Ardını oxu...
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfəri və burada səsləndirdiyi fikirlər müxtəlif aspektlərdən analiz edilir. Erməni ekspertlər bu səfəri Kremlin yeni Qafqaz siyasəti kimi dəyərləndirir. Bildirilir ki, Moskva Ermənistanı yenidən öz çətirinin altına almaq üçün hərəkətə keçib. Bunu Lavrovun “ermənilər Qarabağın 7 rayonunu Rusiya silahları ilə işğal etmişdi” açıqlaması da təsdiqləyir.

Bundan başqa o, Qarabağın statusu məsələsinin həllini gələcək nəsillərə saxlanılması, 5 rayonun Azərbaycana qaytarılması, Kəlbəcər və Laçının isə ermənilərdə qalması ilə bağlı İrəvana dəfələrlə təklif verildiyini, lakin onların bunu rədd etdiyini söyləyib.

Rusiya XİN başçısının bu səfəri və açıqlamaları nəyə hesablanıb? İrəvan və Qarabağla bağlı bəyanatlar Moskva ilə münasibətlərin gərgin olduğu bir zamanda Bakıya mesaj xarakteri daşıyır?

Globalinfo.az-a danışan siyasi şərhçi Turab Rzayev deyib ki, Ermənistanın ABŞ və Avropa İttifaqı ilə münasibətləri əvvəlki kimi deyil:

“Görünür, Nikol Paşinyan məhz buna görə Rusiya ilə aranı yaxşı tutmaq istəyir. Biz bunu Paşinyanın Moskvada baş tutan Qələbə Paradına qatılması fonunda da gördük. Halbuki Azərbaycan Prezidenti İlham Əliyev həmin parada qatılmadı.

Hesab edirəm, digər bir məsələ isə son zamanlar Ermənistan daxilində müxalifətin təsirini gücləndirməsidir. Aydın məsələdir ki, həmin müxalifət Rusiyaya bağlıdır və oradan dəstək alır. Paşinyan həm də buna görə Kremlin münasibətlərinə diqqət edir”.

Politoloq qeyd edib ki, Lavrovun Ermənistanda dedikləri Rusiya və Ermənistanın yaxınlaşmasının siqnalıdır:

“Lakin bu da bir reallıqdır ki, Ermənistan cəmiyyətində bir küskünlük var. Lavrov bu açıqlamalarla bir müddətdir davam edən gərginliyi səngitmək, erməni cəmiyyəti ilə buzları əritmək istəyir. Ermənistan cəmiyyətinin bu günə qədər əsas iradı o idi ki, Rusiya bizə kömək etmədi, bizi tək qoydu. Amma Lavrovun dediklərində əksini görmək olar. Yəni əslində Rusiya Ermənistana yardım etdi. Bu açıqlamalar həm də bu baxımdan diqqət çəkir”.
 

Ardını oxu...
 

Mobil telefon şirkəti “Vodafone” Britaniyanın keçmiş baş naziri Devid Kemerona mobil telefon satmaqdan imtina edib.

Musavat.com xəbər verir ki, məlumatı “The Times” qəzeti yayıb.

Hadisənin 2025-ci ilin əvvəlində baş verdiyi bildirilir: “Keçmiş mühafizəkar baş nazir bu ilin əvvəlində Londonda “Vodafone” mağazasında uşaqlarından birinə telefon almağa çalışsa da, onun xahişi rədd edilib”.

İlkin məlumata görə, telefon şirkətinin bazasında keçmiş baş nazir “siyasi şəxs” (PEP) kimi tanındığı üçün ona telefon satışından imtina olunub.

Böyük Britaniyanın maliyyə qanunvericiliyinə görə, “siyasi şəxs” - tutduğu ictimai vəzifəyə görə rüşvətxorluğa və korrupsiyaya daha çox meylli olan şəxs hesab olunur.

