Ardını oxu...
Fransa prezidenti Emmanuel Makron Sinqapura səfəri zamanı məşhur fransız mahnısı “Comme d'habitude”i oxuyaraq diqqət çəkib.

"Referans" xəbər verir ki, “Comme d'habitude” – münasibətlərdə zamanla yaranan emosional uzaqlığı və gündəlik rutini təsvir edən klassik fransız mahnısıdır.

Mahnının bəzi misralarında bu duyğular açıq şəkildə ifadə olunur:

“Həmişəki kimi evə qayıdacağam,
Amma sən orada olmayacaqsan,
Həmişəki kimi, sən hələ də qayıtmamısan,
Mən təkbaşına uzanacağam —
Böyük və soyuq bir yatağa, həmişəki kimi,
Və göz yaşlarımı gizlədəcəyəm,
Həmişəki kimi”.

Makronun bu ifası sosial mediada sürətlə yayılıb və müxtəlif reaksiyalara səbəb olub. Bəziləri bunu onun incəsənətə marağı kimi qiymətləndirib, digərləri isə siyasi kontekst axtarıb.
 
Ardını oxu...
Ermənistan Respublikasının baş nazirinin həyat yoldaşı Anna Akopyan ona ünvanlanan müxtəlif ittihamlara və ədəbsiz ifadələrə cavab verməkdə davam edir.
Moderator.az xəbər verir ki, “Armenian Times” nəşrinin yaydığı məlumata görə, Anna Akopyan Facebook səhifəsində video yerləşdirərək yazıb:
“Boris Murazi bəzi din xadimlərinin küfrləri ilə bağlı hayqırtıları özünə toxunan bir məsələ kimi qəbul etdi. Bunun üçün onun şəxsi səbəbləri var.
Etibarlı məlumata görə, Boris Murazi Serj Sarkisyana və onun bəzi sevimli yepiskoplarına cinsi xidmət göstərir. Mənə bir neçə ildir ki, bunu deyirlər, amma inanmırdım. İndi aydındır. Düşünürəm ki, müvafiq qurumların rəflərində video çəkilişlər də olacaq”.
Araşdrımamızdan bəlli olub ki, Boris Murazi politik.am saytının redaktorudur...
 
Ardını oxu...
Ermənistanın baş naziri Nikol Paşinyan və onun həyat yoldaşı Anna Akopyanın sosial şəbəkələrdə Ermənistan Apostol Kilsəsinin (EAK) ruhanilərinə qarşı təhqiramiz ifadələr işlətməsi ölkədə siyasi və ictimai qalmaqala səbəb olub.

Musavat.com xəbər verir ki, bu paylaşımlarda ruhanilərə qarşı açıq şəkildə alçaldıcı ifadələr işlədilib, kilsə nümayəndələri celibat qaydalarını (latınca caelibatus – subaylıq deməkdir.

Xristian kilsəsində ruhanilərin evlənməkdən və cinsi münasibətlərdən imtina etməsi barədə qəbul etdikləri and) pozmaqda ittiham olunub.
Ardını oxu...
Erməni ictimaiyyəti və siyasi dairələr isə bu təhqiramiz kampaniyanı təsadüf kimi deyil, məqsədli və düşünülmüş hücum kimi qiymətləndirir. Belə ki, analitiklərə görə, bu hücumlar, Ermənistan Apostol Kilsəsinin ruhani rəhbəri II Qareginin mayın 22-də İsveçrənin Cenevrə şəhərində keçirdiyi beynəlxalq tədbirdə Azərbaycan ərazilərindəki erməni dini abidələrinin “məhv edilməsi” ilə bağlı səsləndirdiyi bəyanata cavab xarakteri daşıyır.

