Ardını oxu...
Ucar rayonu Yuxarı Çiyni kənd sakini Ələkbərova Aynur Üzeyr qızı tərəfindən

ŞİKAYƏT

Mənim övladım 2011-ci ildə anadan olmuş Ələkbərov Anar Yaşar oğlu anadan gəlmə serebral iflicdir.Bu xəstəliyə görə uşağıma təyin edilmiş əlilliyin müddəti bitdi deyə xəstəlik sənədlərin Tibbi Sosial Ekspertiza Komissiyasına göndərsəkdə qanunsuz imtina verilib.Hansı ki, övladım Anar heç vaxt sağalan deyil.Onun 12 yaşı olsada danışa bilmir əqli geri ağır xəstədir.Onun paltarın mən geyindirirəm, mən yuyundurub yeməyin yedizdirirəm.Xəstə övladıma əlillik təyin edilmədiyi üçün dolanışığımız çox ağırlaşıb.Ağır xəstəyə baxdığım üçün işləyə bilmirəm.
Mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə, Mehriban xanım Əliyevaya və Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Sahil Babayevə müraciət edib xahiş edirəm ağır sağalmaz xəstə olan 12 yaşlı oğlum Anara əlillik dərəcəsi verilməsinə köməklik göstərəsiniz.
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır
Facebook-da paylaş

 
Ardını oxu...
Təqaüdə çıxmaq sağlamlıq və xoşbəxtlik gətirir.

"DogruXeber.az" xəbər verir ki, bu barədə aparılan araşdırma “Economics and Human Biology” jurnalında dərc olunub.

Bildirilir ki, Avropanın on ölkəsində 50-80 yaş arası 20 mindən çox insanı izləyən araşdırmada təqaüdün gündəlik həyata yaxşı təsir etdiyini göstərib.

"Təqaüdə çıxan insanlar işi olanlardan daha çox sağlamlıqlarını yaxşı və ya əla hiss etdiklərini söyləyirlər", - məlumatda qeyd olunub.

Tədqiqatçıların sözlərinə görə, qadınlar boş vaxtlarının çoxunu ailələri və dostları ilə keçirdikləri üçün təqaüdə çıxanda kişilərdən daha xoşbəxt ola bilərlər.
 
Ardını oxu...
Azərbaycanda fəaliyyət göstərən hüquq-müdafiə təşkilatları, vəkil və media nümayəndələri Azərbaycan prezidenti İlham Əliyevə müraciət edib.

Mürzciətdə deyilir: «Biz, Azərbaycanda fəaliyyət göstərən bir qrup hüquq müdafiəçisi, jurnalist, vəkillər, gender üzrə mütəxəsislər “Ədalət Naminə Həmrəylik Komitəsi” nın təşəbbüsü ilə bu gün 10 dekabr Beynəlxalq İnsan Haqları günü keçırırık. Biz ölkədə gedən siyasi prosesləri diqqətlə izləyir, Sizin Qarabağ torpaqlarını işğaldan azad edilməsi sahəsində apardığınız uğurlu siyasəti alqışlayırıq və eləcə də orada apardığınız yenidənqurma işlərini yüksək dəyərləndiririk. Qarabağ münaqişənin həllində əsrlər boyu əldə edilməsi mümkün olmayan tarixi uğura imza atdınız. Bu gün Azərbaycan xalqı Sizdən insan hüquq və azadlıqları, həmçinin sosial siyasət sahəsində də uğurlu islahatlara imza atmağınızı gözləyir və bunun mümkün olduğuna inanır».

Bütün bunlarla yanaşı fəallar hazırda Azərbaycanda insan hüquq və azadlıqlarının vəziyyəti ilə bağlı bəzi məqamları dövlət başçısının diqqətini çatdırır.

