünsə müavinətin məbləği 500 manat hesablanıb. Bu həftə mətbuata açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev sözügedən məbləğin mərhələlərlə artırılacağını deyib:

“Həm uşağın anadan olmasına, həm də dəfnə görə müavinətlərdə son 4 il ərzində 5 dəfəyə yaxın artım olub. Bu tendensiya davam etdiriləcək. Hər sosial islahat paketində bu məsələyə bir daha baxılacaq”.

Qanunvericiliyə görə, dəfn üçün müavinət sığorta olunan, əmək pensiyaçısı və ya sosial müavinət alan, habelə işsizlikdən sığorta ödənişini alan şəxslər vəfat etdikdə verilir. İşsiz və ya rəsmi iş yeri olmayanlar, pensiya və sosial müavinət, eləcə də işsizlikdən sığorta ödənişi almayan şəxslər vəfat etdikdə dəfn üçün müavinətin verilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmayıb.

Bəzi ekspertlərin fikrincə, bu, doğru yanaşma deyil. Əslində işsiz şəxslərin ailəsinin dəfn üçün həmin məbləğə daha çox ehtiyacı var.

Deputat Ceyhun Məmmədov açıqlamasında bildirib ki, hər kəs bu müavinətdən yararlanmalıdır:

“Ümumiyyətlə, mən bu məsələyə dəfələrlə toxunmuşam. Dəfn pulunun miqdarı artırılsa da, yenə də azdır. Hər birimiz bilirik ki, bir insanın dəfni üçün nə qədər vəsait lazımdır, ona görə də bu vəsaitin qaldırılması ilə bağlı addımlar atılmalıdır. Xarici təcrübəni də öyrənmək lazımdır, bu qərar hamıya şamil edilməlidir, hər kəs bu vəsaitdən az da olsa, bəhrələnməlidir. Bu məsələyə yenidən baxılmasına ehtiyac var”.

“Pensiya, müavinət, maaş almayan şəxslərin dəfn puluna daha çox ehtiyacı var. Bu vətəndaşların da ölüm haqqı tanınmalıdır, onların da dəfninə dövlət qayğısı göstərilməlidir” – bunu isə iqtisadçı Akif Nəsirli deyib.

O, açıqlamasında bildirib ki, hazırda bu haqdan sığorta ödəyənlər yararlana bilir:

“Biz kifayət qədər sərvəti olan ölkədə yaşayırıq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun qərarı isə özünü sosial cəhətdən müdafiəyə ehtiyacı olan əhalini və büdcəyə hər hansı bir formada sığorta haqqı ödəyən vətəndaşları əhatə edir. ƏMAS-a görə sosial müdafiəyə ehtiyacı olan həssas qruplar mütləq dəfn pulu ilə təmin edilməlidir, çünki onlar əmək qabiliyyətlərini itirmədikləri zamanlar işləyərək sığorta ödəyib.

Bununla bağlı olaraq bu ödənişlərdən də həmin vətəndaşlara dəfn pulu verilməsi nəzərdə tutulub. Rəsmi iş yeri olanlar da sığorta ödəyir deyə bu haqdan yararlanırlar. Dəfn pulu həmin vətəndaşlardan alınan vəsaitlər hesabına formalaşır”. Akif Nəsirlinin fikrincə, işsiz vətəndaşların da ölkədə dəfn pulu alması, dövlətin dəstəyi ilə layiqli şəkildə dəfn olunması təqdir ediləcək addım olardı: “İşsiz vətəndaşın gəlirləri də çox aşağı olur, buna görə də bu vəziyyət nəzərə alınmalıdır”.
aktualinfo
 
