Ardını oxu...
Bosniya və Herseqovinanın paytaxtı Sarayevonun yaxınlığındakı “Blazuj” miqrant qəbulu mərkəzində atışma baş verib.

TNS xəbər verir ki, təhlükəsizlik qüvvələri atışma nəticəsində 6 nəfərin yaralandığını və onların xəstəxanaya yerləşdirildiyini açıqlayıb. Yaralılardan biri Pakistan, digər beş nəfər isə Əfqanıstan vətəndaşıdır. Hadisə nəticəsində bir neçə nəfər saxlanılıb.

Atışmanın miqrant düşərgəsindəki cinayətkar dəstələr arasında baş verdiyi bildirilir.
 
Ardını oxu...
“Erməni soyqırımı” ideyası pul qazanmaq məqsədilə ortaya atılıb.

TEREF Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan vətəndaşı olan bir şəxs yaydığı videodakı çıxışında deyib.

“Ermənistanda fikirləşiblər ki, yəhudilər soyqırıma görə çoxlu pul qazanıb, biz ermənilər niyə qazanmayaq?

Bizim soyqırımla bağlı hislərimiz və həyəcanlarımız tamamilə fərqli ola bilər. Söhbət şəxsi hislərimizdən gedir. “Erməni soyqırımı” məsələsində bizimkilər yəhudilərə paxıllıq etməyə başlayıb və bu mövzu ilə bağlı çoxlu pul qazanmaq istəyiblər. Fikirləşiblər ki, onlar da belə bir layihə etsin: “Biz onlardan nəyə görə əskik qalaq, biz daha çox şey itirmişik, niyə buna görə də pul almayaq?” Gəlin, həqiqətləri deyək. Soyqırımdan danışan hər kəs bunu öz baba və nənəsinin hekayəsi kimi qəbul edir. Birini öldürüb, birini zorlayıb, birini doğrayıblar. Mənim nənə və babam Muşdandır. Bunu çox araşdırmışam, çünki mənim də beynim yuyulmuşdu. Biz ancaq belə düşünürdük ki, soyqırıma məruz qalmışıq bu bizim milli ideologiyamızdır. Mən və bir çoxları həqiqəti bilir. Bilir ki, onları aldadıblar. Lakin bunu özlərinə etiraf etmirlər”.

O, danışarkən nənəsinin xatirələrinə də istinad edib:

“Nənəm deyirdi ki, bolşevik ruslar bizim ərazimizə soxulub, sonra hər yerdə oğurluq, zorakılıq baş verib. Bir dəstə türk hərbçisi isə onların yaşadığı kəndini qorumaq üçün gəlib. Onlara da bir zabit rəhbərlik edib. Həmin əsgərləri yeməyə dəvət edib, daha sonra isə onları çağırdıqları yerin qapısını bağlayıb yandırıblar, babam isə rəhbər olan türk zabitini boğub öldürüb. Ardınca da onların kömürə dönmüş meyitlərini quyuya atıb, ailəlikcə onların üzərini mundarlayıblar. Nənəmdən soruşdum ki, bəs soyqırım olub? O dedi ki, biz çıxdıqdan sonra baş verib. Mənim başqa qəmli hekayəm yoxdur ki, orda ailəmin vəhşicəsinə öldürüldüyünü deyim. Mən istisna etmirəm ki, soyqırım mənim ailəmin etdiyi vəhşiliyin nəticəsidir. Təbii ki, “erməni soyqırımı”ndan danışırıq, lakin öz əcdadlarımızın söhbətlərini eşidəndə çox fərqli məqamlar ortaya çıxır. Mənim digər babamın da hekayəsi var. O, Qarsda yaşayan bolşevik olub. Onun idarəçiliyi dövründə orda yaşayan yerli əhalinin 60%-i, yəni azərbaycanlılar yaşadıqları yerdən çıxarılıb. Bu erməni bolşeviklərinin hekayəsidir. Bu, fundamental soyqırım idi”.