«Fərqindəyik ki, ölkədə baş verən elə hadisələr var ki, beynəlxalq imicimizə mənfi təsir göstərir. “Xaricdə Azərbaycanın əleyhinə fəaliyyət göstərən bəzi quvvələr bu hadisələri Azərbaycanda antidemokratik amillər kimi təqdim edir və ölkəmizi dünyanın ictimai rəyində gözdən salır”. İstər hüquq-mühafizə orqanları, istərsə də məhkəmə-hüquq sisteminin bir çox məsələlərdə mövcud qanunlardan sui-istifadə etməsi, onları şəxsi maraqları naminə heçə salması ölkədə ciddi problemlərə yol açır. Məhkəmələrin fəaliyyətinin müstəqil olmaması, ədalətsiz hökmlərin sayını artırır. Son vaxtlar bir çox istər tanınmış ictimai-siyasi xadim, mətbuat nümayəndəsi, istərsə də dini kəsim nümayəndəsi kifayət qədər əsassız ittihamlarla həbs olunub. Hazırda yüzlərlə insanın taleyinə təsir göstərən bu həbslər, həm də insanların dövlətə qarşı inamına zərbə vurur», - daha sonra sənəddə deyilir.

“Xural” Media Qrupunun rəhbəri, tanınmış jurnalist Əvəz Zeynallı və “Səda TV” internet kanalının əməkdaşı Elnur Şükürov, Osman Rzayev, İlham Aslanoğlu Təhməzov, Kanal 13 youtube kanalının Bakı ofisinin rəhbəri Əziz Orucov hüquq müdafiəçisi Bəxtiyar Hacıyev, Azərbaycan Demokratiya və Rifah Partiyasının təsisçisi və sədri, London İqtisadiyyat Məktəbinin (LSE) müəllimi, prof. Qubad İbadoğlu, İqtisad elmləri doktoru,”Baydəmirli Xeyriyyə Fondunun” təsisçisi Nazim Baydəmirli, müstəqil “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının rəhbəri Afiəddin Məmmədov, bu yaxınlarda isə bir çox tanınmış jurnalist və bloqerlər – Ülvü Həsənli, Sevinc Vaqifqızı, Nərgiz Absalamova, Məhəmməd Kekalov, Ruslan Vahabov və digərləri heç bir əsaslı dəlil-sübut olmadan həbs edilib.

«Düşünürük ki, qarşıdan gələn “Azərbaycanlıların Həmrəylik Günü” münasibətilə, eyni zamanda Prezident seçkiləri ərəfəsində Sizin humanist addım ataraq, siyasi məhbus məsələsini həll etməniz Azərbaycanın əleyhinə olan siyasi təxribatların və mənfi ideoloji təpkilərin qarşısını almaqla yanaşı, beynəlxalq və daxili imicinə də birbaşa müsbət təsir göstərə bilər. Bütün bunları nəzərə alaraq, Sizdən xahiş edirik ki, Azərbaycan dövlətinin hüquqi dövlət olduğunu bir daha gündəmə gətirərək, adları çəkilən və hal-hazırda həbsdə saxlanılan ictimai-siyasi xadimlərə qarşı humanist addım atasınız və səlahiyyətlərinizdən istifadə edərək, onların azadlığa buraxılmasında yardımçı olasını», - müraciətin sonunda deyilir.

Müraciəti Novella Cəfəroğlu, Səidə Qocamanlı, Arzu Abdullayeva, Mirvari Qəhrəmanlı, Səadət Bənənyarlı, Dilarə Əfəndiyeva, Mehman Əliyev, Hilal Məmmədov, Sevinc Sadıqova, Məlahət Zeynallı, Zibeydə Sadıqova, Şəhla İsmayıl, Mehriban Zeynalova, Gülarə Nərimanova,Rəsul Cəfərov, Qalib Toğrul, Elçin Həsənzadə və digərləri imzalayıb.
Turan
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır
 
