““Uğur”, “Qalib” adı verilən uşaqlar sonradan depressiyaya düşür” - Psixoloq
“Adın insan taleyində, davranışında, şəxsi həyatında çox böyük rolu var. Biz isə bunu dərk etmirik. Bəzən ata-anamıza xoş olsun deyə övladımıza valideynlərimizin adını qoyuruq. Yaxud ata-anamız deyir ki, nəslim-köküm davam etsin deyə uşağa mənim adım qoyulmalıdır. Qəribə bir söz var - adım yerdə qalmasın... Sənin adın niyə yerdə qalır ki? Adını özün daşıyırsan, şəxsiyyət vəsiqəndə də var. Sonra da məzar daşında adın yazılacaq. Yəni adın heç vaxt yerdə qalmayacaq. Bizdə isə belə deyil. Bəzən bizi məcbur edirlər ki, uşağa anamın adını qoymalısan. Yaxud da qaynana deyir ki, uşağa anamın adını qoymalısan. Gənc ailələrdə bəzən bunun üstündə həqiqətən söz-söhbət düşür, dava-dalaş olur. Ən vacibi bizim övladımızdır. Uşağa ad vermək məsələsini ata-ananın öhdəsinə buraxmaq lazımdır, onlar öz aralarında həll etməlidirlər”.

Bu sözləri Pravda.az-a açıqlamasında tanınmış psixoloq Gülnar Orucova deyib.

Psixoloq bildirib ki, bəzi adlar var, dini baxımdan da qoyulması qadağan olunub: “Məsələn, “Qəzənfər” adının qoyulması dinimiz tərəfindən qadağandır. Bir neçə ad var ki, dinimiz həmin adları uşağa verməyi məsləhət görmür. Bəzən uşaqlara psixoloji olaraq adlar verilir. “Uğur”, “Qalib” adı verilən uşaqlar elə bilirlər ki, hər zaman uğurlu olacaqlar, qalib gələcəklər. Belə uşaqların sonradan depressiyaya düşdüklərini görürük. Çünki adın “Uğur” olması insanın hər zaman uğur qazanacağı demək deyil. Bəzən “İgid”, “Cəsarət” adlarını qoyub uşağa boş yerə özgüvən verirlər. Uşaq da adının cəsarətindən çıxış edərək elə davranışlar sərgiləyir ki, digər insanlar tərəfindən tərbiyəsiz, özbaşına, ağıldankəm kimi qarşılanır. Dinimiz buyurur ki, Məhəmməd, Əli adlarını övladına qoy. Hətta deyirlər ki, 4 oğlu olan bir insanın mütləq evində bu adlardan biri olmalıdır. Bunu nəzərə alanlar o qədər Məhəmməd, Əli adını uşaqlarına qoyublar ki, Əli, Məhəmməd adı sistemdə, doğrudan da, həddindən artıq çoxdur. Sistemdə çox olduğu üçün, eşitdiyimə görə, artıq Əli və Məhəmməd adlarının qoyulması qadağan olunub. Buna baxmayaraq, insanlar yenə də həmin adları qoyurlar. Keçmişdə “Sovet”, “Kombayn”, “Traktor” kimi adlar qoyurdular. Niyə? Sovet hökumətinə xoş olsun deyə. Düzdür, bu gün də hökumətə xoş olması üçün deyə adlar qoyulur. Amma bu adlar, hardasa, azdır və sabah uşağı utandırmır”.

