Ardını oxu...
“İnsanlar bölgələrdə iş tapa bilmir və paytaxta axın edirlər”

Dövlət Statistika Komitəsinin (DSK) yeni iş yerləri ilə bağlı son məlumatları məşğulluq bazarında ciddi disbalans və paytaxt regionuna əhəmiyyətli meylin olduğunu üzə çıxarıb. Hesabatlardan aydın olur ki, işlə təmin olunanların ən böyük payı ölkənin əsas şəhərindədir.

DSK bildirir ki, bu ilin doqquz ayında, yəni yanvar-oktyabr aylarında respublikada 60,9 min yeni iş yeri yaranıb ki, bu vakant iş yerlərinin 92,6 faizi paytaxt rayonunun payına düşür. Sadəcə olaraq, hər beş yeni iş yerinin dördü paytaxtdadır.

Yeni iş yerləri portfelində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının payı müvafiq olaraq 1,2% və 0,9% təşkil edir.

Statistika bu müddət ərzində bağlanan iş yerləri barədə də məlumat verir: hesabat aylarında qeyd olunan rəqəm 10,8 min təşkil edib ki, burada da ixtisarların demək olar ki, yarısı - 43,6 faizi dövlət sektorunun payına düşüb.

“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Cəmiyyətinin sədri, keçmiş maliyyə naziri Fikrət Yusifov AYNA-ya açıqlamasında deyib ki, respublika regionlarının sosial-iqtisadi inkişafı çərçivəsində dövlət tərəfindən bir sıra proqramların həyata keçirilməsində uğur qazanılıb: “Ötən il ərzində regionların inkişafında ciddi irəliləyişlər olub. İndi işğal olunmuş ərazilər geri qaytarıldıqdan sonra regionlara diqqətin artırılmasının, eləcə də bu istiqamətdə qəti addımların atılmasının vaxtı çatıb: kiçik və orta sahibkarlığın inkişafına sərmayələrin cəlb edilməli, yeni istehsal və emal müəssisələri yaradılmalıdır. Biznesi və istehsalı inkişaf etdirməklə işsizlik və qeyri-neft büdcə gəlirləri problemi həll olunur”.

“Ölkənin regionlarında qeyd-şərtsiz artım və inkişafa baxmayaraq, əhali iş tapmaqda çətinlik çəkməsi səbəbindən yenə də paytaxta can atır. Paytaxt rayonuna gələn kənd sakinlərinin monitorinqi və sorğular işsizliyin mənzərəsini yaradır. İnsanlar əsasən iş dalınca ölkənin əsas şəhərinə üz tuturlar. Bu isə ciddi problemdir, çünki insanlar yaşadıqları yerlərdə iş tapa bilmirlər”, - deyə alim bildirib.

Yusifovun sözlərinə görə, problemin konturlarını Azərbaycanın ümumi daxili məhsulunun formalaşmasının coğrafi strukturu və dövlət büdcəsinə daxilolmalar cızır: “Orta hesablamalara görə, ölkə iqtisadiyyatının 90 faizə qədəri Abşeronda cəmləşib. Dövlət xəzinəsinə proqnozlaşdırılan 34 milyard 173 milyon manat gəlirin yalnız 773,1 milyon manatı və ya 2,3 faizi yerli mənbələrdən əldə olunan gəlirlərdir. Dövlət xəzinəsinin 36 milyard 763 milyon manatlıq xərclərinin 782,5 milyon manatı və ya 2,2 faizi həmin sahələr üzrədir. Dövlət büdcəsinin gəlir və xərclərinin bu mənzərəsi regionlarda niyə iş yerlərinin az olması sualına real cavabdır. Problemin həllinin əsas yolu regionlarda kiçik və orta biznesin maliyyə inklüzivliyini təmin etməkdir, çünki bu, iqtisadiyyatın mühərrikidir”.

Ekspert qeyd edib ki, kreditlərin alınmasında çətinliklər və ya həddindən artıq yüksək bank faizləri biznesin həyata keçirilməsinə mane olur: “Maliyyə strukturları 15-18 faizlə kredit verir, istehsal və ya emal müəssisələrinin orta gəlirliliyi ən yaxşı halda 10-12 faiz təşkil edir. Ölkənin illik ÜDM-i 134 milyard manat olduğu halda, bir neçə yüz milyon manat güzəştli kreditlər milli iqtisadiyyatın əsasını təşkil edən kiçik və orta biznes üçün kifayət deyil. Eyni zamanda, ölkənin ÜDM-dən artıq olan valyuta ehtiyatları var ki, bu ehtiyatlardan respublikanın regionlarında biznes layihələrinin həyata keçirilməsi, istehsal və emal müəssisələrinin təşkili üçün güzəştli və uzunmüddətli kreditlər şəklində istifadə oluna bilər”.