Erməni müxalifətinin fikrincə, Paşinyan hakimiyyəti bu şəkildə kilsənin siyasi və ideoloji nüfuzunu zəiflətmək, Katolikosun mövqeyini sarsıtmaq və onun yerinə özünə tabe olacaq şəxsi gətirmək niyyətindədir. Müxalif fraksiyaların deputatları, o cümlədən “Şərəfim var” blokunun rəhbəri Hayk Mamicanyan baş nazirin bu kampaniyasını “Azərbaycanın anti-kilsə ritorikasına dəstək” adlandırıb. O, həmçinin qeyd edib ki, Azərbaycanın şeyxi Allahşükür Paşazadə bir neçə gün öncə Ermənistana məxsus dini obyektlərin yerləşdiyi əraziləri “tarixi Azərbaycan torpaqları” adlandırıb və bu bəyanatdan cəmi bir həftə sonra Paşinyanın kilsəyə hücumu təsadüfi ola bilməz.

Sabiq diplomatlar və erməni ictimai xadimləri isə bu kampaniyanı yalnız təhqiramiz davranış deyil, həm də Ermənistanın konstitusiyasına və milli kimliyinə qarşı yönəlmiş hücum kimi qiymətləndiriblər.

Xatırladaq ki, Ermənistan Konstitusiyasında EAK-ın milli və mənəvi dəyərlərin qoruyucusu kimi statusu təsbit olunub. Hazırda isə bu institutun nüfuzu fonunda hakimiyyətin reytinqinin sürətlə aşağı düşməsi müşahidə olunur.

Məsələ burasındadır ki, II Qareginin çıxışı bir dövlət rəhbərinin beynəlxalq tribunalarda səsləndirməli olduğu mövqeni əvəzləyib və bu, Paşinyanın Qərbə yox, daha çox Ankaraya və Bakıya loyallıq nümayiş etdirməsi fonunda baş verir. Bu səbəbdən siyasi şərhçilər Ermənistan kilsəsinin indi həm daxildə, həm də xaricdə Paşinyanın siyasətinə alternativ platformaya çevrildiyini bildirirlər.

Digər tərəfdən, Ermənistan müxalifəti Paşinyanın kilsəyə qarşı bu təxribatının yaxın perspektivdə baş verə biləcək geosiyasi hadisələrlə – xüsusilə də Azərbaycanın Qarabağ bölgəsində yeni hava limanları açması və Sünik istiqamətində baş verən insidentlərlə – əlaqəli olduğunu vurğulayır. Müxalif deputatlar iddia edirlər ki, Paşinyan yeni münaqişə dalğası yaranacağı təqdirdə bunun məsuliyyətini EAK-ın üzərinə yıxmaq üçün indidən “günah keçisi”ni formalaşdırır.

Siyasi müşahidəçilərin qənaətinə görə, mövcud vəziyyətdən çıxış yolu ictimaiyyətin EAK ətrafında birləşməsi və onun siyasi hücumlara qarşı dirəniş gücünü artırması ola bilər. Çünki tarixən də kilsə Ermənistan cəmiyyətində həm milli identitetin, həm də müstəqillik ruhunun əsas dayaqlarından biri sayılıb.

Musavat.com-un şərhi:
Ermənistan ictimai-siyasi palitrasında son hadisələr bir daha sübut edir ki, artıq ermənilər monolit bir amil deyillər. Vaxtilə vahid ideya və yönə malik olduqları iddia edilən erməni cəmiyyəti indi ciddi parçalanma və daxili qarşıdurmalarla üz-üzədir. Ermənistan Apostol Kilsəsinin Ermənistan dövləti ilə, Ermənistan dövlətinin isə xaricdəki erməni lobbisi ilə toqquşma vəziyyətinə gəlməsi, bu ziddiyyətlərin nə qədər dərinləşdiyini ortaya qoyur. Nəticədə, bir vaxtlar “vahid erməni məqsədi” adı ilə təqdim edilən təşəbbüslər artıq bir-birinə qarşı düşmən mövqedə yer almağa başlayıb.

