Ardını oxu...
Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası Qərb ölkələrinin tələbi ilə aprelin 8-də Ukrayna ilə bağlı iclas keçirəcək.

Bu barədə TASS məlumat yayıb.

Məlumatda qeyd edilib ki, görüşün keçirilməsi Ukrayna Silahlı Qüvvələrinin (AFU) komandirləri və Qərb təlimatçılarının Krivoy Roqda keçirilən görüşünün keçirildiyi yerə rus qoşunlarının hücumu ilə əlaqədar Qərb dövlətləri tərəfindən tələb edilib.
 
Ardını oxu...
Aprelin 3-də Avropa Parlamentinin qondarma erməni soyqırımının 110-cu ildönümünə həsr olunmuş iclası keçirilib.

Müzakirələr Ədalət və Demokratiya uğrunda Avropa Erməniləri Federtasiyası adlı şovinst təşkilatın təşəbbüsü ilə keçirilib. İclasda etnik ermənilərin “Dağlıq Qarabağdan zorla qovulması”na diqqət yetirilib. Bir çox avropalı deputatlar tarixi faciə ilə son illərin hadisələri arasında “aydın paralellər” apararaq, Türkiyə və Azərbaycanda cəzasızlığın təhlükəli nəticələrini vurğulayıblar.

Sosialistlərin və Demokratların Mütərəqqi Alyansı fraksiyasından olan deputat Yanis Maniatis ailəsinin Osmanlı İmperiyasındakı “faciəvi təcrübəsini” xatırladıb. Digər millət vəkili Nikolas Bay isə Türkiyə və Azərbaycanı tənqid edib. Yaşıllardan Marketa Qregorova isə “Gəlin regionun sonuncu demokratiyası olan Ermənistanı dəstəkləyək”,-deyə müraciət edib. “Federasiya erməni “soyqırımı” qurbanlarının xatirəsini yad edən və eyni zamanda, Dağlıq Qarabağdan “zorla qovulmuş” ermənilərin hüquqlarının müdafiəsi məsələsini qaldıran avropalı deputatlara minnətdarlığını bildirib. Təşkilatın prezidenti həmçinin Aİ icra hakimiyyətini “soyqırım” ifadəsini işlətməkdən və lazımi hörmət nümayiş etdirməkdən imtina etdiyinə görə tənqid edib.

Qrupun əməliyyatlarının arxasında duran əsas hərəkətverici qüvvə erməni mafiya lobbisinin “boz kardinalı”, milyarder Kaspar Karampetyanın rəhbərlik etdiyi Ədalət və Demokratiya Uğrunda Avropa Erməniləri Federasiyasıdır. 1948-ci ildə Yunanıstanda erməni ailəsində dünyaya gələn Karambetyan Azərbaycana və Türkiyəyə qarşı düşmən münasibəti ilə seçilir. Karambetyan eyni zamanda, Yunanıstan, Ermənistan və Lüksemburq vətəndaşlığını daşıyır.

O, işğal dövründə avropalı deputatların Qarabağa qeyri-qanuni səfərlərini təşkil edib, qondarma “Artsax Respublikası”nı beynəlxalq aləmdə tanıtmaq məqsədi ilə dəfələrlə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əleyhinə açıq çağırışlar edib. Eyni zamanda, o, avropalı deputatların bütün anti-Azərbaycan təşəbbüslərinin haqqını səxavətlə ödəyib. Karambetyan uzun illər Qarabağda keçmiş qondarma rejimə sponsorluq edib.

Karampetyanın Avropa Parlamentinin “Qətərgeyt” işinə görə həbs edilmiş Yeva Kaili ilə dərin əlaqələri olduğu və rəhbərlik etdiyi təşkilat vasitəsilə müxtəlif ölkələrdən olan Avropa məmurlarının Qarabağa səfərlərini maliyyələşdirdiyi aşkara çıxıb. Xatırladaq ki, “Qətərqeyt” işi Avropa Parlamenti rəsmiləri, lobbistlər və onların ailə üzvlərinin Qətər, Mərakeş, Mavritaniya dövlərtləri, həmçinin Avropadakı erməni diasporunun, xüsusilə Ədalət və Demokratiya Uğrunda Avropa-Ermənistan Federasiyası adlı diaspor təşkilatını əhatə edən rüşvətxorluq və maliyyə fırıldaqları ilə bağlı cinayət prosesidir.