Ardını oxu...
Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə işçilərin əmək münasibətlərində aşağıdakı hüquqları da vardlr:
1. İşçilərin təqsiri olmadan müəssisələrdə və ya bilavasitə iş yerlərində əməyin mühafizəsi qaydalarının pozulması nəticəsində işin dayandırıldığı müddətdə işçinin işyeri, vəzifə və orta əmək haqqı saxlanılır.
2. İşəgötürən tərəfindən təhlükəsiz əmək şəraiti təmin edilmədikdə, işçinin sağlamlığı və ya həyatı üçün təhlükə olduqda, işçi əmək funksiyasının icrasından imtina və müəyyən olunmuş qaydada təkbaşına tətil elan edə bilər.
3. İşçi əmək hüquqlarının, qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, AR - nın Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər.
4. Pozulmuş hüquqlarının bərpa edilməsi ilə əlaqədar işçi məhkəməyə vəya məhkəməyə qədər əmək mübahisələrini həll edənorqana müraciət edə, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş şərtlər və qaydalara uyğun olaraq təkbaşına tətil edə bilər.
5.İşçinin təkbaşına tətil etmək hüququnu hər hansı üsul və vasitə ilə işəgötürən, işçinin iş yerinin rəhbəri və ya digər şəxslər tərəfindən məhdudlaşdırmasına, habelə belə tətilin keçirilməsinə mane olmasına yol verilmir.
6. Təkbaşına tətil edən işçinin hərəkətlərini əsassız və qanunsuz hesab edən işəgötürən məhkəməyə müraciət edə bilər.
7. Təkbaşına tətil edən işçinin hərəkətlərinin qanunsuz və əsassız hesab edilməsi barədə məhkəmə müvafiq qərar qəbul etməyibsə, işəgötürən işçinin əmək müqaviləsini ləğv edə bilməz.
8.Tətil müddəti bitənədək işçitətili dayandıra və işə başlaya, əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət edə bilər.
9. Təkbaşına tətil edən işçinin hərəkətlərinin qanunsuz və ya əsassız hesab edilməsi barədə məhkəmə qərar qəbul edərsə, işçi müvafiq qaydada intizam məsuliyyətinə cəlb edilə bilər.
Azər Quliyev.
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır
 
 
 
Ardını oxu...
“Nə qədər qənaətlə xərcləsən də, çatdırmaq olmur”
İmişlidə yaşayan, dörd nəfərdən ibarət Həsənovlar ailəsindən iki nəfər yaşlılığa görə pensiya alır.
Bəs dövlətdən aldıqları pulu aidiyyatı üzrə xərcləyə bilirlərmi?
“İki aya nəvəmiz olacaq. Yoldaşım 290, mən 240 manat pensiya alıram. Oğlum marketdə işləyir, maaşı 350 manatdır, gəlinim isə ingilis dili müəllimliyini bitirib, hələ imtahan verə bilməyib, hamilədir”, – Gültəkin Həsənova deyir.
Bildirir ki, yoldaşı ilə ikisinin pensiyası birgə heç altı yüz manata çatmır. Üstəlik, aldıqları pulla həkimə gedə, dərman ala bilmirlər. İldə bir-iki günlük dincəlmək isə ümumiyyətlə, onlar üçün əlçatmazdır:
“Pensiyaya çıxmadan öncə vəziyyət daha pis idi. Yoldaşım işləyirdi, 300 manat alırdı, həmin vaxt uşaq da işləmirdi. Həmişə düşünürdüm ki, evimizə 600-700 manat girsə, yaxşı dolanarıq. İndi aylıq pulumuz arzuladığım məbləğdən çoxdur. Gəlin də evdə qonşu uşaqların dərslərinə kömək edir, ayda 200 manatadək də o alır. Amma di gəl ki, heç nəyimizə çatmır”.
Gültəkin Həsənova deyir ki, qışda qazı limitdən artıq işlədirlər, aya 50-60 manat tutur. Elektrikə də hər ay hardasa 35-40 manat verirlər. Su isə yayda 5-6 manat, indi 2-3 manata başa gəlir.
“Bir baxın, mal ətinin qiyməti 14, qoyun əti 17-19 manat civarındadır. Nə qədər qənaətlə xərcləsən də, çatdırmaq olmur, iki aya körpə də gəlir, onun bezi, ehtiyacları da üstünə gələcək. Bir sözlə, bizim pensiyamız evin xərclərinə, nə bilim, ərzağa, kommunala gedir, özümüzə bir qəpik qalmır. Əvvəl 500 manata bir ailə dolanırdı, indi artan qiymətlərlə mümkün deyil”.
Bu yaxınlarda Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev açıqladı ki, Azərbaycanda median pensiya 360 manata çatıb.
İqtisadçı Rövşən Ağayev deyir ki, bu, o deməkdir ki, hazırda pensiya alan 1,1 milyon nəfər insanın tam yarısı, təxminən 550 min nəfərinin aylıq pensiyası 360 manatın aşağısında, yerdə qalan yarısının da aldığı məbləğ bu rəqəmin üzərindədir.