Devid Kemeron 2010-2016-cı illərdə Böyük Britaniyanın Baş Naziri olub. Lakin ona qarşı hansısa korrupsiya ittihamı irəli sürülməyib.

Musavat.com

 
 
 

Ardını oxu...
  338  23.05.2025 08:08  Dünya A  A 

Donald Tramp administrasiyası Harvard Universiteti ilə yanaşı, digər universitetlərə də xarici tələbələrin qəbuluna qadağa qoymağı düşünür.

Musavat.com xəbər verir ki, bunu milli təhlükəsizlik naziri Kristi Noem "Fox News"a müsahibəsində deyib: "Əlbəttə, biz bunu nəzərdən keçiririk. Qoy bu, bütün digər universitetlərə xəbərdarlıq olsun: öz əməlinizi təmizləyin".

Kristi Noem Harvard Universitetinin kampusda zorakılıq və antisemitizmi təşviq etdiyi və fəaliyyətini Çin Kommunist Partiyası (ÇKP) ilə koordinasiya etdiyinə görə beynəlxalq tələbələri qəbul etməsinə qadağa qoyulduğunu iddia edib: "Administrasiya Harvardı zorakılığı, antisemitizmi təşviq etdiyinə və öz şəhərciyində hərəkətləri Çin Kommunist Partiyası ilə koordinasiya etdiyinə görə məsuliyyətə cəlb edir. Universitetlərin beynəlxalq tələbələri qəbul etməsi və onların çoxmilyardlıq ianələr əldə etmək üçün daha yüksək təhsildən faydalanması hüquq deyil, imtiyazdır. Harvardın düzgün iş görmək üçün çoxlu imkanları var idi. Onlar imtina etdilər. Qanuna əməl etmədiklərinə görə onlar tələbə mübadiləsi proqramında iştirak etmək hüququndan məhrum edildilər. Qoy bu, ölkədəki bütün universitet və məktəblərə xəbərdarlıq olsun".

Musavat.com

 
 
 
Ardını oxu...
  

Türk Dövlətləri Təşkilatının hərbi-siyasi bloka çevrilməsi perspektivi var; “Turan ordusu”na KTMT və NATO necə reaksiya verəcək - polkovnikdən şərh

Türk Dövlətləri Təşkilatının (TDT) toplantılarına dünya mediası da hər zaman diqqət yetirir. Əsas müzakirələr də TDT-nin hərbi birliyinin yarana biləcəyi ətrafında aparılır. 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edən, hərtərəfli iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına, eləcə də müasir ordulara malik TDT bu gün haqlı olaraq beynəlxalq platformalarda təmsil olunmağa iddialıdır.

“Yeni Müsavat”ın xəbərinə görə, bu yazılarda iddia olunur ki, son illər TDT-nin hərbi-siyasi ittifaqının yaradılmasının əlamətləri görünsə də, hər hansı əsaslı nəticə çıxarmaq üçün hələ tezdir. Əsasən “Türk NATO”sunun yaradılmasında Mərkəzi Asiya ölkələrinin həlledici mövqeyə sahib olacağı deyilir. Söhbət Qazaxıstan və Qırğızıstanın, həmçinin qurumda müşahidəçi olan Türkmənistanın mövqeyindən gedir. Bildirilir ki, bu bölgə Rusiya, Türkiyə, Aİ, ABŞ və Çin arasında rəqabət meydanına çevrilib. Təhlillərdə bildirilir ki, region ölkələrində qərarların qəbulunda türk həmrəyliyi deyil, iqtisadi maraqlar əsas olacaq.

O da bəllidir ki, Qazaxıstan və Qırğızıstan KTMT üzvüdür və belə qərar olarsa, hərbi bloku tərk etməlidirlər. Belə bir gedişat isə Rusiyanın maraqlarına ziddir. Yəni belə bir qərar daha çox Türkiyənin Rusiyaya qarşı yönəlmiş geosiyasi addımı kimi qiymətləndirilə bilər. Burada digər incə nüans da var - Azərbaycan indiyə qədər heç bir hərbi alyansa üzv olmayıb, nə NATO, nə KTMT-yə. Azərbaycan Qoşulmama Hərəkatında yer alır. Üstəlik, Rusiya postsovet ölkələrinin başqa hərbi alyanslara inteqrasiyasına qəzəblə reaksiya verir.