Bu prosesin başlıca səbəbi və hərəkətverici qüvvəsi isə heç şübhəsiz ki, Azərbaycan dövlətinin və onun Prezidenti İlham Əliyevin sərgilədiyi qətiyyətli, prinsipial və davamlı siyasi iradədir. Məhz Azərbaycanın “Dəmir yumruğu”, təkcə hərbi qələbə ilə kifayətlənməyib, regionun siyasi və ideoloji xəritəsini də dəyişməkdədir. Bu yumruq təkcə işğal altındakı torpaqları azad etmədi, həm də erməni cəmiyyətində illərlə qurulan mifləri darmadağın etdi, parçalanmanı dərinləşdirdi, Ermənistan daxilində mərkəzdənqaçma tendensiyalarını sürətləndirdi.

Musavat.com olaraq məqsədimiz oxucularımızı yalnız hadisələrin faktları ilə deyil, həm də bu proseslərin arxa planı, səbəbləri və nəticələri ilə bağlı düzgün və obyektiv şəkildə məlumatlandırmaqdır. Ermənistan daxilində baş verən bu siyasi və dini qarşıdurmaları Azərbaycan ictimaiyyəti və medianı da diqqətlə izləməlidir. Çünki bu ziddiyyətlər regionun gələcək taleyinə birbaşa təsir edən proseslərdir və Azərbaycanın mövqeyi bu qarşıdurmaların formalaşmasında mühüm strateji rol oynamaqdadır.

Redaktor qeydi: Məqalədə Ermənistana aid qeyd olunanlar “Sputnik Armenia”, siyasi şərhçilər və müxalif deputatların çıxışları əsasında ümumiləşdirilib.
R. Abbas,
 
Ardını oxu...
  

Ermənistanın tələm-tələsik və yarımçıq sülh sənədi imzalamaq hiyləsinin məkrli səbəbləri üzə çıxır; Paşinyan “aydınlaşdırılmalı bəzi məqamlar” deyəndə nəyə işarə edir?

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması məsələsi Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan arasında Albaniyada müzakirə predmeti olub, lakin konkret vaxt barədə məlumat yoxdur. “Yeni Müsavat” xəbər verir ki, bu barədə erməni mediası yazıb.

“Bakı və İrəvan arasında sülh müqaviləsinin imzalanması üçün tarixi razılaşdırmaq, həmçinin bəzi məqamları aydınlaşdırmaq üçün ikitərəfli məsləhətləşmələr davam edir”. Bunu isə az öncə Paşinyan bildirib.

Ardınca Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan mayın 29-da deyib: “Biz sülh sazişinin imzalanması üçün diplomatik kanallar vasitəsilə Azərbaycanla məsləhətləşmələr aparırıq. Sülh müqaviləsinin mətni yekunlaşıb və onun imzalanması qalıb”.

Lakin rəsmi Bakının sülh müqaviləsinin imzalanması üçün iki legitim şərti və ya tələbi bəlli. Belə olan surətdə Paşinyanın və onun komandasının nikbinliyi nə ilə bağlı ola bilər? Bakı ilə “aydınlaşdırılmalı bəzi məqamlar” deyəndə Ermənistan baş naziri nəyi nəzərdə tutur, 2025-ci ildə bu il sənədin imzalanması mümkündürmü? Buna ən böyük əngəl hazırda nədir - Ermənistan cəmiyyəti, Rusiya, İran, yoxsa Qərb?..

“Paşinyan hesab edir ki, sülh sazişinin imzalanmasında istənilən gecikmə İrəvan üçün riskdir”. Bunu isə rusiyalı politoloq Yevgeni Mixaylov söyləyib. “Lakin Nikol Paşinyanın ”Ermənistanın Konstitusiya Məhkəməsi sülh müqaviləsini təsdiq etməsə, şəxsən Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referendum təşəbbüsü ilə çıxış edəcəyi" barədə bəyanatları nədənsə inandırıcı görünmür və ümumiyyətlə, heç nə demək deyil. Təbii ki, Azərbaycanı bu ardıcıllıqlar qane etmir. Bakı sülh sazişi imzalanana qədər Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəaların Ermənistan Konstitusiyasından çıxarılmasını tələb edir. Azərbaycanın mövqeyi tamamilə ədalətlidir. Bakı risk etmək istəmir. İrəvan başa düşməlidir ki, Bakı ilə sülh əldə olunmasa, Azərbaycanın sülh sazişinin imzalanması ilə bağlı irəli sürdüyü tələbləri yerinə yetirmək üçün konkret addımlar atmasa, Bakının İrəvanı sülhə məcbur etməsi daha ağır formalar ala bilər", - deyə o qeyd edib.