2022-ci ilin dekabrından davam edən istintaq böyük siyasi qalmaqala səbəb olub. İstintaq zamanı Avropa Parlamentinin yüksək vəzifəli rəsmilərinin rüşvət, pul yuyulması və mütəşəkkil cinayətkarlıq əməlləri ilə məşğul olmaları aşkar edilib. Belçika, İtaliya və Yunanıstanın hüquq-mühafizə orqanları, cinayət əməllərində şübhəli bilinən diplomatlardan 1,5 milyon avro nəğd pul, kompüter və mobil telefonlar konfiskasiya etmiş, dörd diplomata qarşı isə iddia edilən cinayətlərlə bağlı ittiham irəli sürülmüşdür. Cinayət işində daha çox Avropa Parlamentinin sabiq vitse-prezidenti Yeva Kaili və keçmiş deputat Antonio Panzerinin adı xüsusi çəkilir. Aprelin 3-də Avropa Parlamentində aparılan müzakirələr Karambetyanın ətrafındakı cinayətkar şəbəkənin yenidən fəallaşdığını göstərir. 2022-ci ildə lobbi mafiyasının dağıdılmasından sonra kölgəyə çəkilən Kaspar Karambetyan “çirkli pullar” hesabına Avropa Parlamentində özünə yeni qruplaşma yarada bilib.

Çox güman ki, Fransanın Avropa Parlamenti üzərində yüksək siyasi təsir imkanına malik olması və Ermənistanı silahlandırmaq siyasəti “Ədalət və Demokratiya Uğrunda Avropa Erməniləri Federasiyası”nın yenidən meydanda peyda olmasına şərait yaradıb. 24 aprel uydurma soyqırımı gününun yaxınaşdığını nəzərə alsaq, Karambetyanın cinayətkar qrupunun hücumlarının səbəbləri aydın olar. Hətta qarşıdakı günlərdə Avropa İttifaqının siyasi mərkəzlərindən Azərbaycan və Türkiyə əleyhinə böhtan xarakterli intensiv çağırışların səslənəcəyi gözləniləndir. Əsas məqsəd bölgədə erməni separatizmini və münaqişəni yenidən alovlandırmaq, sülh prosesini pozmaqdır. Avropadakı erməni mafiyası bu planı həyata keçirmək üçün Avropa İttifaqının özünün strateji və təhlükəsizlik maraqlarına zərbə vurmağa hazırdır. Artıq “çirkli pullar” Avropa İttifaqının siyasi strukturları arasında fikir ayrılığına səbəb olub.

Ədalət və Demokratiya Uğrunda Avropa Erməniləri Federasiyası ilə əməkdaşlıq edən deputatlar qaz tədarükü ilə anlaşma memorandumuna əməl olunması kontekstində Aİ-nin Azərbaycanla davam edən əməkdaşlığına qarşı çıxıb. Halbuki, bu gün Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycana daha çox ehtiyacı var. Eyni zamanda, ABŞ Prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsi fonunda Avropa İttifaqının müdafiəsinə maraq göstərməməsi NATO daxilində parçalanma ehtimalı yaradıb. Türkiyənin hərbi dəstəyi olmadan Avropanın təhlükəsizliyinin təşkilinin qeyri-mümkün olacağını Britaniya, Fransa, Almaniya kimi böyük dövlətlər özləri də etiraf edir. Belə olan halda, Azərbaycana və Türkiyəyə təzyiq siyasəti yalnız Avropa İttifaqının özünə zərər vura bilər.

Ermənilərin Qarabağdan qovulması barədə iddialara gəlincə, onlar könüllü şəkildə Ermənistana köçüb və bunu təsdiq edən sənədlərlə yanaşı, Avropa Şurasının nümayəndəsi Dunya Miyatoviçin xüsusi hesabatı var. Azərbaycan dövləti də ermənilərin Qarabağa qayıdıb ölkəmizin qanunları çərçivəsində yaşamasını qadağan etməyib. Ona görə də Avropa İttifaqı ermənilərin Qarabağa köçməsini tələb etməkdənsə, Qərbi azərbaycanlıların Ermənistana qaydışına etiraz edən rəsmi İrəvana etiraz etməlidir.
 