“Baku Research İnstitute”nun araşdırmasına görə, Azərbaycanda orta pensiya məbləği 372.13 manatdır.
Lakin Azərbaycanın demək olar, bütün bölgələrində pensiya məbləği median pensiyadan aşağıdır.
Orta aylıq pensiyanın median pensiyaya baxanda yüksək olduğu yeganə inzibati şəhər Bakıdır – 139.55 manat çoxdur.
Məsələn, orta aylıq pensiyanın median pensiyadan ən aşağı olan inzibati rayon Sabirabaddır. Yəni burada insanlar 372.13 manatdan 97.84 manat daha aşağı pensiya alırlar.
İmişli təqaüdçülərinin aldığı məbləğ orta aylıq pensiya məbləğindən 63.04, Füzulidə 46.29, Cəbrayılda 55.16, Salyanda 58.20, Xızıda 58.44, Şabranda 50.76, Zaqatalada 60.46, Astarada 60.27, Lənkəranda 55.52, Qazaxda 55.85 manat aşağıdır.
Hər yeni ilin əvvəlində Azərbaycanda pensiyalar ötən il ərzində ölkədə orta aylıq əməkhaqqı məbləğindəki artım məbləğində indeksləşdirilir. Yəni öncəki il ölkədə orta aylıq maaş neçə faiz artıbsa, pensiyalar da o qədər artırılır.
Azərbaycanda orta pensiya müddəti 12 il olaraq götürülür. Yəni hökumət düşünür ki, bir pensiyaçı ortalama 12 il müavinət alacaq.
Meydan TV
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdı
 
Ardını oxu...
Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarına dəyişiklik edilib.

Baş nazir Əli Əsədovun qərarəna əsasən, qaydanın 2.1.6-cı yarımbəndindən “həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında” sözləri çıxarıb.

Qaydanın əvvəlki variantı isə belədir:

Şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar;

- arvadı (əri);

- valideynləri;

- 18 yaşına çatmamış uşaqları, 18 yaşınadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladları;

- qardaşları və bacıları — uşaq evlərində tərbiyə olunanlar;

- babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa;

2.1.3 və 2.1.4 bəndlərdə (18 yaşına çatmamış uşaqları, 18 yaşınadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladları; qardaşları və bacıları - uşaq evlərində tərbiyə olunanlar) göstərilənlər əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər.
 

Naxçıvan MR sakini Məmmədov Vüsal Məmməd oğlu “Hürriyyət”in redaksiyasına müraciət edib. Şikayətçi deyir ki, onun xəbəri olmadan 6 milyon vergi borcu yığılıb və ölkədən çıxışına stop qoyulub:

“Mən, Məmmədov Vüsal Məmməd oğlu, diqqətinizə çatdırıram ki, xəbərim olmadan adıma 6 milyon 500 min manat vergi borcu var. Özüm qaynaqçı işində işləyirəm, günə 15-20 manat qazanıram, harda iş desələr, gedib orda çalışıram. Belə olduğu təqdirdə mənim 6,5 milyon manat vergi borcum necə yarana bilər”?!

Vüsal Məmmədov deyir ki, əslində, onun özü bu məsələdə zərərçəkəndir və dələduzluğa məruz qalıb: “Bir gün Naxçıvan şəhər, Şərur rayon sakini olan şəxslə tanış oldum. O, mənə dedi ki, gəl, sənə yaxşı bir iş düzəldim, 1-2 saat işləyəcəksən, yüksək maaş alacaqsan. Mən nə iş olduğunu və konkret nə qədər maaş alacağımı soruşdum. Bildirdi ki, narahat olma, problemsiz işdir, özü də bu işdə çalışır. Və o, mənə ayda 1500 manat maaş alacağımı dedi. Həmin vaxtlar mən işsiz olduğumdan və bu səbəbdən də narkotik qəbul etdiyimdən, onun təklif etdiyi iş necə deyərlər, “göydəndüşmə” olmuşdu. Odur ki, razılıq verdim.