 
Ardını oxu...
21 may axşamı Vaşinqtonun mərkəzində şok edici hadisə baş verib. İsrail səfirliyinin iki işçisi güllələnərək öldürülüb. Qətlin yəhudi muzeyi yaxınlığında baş verdiyi bildirilir. Şübhəlinin saxlanması zamanı onun "Fələstinə azadlıq!" şüarı səsləndirdiyi qeyd edilir.

"Caliber"in "YouTube" kanalında bu hadisə ilə bağlı süjet yayımlanıb.

"Bu fakt və qurbanların xüsusi olaraq İsrail səfirliyi işçiləri olması cinayətin motivləri barədə bütün şübhələri aradan qaldırıb. Qətl açıq şəkildə siyasi əsaslarla və antisemitizm zəminində törədilib. Maraqlı detal odur ki, qatil Elias Rodriges əslən Texas ştatındandır və Yaxın Şərqlə heç bir əlaqəsi yoxdur. Vaşinqtondakı hadisə dünyada böyük etiraz dalğasına səbəb olub. ABŞ Prezidenti Donald Tramp diplomatların öldürülməsinə reaksiya verərək bəyan edib ki, Vaşinqtonda baş verən bu dəhşətli qətllər açıq şəkildə antisemitizm əsaslıdır və dərhal dayandırılmalıdır. ABŞ-də nifrət və radikalizmə yer yoxdur".

Daha ətraflı "Caliber"in süjetində:

 
 
 
Ardını oxu...
Gürcüstan mətbuatının yaydığı məlumata görə, Azərbaycan və Gürcüstan arasında dəmir yolu ilə sərnişin daşınması may ayının sonunda – Gürcüstanın Müstəqillik Günü (26 may) və Azərbaycanın Respublika Günü (28 may) münasibətilə bərpa olunmalıdır.
Məlumatda qeyd edilirdi ki, ilk qatar Gürcüstanın Müstəqillik Günü – 26 Mayda və Azərbaycanın Respublika Günü – 28 Mayda hərəkətə başlayacaq.

Yayılmış məlumata əsasən, “Gürcüstan Dəmir Yolları” öz növbəsində birtərəfli biletin qiymətini müəyyən edib və tarif cədvəlini azərbaycanlı tərəfdaşlarına göndərib.

Bu mərhələdə Gürcüstan kupe biletlərini 50 lariyə (30.97 manat), yataq tipli vaqon biletlərini isə 70 lariyə (43.35 manat) satmağı Azərbaycana təklif edir.

Yayılan xəbərlə bağlı Azərbaycan Dəmir Yolları QSC-nin (ADY) İctimaiyyətlə əlaqələr şöbəsinin aparıcı mütəxəssisi Bəxtiyar Hacıyev açıqlama verib.

Qurumun rəsmisinin sözlərinə görə, bu xəbərlər həqiqəti əks etdirmir:

“Yayılan məlumatlar həqiqəti əks etdirmir. Belə informasiyaları Azərbaycan tərəfindən, dövlət qurumları ilə dəqiqləşdirmək lazımdır. 2020-ci ildən etibarən quru sərhədlər bağlı olduğuna görə, Nazirlər Kabinetinin xüsusi karantin rejimi ilə bağlı qərarı çərçivəsində beynəlxalq istiqamətlərdə qatarla sərnişin daşınması dayandırılıb. Dəmir yolu ilə sərnişindaşımanın bərpası ilə bağlı hər hansı bir yenilik yoxdur”. /Azxeber
Ardını oxu...
ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinin odla oynadığını bildirib.

Tribunainfo.az xəbər verir ki, o, bu barədə “Truth Social” sosial şəbəkəsində yazıb.

“Vladimir Putinin başa düşmədiyi odur ki, mən olmasaydım, indiyə qədər Rusiyanın başına çox sayda pis şeylər gələrdi və mən həqiqətən çox pis şeyləri nəzərdə tuturam. O, odla oynayır!”, – Tramp vurğulayıb.