Ardını oxu...
Ermənistan prezidenti Vaaqn Xaçatryan Əbu-Dabidə keçirilən illik investisiya forumunda Cənubi Qafqaz regionunda sülhə alternativin olmadığını deyib.
Ermənistan prezidenti Cənubi Qafqazda bütün regional infrastrukturların blokdan çıxarılması unikal imkanlar yaradacaq.

"Cənubi Qafqaz qapalı sərhədləri olmayan regiona çevrilməlidir. Bu da öz növbəsində iqtisadi əməkdaşlığın dərinləşməsinə, təmasların intensivləşməsinə və bütün regionun dayanıqlı iqtisadi artımının təmin olunmasına töhfə verəcək”, - Xaçatryan bildirib.
 

 

Ardını oxu...
  

Braziliyada mühərriki sıradan çıxan təyyarə avtomobil yoluna təcili eniş edib. 

Musavat.com xəbər verir ki, Braziliyanın cənubunda mühərrikində nasazlıq yaranan kiçikölçülü təyyarə avtomobil yoluna təcili eniş etməyə məcbur olub. Hadisə nəticəsində təyyarədə olan iki nəfər – pilot və sərnişin – xəsarət almadan xilas olub.

Yerli KİV-lərin məlumatına görə, təyyarə havaya qalxdıqdan qısa müddət sonra texniki nasazlıqla üzləşib. Pilot vəziyyəti düzgün qiymətləndirərək ən yaxın təhlükəsiz yer kimi avtomobil yolunu seçib və enişi uğurla həyata keçirib.

Faktla bağlı araşdırma aparılır. Təyyarənin hansı səbəbdən texniki nasazlığa məruz qaldığı ekspertiza nəticəsində müəyyənləşdiriləcək.  

 

Musavat.com

 

 
 
 
 
 

 

 
 
 
Ardını oxu...
Artıq 50-dən çox ölkə ABŞ-yə Vaşinqtonun tətbiq etdiyi idxal rüsumlarının azaldılması və ya ləğv edilməsi məsələsini müzakirə etmək məqsədilə danışıqlara başlamaq üçün müraciət alıb.

Oxu.Az xəbər verir ki, bunu Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Kevin Hasset "ABC News" telekanalına müsahibəsində bildirib.

Hasset həmçinin qeyd edib ki, Vaşinqton Moskvaya qarşı idxal rüsumları tətbiq etməyib, çünki Tramp bu mövzunun Ukraynada vəziyyətin sülh yolu ilə həlli üzrə danışıqlara mane olmasını istəmir.

"Aydındır ki, hazırda Rusiya və Ukrayna ilə danışıqlar gedir və məncə, prezident bu iki məsələni qarışdırmamaq qərarına gəlib", - o deyib və əlavə edib ki, Rusiyaya qarşı tariflərin artırılmaması ABŞ-nin gələcəkdə bu ölkəyə tamamilə fərqli yanaşacağı demək deyil.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp 2 apreldə 185 ölkə və ərazidən idxal olunan məhsullara gömrük rüsumları tətbiq ediləcəyini elan edib. Rusiya bu siyahıda yer almayıb.
 
Ardını oxu...
Rusiyanın baş naziri Mixail Mişustinin milliyyəti haqda o hələ baş nazir təyinatı alandan-2020-ci ilin yanvarından yazılır.

Musavat.com xəbər verir ki, buna səbəb onun ətrafında ən yaxın dostlarından birinin erməni biznesmen Levon Amdilyanın olmasıdır. Mişustinin təhsilini başa vurduqdan sonra işlədiyi Beynəlxalq Kompüter Klubunun yaradıcısı məhz Amdilyan olub. Mişustin baş nazir olduqdan sonra Amdilyanın “əl-qolu” daha da açılıb.

Amdilyan “Taxcom” MMC-nin 50%-nə sahibdir. Bu şirkət Mişustinin Federal Vergi Xidmətinin rəhbəri vəzifəsində işlədiyi müddətdən kassa aparatları islahatları vaxtı yaradılıb. Keçən ilə qədər baş nazirin erməni dostu şirkətdə 25% payı vardı, lakin bugünlərdə məlum olub ki, onun səhmləri iki dəfə artırıb.