Bu söhbətdən sonra o, məni Elşən və İlkin adlı şəxslərlə görüşə apardı. Getdim, gördüm ki, oradakıların əksəriyyəti də narkomandır. Təxminən, 15 nəfər var idi. Narkomana gündəlik pul lazımdır və mənim kimilərə də bu iş xeyir edirdi. Lakin o zaman sonrasını fikirləşə bilmədim…

Orada narkotik istifadə etməyən yalnız İlkin və Elşən idi, onlar da bizim başımızda dururdular. Yəni bu işə onlar nəzarət edirdilər. Hər ikisinin də maddi imkanı yaxşı idi, bahalı maşınları - nömrəsinin sonu 888 olan ağ rəngli “İnfiniti”, BMW 540 və 103 nömrəli başqa bir “Cip” avtomobilləri var idi.

…Mən nə iş görəcəyimi soruşduqda dedilər ki, hər ay sənə 400 manat verəcəyik, qarşılığında sənin adına xaricdən ay ərzində 1 telefon gətirəcəyik. Razı oldum.

Amma sonradan mənə 200-300 manat pul verirdilər, heç vaxt 400 manat almadım. Daha dəqiq desəm, həftədə 20, 30, bəzən isə 40 manat verirdilər.

Razılıq verdikdən sonra şəxsiyyət vəsiqəmi götürdülər və bir neçə sənədə imza atdırdılar. Latınca oxumaq-yazmaq bilmədiyim üçün sənədləri oxumadım. Düzü, həmin vaxt sevindiyimdən heç axırını da düşünmədim.

Beləliklə, 2022-ci ilin ortalarından bu işdə işləməyə başladım.

Mən fikir verirdim ki, adlarına şirkətlər olan adamları sonradan özləri narkotiklə həbs etdirirlər və vergi borcu da üstlərində qalır. Artıq bu, məndə şübhə yaratmışdı. Adımda 2 şirkət var idi, biri “Enerji MMC”, digəri isə “R.V Yol İnşaat” MMC idi.

Axırıncı dəfə Elşən məni öz adamlarına qoşaraq, “Koroğlu” metrostansiyasının yaxınlığındakı “Asan Xidmət”ə göndərdi. O, mənimlə birgə olan şəxsə nömrə vermişdi ki, sənədlərin üstünə bu nömrəni yazarsan, lazım olduqda bu nömrə ilə əlaqə saxlasınlar. “Asan Xidmət”in əməkdaşı orada məndən nömrə istədikdə öz nömrəmi də verdim.

2-3 ay bundan qabaq mənə zəng gəldi ki, sənin vergilərə bu qədər borcun var… Qəbula getdim, bunlardan xəbərsiz olduğumu bildirdim.

Bir müddət keçdikdən sonra Nizami Polis İdarəsinin əməliyyatçısı Tural müəllim mənə zəng vurdu ki, saat 4-də şöbəyə yaxınlaş. Getdim, məni qəbul etdilər. Mənə baxan kimi dedilər ki, bu qədər borc sənin deyil, bu, görünüşündən açıq- aşkar görünür. Dedilər ki, danış görək nə məsələdir?!

İzahatımı verdim, bundan sonra həmin Elşən və İlkini polis idarəsinə çağırdılar. Bu vaxt icraçı mənə dedi ki, Elşənin 103 nömrəli maşını var? Dedim hə, artıq əmin oldum ki, bunlar başımıza oyun açıblar.

Elşən 1 saatdan sonra idarədən çıxdı. Necə çıxdı, bilmədim, sonradan başqa bir nəfər mənə dedi ki, Elşənin bacısının yoldaşı polisdir, kimə nə qədər lazımdır pul verir, azadlığa çıxır. Bunların hamısını mənim kimi bu işin qurbanları olan şəxslərdən eşitmişəm…

Mənim o vaxt etibarnamə verdiyim şəxs - Musayev Suleyman Sultan oğlu da bu işin içindədir. O, Xaçmaz rayon sakinidir, 22.02.1985-ci il təvəlüddlüdür. Bu şəxs həbsdən təzə çıxıb, onu da narkotiklə tutmuşdular. Hal-hazırda Elşənin yanındadır.