Mövzu barədə AYNA-ya danışan iqtisadçı ekspert Akif Nəsirli əmək bazarındakı disbalansı özəl biznesin zəif inkişafının nəticəsi hesab edir: “Ona görə də məşğulluq bazarında vəziyyətin yaxşılaşdırılması üçün ən yaxşı variant sahibkarlığın inkişafı üçün şəraitin təşkil edilməsidir. Bunun üçün isə mülkiyyət hüquqlarının təminatları təkcə qanunlarda deyil, həm də reallıqda olmalıdır”.

“İş yerləri biznes tərəfindən yaradılır, ona görə də ilk növbədə onun inkişafı üçün şərait yaratmaq lazımdır. Bunun üçün bazarın inhisarlaşdırılması problemini həll etmək və əlverişli biznes mühitini təşkil etmək, qanunların aliliyini, məhkəmələrin müstəqilliyini təmin etmək, mülkiyyət hüquqlarına təminat vermək lazımdır. Sahibkarlar bu hüququn toxunulmazlığına arxayın olmalıdırlar”, - deyə mütəxəssis vurğulayıb.

Nəsirlinin sözlərinə görə, sahibkarlarımızın xarici ölkələrə üstünlük verməsinin əsas səbəbi orada bütün bu şərtlərin təmin olunmasıdır: “Bu arada, müstəqil məhkəmələr biznesə lazımdır ki, lazım gələrsə, öz hüquqlarının pozulmasını sübut etsin və ədaləti bərpa etsin. Burada yerli və xarici iş adamları arasında yaranan əsas problemləri aradan qaldırmaqla respublikamız qısa zamanda Avropanın qabaqcıl ölkələrindən birinə çevrilə bilər”.

Müəllif: Emma Rzayeva
 
 
 
Ardını oxu...
Naxçıvanda bir qrup qazi etiraz aksiyası keçirib. Qazilər hesab edir ki, bəzi hakimiyyət orqanları onları dövlətlə üz-üzə qoymaq üçün bilərəkdən xüsusi maneələr yaradırlar. „Naxçıvan Qaqziləri“ İctimai Birliyinin ofisində baş tutan aksiyada onlar aşağıdakı problemlərə etiraz ediblər:
-Qazilərin hərbi hospitalda müayinəsi pulsuz nəzərdə tutulsa da, buna görə onlardan pul tələb olunması.
-Mənzil və avtomobil verilməsinə məhdudiyyət yaradılması.
-Çernobıl əllilərinə avtomobil verilərkən, Qarabağın azad olunmasında fiziki və psixi sağlamlığını itirən əksər qaziyə bu imkan tanınmır.
-Aşağı məbləğdə müavinət verilsin deyə, Şuşanın da azad olunmasında iştirak edən xüsusi təyinatlılar döyüşə göndərilərkən, motoatıcı kimi qeydiyyata alınması.
-Qazilərin aldıqları evlərə kupçalar verilməsindən imtina olunması;
-Aşağı məbləğdə müavinət alsınlar deyə, döyüş zamanı sağlamlığını itirmiş qazilıər mülki xəsarət adı altında təxris olunmaları.
Digər problemləri qazilərin öz dilindən eşidək:
 Teref. Xocanın Blogu Səhifəmiz hamnın üzünə açıqdı
Ardını oxu...
Masallı rayonu, Təkdam kənd sakini Niyazov Musa Xaqani oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi deyir ki, qazi övladı olmağına baxmayaraq, Məşğulluq Xidmətində ona iş verilmir:

“Mən, Niyazov Musa Xaqani oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

1 ilə yaxındır ki, Masallı rayonu Məşğulluq İdarəsində işsiz kimi qeydiyyatdayam. Atam qazidir. Prezidentin fərmanına əsasən, hər bir idarədə şəhid ailələri, qazi ailələri önə çəkilir. Lakin 1 ildir mən önə çəkilmək bir yana, heç işlə təmin olunmadım. Hər dəfə deyirlər ki, növbəyə almışıq.