Xatırladaq ki, mayın 25-də “Reuters” Rusiya Silahlı Qüvvələrinin gecə saatlarında münaqişə başlayandan bəri Ukrayna ərazisinə ən böyük hava hücumunu həyata keçirdiyini xəbər vermişdi.

Başverənlərə münasibət bildirən Tramp Rusiya liderinin hərəkətlərindən narazı olduğunu və onun niyə belə etdiyini bilmədiyini söyləyib. Ağ Evin sahibi vurğulayıb ki, o, həmişə Putinlə anlaşıb, lakin indi o, şəhərlərə raketlər atır və bu, onun narazılığına səbəb olur. Tramp həmçinin Rusiyaya qarşı yeni sanksiyaların mümkünlüyünü açıqlayıb.
 

Ardını oxu...
  

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev prezident Vladimir Putinin Ukraynada planlaşdırdığı “bufer zonası”nın, demək olar ki, bütün ölkəni əhatə edə biləcəyini deyib.

Musavat.com xəbər verir ki, bu barədə o, Telegram kanalında məlumat paylaşıb.

"Kiyevə hərbi yardım davam edərsə, bufer zonası belə görünə bilər" - ifadəsini işlədərək, demək olar ki, bütün Ukraynanı əhatə edən xəritə paylaşıb.

Ardını oxu...

Medvedev iddia edib ki, Qərbdən gələn uzunmənzilli silah təhdidlərinə qarşı çıxmaq üçün bu miqyasda tədbir lazım ola bilər.

Medvedev NATO qaynaqlı uzaqmənzilli silahların Rusiya üçün birbaşa təhdid olduğunu qeyd edib: "Başqa sözlə, Rusiya orada olmalıdır; təhlükəsizlik üçün 550 kilometr, üstəlik əlavə 70-100 kilometr".

Məlumdur ki, Rusiya prezidenti Putin hələlik bütün Ukraynanı işğal etmək planını açıq şəkildə dilə gətirməyib. Buna baxmayaraq, Medvedevin bəyanatı Kremlin mövqeyini sərtləşdirməyə davam etdiyinə işarə kimi qiymətləndirilir. Ekspertlərin fikrincə, Medvedevin bütün bu açıqlamaları Kremlin razılığı ilə edilir.

Musavat.com

 
 
 

Ardını oxu...
 

ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinin hərəkətlərindən və sülh danışıqlarının gedişindən məyus olub.

Musavat.com xəbər verir ki, bu barədə "The Wall Street Journal" yazıb.

Mənbələrin bildirdiyinə görə, hələlik yekun qərar verilməsə də, ABŞ lideri Moskvaya qarşı sanksiyalar tətbiq etməyi düşünür.

Yeni məhdudiyyətlərin bank sektoruna təsir göstərməsi ehtimalı azdır, lakin 30 günlük atəşkəsə nail olmaq üçün təzyiq tədbirlərini əhatə edə bilər.

Ötən gün Tramp Rusiyanın Ukraynaya zərbələrindən sonra Putinin “dəli olduğunu” deyib.

İqbal RZAYEV,
Musavat.com

Ardını oxu...
Türkiyənin Sivaş şəhərində kömür mədənində partlayış olub.

“Haber Global” xəbər verir ki, hadisə Zara rayonunda qeydə alınıb.

Hadisə nəticəsində bir nəfər ölüb, daha iki nəfər yaralanıb. Partlayış yanğına səbəb olub.

Sivas valiliyindən verilən məlumata görə, həm ölən, həm də xəsarət alanlar əcnəbilərdir.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Hadisə ilə bağlı araşdırma başladılıb.

Partlayışın səbəbi hələ məlum deyil.
 