Mənim fikrimcə, Elşən pul verib Süleymanı həbsdən azad etdi. Ona görə, yenidən iş başındadırlar.

Elşənə deyirdim, adıma bu qədər vergi gəlib, cavab verirdi ki, darıxma, həll edəcəm. Belə gördüm ki, bunlar anacaq saxta işlərlə məşğuldurlar.

…Elşən polisdən çıxandan sonra mənə dedi ki, Vüsal, niyə gedib izahat veribsən? Dedim, bəs neynəməliydim, deyirlər ki, adına bu qədər borc var. Mənim vergiyə bu qədər borcum ola bilməz axı? Mənə dedi ki, mən yoluna qoyacaqdım…

Elə həmin gündən məndən qaçır, gah deyir ki, əməliyyat olunmuşam, gah da başqa bəhanələr. Bir sözlə, üzə çıxmır, bəlkə də artıq qorxur.

Hörmətli redaksiya!

Sizdən xahiş edirəm ki, bu işin üstünün açılmasına kömək edin”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.
 

        

Ardını oxu...
Himalay Məmişov müharibə veteranlarına verilən 80 manatın çox olduğunu

Hər axşam bir saat toyda oxuyub 500 manat alan müğənni-xalq artistinə ayda 300 manat vermək olar, amma təsadüfən düşmən gülləsinə tuş gəlməyən, sağ qalan müharibə veteranına 80 manatdan çox vermək olmaz...

ƏƏSMN nəzdində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov mətbuat konfransında bəyan etdi ki, "veteranlara verilən 80 manat komunal xərclərini ödəməyə imkan verir, hətta hesablamalara görə, hər bir veteranın kommunal xərcini ödəyir və 20 manat artıq qalır"! - deyir.

DSMF sədri Himalay Məmişov belə deməklə, əslində Qarabağ müharibə veteranlarına bəslədiyi antipatiyanı açığa çıxardı. Himalay Məmişovun işlətdiyi söz özünün yox, hakimiyyət tərəfdən onun qulağına fısıldadılmış sözdür. Çünki hakimiyyət müharibə veteranlarına təyin olunmuş 80 manat aylıq təqaüdü 200 manata qaldırmaq istəmir.

Halbuki müharibə veteranlarına 2019-cu ildə təyin olunmuş 80 manat 5 il bundan öncə verilməyə başlayıb. Keçən müddətdə sosial-iqtisadi, komunal, təqaüd, minimum əmək haqqı və digər bu kimi ödənişlər bir neçə dəfə artırılıb, hər nəfərə düşən ehtiyac zənbili və qiymətlər sürətlə artıb.

DSMF sədri Himlay Məmişov və ondan yuxarıda oturanlar nəzərə almır ki, hər ay əməkdar artistə 150 manat, xalq artistinə 200 manat, (artistlərin hər axşam toylardan qazandıqları azmış kimi) heç bir elmi ixtirası olmayan, təqaüdə çıxan fəlsəfə doktoruna təqaüddən əlavə 300 manat, professora 400 manat pul verən dövlət, torpağı canı bahasına qoruyan və təsadüf nəticəsində müharibənin od - alovundan çıxan müharibə veteranına isə ayda 80 manat vermək sadəcə, vicdansızlıqdır!..

Müharibə veteranlarına ən az aylıq təqaüd verilməsinin başqa bir səbəbi də odur ki, müharibə veteranları arasında onminlərlə məmurun nə övladı, nə də qohum-əqrabası yoxdur!
Ona görə də, Azərbaycanda dövlət vəzifəsi tutan bütün məmurları müharibə veteranlarının, şəhid ailələrinin, qazilərin ağır vəziyyəti maraqlandırmır.

Ölkə Prezidenti tapşırıq, göstəriş verib, israr etsə də, ölkənin məmur korpusu öz bildiyini edir, əksər vaxt da ölkə başçısına saxta məlumatlar verib, işi bitmiş hesab edirlər.