Siyahıda 91-ci adam idim. Bir neçə gün qabaq getdim, mənə dedilər ki, növbəniz hələ çatmayıb, siz 161-ci adamsınız.

Necə oldu ki, 91-ci yerdən 161-ci növbəyə keçdim. Məni qabağa çəkməkdən geri atıblar. Mənə iş lazımdır, bunun üçün də müraciət etmədiyim yer qalmayıb. Mənə deyirlər, gərək özün qazi olasan ki, sənin növbəni qabağa çəkək. İşsizlikdən, pulsuzluqdan artıq dəli olmuşam”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
 
Ardını oxu...
“Bu ilin 10 ayı ərzində 41 min şəxsə əlillik təyinatı aparılıb”.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

O qeyd edib ki, komissiyanın tərkibində aidiyyəti dövlət qurumlarının ekspertləri dəvət olunur.

“Narazılıq edən kiçik qrup qalıb və 4-5 dəfə komissiyada olub, dəfələrlə deyilib ki, sizə əlillik təyinatı düşmür. Amma insan bununla razılaşmaq istəmir, onların hüququnu tanıyırıq və gedib 2 aydan sonra yenidən sənədləri ilə müraciət edir. Bir daha qəbul edirik və cavabı yenidən bildiririk. Bu gün müharibə ilə bağlı 6300 şəhadətləndirilmiş vətəndaş olub. Şəhadətlənmə əlillik üçün yox, yüngül yaraya da verilir ki, ona birdəfəlik sosial sığorta ödənişi verilsin. Onlardan 4021 nəfərə əlillik təyin edilib. Psixi xəstəliklərlə əlaqəli əlillik təyinatında isə 4021 nəfərin 43 %-i məhz kəllə-beyin travması və bunun nəticəsində yaranan psixi pozuntularla əlaqəli vermişik”,- deyə nazir bildirib.
 

Ardını oxu...
"`Birlink`dən şikayətçiyəm. Nə vaxt *1199-a zəng edirsən, məşğuldur.

Son aylarda hər gün internet kəsilir, gedir-gəlir. Ancaq sürəti artırmaq məqsədi ilə bir xanım zəng edir, bəs filan qədər ödəyin, sürəti artıraq... Bàşqa paketə keçin... Demişəm, normal internetlə təmin edin, bizə əlavə paket lazım deyil...

Nə problemi həll etmirlər, nə də zənglərə və mesajlara cavab verirler...

Vaxtlı-vaxtında da ödəniş edirik, amma heç bu ödəniş qarşılığında normal internet vermirlər...

Adicə sosial şəbəkələrə qırılma ilə qoşulur... Hələ mən oturub kinoya baxsam, nə olar..."

Ardını oxu...

Şikayətçi: Zöhrə İbrahimova Mənbə: «Müştərinin Səsi» SQ
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
Ardını oxu...
Pensiyalarla bağlı qaydalarda dəyişikliklər edilib.

Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi yeni qaydalarla təmin ediləcək.

Mövzunu şərh edən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev "Xəzər Xəbər"ə bildirib ki, yeni qaydaların tətbiqi pensiya təyinatı sisteminin təkmilləşdirlməsi, büroktarik əngəllərin aradan qaldırılması və pensiyaçılara xidmətin daha da yaxşılaşdırılması məqsədi daşıyır.

Komitə sədrinin sözlərinə görə, yeni qaydalara əsasən, pensiya minimum məbləğə çatdırılacaq və maddi yardımın bir aya düşən hissəsi pensiyanın tərkibinə daxil ediləcək.

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında İctimai Şuranın sədri Elşad Məmmədov isə hesab edir ki, yeni qaydalar şəffaflıq və operativliyin təmin edilməsinə təkan verəcək.

Elşad Məmmədov qeyd edib ki, dəyişiklik pensiyaçıların rifahına növbəti dəstək tədbiridir.