 
 
Ardını oxu...
“Avropa Siyasi Birliyi” sammitinin 2026-cı ildə Ermənistanda, 2028-ci ildə isə Azərbaycanda keçiriləcəyi açıqlanıb. Ermənistanın Baş naziri Nikol Paşinyanın X səhifəsində paylaşım edərək Bakı ilə bağlı qərarı alqışlaması maraqla qarşılanıb. O, Bakı və İrəvanın bir-birilərinin namizədliyini qarşılıqlı şəkildə dəstəklədiyini bildirib. Bununla yanaşı, sammitin baş tutacağı tarixin Ermənistanda, məhz bu ölkədə parlament seçkilərinin keçiriləcəyi ilə təsadüf etməsi isə xüsusi diqqət çəkib.

Paşinyanın son zamanlarda ölkədə reytinqinin azalması və qalibiyyət ehtimalının aşağı olması səbəbindən artıq hazırlıqlara başladığı, seçkidə mövqelərini gücləndirmək üçün bu qərarı hökumətinin uğuru kimi təqdim edəcəyi deyilir. Həmçinin İrəvanda baş tutacaq sammitdə Azərbaycan Prezidenti İlham Əliyevin iştirak edib-etməyəcəyi də maraq doğurur. Bununla yanaşı Paşinyanın da Bakıda keçiriləcək sammitə qatılması ehtimalı müzakirə edilir.

İrəvanda sammitin məhz 2026-cı ildə keçirilmə qərarı Qərbin Paşinyan hakimiyyətinə dəstəyi kimi qiymətləndirilə bilərmi? Bu tədbirin iki ölkə üçün də əhəmiyyəti nədir?

Globalinfo.az-a danışan analitik Aqşin Kərimov deyib ki, Prezident İlham Əliyevin Avropa Siyasi Birliyinin növbəti sammiti üçün İrəvana gedib-getməyəcəyi ilə bağlı suallar açıq qalır:

“COP-29-dan sonra Bakı ilə İrəvan arasındakı növbəti beynəlxalq iclasların mübadiləsi aktı daha ətraflı dərketmə bucağı yaradır. Burada liderlərin fiziki gediş-gəliş məsələsinin aktuallaşması geniş istiqamət ortaya qoyur. Hərçənd ki, Nikol Paşinyan COP29-da iştirakdan imtina etmişdi.

Lakin ümumilikdə Bakı ilə İrəvan arasındakı diplomatik-siyasi jestlər proqramı Azərbaycanın addımları üçün ideoloji və tarixi fürsətlər yaradır. Buna İlham Əliyevin İrəvan üzərindəki motivasiyasını əks etdirən pəncərədən baxmaq lazımdır. Yəni, hazırda baş verənlər sadə protokol hadisələri deyil, yeni oyun qaydalarının qurulmasıdır.

Bu, regional və beynəlxalq siyasət meydanına belə bir tezisi səsləndirməyə imkan verir: Əliyev tarixi Azərbaycan torpaqları olan İrəvanda, Paşinyan isə dünyaya regional təhlükəsizlik üçün diktə və tələblər irəli sürən Bakıda. Başqa sözlə, İlham Əliyevin İrəvana, Nikol Paşinyanın isə Bakıya mümkün səfərləri yeni regional reallıqları simvollaşdırır.

Yəni, Avropa Siyasi Birliyi iclaslarının Bakıda və İrəvanda keçirilməsindən asılı olmayaraq Əliyevin güclü, ardıcıl və uzunmüddətli strategiyası önə çıxır”.

Analitikin sözlərinə görə, “Əliyev İrəvanda” tezisləri yekunda Azərbaycanın regional təhlükəsizlikdəki sərmayə portfelinin, güc nümayişinin diktə edilməsinin genişlənməsinə xidmət göstərəcək tarixi bir anı qiymətləndirməyə imkan yaradacaq:

“Paşinyan Bakıda” tezisi isə Azərbaycanın prioritetləri ilə rəqabət aparmaq iqtidarında deyil.

Hadisələrin başqa bir prizmadan dəyərləndirilməsinə baxaq. Burada əsasən Nikol Paşinyanın Azərbaycana jestlər etməsinin pərdəarxasındakı məqamlarına toxunmağı məqsədəuyğun sayardım. Paşinyan öz hakimiyyətinin qorunması üçün ehtimal ki, Azərbaycandan təminatlar istəyir. Bu, onun Rusiya və Qərbin geosiyasi rəqabətinə qurban gedə biləcəyi versiyaları fonunda başa düşüləndir.