Mütəxəssislərin hesablamalarına görə, əgər dövlət müharibə veteranlarına və qazilərə hər ay 500 manat təqaüd versə, il ərzində dövlət 30 milyon manat pul xərcləməli olar. Amma elə məmurlarımız var ki, dövlətdən ildə 50 milyondan çox pul mənimsəyir.

Rüşvət və korrupsiya əməlinə görə, neçə-neçə həbs olunmuş və hazırda ev dustaqlığına buraxılmış sabiq DSMF sədri Səlim Müslümovun mənimsədiyi 2,5 milyardı, Azərbaycan Beynəlxalq Bankın sabiq müdiri, hazırda özü həbsdə olan, arvadı Londonda lüks həyat sürən Cahangir Hacıyevin dağıtdığı 16 milyard manat və çoxsaylı rüşvətxor məmurların xaricə daşıdıqları milyardlarla pulun yanında ildə 30-50 milyon pulun qazilərə və müharibə veteranlarına verilməsi Azərbaycan kimi torpağının altı da, üstü də qızıl olan dövlət üçün nədir ki?!..

Görəsən, Himalay Məmişov kimi məmurların oğlu, bacısı oğlu, qardaşı oğlu və digər qohumlarının övladları şəhid, qazi, müharibə veteranı olsaydı, onlara belə yad münasibət bəsləyərdimi?! Belələri camaat qarşısına çıxıb yaramaz-yaramaz danışanda xəcalət çəkib, utanmırlar?!..
paralel.az
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdı
 
 
 
Ardını oxu...
İndiki sərt vertikala söykənən sistemdə ən mənasız və səlahiyyətsiz vəzifə Baş Nazir postudur. Dünən Baş nazir Əli Əsədov Milli Məclisdə çıxış edib, çıxışı oxuyanda sovet vaxtı “Kommunist” qəzetinin redaksiya yazıları yada düşür – dil-üslubdan “kommunist” qəzetinin qoxusu gəlirdi.
Hörmətli Əli müəllim deyib ki, 44 günlük böyük qələbəmizdən sonra işğaldan azad edilmiş bölgələrimizə 12 mlrd. xərclənib, 2024-də də 4 mlrd. xərclənəcək, ümumən isə 2026-cı ilə qədər 30,5 mlrd. manat xərclənməsi nəzərərdə tutulur. Onu da deyib ki, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış Proqramına uyğun olaraq ümumilikdə 987 ailənin (3932 nəfər) köçürülməsi təmin olunub. Yəni, tərcüməsi budur ki, 12 mlrd. manata 3932 nəfər köçürülüb – tamam, anlayıram, ilk illər kommunikasiyalara, yollara, infrastruktura daha çox pul gedib, amma bu işlər də hələ başa çatmayıb axı, davam edir. Əli müəllim deyib ki, 2026-cı ilə 140 min insan köçürüləcək – yəni, 31 mlrd. manata yaxın pul xərcləyəcəyik, 140 min vətəndaş köçəcək.
İşğaldan azad edilmiş regionlarımızın gələcəyi, təhlükəsizliyi və iqtisadi effektivliyi üçün ora azı 1,5 mln. vətəndaşımızı köçürməliyik. İndiyədək xərclənən vəsaiti gələcəyə proyeksiya etsək yaxın 10 ilə, təqribən, 150 mlrd. manata ehtiyacımız olacaq. Baş Nazir çıxış edəndə məhz bundan danışmalı idi – hardan alacağıq o pulları?! Ölkə necə pul qazanacaq?! Əhalinin ora orqanik, təbii, qalıcı köçü üçün nə addımlar atılacaq?! Bu günə qədər köçürülənlərə aylıq pul verib orda saxlayırlar, hələ ki, sayları 4 mindır, yaxşı, 150 min, 1,5 mln. olanda nə edəcəklər, pul verəcəklər ki, Bakıya geri köçməsinlər?!
Ölkənin qarşısında böyük çağırışlar var, böyük hərbi qələbəmizi, tarixi uğurumuzu qalıcı etmək, işğaldan azad edilən bölgələrimizi iqtisadi inkişafın motoruna çevirmək istəyiriksə, "oyun qaydaları" dəyişməlidir, bu sistemlə olmayacaq, sadəcə mümkün deyil, iqtisadiyyat elmdir, əmrlə, “dəyənəklə” idarə olunmur...
Natig Cəfərli
 