 
 
 
Ardını oxu...
Ölkədə işsizlərin sayı ilə bağlı dəqiq statistika yoxdur. Rəsmi rəqəmlər açıqlanır, amma bu, reallığı əks etdirmir. Məsələn, pay torpaq sahəsi alanlar işsiz sayılmır. Halbuki kənddə torpağı olmaq hələ işləmək anlamına gəlmir. Əkin işləri aparmaq ciddi resurslar tələb edir. Kəndli bunun öhdəsindən gələ bilmir. Hökumət isə həmin şəxsləri işsiz saymaqdan boyun qaçırır.
Bizimyol.info xəbər verir ki, Azərbaycanda yeni iş yerlərinin əksəriyyəti Bakıda açılır. Rəsmi rəqəmlərə görə, yeni iş imkanlarının yalnız 19,6 faizi bölgələrin payına düşür. Yəni bu istiqamətdə 80 faizdən çox yenilik Bakıda olur. Azərbaycanda ilin ilk 9 ayı ərzində 60 min 906 yeni iş yerinin açıldığı iddia edilir. Bunun 12 mindən azı bölgələrin payına düşür.

Paytaxtda ən çox iş yeri Nərimanov və Nəsimi rayonlarında yaradılıb. Təsəvvür edin, təkcə Nərimanovda az qala bütün bölgələrdə olduğu qədər yeni iş imkanı açılıb. Durumu bundan gözəl heç nə ifadə edə bilməzdi. Hökumət, adətən, həqiqəti birbaşa dilə gətirmir. Daha doğrusu, həqiqətdən qaçmağa çalışır.

Rəsmi rəqəmlər əksər hallarda həqiqət barədə danışır. Yeni iş yerləri ilə bağlı statistika göstərir ki, bölgələrə münasibətdə böyük laqeydlik var. Hökumət elə davranır ki, sanki ölkə Bakıdan və Abşeron yarımadasından ibarətdir. Bölgə camaatı iş axtarışındadır. Kəndlər işsizlik üzündən boşalır. Xüsusilə, 2019-cu ildən sonra aşkar azalma var. Hər halda Dövlət Statistika Komitəsi belə deyir. Kənd əhalisi azı 108 min nəfər azalıb. Əsas səbəblər şəraitsizlik və işsizlikdir. Hələ də bütün kəndlər qazlaşdırılmayıb. Qışda ucqarlarda yaşamaq cəhənnəm əzabına çevrilir. Üstəlik, sosial vəziyyət ağırdır. İnsanların məşğulluğu yox dərəcəsindədir.

Əvvəllər, heç olmasa, kənd təsərrüfatı ilə məşğul olurdular. Susuzluq bu istiqamətdə də böyük problemlər yaradıb. Kənd camaatı susuzluğa görə əkib-becərə bilmir. Hamı gileylənir ki, Bakıda həyat dözülməz olub. Necə olmasın?! Hamı nicat yolunu paytaxta köçməkdə görür. Bölgələrdə həyat ölüb. Diriltməyin yeganə yolu sosial həyatı canlandırmaqdır. Bölgələrin sosial-iqtisadi inkişafı təmin olunmalıdır. İnsanlar ev-eşiyinə qayıdıb həyatını daha yaxşı şərtlərlə davam etdirməlidir.
 
Ardını oxu...
Düşmən üzərində qələbə çalan dövlətin müharibə veteranı niyə normal yaşamamalıdır?!

Qalib ölkənin vətəndaşı təbii mənəvi hisslər keçirir, bəs maddi niyə sevinmir?!

Bəli, ölkəmiz 2020-ci ildə Ermənistan 30 il işğal altında saxladığı ərazilərin 75 faizini 3 mindən çox şəhid, 10 mindən çox yaralı, sağlamlığının bir hissəsini itirmiş əsgərlərimizin hesabına azad etdi. Çox yaxçı...

Bu qələbə nəticəsində cəmiyyətimiz işğal tənəsindən qurtuldu, ölkə vətəndaşlarının qəddi, qaməti düzəldi, dirçəldi, məğlub durumdan qalib duruma düşdük, yüksək əhvalı-ruhiyə qazandıq, düşmənlərimizin dediyi kimi, ticarətçi yox, döyüşkən millət adımızı geri qaytardıq...

Göründüyü kimi, mənəvi qazancımızı saymaqla bitmir. Hətta düşmən üzərində qazandığımız 44 günlük qələbənin dünya müharibələri tarixinə yeni səhifə əlavə olunduğu qeyd olundu, qələbə təcrübəmiz öyrənilməyə başlandı və sairə...

Belə olan halda, dolana bilməyən, ehtiyac üzündən intihara əl atan hər bir sadə insanda təbii sual yaranır ki, bəs Azərbaycanı qalib edən ölkə vətəndaşının maddi qazancı, firavan həyatı, ağır zəhmətin dövlət tərəfindən qiymətləndirilməsi, ən azı vətəndaş məmnunluğu niyə təmin olunmur?!..