Amma TDT-nin hərbi bloka çevrilməsi gerçəkləşərsə, rəsmi Bakı bu haqda, əlbəttə, ölkənin maraqlarına uyğun qərar verəcək. Çünki bu gün dünyada artıq tək yox, çoxşaxəli inkişaf üstünlük təşkil edir. Bura iqtisadi, siyasi, mədəni, eyni zamanda hərbi sahədə ölkələr arasında birliklər nəzərdə tutulur. Dünyanın artıq qlobal dövriyyəsi öz yolunu dəyişib. Belə ki, artıq ölkələr öz mənafelərinə yaxın olanlarla birlik qurur. Biz bunu müxtəlif sahələrdə, eynilə hərbi sahədə də görürük.

Müharibələrin və münaqişələrin gətirdiyi xaosun hökm sürdüyü müasir dünyada cərəyan edən proseslər təhlükəsizlik sahəsinə xüsusi diqqətin yetirilməsini vacib edir. Bu mənada TDT-yə üzv ölkələr də öz növbəsində müdafiə qabiliyyətlərini artırmalı, xarici təhdidlərdən qorunmaqdan ötrü lazımi addımları atmalıdır.

Bəs “Türkdilli NATO”nun yaranmasını kimlər əngəlləyir? “Turan ordusu”nun reallaşmasına Rusiyanın yanaşması necə ola bilər? Eləcə də ABŞ və Qərb bu qərarı hansı formada qarşılayacaq? Nəzərə alaq ki, Qazaxıstan və Qırğızıstan KTMT üzvü olduqları kimi, Türkiyə də NATO üzvüdür.

Ardını oxu...

Şair Ramaldanov 

“Yeni Müsavat”a danışan polkovnik Şair Ramaldanov qeyd etdi ki, qlobal dünyada gedən geosiyasi proseslər bu gün tərəfdaşların olması zərurətini ortaya qoydu: “Yəni atalar demişkən, "tək əldən səs çıxmaz". Bunun üçün hansısa blokda olmaq da mütləq deyil. Məsələn, Ukrayna heç bir hərbi blokun üzvü deyildi, amma 50 ölkə hərbi yardım, silah-sursat, mütəxəssislər göndərdi. Ona görə də əlaqələr, tərəfdaşlar vacib amildir. Türkdilli ölkələr də hərbi blok şəklində birgə olmasa da, hazırda bu təşkilatın inkişafı istiqamətində mühüm addımlar atılır. Azərbaycana gəldikdə isə Qoşulmama Hərəkatının üzvü olaraq öz siyasətini həyata keçirir. Rəsmi Bakı türkdilli ölkələrin münasibətlərinin inkişafında maraqlıdır. Cənab Prezident andiçmə mərasimində çıxışı zamanı bildirib ki, Azərbaycanın inteqrasiyasını türk-müsəlman ailəsində görür. Sadəcə, o demək deyil ki, Azərbaycan özünü hər hansı hərbi blokun tərkibində görür".

Ş.Ramaldanov vurğuladı ki, yenə də hər şey hadisələrin inkişafından asılı olacaq: “Hər halda, NATO və KTMT kimi blokların üzvü olmamaq yaxşıdır. Bunu yaxın keçmişdəki təcrübə sübut etdi. KTMT özünü doğrulda bilmədi. Ona görə Azərbaycan düzgün siyasət yürüdüb. Bəlkə də gələcəkdə türkdilli dövlətlərin əlaqələri o dərəcədə inkişaf edəcək ki, "Turan" bloku yarana bilər. O zaman artıq gedişata baxacağıq və Azərbaycan öz siyasətini müəyyənləşdirib qərarını verəcək, indi isə Türkdilli Dövlətlər Təşkilatının hərbi qanadının yaranması ilə bağlı addımlar atılması müşahidə olunmur".