Psixoloq deyib ki, ölkədə ad dəyişmək problemli məsələdir: “Bəzən uşaq adından utanır, amma dəyişə bilmir. Çünki ad dəyişmək çox problemli bir məsələdir. Hətta məhkəməyə qədər müraciət etməlisən, yalnız bundan sonra adını dəyişə bilərsən. Numerologiya elmində adların hərflərinin belə insanın həyatına təsirindən danışılır. Çox maraqlı elmdir. Bildirilir ki, uşaqlarınıza həmişə sonu saitlə bitən adlar qoyun. Çünki belə adlar uşağınızın həyat yolunun açıq və uğurlu olmasına dəlalət edir. Övladımıza ad seçərkən həddindən artıq diqqətli olmalıyıq. Təkrar adları qoymamalıyıq. Eyni adlar çoxalmamalıdır. Keçmişdə tarixi şəxsiyyətlərin, xanlıqların başçılarının, cəngavərlərin adlarını da uşaqlara qoyurdular. İndi isə prezidentlərin, şəhidlərin adlarını qoyurlar. Hər zaman görmüşük ki, insan adı ucaldır, ad insanı heç vaxt ucaltmır. Kiməsə adına görə hörmət etmirlər. O adam özünə hörmət qazanırsa, bu zaman hər kəs ona hörmət edir. Adlarda xüsusi səslər olur. Bir nəfər demişdi ki, xoşbəxt adamların adlarında həmişə “L”, “N”, “R” hərfləri olur. Sanki hər bir ad müəyyən titrəmələrin yaratdığı melodiyadır. Bu melodiya bəzən insana müəyyən xatırlatmalar edə bilir. İnsan var, adı çağırılanda ona xoş olur, insan da var ki, əksinədir. Bəziləri adı xoşuna gəlmir deyə özünə ləqəb qoyur. Yaxud adı xoşuna gəlmir, amma ailəsi adını dəyişdirməyə qoymur. Əziz valideynlər, övladınıza ad qoyanda mənasına diqqət yetirmək lazımdır ki, nəticədə utanmasınlar”.
 

Bölmənin digər xəbərləri

03 May 2025 Boşanma zamanı əmlak bölgüsü necə tənzimlənir? – Hüquqşünas
02 May 2025 Bakıda söküntülər BAŞLADI: Kompensasiya sakinləri qane etmir VİDEO
02 May 2025 Məhərrəm Quliyevin qəbuluna getsə də...
01 May 2025 Sumqayıt Şəhər İcra Hakimiyyətinin tabeliyindəki müəssisənin dövlətə vergi borcu üzə çıxıb
01 May 2025 Azərbaycan əhalisi ayda siqaretə 7, təhsilə 6 manat xərcləyir - SİYAHI
30 Aprel 2025 Kahramanmaraşda "Azərbaycan məhəlləsi"ndəki evlərin inşası yekunlaşıb
29 Aprel 2025  “Hünər İnşaat”: Burda insan taleyi HEÇDİR!
29 Aprel 2025 "Binanın altındakı torpaq sahəsi sakinlərin mülkiyyətidir" - Vəkil
28 Aprel 2025 Rəsmi iş yeri olmayanlara ŞAD XƏBƏR – Bu qayda ilə ev ala bilərsiniz
26 Aprel 2025 Rusiyada miqrantlarla bağlı yeni qaydalar təklif OLUNUR
25 Aprel 2025 Pensiyaçılara ŞAD XƏBƏR - Yeni qayda tətbiq edilir
25 Aprel 2025 Bir gün Bakıda nəqliyyat pulsuz olacaq
24 Aprel 2025 Bu rayonlarda köçkünlərə verilən mənzillərin sahəsi minimum səviyyədən aşağıdır - BU DA FAKT!
24 Aprel 2025  MTK-lar ev sahiblərinə güc tətbiqini qanuniləşdirmək istəyir?
23 Aprel 2025 Sahədən 30 qəpiyə alınan kartof marketdə 2.20 manata necə satılır? – Fermer
21 Aprel 2025 Pensiya alanlara ŞAD XƏBƏR- Sabah...
20 Aprel 2025 Nəqliyyatın qiymətləri: hansı ölkədə pulsuzdur, harada çox pul ödəməlisiniz?
19 Aprel 2025 Rusiyada yaşayan azərbaycanlılara ŞAD XƏBƏR- MƏBLƏĞ ARTDI
18 Aprel 2025 Bakıda ev ala bilmək üçün “yemədən-içmədən” 189 ay işləmək lazımdır - AL SƏNƏ...
18 Aprel 2025 Əhalinin kredit borcu sürətlə ARTIR: - Günah kimdədir?

Dünyapress TV

Xəbər lenti