Beləliklə, sülh yolunda daha bir vacib addım atılır: Azərbaycan İrəvanın təhlükəsizliyinə qarantiya olaraq, onu regional və beynəlxalq təhdidlərin caynağından almağa doğru istiqamətlənir. Paşinyanın bu oyun qaydasındakı rolu isə hər şeyi olmasa da, bir neçə məsələni müəyyənləşdirən məqamı əks etdirəcək”.
 
Ardını oxu...
Ötən gün bəzi mənbələr İranın Ali rəhbəri Seyid Əli Xameneinin Azərbaycandakı ofisinin fəaliyyətini bərpa etməsinə dair xəbər yayıb. APA informasiya agentliyi məlumatı təkzib edib.

İndiki məqamda belə bir məlumatın gündəmə buraxılmasının səbəbi nədir?

Globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov deyib ki, Xameneinin müxtəlif müsəlman ölkələrində ofisləri fəaliyyət göstərir:

“Bu ofislər İranla yerləşdiyi ölkədə islam irsini, xüsusilə də şiə təriqəti irsini əks etdirən dini və mədəni əlaqə rolunu oynayırlar. Azərbaycanda bu ofis Seyid Əli Əkbər Ocaqnejadın Bakıdakı Hüseyniyyə məscidində yerləşən nümayəndəliyi vasitəsilə mövcudluğunu qoruyub saxlayırdı.

2021-ci ilin oktyabrında Azərbaycan COVİD-19-un sağlamlıq tədbirlərini əsas gətirərək Hüseyniyyə məscidini və Xameneinin nümayəndəsinin ofisini bağlayıb. Azərbaycan Daxili İşlər Nazirliyi məscidin koronavirusun yayıldığı məkan olması ilə əlaqədar bağlandığını bildirib. Bunun xüsusən İranın Azərbaycan sərhədi yaxınlığında keçirdiyi hərbi təlimlərdən sonra gərginliyin artması ilə üst-üstə düşməsi diqqət çəkdi. Sonralar məlum oldu ki, ofisin bağlanması təkcə COVİD pandemiyası ilə yox, həm də ofis rəhbərinin qeyri-qanuni işləri ilə bağlıdır”.

Ekspert deyib ki, bu hadisələrə baxmayaraq İranla Azərbaycan arasında diplomatik əlaqələr davam edir:

“2025-ci ilin fevralında Azərbaycan Prezidenti İlham Əliyev İranın milli bayramı münasibətilə Əli Xameneiyə təbrik məktubu göndərərək, ortaq mənəvi dəyərlərə və mehriban qonşuluğa əsaslanan ikitərəfli münasibətlərin inkişafının vacibliyini vurğulayıb.

Bundan əlavə, 2025-ci ilin yanvarında Prezident Əliyev İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianı qəbul edib və o, Ali rəhbər Xameneinin və Prezident Məsud Pezeşkianın salamlarını çatdırıb. Görüşdə tərəflər iki ölkə arasında dərin mədəni, tarixi və dini əlaqələri vurğulayıblar.

Ehtimal ki, İranın yeni prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri zamanı Xameneinin Bakıdakı ofisinin yenidən fəaliyyətə başlaması müzakirə edilib. Rəsmi Bakının bu təklifi tezliklə qəbul etməsi inandırıcı deyil. Lakin bu baş tutsa belə, ofis Azərbaycan qanunlarına ciddi riayət edəcək və əvvəlki ofis rəhbərinin buraxdığı səhvləri təkrar etməyəcək. Ocaqnejadın da yenidən ofisə rəhbərlik edəcəyi gözlənilən deyil. Çünki bu şəxsin yenidən fəaliyyətə başlaması münasibətlərin müsbət inkişafına mane ola bilər”.
 

Dünyapress TV

Xəbər lenti