Başqa sözlə, Azərbaycanın “B planı” işə düşə bilər...

Ardını oxu...

 Züriyə Qarayeva

Siyasi ekspert Züriyə Qarayeva “Yeni Müsavat”a bildirib ki, Ermənistana diplomatik təzyiqləri artırmaq lazımdır. Onun fikrincə, rəsmi İrəvanı sülhə məcbur etmək üçün siyasi-diplomatik üsullarla təsirləri gücləndirməliyik. Ekspertin sözlərinə görə, Ermənistan hakimiyyəti sülh mövzusunda  “gözə kül üfürür” və vaxt udmağa çalışır. “Cənab Prezident hər bir görüşdə və çıxışlarında Azərbaycan dövlətinin mövqeyini, tələblərini səsləndirir. Əgər münaqişənin tam başa çatması Ermənistana lazımdırsa, şərtlər qəbul olunmalıdır. Ancaq vaxt qazanmaq və hakimiyyət kürsüsünü düşünmək Paşinyana vacibdirsə, Azərbaycan hər hansı siyasi oyunda iştirak etməyəcək”, - Z. Qarayeva belə söyləyib.

Ekspertə görə, prosesin uzanması regionda kənar təsirlərin dərinləşməsinə səbəb olur və bundan sui-istifadə edilir:  “Ermənistan beynəlxalq ictimaiyyəti inandırmaq istəyir ki, guya sülhü onlar istəyir, Azərbaycan əngəl olur. Bu yalan propoqanda davam edir. Buna görə də düşməni ifşa etməliyik və diplomatik təzyiqlərlə məlum iki şərtin yerinə yetirilməsinə nail olmalıyıq. Paşinyan qarşıdan gələn seçkilərdən qalib çıxmaq istəyirsə, Bakını dinləməlidir. Nəzərə alsınlar ki, Gümrüdə kommunistlər qələbə qazandı. Ardınca Rusiyadan Ermənistana həmlələr artmağa başladı. Paşinyan Kremlin addımlarını görə bilirsə, Azərbaycanla sülh prosesini sürətləndirməlidir. Çünki ondan asılı səbəblər var. Hər halda, Azərbaycan yeni bir diplomatik hücum planı ilə Ermənistanı sülhə məcbur etməlidir”.

Ardını oxu...

Zaur Məmmədov

Politoloq Zaur Məmmədov hesab edir ki, Paşinyan əslində yeni nəsə deməyib, onun bu açıqlaması ikitərəfli dialoqda yeni qərar vermədiyinin göstəricisidir. Z.Məmmədova görə, Paşinyanın Azərbaycanla sülh sazişinin imzalanması prosesini ATƏT-in Minsk qrupunun ləğvi və Ermənistan Konstitusiyasına dəyişiklik məsələləri ilə əlaqələndirməsi proseslərdə inkişaf yox, geriyə qayıdışdır: “Paşinyan bildirir ki, Ermənistan Minsk qrupunun ləğv olunması ilə eyni vaxtda sülh sazişi imzalamağa hazırdır, amma bu yanaşma əslində prosesə süni şərtlər və paralel mexanizmlər əlavə etməkdir. Ermənistan əvvəllər Minsk qrupunu ”status" məsələsini gündəmdə saxlamaq üçün istifadə edirdi. İndi isə bu strukturun ləğvini müzakirə obyektinə çevirmək, sadəcə olaraq zaman udmaq və əsas məsələlərdən yayınmaq istəyir. İrəvan çox yaxşı bilir ki, təxminən gələn ildən başlayaraq ABŞ, Fransa və Rusiya Minsk qrupunun diriltmək üçün fəaliyyətə keçə bilərlər. Bu, Ermənistanın maraqlarına cavab verəcək. Ona görə məsələləri uzatmaqla bu kartı əlində saxlamaq istəyir".