Polkovnik hesab edir ki, siyasətdə şərtlər vəziyyətə uyğun dəyişir: “Hazırkı proseslərdə türkdilli ölkələr bir-birinin maraqlarını dəstəkləməlidir. Burada regional, dini, milli faktorlar nəzərə alınmalıdır. Ona görə də sadalanan amillərlə bağlı əlaqələr daha da güclənərsə, gələcəkdə koalisiyanın yaranması istisna deyil. Dünyada gedən proseslər də belə düşünməyə əsas yaradır. O baxımdan istisna etmirəm ki, gələcəkdə təkcə türkdilli deyil, digər müsəlman ölkələri də bu inteqrasiyaya qoşula bilər. İndi isə Azərbaycan Prezidenti geosiyasi proseslərin mürəkkəb, çətin dövründə xarici siyasət kursunu düzgün tutub, ölkəmizin beynəlxalq arenada nüfuzunu artırmaqdadır. Azərbaycan geosiyasi məkanda öz yerini dərk etməkdədir və türkdilli ölkələrin birliyində də ölkəmizin mühüm rolu var”.

Arayış üçün bildirək ki, Türk Dövlətləri Təşkilatı 3 oktyabr 2009-cu ildə Naxçıvan şəhərində imzalanan Naxçıvan müqaviləsi ilə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan arasında qurulmuş olan beynəlxalq təşkilatdır. Özbəkistan 30 aprel 2018-ci ildə qatılma niyyətinin olduğunu açıqlayıb və 14 sentyabr 2019-cu ildə də Türk Şurasına üzv olub. 2018-ci ilin sonlarından bu yana Macarıstan müşahidəçi dövlətdir. Türk Dövlətləri Təşkilatının üç mərkəzi vardır. Bunlar İstanbul, Bakı və Astanadır. İstanbul ümumi katibliyinin, Bakı parlamentar assambleyasının, Astana isə Beynəlxalq Türk Akademiyasının mərkəzidir.

Ölkələrin dövlət rəhbərləri ildə bir dəfə rəsmi, bir dəfə də qeyri-rəsmi olaraq müxtəlif şəhərlərdə toplanırlar. Bundan əlavə, üzv ölkələrin xarici işlər nazirləri və digər məmurları il ərzində davamlı olaraq iclaslar keçirir, məclis rəhbərləri, heyətləri Bakıda toplanır.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”


Ardını oxu...
 

21–22 may tarixlərində GSMA-nın təşkilatçılığı ilə Daşkənddə keçirilən “M360 Eurasia 2025” forumu telekommunikasiya və texnologiya üzrə sənaye liderlərini bir araya gətirib. Tədbir çərçivəsində regionda rəqəmsal inkişaf imkanlarının genişləndirilməsi, inklüziv rəqəmsal transformasiyanın təşviqi, rəqəmsal infrastrukturun inkişafı, investisiya imkanları və dayanıqlı tərəfdaşlıqların qurulması kimi aktual mövzular müzakirə olunub.

“Azercell Telekom” MMC-nin prezidenti Zərinə Zeynalova Özbəkistanın Rəqəmsal Texnologiyalar naziri cənab Şerzod Şermatov, GSMA-nın baş direktoru Vivek Badrinath və Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) baş katibinin müavini Tomas Lamanauskas kimi yüksək vəzifəli şəxslərlə yanaşı forumun açılış sessiyasında çıxış edib.

“Rəqəmsal transformasiya sərhəd tanımır. Bu yol ümumi vizyon, regional əməkdaşlıq və birgə səylər tələb edir”, - deyə Zərinə Zeynalova bildirib. 

