![]() |
![]() ![]() ![]() |
|
Musavat.com xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan 26–27 may tarixlərində Rusiya Federasiyasına işgüzar səfər edəcək. Bu barədə Rusiya və Türkiyə diplomatik mənbələri məlumat yayıb.
Səfərin məqsədi açıqlanmasa da, ekspertlər Fidanın Moskva ziyarətini həm ikitərəfli münasibətlər, həm də regional və qlobal proseslərin müzakirəsi baxımından əhəmiyyətli hesab edirlər.
Xatırladaq ki, hazırda həm Qara dəniz regionunda, həm də Cənubi Qafqazda gərgin geosiyasi proseslər yaşanır. Eyni zamanda, Suriyada və Ukraynada baş verən hadisələr Türkiyə-Rusiya münasibətlərini birbaşa təsir altında saxlayır.
Diplomatik müşahidəçilər ehtimal edirlər ki, Hakan Fidanın səfəri çərçivəsində Cənubi Qafqazda təhlükəsizlik məsələləri, Qarabağdan sonrakı vəziyyət, Suriya və Ukrayna böhranı ilə bağlı fikir mübadiləsi aparılacaq.
Musavat.com
Vaşinqton və Tehran nüvə sövdələşməsinə gedən yolda aralıq mərhələ olacaq çərçivə sazişini razılaşdırmağa çalışırlar.
Report xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti mənbələrə istinadən bildirib.
İran hesab edir ki, belə bir saziş “yeni sövdələşməyə doğru bir addım” olacaq və ona mülki nüvə proqramı hüququnun təsdiqlənməsini və nüvə silahı yaratmağa çalışmamaq öhdəliyini daxil etməyi təklif edir. Bundan başqa, razılaşma İranın nüvə obyektlərində ciddi yoxlamaların keçirilməsi tələbini də ehtiva edə bilər. Vaşinqton isə aralıq sazişdə texniki qrupların gələcəkdə üzərində işləyəcəyi konkret hədəfləri sadalamaq istəyir. ABŞ həmçinin çərçivə sazişinin “daha çox təlimat xarakteri daşıyacağına” ümid edir.
Nəşr qeyd edib ki, çərçivə sazişi üzərində işdə əsas mübahisəli məsələ İranın uran zənginləşdirmək hüququ olaraq qalır. ABŞ Tehrandan bu fəaliyyətdən tamamilə imtina etməsini tələb edir, lakin İran hakimiyyəti bu tələbi rədd edir və ölkələrinin nüvə proqramının yalnız sülh xarakteri daşıdığını bildirir.
Türkiyənin 36 vilayətində FETÖ-yə qarşı keçirilən genişmiqyaslı əməliyyat çərçivəsində Silahlı Qüvvələrin 63 fəaliyyətdə olan hərbçisinin saxlanılması üçün order verilib.
Musavat.com xəbər verir ki, Türkiyə mediasının məlumatına görə, 56 hərbçi saxlanılıb.
İstanbul Baş Prokurorluğunun açıqlamasına görə, FETÖ-nün gizli strukturu Türkiyə Silahlı Qüvvələrində geniş bir şəbəkə qurub.
Əməliyyat İstanbul, Ankara, Bursa, Ərzurum da daxil olmaqla bir neçə şəhərdə həyata keçirilib.
Musavat.com