Onun fikrincə, Konstitusiya məsələsində də eyni qayda ilə vaxt udmaq və məsuliyyətdən yaxa qurtarmaq istəyir: “Əslində isə onun məsuliyyətdən yaxa qurtarması üçün ən yaxşı yol mövzunun müzakirəsini xalqa vermək, referendum vasitəsi ilə erməni cəmiyyətinin öz gələcək aqibətlərini müəyyən etməsidir. Azərbaycanın bu məsələdə mövqeyi bəllidir - Ermənistanın konstitusiyasında dəyişikliklər edilmədən sülh sazişi hüquqi baxımdan qeyri-müəyyən qalacaq və gələcəkdə iddiaların yenidən qayıtma riski yaranacaq”.

Politoloq düşünür ki, Paşinyan çıxışında guya konstruktivlik göstərir, əslində isə bu, siyasi manipulyasiya, vaxt udmaq və beynəlxalq ictimaiyyəti çaşdırmaq cəhdidir: “Minsk qrupunun ləğv edilməsi və Ermənistan konstitusiyasının dəyişdirilməsi sülhün real təminatı üçün zəruri şərtlərdir. Çünki bu məsələlər Ermənistanın gələcəkdə Azərbaycana qarşı ərazi iddialarının və ya revanşist planlarının qarşısını almaq üçün hüquqi əsasları aradan qaldırır”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”


Ardını oxu...
  

ABŞ-ın ticarət naziri Hovard Lutnik və iş adamı İlon Mask Fransa prezidenti Emmanuel Makronu lağa qoyublar.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, hadisə Ağ Evdə - prezident Donald Tramp İlon Maskın administrasiyadakı işindən ayrılması barədə məlumatı açıqlayarkən baş verib.

Jurnalistlər Maskdan gözünün altının niyə qaraldığını soruşublar. O isə cavabında “Fransa yaxınlığında heç yerdə olmamışam” deyə cavab verib və əlavə edib ki, şillələrlə zarafat etmək yaxşı fikirdir. Bundan sonra Lutnik zarafatla Maskın gözünün altını qaraldana işarə edərək “Fransanın birinci xanımı” deyib.

Mask özü zərbəni 5 yaşlı oğlundan aldığını deyib: “Ona dedim ki, gəl, üzümə yumruq vur. O da etdi. Həmin anda mən demək olar ki, heç nə hiss etmədim və sonra qançır göründü".

Öz növbəsində ABŞ prezidenti Donald Tramp Maskın üzündəki zərbə izinə fikir vermədiyini bildirib. Eyni zamanda o, xanımının Makrona sillə vurması barədə danışaraq “bilmirəm nə başverib, yalnız məsləhət görərdim ki, qapını bağlamaq lazımdır” deyib. Daha sonra isə qeyd edib ki, videonu görəndən sonra Makronla danışıb, ailəsində hər hansı problem olmadığını öyrənib.

 


Musavat.com

Ardını oxu...
 

Pakistanın xarici işlər naziri İshaq Dar cümə günü bildirib ki, İslamabad Əfqanıstanla münasibətləri yaxşılaşdırmaq və Kabilə səfir təyin etmək qərarına gəlib.

"Report" xəbər verir ki, o, bu barədə "X" səhifəsində yazıb.

"Mayın 19-da Pakistan nümayəndə heyəti ilə birlikdə Kabilə məhsuldar səfərimdən sonra Pakistan-Əfqanıstan münasibətləri müsbət istiqamətdə irəliləyir. Bu sürəti qorumaq üçün Pakistan hökumətinin Kabildəki müvəqqəti işlər vəkili rütbəsini səfirə yüksəltmək qərarını məmnuniyyətlə elan edirəm", - o yazıb.

Diplomat qeyd edib ki, bu addım iki ölkə arasında iqtisadiyyat və təhlükəsizlik sahələrində əməkdaşlığın dərinləşməsinə töhfə verməlidir.

Ardını oxu...
  