  1. Zeynalova Azercell-in son iki il ərzində Bakıda ev sahibliyi etdiyi “M360 Eurasia”nın nəticələrinə toxunaraq formalaşmış texnoloji dinamikanın davam etdirilməsinin vacibliyini vurğulayıb.

Daha sonra “Avrasiyanın rəqəmsal potensialı” mövzusuna həsr olunmuş panel müzakirəsində iştirak edən Z. Zeynalova Azercell-in şəbəkə modernizasiyası üzrə genişmiqyaslı layihəsini və Aztelekom-un “Onlayn Azərbaycan” təşəbbüsünü ölkənin rəqəmsal transformasiyasını təşviq edən uğurlu nümunələr kimi təqdim edib.

Eyni zamanda, Z. Zeynalova dayanıqlı telekommunikasiya infrastrukturunun qurulması, süni intellekt texnologiyalarının tətbiqi, yeni nəsil şəbəkələrin yaradılması və ən əsası insan kapitalına yönəlmiş uzunmüddətli investisiyaların strateji əhəmiyyətini xüsusi olaraq qeyd edib: “Məqsədimiz innovasiya və peşəkar insan resursları əsasında formalaşan gələcək nəsil rəqəmsal ekosistemi qurmaqdır.” 

Forum çərçivəsində iştirakçılar sektorlararası əməkdaşlığın gücləndirilməsi, rəqəmsal suverenliyin təmin olunması və regionun texnoloji liderlik potensialının artırılması istiqamətində fikir mübadiləsi aparıblar. “M360 Eurasia 2025” Avrasiyanın Asiya ilə Avropa arasında strateji rəqəmsal körpü rolunu bir daha təsdiqləyib.

Musavat.com

Ardını oxu...
Ardını oxu...
 
 
Ardını oxu...
  556  23.05.2025 02:56  Dünya A  A 

ABŞ-da keçirilən Freeman’s & Hindman hərracında ABŞ-ın sabiq prezidenti Avraam Linkolna məxsus 144 şəxsi əşya satışa çıxarılıb. Ümumi satış məbləği 7,9 milyon dollar təşkil edib.

Musavat.com xəbər verir ki, hərracın ən bahalı lotu Linkolnun ölüm gecəsi cibində olan və qanla islanmış dəridən əlcəklər olub.

Tarixi dəyəri olan bu əşya 1,52 milyon dollara alınıb. Eyni zamanda prezidentə məxsus iki dəsmadan biri də 826 min dollara satılıb.

Xatırladaq ki, Avraam Linkoln 1865-ci il aprelin 14-də Vaşinqtonda bir teatrda aktyor və Konfederasiya tərəfdarı olan Con But tərəfindən güllələnmişdi.

Musavat.com

Ardını oxu...
Ardını oxu...
 
 
Ardını oxu...
 

İranın Cənubi Xorasan əyalətinin Bircənd şəhərində yerləşən zindanda Güney Azərbaycanın Qoşaçay (Miyandoab) şəhərindən olan üç türk – Nasir Dəhhar, Qənbər Qəffari və Nurəddin Məhəmmədzadə “narkotik qaçaqmalçılığı” ittihamı ilə edam olunublar.

Musava.сom bu barədə "Azad İran"a istinadən xəbər verir.

Qeyd edilib ki, hadisə ilə bağlı məlumatları insan haqları təşkilatı Hengaw yayıb.

Musavat.com

Ardını oxu...
 

Putin yaxın zamanda Ukrayna ilə sülh danışıqlarında iştirak etməyi planlaşdırmır.

Musavat.com xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin nə Vatikanın təşəbbüsü ilə, nə də hər hansı digər formatda Ukrayna ilə sülh danışıqlarında iştirak etməyə hazır deyil.

Bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadən məlumat yayıb.