“Taxcom” şirkəti satıcılardan məlumatları toplayır və vergi xidməti sisteminə ötürür. Şirkətin 2023-cü il üçün gəlirləri 2,5 milyard rublu (xalis mənfəət - 43,65 milyon) ötüb, dövlət satınalmalarına sərf olunan vəsaitin ümumi həcmi isə 129 milyon təşkil edib. Baş nazirə yaxın olan erməni iş adamı hökumətin nəzarətində olan strukturlardan müqavilələr alır. Rusiya mediası yazır ki, baş nazir sanksiyalardan əvvəl Amdilyanla həyat yoldaşından daha tez-tez xaricə səyahət edirdi. Amdilyanın ABŞ-ın Ohayo ştatının sakini kimi qeydiyyatdadır.

Rusiya baş nazirinin milli kökləri ilə bağlı açıq mənbələrdə yarıerməni olması barədə iddialar var. Belə ki, mətbuatda yayılan məlumatlara görə, Mişustin anası tərəfdən ermənidir, Mixail Mişustinin anası Ermənistanın tarixi azərbaycan kəndi Tayçarıxdandır. Ermənilər sonradan azərbaycan kəndini “milliləşdirdirib” Meqradzor adlandırıb. Kəndin Razdan şəhərindən 60 kilometr aralıda yerləşdiyi deyilir. Mişustinin hazırda da Ermənistandan çoxlu dostlarının olduğu da iddia edilir.

Mişustin 1998-ci ildə Rusiya Federal Vergi Xidməti rəhbərinin informasiya sistemləri üzrə köməkçisi olmaqla karyera nərdivanını yüksəltməyə başlayıb. Ona xidmətin kompüterləşdirilməsi, elektron sənəd dövriyyəsinin tətbiqi tapşırılıb. Vergilər Nazirliyinin baş informasiya inzibatçısı kimi Mixail Mişustin 2002-ci ildə 100 və 160 milyon ABŞ dolları dəyərində kompüter avadanlığının alınması üçün Dünya Bankından iki kreditin alınmasını təşkil etməsi və onları uğurla “mənimsəməyə” nail olması ilə məşhurlaşdı.

Mişustinin atasının adı Vladimir Moiseeviçdir. Məlum olduğu kimi, Moisey-Musa sırf yəhudi adıdır. Musa adı müqəddəs kitablarda xatırlanır və məhz yəhudi xalqına məxsusdur. Mişustinin babası belarus əsilli idi və tarixi məlumatlara görə, o zaman onun doğma şəhəri Polotskda əhalinin üçdə ikisi yəhudi idi. Mişustinin anasının adı Luizadır. Luiza adının fransızcadan (“Allaha kömək edin”) götürüldüyü də güman edilir. Buna baxmayaraq, Luiza adı ermənilərdə də geniş rast gəlinir.

Yeri gəlmişkən, Rusiya prezidenti Vladimir Putin iki gün əvvəl “Balçuk Capital” ın sahibi David Amaryana Amerikanın “Goldman Sachs” bank qrupundan “Qazprom”, “Rosneft” və digər Rusiya şirkətlərinin səhmlərini almağa icazə verib. Siyahıda həmçinin “Novatek”, “Surqutnefteqaz”, “Tatneft”, “Lukoil və “Rostelecom”un səhmləri də var.

Göstərilən əməliyyatları həyata keçirmək üçün şirkət Rusiya qanunvericiliyinə uyğun olaraq əlavə icazə tələb etməyəcək.

“Balçuk Capital”ın baş qərargahı Ermənistanın paytaxtı İrəvanda yerləşir. Fond 2 milyard dollardan çox olan aktivləri idarə edir.

David Amaryan əvvəllər bir neçə il Ruben Vardanyanın təsis etdiyi “Troika Dialoq” investisiya şirkətində işləyib. “Goldman Sachs” dünyanın ən böyük investisiya banklarından biridir. Ukraynada müharibə başlayandan sonra bank Rusiya Federasiyasındakı fəaliyyətini məhdudlaşdırıb.
 
Ardını oxu...
Fransanın bir qrup vətəndaşı Baykonur kosmodromunun ərazisinə qanunsuz daxil olmağa cəhd göstərib.

"Report" xəbər verir ki, bu barədə "İzvestiya" qəzeti mənbəyə istinadən məlumat yayıb.