Musavat.com xəbər verir ki, Zelenski axşam müraciətində bildirib ki, həm Ukrayna, həm də Türkiyə — danışıqların ev sahibi olaraq — “Rusiya memorandum”u barədə hələ də heç bir məlumat almayıblar.

“Ruslar bu sənədi niyə gizlədirlər, anlaşılmazdır. Tamamilə qəribə mövqedir. Formatla bağlı heç bir aydınlıq yoxdur. Görünür, Moskva diplomatiyadan tamamilə uzaqlaşıb. Onlar daim elə hərəkətlər edirlər ki, dünyaya sübut etsinlər: məhz onlar dünyadakı ən qeyri-adekvat subyektdir. Elə bu da hamını inandırır ki, Rusiyaya qarşı yeni təzyiqlər — daha sərt təzyiqlər olmalıdır,” — deyə Zelenski vurğulayıb. 

 

Musavat.com

Ardını oxu...
  

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ukraynalı həmkarı Volodimir Zelenski arasında telefon danışığı olub.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Telefon danışığı zamanı ikitərəfli əlaqələr, regional və qlobal proseslər müzakirə edilib.

Ərdoğan Türkiyənin Ukrayna ilə Rusiya arasında ədalətli və davamlı sülhün təmin olunması üçün səylərini davam etdirəcəyini, ölkəsinin İstanbulda iki ölkə nümayəndə heyətləri arasında başlayan danışıqların davam etdirilməsinin tərəfdarı olduğunu bildirib.

Dövlət başçısı, həmçinin danışıqlarda əsir mübadiləsi barədə əldə olunan razılaşmanın qısa zamanda həyata keçirilməsindən məmnun olduğunu söyləyib.

Prezident Ərdoğan İstanbulda keçirilməsi planlaşdırılan danışıqların ikinci raundunda mümkün atəşkəsin müzakirə edilməsinin sülhə yol açacağını qeyd edib.

Türkiyə lideri nümayəndə heyətləri arasında görüşlər başa çatdıqdan sonra dövlət başçıları səviyyəsində görüşlərin keçirilməsinin sülh prosesi üçün faydalı olacağını və bunu ləngimədən reallaşmalı olduğunu diqqətə çatdırıb.

 
 
 
Ardını oxu...
İspaniya hökuməti İsrailə silah embarqosu tətbiq etməyə çağırıb. Bunu İspaniya Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri Xose Manuel Albares deyib: “Hər kəs silah embarqosunu həyata keçirməlidir və İsrailə silah satışı istisna edilməlidir”.

O, həmçinin Qəzzada döyüşlər bitməsə, Avropa İttifaqı (Aİ)-İsrail assosiativ sazişinin dayandırılmasına çağırıb: “Biz hər birimizin və Aİ-nin sahib olduğu fərdi sanksiyaların milli siyahısına yenidən baxmalıyıq”.

XİN başçısı bunları da əlavə edib: “İsrailin ən yaxın beynəlxalq müttəfiqlərinin çoxu, Qəzzaya davam edən zərbələr və çox ehtiyac duyulan humanitar yardımın dondurulması səbəbindən Baş nazir Benyamin Netanyahunun hökuməti ilə açıq şəkildə münasibətləri dondurdular. Netanyahu oktyabrın 7-də baş verən hücumlardan sonra Fələstinin HƏMAS qrupunu dəf etmək üçün görünməmiş beynəlxalq legitimlik əldə etmişdi”.

Lakin müharibə uzandıqca dəstəyin tədricən azalması diplomatik sunamiyə çevrilib. “Netanyahu, mart ayında əldə edilən atəşkəsdən və Qəzzaya bütün ərzaq, su və tibbi ləvazimatların kəsilməsindən sonra son iki ay ərzində, ABŞ istisna olmaqla, Qərbdə qalan dostlarının çoxunu itirdi”, - deyə Alberes vurğulayıb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın köməkçiləri Netanyahuya müharibəni dayandırmalı və yardımın daxil olmasına icazə verməli olduğunu açıq şəkildə bildirdilər, baxmayaraq ki, Tramp öz narahatlıqlarını gizli saxlayıb. Bir neçə başqa lider ictimaiyyət qarşısında çıxış edib.