Agentliyin yazdığına görə, Qərb ölkələrinin və Vatikanın danışıqlar üçün müxtəlif cəhdlərinə baxmayaraq, Kreml bu təşəbbüslərə müsbət yanaşmır və yaxın zamanlarda belə bir prosesə qoşulmaq niyyətində deyil.

Bildirilib ki, Moskva hazırda münaqişənin hərbi yolla həllinə üstünlük verir və müharibənin gedişində üstünlük əldə etməyə çalışır.

Musavat.com


Ardını oxu...
Tehran Pezeşkianın Azərbaycan səfərində belə bir qərar qəbul edildiyini açıqladı; cənub qonşumuzla münasibətlərin yumşalması kontekstində sərhəd rejimi də yumşala bilərmi?

“Hazırda dövlət başçısının tapşırığı ilə əldə edilmiş razılaşmaların reallaşdırılması icra strukturlarının gündəliyindədir”. İranın İRNA dövlət agentliyi xəbər verir ki, bunu İran Prezidentin siyasi müşaviri Mehdi Sənayi Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə görüşdə deyib.

O, iki ölkə arasında əlaqələrin inkişafını yüksələn xətt kimi səciyyələndirib. M.Sənayi təmasların əhəmiyyətini, uçuşların artırılması, bank fəaliyyətinin genişləndirilməsi ilə bağlı son birgə qərarların mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb və bundan sonra quru sərhədlərin açılışlarına şahid olacağına ümidvar olduğunu bildirib.

Öz növbəsində, Hikmət Hacıyev iki ölkə arasında münasibətlərdə yeni səhifənin açılması kimi dəyərləndirib: “Cənab İlham Əliyev də sazişlərin həyata keçirilməsi üçün lazımi sərəncamlar verib və onları həssaslıqla izləyir”. Azərbaycan Prezidentinin köməkçisi onu da bildirib ki, dövlət başçısı iki ölkə arasında strateji əməkdaşlığa dair sənəd layihəsinin hazırlanmasına göstəriş verib: “Ölkəsi İran İslam Respublikası ilə bütün sahələrdə dostluq əlaqələrini genişləndirməyə hazırdır”.

İran Prezidentinin son səfərindən sonra Tehranla Bakı arasında ticarət əlaqələrinin səviyyəsi 5 milyard dollara yüksəldiləcək. Bunu İran-Azərbaycan parlament dostluq qrupunun rəhbəri Sədif Bədri açıqlayıb. Onun sözlərinə görə, bu, İran Prezidenti Məsud Pezeşkianın Bakıya son səfəri sayəsində mümkün olacaq. Bədri bildirib: “Bu səfər zamanı İran tərəfdən bəzi tələblər səsləndi, o cümlədən Azərbaycanda təhsil alan iranlı tələbələrin gediş-gəlişinin asanlaşdırılması və sərnişin daşımaları üçün quru sərhədin açılması qərara alındı. Azərbaycan tərəfi bu məsələni diqqətlə araşdıracaq”.

İran-Azərbaycan Parlament Dostluq Qrupunun rəhbəri qeyd edib ki, bu səfər zamanı əldə olunan digər razılığa əsasən, Tehranın İmam Xomeyni hava limanından, eləcə də Təbriz, Ərdəbil, Məşhəd və İsfahan hava limanlarından iki ölkə arasında uçuşların gücləndirilməsi hər iki tərəfin müvafiq nazirlərinin gündəliyinə salınıb.

Məlumdur ki, ölkəmizdə pandemiya dövründən bu yana sərhədlər bağlıdır. Lakin bu yay bir sıra ölkələr arasında sərhəd keçidlərinin açılması ilə bağlı ümidlər artır. Bildirilir ki, bu addım iqtisadi əlaqələr və turizm sahəsinə müsbət təsir göstərəcək. Gürcüstan və İranla quru sərhədlərlə bağlı məlumatlar hələ rəsmi şəkildə açıqlanmasa da, ölkələr arasında qarşılıqlı anlaşma və danışıqların sürətlənməsi bunu düşünməyə əsas verir.