Əlbəttə, bu suala cavab vermək bir qədər çətindir. Çünki düşmən üzərində qələbə qazanan Azərbaycanın sadə, sıravi vətəndaşı şəxs olaraq heç bir maddi qazanc, fayda əldə etməyib, əksinə, normal insan həyatı yaşamaqdan məhrum olub. Qarabağ torpaqları işğaldan azad olunduqdan sonra sanki xalqın dövlətlə münasibətləri kəskinləşib, xalqın səsini eşidən, şikayətinə baxan, haqqını tanıyan yoxdur. Məmurlar qanunları isdədiyi kimi pozur, xalqın varı, dövləti, sərvəti açıq-aşkar oğurlanır, talayır, xalq isə zülm və məşəqqət içində yaşayır.

Ölkə Prezidentinin üzərinə düşən yükün ağırlığı, xarici məsələlərə çox vaxt ayırması, ölkədaxili məsələlərə nəzarətin kənarda qalması və əksər məmurların bu məqamdan sui-istifadə etməsi, bəzi yüksək vəzifəli məmurların üzərlərinə düşən işi yerinə yetirməməsi Ermənistan üzərində qazanılmış qələbəni xalqın gözdən salır...

Tarixdən oxumuşuq ki, müharibədə qalib gələn dövlətin xalqı əldə etdiyi zəfərin maddi nemətlərindən faydalanmalı, mənəvi qələbə ilə yanaşı, maddi nemətlər də qazanmalıdır.
Lakin işğaldan azad olunmuş ərazilərdə əldə olunmuş qənimətlərin, hətta iri və xırda buynuzlu mal-qaranın və digərlərinin ayrı-ayrı vəzifəli şəxslər tərəfindən mənimsənilməsini görən və bu gün ağır vəziyyətdə olan əsgərlərin danışdıqları faktlar xalqı çox qəzəbləndirir...

Ermənistanla aparılan Vətən müharibəsində düşmən üzərində qazanılmış qələbənin əsas hərəkətverici qüvvəsi olan sadə xalqın balalarına - şəhidlərə, qazilərə, veteranlara belə, vacib olan lazımı qayğı göstərilmir! Onlara verilməli olan təqaüdlərinin və yardımların 5 ildir ƏƏSM naziri vəzifəsində otuzdurulmuş, "masasının gül balası" Sahil Babayev kimi, əlində silah, əynində şinel, səngərdə saatlarla düşməni gözləməyin nə olduğunu bilməyən birinə tapşırılması xalqı hədsiz qəzəbləndirir!..

Prezident Administrasiyası, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və digər dövlət orqanlarının binaları qarşısında qazilərimizin və veteranlarımızın tez-tez internetdən izlədiyimiz etiraz aksiyaları dediklərimizə əyani sübutdur...

Yuxarıda qeyd etdiyim kimi, Vətən müharibəsində düşmən Ermənistan üzərində əldə edilmiş Zəfərdən sadə xalqın mənəvi və maddi nemət qazanmağı bir yana dursun, əvəzində hazırda xalq rüşvətxor məmurların hər an çox böyük basqısına məruz qalır! Əhali kasıbçılıq içində yaşayır, sarsıntı keçirir, Vətən müharibəsində əldə etdilmiş Zəfərin şəxsi həyatında, ailəsində, süfrəsində, dolanışığında heç bir faydası olduğunu görmür və qəzəblənir!..

Rüşvətxor məmurların Vətən müharibəsində iştirak etməkdən yayınan övladlarını, müharibədə bir toyuğunu belə, itirməyən hampaların, harınlamış şərəfsizlərin hər gün xalqa qarşı törətdiyi cinayət hadisələrini eşidən insanlar çox əsəbləşir və yaşadığı həyata nifrət edir...

Baxın, ölkəmizin Qərb hissəsində Gürcüstan və Ermənistan kimi iki kasıb ölkə var! Niyə hər iki ölkə Azərbaycandan bir neçə dəfə kasıb olduğu halda, hər iki ölkə uşaqpulu da verir, əmək haqqı və təqaüdlər bizimkindən yüksəkdir?!..