Ardını oxu...
Məktəblərdə müəllimlərin şagirdlərə əlavə dərs vəsaitləri aldırmaları ilə bağlı çoxsaylı müraciətlər olur. İbtidai siniflərdə iş dəftərlərini, yuxarı siniflərdə də Dövlət İmtahan Mərkəzinin test və ya digər vəsaitlərini almağı tələb edirlər. Əgər Azərbaycan təhsil sistemində tədris planının mükəmməl olduğu, dərsliklərin yüksək keyfiyyətlə hazırlandığı, dərs vəsaitlərinin proqramı mənimsəmək üçün yetərli olduğu, dünyanın qabaqcıl ölkələlərinin təcrübəsinə uyğun olduğu iddia edilirsə, o zaman valideyn nə üçün övladına əlavə dərslik almalıdır?! Övladının qarnını güc bəla ilə doyuran, geyim-keçimini birtəhər təmin edən valideyn hər il bu qədər vəsaiti necə alsın?! Bunu düşünən yoxdurmu?! Müəllim nazirliyin müəyyənləşdirdiyi tədris planına və ya bəh-bəhlə səsləndirilən kurrikulum qaydalarına nə üçün riayət etməməlidir?! Əgər tədris proqramı kifayət qədər əhatəli, dərsliklər də belə möhtəşəmdirsə, nə üçün müəllim, mövzunu öyrətmək üçün yardımçı vasitələrə ehtiyac duyur?! Bəzi müəllimlər hansısa firmalarla anlaşıb onların dərmanlarını reseptə yazan həkimlərə bənzəyir. Nazirlik qəti olaraq tapşırıq verməli, tədrisdən kənar vasitələrin məktəblərə ayaq açmasının qarşısı alınmalıdır.
Valideyn övladının inkişafı üçün vəsait xərcləyə bilər. Amma bu vəsaiti hansısa bacarığını müəyyənləşdirib onu idmana, musiqiyə və ya digər fəaliyyətlərə xərcləsə daha yaxşı olmazmı?! Hətta daha da dərinliyə gedəndə bu gün ölkədə dövlət hesabına fəaliyyət göstərən musiqi, idman məktəbləri də var. Bunun üçün belə böyük vəsait xərcləməyə ehtiyac yoxdur. Uzağı övladının dil, texnologiya bacarıqlarının inkişaf etdirilməsi üçün əlavə pul xərcləməlidir. Amma müşahidə etdiyimiz mənzərə çox acınacaqlıdır.
Problem bir-iki məktəbdə deyil. Əksəriyyətində belədir. Hətta şagird sıxlığı olan məktəblərdə də əlavə vəsait almaq tələb edilir. Bir nəfər də müəllimə demir ki, sinifdə 30 uşağın var, tədris ili boyunca dərs vəsaitini onlara öyrədib qurtara bilsən şükür etməli olduğun halda, əlavə vəsaiti keçməyə necə vaxt tapırsan?! Cavabı sadədir, yetirə bilmir və bu zaman da tətil günlərində 5-6 mövzunu birdən ev tapşırığı kimi uşaqlara yükləyir. Tətil məktəbin uşaqlar üçün yükünü, stresini azaltmaq üçündür, bütün günü dərs oxumaq üçün deyil. Bu, öyrətmə metodu ola bilməz. Uşağın sağlamlığı hər şeydən önəmlidir, amma bu gün artıq dərəcədə yükləməklə onların sağlam böyümələrinin, əyləncəyə vaxt ayırmalarının qarşısı alınır.
Yazıq valideyn uşağı digərlərindən seçilməsin deyə bu vəsaitləri almaq məcburiyyətində qalır. Bir model tətbiq olunmalıdır. Ya Elm və Təhsil Nazirliyinin vəsaitləri, ya da Dövlət İmtahan Mərkəzinin proqramı ilə dərs keçilsin, valideyn də işini bilsin.

Müəllif: Çingiz Səfərli
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Dünyapress TV

Xəbər lenti