O zaman, İranla münasibətlərin yumşalması kontekstində sərhəd rejimi də yumşala bilərmi? Pandemiya səbəbindən ilk bağlanan cənub sərhədimiz elə ilk açılan quru sərhəd də olacaqmı?

Yeri gəlmişkən, son illər ölkələrimiz beynəlxalq yükdaşımalar, nəqliyyat-logistika sahələrində də uğurla əməkdaşlıq edirlər. Şimal-Cənub Nəqliyyat Dəhlizi üzrə əməkdaşlıq əlaqələrinin genişlənməsi bu baxımdan diqqət çəkir. Artıq iki ölkə sözügedən dəhlizin infrastruktur imkanlarının artırılması ilə bağlı birgə fəaliyyətlərini xeyli artırıb. Elə İran Prezidenti müsahibəsində bu məqama toxunaraq Astara-Astara, eləcə də Astara-Rəşt dəmir yolları ilə İran və Azərbaycan arasında ticarət əlaqələrinin perspektivlərindən bəhs etmişdi.

REAL Partiyasının sədri Natiq Cəfərlinin “Yeni Müsavat”a bildirdiyinə görə, ayrı-ayrı ölkələrlə quru sərhədlərin açılması mümkün deyil. “Görünən budur ki, Gürcüstan da, İran da, hətta Rusiyadan Dağıstan tərəfi də xahiş, yanaşmalar olub, amma reallaşmayıb. Ona görə də quru sərhədlər açılacaqsa, bütün istiqamətlər üzrə olmalıdır. Artıq cəmiyyətdə də ciddi bir gözləntiyə çevrilib”, - deyə partiya sədri vurğulayıb. Onun qənaətinə görə, rəsmi səbəblərlə quru sərhədləri saxlamaq doğru deyil, vətəndaşlar da buna inanmır: “Ona görə də sərhədyanı ticarətin, turizmin canlanması üçün quru sərhədlərin açılması vacibdir. Məsələn, Gürcüstanın rəqəmlərini göstərmək olar - Rusiyadan gələn turistlərin sayı artır, əksəriyyəti də quru sərhədlə səfər edir. Bu səbəbdən quru sərhədlərin açılmasına çoxdan ehtiyac yaranıb”.

N.Cəfərlinin müqayisə üçün açıqladığı rəqəmlərə görə, bu ilin ilk rübündə (yanvar-mart) Azərbaycana gələn turist sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,1% azalaraq, cəmi 508 min nəfər olub: “Qonşu və müttəfiq Gürcüstana - daxili gərginliyin, mitinqlərin, etirazların olmasına baxmayaraq - 2025-ci ilin 1-ci rübündə 2024-cü ilin eyni dövrünə nisbətən 1,2% daha çox, yəni 1,3 milyon turist səyahət edib. 2025-ci ilin eyni dövrlərini müqayisə edəndə Gürcüstana Azərbaycandan 2,5 dəfə çox turist gəlib”.

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, 2025-ci ilin yanvar-aprel aylarında Azərbaycana gələn turistlərin 9 faizi İrandan olub. Bundan əlavə, ötən il Azərbaycanla İran İslam Respublikası arasında ticarət əməliyyatlarının həcmi 647 milyon ABŞ dolları təşkil edib. Rəsmi məlumata görə, bu, 2023-cü ildəki göstərici ilə müqayisədə 159,7 milyon ABŞ dolları və ya 32,8% çoxdur.

Hesabat dövründə İran İslam Respublikası ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 1,3%-i həcmində olub.

Ötən il Azərbaycan İrana 14 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib ki, bu da 2023-cü ildəki göstəriciyə nisbətən 299 min ABŞ dolları və ya 2,1% azdır. Dövr ərzində İran ilə ixrac əməliyyatları ölkənin ümumi ixracının 0,05%-ni təşkil edib.