Azərbaycan neft-qaz ölkəsi olduğunu bilməyən yoxdur. Hətta Avropa ölkələrini təmin etdiyi halda, öz əhalisini hələ tam təmin etməyib və öz vətəndaşına bəzi xarici dövlətlərdən daha baha qiymətə qaz, benzin, işıq satır, niyə?!..

Səfurə, Paralel.az
 

Ardını oxu...
Sovet dövründə ailələrə uşaq müavinəti verilirdi, hətta müstəqil Azərbaycanda Sovet İttifaqı dağılandan sonra da dövlət tərəfindən valideynlərə maddi yardım edilir, bütün uşaqlara 16 yaşa qədər müavinət verilirdi. Lakin 2006-cı ildən başlayaraq ölkə bu təcrübəni unudub və uşaqların pulları sözün əsl mənasında keçmişə çevrilib - uşaqlar üçün vahid aylıq müavinətin ödənilməsi sadəcə olaraq “Sosial müavinətlər haqqında” qanunun 4-cü maddəsindən çıxarılıb.

O da diqqət çəkir ki, uşaq müavinətlərinin ləğvi ölkədə elan edilən sosial siyasət fonunda baş verib. Məsələn, Azərbaycan Respublikası Konstitusiyasının 2009-cu il tarixli yeni redaksiyasında göstərilir ki, ölkədə sosialyönümlü siyasətin aparılması üçün hər cür şərait yaradılır, hər bir insanın sosial təminat hüququ var.

Ölkəmizdə uşaqlar üçün pulun ümumiyyətlə, ödənilmədiyini söyləmək olmaz. Çünki “Sosial müavinətlər haqqında” qanunun artıq qeyd olunan maddəsinə əsasən, 18 yaşınadək sağlamlıq imkanları məhdud uşaqlara müavinətlər var, uşaq doğulduqda isə 300 manat məbləğində birdəfəlik müavinət verilir.

Bundan əlavə, valideynlər uşağın bir yaş yarıma qədər valideynlik məzuniyyətində olduğu müddət üçün aylıq 44 manat müavinət alırlar. 28 manat məbləğində ikinci müavinət uşaq 3 yaşına çatanadək hər ay verilir. Belə məzuniyyətin olmaması ailəni müavinətdən məhrum edir.

Bir sözlə, ailələrə və uşaqlara dövlət dəstəyi ilə bağlı vəziyyət sosial siyasətin parametrlərinə sığmır. Vətəndaş cəmiyyətinin nümayəndələri uzun illərdir ki, uşaq müavinətinin alınması üçün müraciət edirlər.

İqtisadçı ekspert Rauf Qarayev mövzu ilə bağlı AYNA-ya şərhində deyib ki, bu barədə dəfələrlə məsələ qaldırıb: “Bir vaxtlar bu təcrübəni necə bərpa edəcəyimizlə bağlı versiyalarımla bir neçə dəfə mediada çıxış etdim. Lakin bütün bu variantlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qəbul olunmadı. Bəlkə də, dövlət buna ehtiyac görmür, hesab edir ki, aztəminatlı ailələrin ehtiyacları ünvanlı sosial yardımla ödənilir. Amma bu problemin həlli olmalıdır, çünki uşaqlar üçün xərclər artır, məsələn, son illər uşaq qidaları daha da bahalaşıb və bu gün 35 manatdan 100 manata qədərdir.

“O da məlumdur ki, bir çox digər mallar kimi uşaq məhsullarından da 18 faiz ƏDV tutulur. Beləliklə, idxal olunan uşaq qidalarının və uşaqlar üçün digər malların dəyəri ƏDV-nin sıfırlanması ilə azaldıla bilər. Dövlət ailələrə bu yolla dəstək ola bilər, çünki bunun üçün bütün lazımi resursları var. Bundan əlavə, qiymətləri aşağı salmaq üçün uşaq məhsullarına vergilər sıfıra endirilə bilər. Amerika variantı bizim üçün mümkündür - uşaq müavinəti yoxdur, amma uşaqlı ailələr üçün vergi güzəştləri var. Nəhayət, xaricdən gətirilməməsi üçün uşaq qidası sahəsində mütəxəssisləri dəvət edib, yerli istehsal üçün hər cür şərait yaratmaq heç də pis olmazdı. Uşaqların sağlamlığı da bizim ailələr üçün ucuz zövq deyil - bu, bizə daha çox pul xərclədir”, - deyə həmsöhbətimiz bildirib.