Kosmodroma icazə sənədi olmayan dörd nəfər “Energia” daşıyıcı raketinin şəklini çəkmək istəyərkən, polis əməkdaşları bunun qarşısını alıb.
"Shot" teleqram kanalının yazdığına görə, saxlanılanlar 26 yaşlı Alen Talamon, 22 yaşlı Siril Neo, 27 yaşlı Mari De Sant Eksüperi və 37 yaşlı Saşa Kolesa olub.

Turistlər 112 "A" platformasının ərazisində istismardan çıxarılan sınaq stendində saxlanılıblar. Əcnəbilərə qarşı protokollar tərtib edilib.
 

       
Ardını oxu...
ABŞ-ın müxtəlif bölgələrində keçiriləcək nümayişlərdə 500 mindən çox insanın iştirak edəcəyi gözlənilir.
Bizimyol.info xəbər verir ki, Prezident Donald Trampın və Elon Maskın hökumət işçilərinin azaldılması, iqtisadiyyat, insan hüquqları və digər məsələlərə dair fəaliyyətlərindən narazı olanlar, Trampa qarşı etirazlarını 5 aprel şənbə günü bütün ABŞ üzrə nümayişlər keçirərək bildirəcəklər.

ABŞ-ın müxtəlif bölgələrində 1200-dən çox nümayişin keçirilməsi planlaşdırılır. 500 mindən çox insanın Trampın "avtoritar" gündəminə qarşı etiraz etmək üçün küçələrə çıxacağı gözlənilir.

Etirazçılar Trampın fərmanlarla ABŞ-ın daxili və xarici siyasətində etdiyi radikal dəyişikliklərə cavab olaraq, “Əllərini üzərimizdən çəkin!” şüarları ilə narazılıqlarını açıq şəkildə ifadə etməyə hazırlaşıblar.

Etirazlar bir neçə hüquq müdafiə qrupunun, vətəndaş hüquqları müdafiə təşkilatlarının və əsasən yerli hərəkatların təşkilatçılığı ilə keçiriləcək.

“The Guardian” qəzeti, “Indivisible” təşkilatının təsisçisi Ezra Levinin sözlərinə istinadən: “Bu, ABŞ tarixində son illərin ən böyük etiraz aksiyası olacağını vəd edir”, - deyə xəbər verir.

“Nəhayət, bu, müasir dövrün ən açıq şəkildə güc əldə etmə cəhdi ilə mübarizə aparmaq üçün bir ölkə səviyyəsində mobilizasiyadır. Tramp, Mask və onların milyarder dostları hər addımda Konqresin təsdiqi ilə hökumətimizə, iqtisadiyyatımıza və əsas hüquqlarımıza qarşı tam hücuma keçir”, — deyə etirazçılar saytda mövqeylərini bildiriblər.

100-dən çox fəallıq qrupu bu tədbirdə iştirak etmək üçün qeydiyyatdan keçib.

ABŞ-ın ən böyük şəhərləri, o cümlədən Nyu-York, Vaşinqton, Los-Anceles, San-Fransisko, Çikaqo və Miamidə nümayişlər keçiriləcək.

Nümayişlər həmçinin Kanadada, Böyük Britaniyada, Fransada, Almaniyada, Meksikada və Portuqaliyada keçiriləcək. Vaşinqtondakı Milli Allee-də ən böyük nümayişlərin keçirilməsi gözlənilir.
 
Ardını oxu...
Moskvanın ən böyük qapalı akvaparkı olan “Moreon”dan 2000-dən çox insan təxliyə edilib.

Bu barədə TASS-a fövqəladə hallar xidməti məlumat verib.

“Qolubinskaya küçəsi 16 ünvanında yerləşən binada şübhəli əşya olması barədə məlumat daxil olub. Tam evakuasiya həyata keçirilib”, – agentliyin mənbəsi bildirib.

Onun sözlərinə görə, hazırda binaya baxış keçirmək üçün kinoloqların gəlməsi gözlənilir.

Açıq mənbələrdə yer alan məlumata əsasən, qeyd olunan ünvanda ümumi sahəsi 64 min kvadratmetr olan “Moreon” istirahət kompleksi yerləşir.
Ekspertlər qeyd edirlə\r ki, keçən ilin iyun ayındada burada belə bir hadisə olmuşdu!
Ardını oxu...
 
 
 

Dünyapress TV

Xəbər lenti