2024-cü ildə Azərbaycan İrandan məhsul idxalını illik müqayisədə 160 milyon ABŞ dolları və ya 33,8% artıraraq, 633 milyon ABŞ dollarına çatdırıb. Dövr ərzində İranla idxal əməliyyatları ölkənin ümumi idxalının 3,01%-ni təşkil edib.

Onu da deyək ki, baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən quru sərhədlərin bağlı qalması iyulun 1-dək uzadılıb. Yəni bu yay da quru sərhədlərin açılacağı gözlənilmir.
Ardını oxu...
Ermənistanın 3-cü prezidenti Serj Sərkisyan Baş nazir Nikol Paşinyanın hakimiyyətdən getməsi üçün başladılan impiçment prosesini dəstəklədiyini açıqlayıb.

Keçmiş prezident bu prosesin 2026-ci il seçkilərinə qədər həyata keçirilməli olduğunu söyləyib. Sərkisyan hətta impiçmentin Paşinyanın istefası ilə başa çatacağı halda sələfi Robert Köçəryanın belə baş nazir postuna namizədliyini dəstəkləyəcəyi mesajını verib.

Məlumata görə, Sərkisyan və Köçəryan arasındakı münasibətlərdə soyuqluq müşahidə olunur. Buna baxmayaraq, hər iki tərəf artıq Paşinyanın yerinə potensial namizəd müəyyənləşdirmək üçün dəyərləndirmə aparır.

Sərkisyan-Köçəryan tandemi növbəti dəfə Ermənistan cəmiyyətinin dəstəyini alacaqmı? Müxalifətin başlatdığı impiçment prosesi hansı halda müsbət nəticə verə bilər?

Globalinfo.az-a danışan politoloq Şahin Cəfərli Paşinyanı impiçment yolu ilə hakimiyyətdən uzaqlaşdırmağın qeyri-mümkün olduğunu bildirib:

“Çünki onun Vətəndaş Həmrəyliyi Partiyası Ermənistan parlamentində çoxluq təşkil edir. Yəni müxalifətin səsləri impiçment üçün yetərli deyil.

Prosesdə bir variant isə küçə aksiyalarıdır, amma bu ehtimal çox aşağıdır. Qeyd edim ki, Ermənistan müxalifəti İkinci Qarabağ müharibəsindəki sarsıdıcı məğlubiyyətdən sonra Paşinyanı devirmək üçün müəyyən təşəbbüslər göstərdi. Hətta bir müddət öncə keşiş Baqrat Qalstanyanın aktivləşməsini müşahidə etdik. Lakin bütün bu addımlar Ermənistan cəmiyyətində geniş əks-sada doğurmadı və dəstək görmədi.

Müxalifət hazırda baş nazirin əleyhinə böyük bir xalq hərəkatı təşkil etmək gücündə və imkanında deyil. Xüsusilə 20 il ərzində Ermənistanda hakimiyyətdə qalmış və bu müddət ərzində ölkəni hərtərəfli böhrana sürükləmiş Sərkisyan-Köçəryan cütlüyünün iqtidara qayıtması ehtimalı çox aşağıdır”.

Ş.Cəfərli əlavə edib ki, Ermənistanda hakimiyyətin taleyi seçkilərlə həll olacaq:

“Növbəti parlament seçkiləri 2026-cı ildə keçiriləcək. İndidən bu mövzuda nə isə demək çox çətindir. Ən yaxşı halda seçki kampaniyası başladıqdan sonra fikir söyləmək mümkün olacaq. Amma ümumilikdə məlumdur ki, hakim siyasi qüvvə sorğularda birinci yerdədir. Bununla belə, Mehridə baş tutan mer seçkilərində müxalifət qalib gəldi. O baxımdan müxalifətin digər seçkilərdə də Paşinyanı üstələmə ehtimalını gözdən qaçırmaq olmaz. Belə bir halda isə hakimiyyət dəyişə bilər”.
 

Dünyapress TV

Xəbər lenti