Fransa Prezidenti Emmanuel Makron, Kanadanın Baş naziri Mark Karni və Böyük Britaniyanın Baş naziri Keir Starmerin yaydığı birgə bəyanatda deyilir: “Netanyahu hökuməti bu çirkin hərəkətləri davam etdirərkən biz dayanmayacağıq. İsrail yenidən hərbi hücumunu dayandırmasa və humanitar yardıma qoyulan məhdudiyyətləri aradan qaldırmasa, cavab olaraq daha konkret addımlar atacağıq”.

Netanyahu bu bəyanata qəzəbli cavab verib və hər üç ölkəni HƏMAS-ın tapşırığını yerinə yetirməkdə ittiham edib: “Onlar İsrailin geri çəkilməsini, HƏMAS-ın kütləvi qatillər ordusunun sağ qalmasını və 7 oktyabr qırğınını yenidən təşkil etməsini istəyirlər, çünki HƏMAS bunu etməyə and içmişdi. Mən Prezident Makrona, Baş nazir Karniyə və Baş nazir Starmerə deyirəm: kütləvi qatillər, təcavüzkarlar, uşaq qatilləri və adam oğruları sizə təşəkkür edirsə, deməli siz haqlı insanların tərəfində deyilsiniz, tarixin yanlış tərəfindəsiniz”.

Cümə axşamı İngiltərə İsraillə ticarət danışıqlarını dayandırdığını və "fələstinlilərə şiddətli hücumlarda iştirak edən" israilli məskunlaşanlara qarşı yeni sanksiyalar tətbiq etdiyini açıqlayıb. Fransanın gələn ay iki dövlətli həll yolunu müdafiə etmək üçün Səudiyyə Ərəbistanı ilə birgə konfransa ev sahibliyi etməsi və Fələstin dövlətini rəsmən tanıması gözlənilir. İspaniya artıq keçən il Norveç və İrlandiya ilə birlikdə Fələstin dövlətini tanıyıb, Baş nazir Pedro Sançes isə keçən həftə İsraili “soyqırımı dövləti” adlandırıb və onun “Eurovision” mahnı müsabiqəsində iştirakını qadağan etməyə çağırıb.

Çərşənbə axşamı Aİ-nin 27 xarici işlər nazirindən 17-si İsrailin digər əsas müttəfiqi olan Hollandiyanın İsraillə ticarət və əməkdaşlıq paktını yenidən müzakirə etmək təklifini dəstəkləyib.

Bütün bu anti-İsrail addımların arxasında nə dayanır? İnanmaq çətindir ki, yüksək rütbəli avropalı siyasətçilər bu cür bəyanatlar və qərarlarla terrorçuların maraqlarını irəli sürdüklərini və onlarla vuruşmağa məcbur olan İsrailin vəziyyətini daha da pisləşdirdiklərini səmimi şəkildə başa düşmürlər. Bütün bu ritorikanın mənası nədir? Aİ rəsmiləri nəyə nail olmağa çalışır?

AYNA.AZ baş verənləri tanınmış israilli ekspertlərlə müzakirə edib.

Analitik, jurnalist Mixail Qureviç:

“Burada, ümumiyyətlə, belə davranışa təsir edən bir neçə amil var. Bir tərəfdən, Qərb ölkələri əlbəttə ki, müharibədən yorulub. Onların bir neçə müharibəsi var. Üstəlik, onlar ABŞ-dan Netanyahuya müəyyən təzyiqlərin olduğunu hiss edirlər və bu məqamdan istifadə edərək, öz seçicilərinə, ictimaiyyətinə onların da narazı olduqlarını göstərmək üçün bir növ korrektə edirlər və Netanyahu hökumətinə təzyiq göstərirlər. Əgər ciddi şəkildə desək, hərbi əməliyyatlar birtəhər sona çatarsa, onlar bildirə biləcəklər ki, onların səyləri İsraili Qəzzada hərbi əməliyyatları dayandırmağa məcbur edən ən son məqamdır. Bu, bir tərəfdən.