Ardını oxu...
Qarabağ savaşı veteranları, əlilləri, şəhid ailələri 2002-ci ilə kimi kommunal, nəqliyyat , rabitə xidməti haqlarını ödəməkdən, notariat əməliyyatları zamanı rüsum ödəməkdən azad idilər. Hökumət bu “azadlığı” savaş adamlarına çox gördü, Azərbaycan Respublikasının Prezidenti 26.12.2001 tarixli 613 saylı “ Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” Fərmanla vətəndaşlara kommunal, nəqliyyat və digər xidmətlər üzrə VERİLƏN GÜZƏŞTLƏRİN müvafiq MÜAVİNƏTLƏRLƏ ƏVƏZ olunması ilə əlaqədar AZTƏMİNATLI AİLƏLƏRİN SOSİAL MÜDAFİƏSİNİ təmin etmək məqsədi ilə Qarabağ əlillərinə 130 min manat, veteranlarına 55 min manat , şəhid ailəsi üzvlərinin hər birinə 60 min manat müavinət verilməsini qərara aldı. Veteranlara verilən müavinət 22.01.2007 tarixli, 514 saylı, şəhid ailələrinə verilən müavinətsə 31.12.2020 tarixli 1223 nömrəli fərmanlarla ləğv edildi. Qarabağ əlillərinə verilən 130 min manat isə hələ də qüvvədədir, 05.01.2021 tarixli, 1244 nömrəli Prezident fərmanı ilə “130 min” 26 manatla əvəz olunub, 12.11.2022-ci il tarixli, 1878 nömrəli fərmanla “əlillər” sözü “əlilliyi müəyyən edilmiş şəxslər” ifadəsi ilə əvəzlənib. ( yəqin bu il də “orqanizmin funksiyasının 31-100 faizi pozulmuş şəxslər”lə əvəz olunma “diqqət və qayğısı” qüvvəyə minər- M.B.) Di gəl, 26 manatı da DSMF-in “sosial məmurları” ciblərinə uyğun izah edib vermirlər. Məmurun yeyinti izahına baxın, prezident fərmanı ilə ləğv edilən güzəşt əvəzinə müavinəti “sosial müavinət” sayıb, əmək pensiyaçılarına şamil edilmədiyini sırıyırlar. Onlarla illərdir bu cibə uyğun izaha son qoyulmur. Fərmanın icrasını 08.01.2002 tarixli qərarla təmin edən NK da 22 ildir Qarabağ savaşı əlillərinə ayrılan cüzi müavinətin təyinatı üzrə verilməməsinə qiymət vrrib, son qoymur. Maliyyə Nazirliyinin, Hesablama Palatasının da dövlət büdcəsinin məmurun cibi ilə dəyişik salınmasına reaksiyası “bir atımlıq barıt” effekti yetkisi bağışlayır. Hər iki qurum “qıcanır”, amma “vurmur”, sadəcə payını götürüb, 26 manatın pensiya ilə bir yerdə verildiyini, ona görə də “görünmədiyini” bildirir. Deyəsən, “inanclı xidmət”dir, hökumətin “sağ əllə” verdiyini “sol əli”- əlillər bilmir. “Dəmir yumruq” yiyəsinə üz tutmaq da sonuc vermir, əlilin-qazinin öz başında çatlayır.
Prezidentin Qarabağ əlillərinə 29.12.2000 tarixli, 597 saylı “Əlil olmuş və digər kateqoriyalardan olan bir qrup aztəminatlı vətəndaşlara dövlət yardımının artırılması haqqında” sərəncamı ilə 1-ci, 2-ci, 3-cü dərəcəli Qarabağ, 20 Yanvar əlillərinə uyğun olaraq 50 min, 60 min , 70 min manat aylıq müavinətin verilməsindən də DSMF-in pensiya təminatı qurumları eyni əsasla - müavinəti “sosial müavinət” saymaqla imtina edir. Heç sərəncamın “bəxtinə” onu qəbul etmiş Prezidentin qələmi ilə denominasiya, “əllil” sözünün “əlilliyi olan şəxs” ifadəsi ilə əvəz olunması “diqqət və qayğısı” da düşmür. Axı düşsə, 23 ildir verilməyən cüzi aylıq müavinəti yeyə bilməyəcəklər.
Hökumət verən müavinətin azlığına-çoxluğuna baxmazlar- məsələ dönüb. Amma axı müavinəti , az oldu- çox oldu, nəzərdə tutulan aztəminatlı şəxslər yox, çoxrüşvətli məmurlar yeyir! “Müavinət”, “müavin” sözləri ərəbcədən götürülüb, türkçəmizdə “yardım”, “yardımçı” anlamındadır. “Sosial müavinət” anlayışı ilə müavinəti, yardımı bilərəkdən qarışdırmaq yeyini amacı daşıyır. Əvvəllər işlənən “sosial pensiya” anlayışı 2006-cı ildən “sosial müavinət”lə əvəz olunub və bu əvəzetmədən “sosial məmurlar” yeyinti amacı ilə peşəkarlıqla yararlanırlar. Prezidentin 26.12.2001 tarixli 613 saylı fərmanında “sosial pensiyaçılar” da 6 manatlıq müavinətlə diqqətdən qıraqda qalmayıb. Amma indiki sosial müavinət alanlara, keçmiş sosial pensiyaçılara da bu 6 manat çox görülür.
Qazilərin, şəhidlərin, əlillərin payını yemək peşəkarlığında “sosial yeyimli” hökumətə çatan olmaz. Adı əlilin, dadı məmurun, əcəb “diqqətcil, qayğıkeş” hökumətdir!
Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
https://e-qanun.az/framework/2879#_edn1
Məğrur Bədəlsoy
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdı
 

Ardını oxu...
Göygölün Dozular kəndinin sakinləri 30 ildir qaz, yol üzünə həsrət qalıblar. Sakinlər bildirirlər ki, bu gedişlə kənddə bir nəfər də qalmayacaq.

Hər kəs köçüb getməyə çalışır. Onları bu vəziyyətə şəraitsizlik məcbur edir. Kənd sakini Hüsaməddin Səbzəliyev söyləyir ki, kimə şikayət etsələr də, məsələyə baxan yoxdur.

Kənd sakinləri bildirirlər ki, sanki dövlət kəndi dağıtmağa çalışır. Kənddə yaşayanlar həmçinin yol problemindən əziyyət çəkdiklərini söyləyiblər. Kənd sakinləri hələ də ümidlidirlər ki, gec-tez kəndə qaz, yol çəkiləcək. Amma bunun daha tez olmasını istəyirlər. Çünki hər il kənd sakinlərinin sayı azalmaqdadır. Xüsusən də gənclər kəndi tərk edirlər.
Azəriqaz İB-dən bildirilib ki, həmin ərazinin 95 faizi qazlaşdırılıb. Dozulara isə hələ növbə çatmayıb.

Mənbə: MeydanTV
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...

Dünyapress TV

Xəbər lenti