Ekspert dövlət hesabına müalicə olduğunu xatırlatmaqla bərabər qeyd edib ki, bu, bir seçim deyil, çünki inteqrasiya olunmuş bir yanaşma yoxdur: “Ona görə də tibbi statistikaya daha yaxından baxmaq lazımdır. Aramızda ən çox yayılmış uşaq xəstəliklərini dəqiq müəyyənləşdirin, dövlət maliyyə yardımına alternativ olaraq pulsuz tibbi müayinə təşkil edin. Bundan əlavə, dövlət valideynlər üçün vergi güzəştləri tətbiq edə bilər, məsələn, ailədəki uşaqların sayından asılı olmayaraq gəlir vergisi güzəştləri. Uşaqlı vətəndaşlar üçün gəlir vergisini tamamilə aradan qaldırmaq mümkündür”.

“Əlbəttə, yaxşı olar ki, təkcə vergilərlə kifayətlənməyəsiniz, həm də xaricdən gətirilən uşaq mallarına qoyulan gömrük rüsumlarına diqqət yetirəsiniz. Başlanğıc üçün körpə qidalarına gömrük rüsumunu sıfırlamaq olardı. Bütün bunlar dövlətin əlindədir. Çünki uşaq müavinəti olmasa, dövlət uşaqlı ailələrin ən azından maddi durumunu bu səviyyədə dəstəkləyə bilərdi. Əks halda, gələcəkdə ciddi demoqrafik problemlərlə üzləşmək riskimiz var. Üstəlik, biz indi qonşu ölkələrin timsalında əhalinin güclü axını və əhalinin azalmasını müşahidə edirik”, - deyə Qarayev vurğulayıb.

Bu cür qorxular haqlı ola bilər, çünki statistikaya əsasən, ölkədə uşaqların sayı azalır, baxmayaraq ki, rəsmi məlumatlar əhalinin ümumi artımını göstərir. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ilin əvvəlinə 0 yaşdan 17 yaşadək uşaqların sayı 2 milyon 636 min 700 nəfər olub. 2001-ci ildə bu yaşda olan uşaqların sayı 2998,9 min nəfər olub. Beləliklə, 20 il ərzində ölkədə uşaqlar 236,2 min nəfər azalıb. Eyni zamanda ölkədə ümumi doğum əmsalı xeyli azalıb. Bir qadına düşən orta doğum səviyyəsi 2000-ci ildəki 1,99-dan ötən il 1,76-ya düşüb. Müqayisə üçün qeyd edək ki, 1999-cu ildə doğum səviyyəsi 2,77 olub.

Müəllif: Emma Rzayeva - Mənbə: AYNA.az
Təqdim etdi: DİA-AZ.COM (ƏRSOYUN BLOQU)
 
Ardını oxu...
Dövlət Sosial Müdafiə Fondu xərçəng xəstəliyindən əziyyət çəkən və əməliyyat olunmuş xəstəyə əlillik dərəcəsi verməkdən imtina edir. Gətirdiyi bəhanə isə təəccüb doğurub.

Tribunainfo.az xəbər verir ki, xərçəng xəstəliyindən əziyyət çəkən Samirə Xudiyeva bildirib ki, DSMF onun müraciətlərinə əhəmiyyət vermir, lazımsız bəhanələrlə ona pul ayrılmır:

Ardını oxu...

“Mən xərçəng xəstəliyindən əziyyət çəkirəm, yerli özəl klinikaların birində əməliyyat olmuşam. Keçən il əlliklə bağlı müraciət etmişəm, lakin mənə imtina gəlib. Dövlət Sosial Müdafiə Fondu bildirir ki, özəl klinikanın təqdim etdiyi epikriz və canlı material cavabları kifayət deyil, mütləq şəkildə Onkologiya Mərkəzində xəstələrin dövlət reyestrinə düşməliyəm. Onkologiya Mərkəzi isə reyestrdə qeydiyyata almaqdan imtina edir ki, bəs sən bizdə əməliyyat olmamısan, bizim xəstə deyilsən”.

Ağır xəstəlikdən əziyyət çəkən xanım xəstəliyi və ağrıları bir yana əlillik dərəcəsi ala bilmək üçün qapılarda qalıb. Şikayətçi indi probleminin hüquqi həlli üçün kömək istəyir.


Mənbə: «Tribunainfo.az»
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
 

Dünyapress TV

Xəbər lenti