Təbii ki, solçu partiyalara səs verən, mütərəqqi və solçu gündəmə sadiq olan seçicilərin əhəmiyyətli bir hissəsi var ki, İsrail əleyhinə və ya Fələstin tərəfdarı olan hekayələri dəstəkləyir. Buna görə də bu tamaşaçıya diqqət yetirmək lazımdır, onları hansısa şəkildə əyləndirmək lazımdır.

Amma eyni zamanda, hər bir ölkənin konkret səbəblərini də qiymətləndirməmək olmaz. Fransaya gəlincə, biz bilirik ki, Makron son illərdə dəfələrlə vasitəçi, sülhməramlı olmağa çalışıb. Biz 2022-ci ilin əvvəlində Kremldəki uzun masanı xatırlayırıq. Makronun Ermənistan ilə Azərbaycan arasında sülhməramlı olmaq cəhdlərini xatırlayırıq. İndi də İsrail-Fələstin yolunda o, bir növ sülhməramlı olmağa çalışır. Əvvəllər onun hər cəhdi, ümumiyyətlə, uğursuzluqla nəticələnirdi. Mən şübhələnirəm ki, indiki də eyni sonluqla bitəcək.

Bu sülh konfransına gəlincə, daha mürəkkəb sxem var. Makron Fransanın Fələstini dövlət kimi tanıyacağını, Səudiyyə Ərəbistanının da İsraili tanıyacağını bildirib. Qorxuram ki, vəliəhd şahzadə Məhəmməd bin Salmanın Makrona belə bir hədiyyə verməyəcəyi ehtimalı azdır - əgər o, bunu etsəydi, Makrondansa, onu Trampa verməyi üstün tutardı. Amma istənilən halda Paris də BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi burada öz rolunu oynamağa və bir növ öz sözünü deməyə, özünü bir növ nüfuzlu qüvvəyə çevirməyə çalışır.

Bu, olduqca qəribədir. Nəyə görə Fransa İsrailə təzyiq etmək əvəzinə, Livandakı vəziyyətin həllində, Suriyada İsrail və HƏMAS məsələsində olduğundan qat-qat passiv mövqe tutaraq, daha az fəallıq nümayiş etdirir?

Baş nazir Sançesə gəlincə, onun mövqeyi ümumiyyətlə, qəbuledilməzdir. O, Kataloniyadan olan separatçılar, Bask ölkəsindən olan separatçılar kimi regional separatçı siyasətçilərə arxalanan azlıq koalisiyasının Baş naziridir. Üstəlik, Podemos partiyasından uzaq solçular onun koalisiyasında çox mühüm rol oynayır. Amma o, birtəhər bu koalisiya tərəfdaşlarını dəstəkləməlidir, çünki onlar getsələr, o zaman hökumət dağılacaq və bütün sorğulara görə, sosialistlər yeni koalisiya yarada bilməyəcəklər və çox güman ki, hakimiyyət daha çox israilyönlü Xalq Partiyasına keçəcək. Avropa Parlamentinə seçkilərin nəticələrinin göstərdiyi kimi, indiki qüvvələr nisbəti məhz belədir.

Yeri gəlmişkən xatırlada bilərik ki, Makron qəfil seçkilərdən sonra yalnız solçu qüvvələrlə koalisiya yarada bilmişdi, çünki o, Marin Le Penin Milli Birliyinə qarşı çıxır. Deməli, bunlar həm də daxili siyasi oyunlardır, İsrail və fələstinlilər siyasətçilərin koalisiyalarının sabitliyinin girovuna çevrilirlər. Onlar bir növ hakimiyyətdə qalmaq üçün həm israillilərdən, həm də fələstinlilərdən öz tərəfdaşları ilə siyasi oyunlarda sövdələşmə obyekti kimi istifadə edirlər.

Məsələn, İsraillə azad ticarət sazişinin uzadılması ilə bağlı danışıqları dondurduğunu elan edən Böyük Britaniyadan fərqli olaraq, Avropa İttifaqına münasibətdə bunu etmək daha çətindir, çünki Aİ-də konsensus prinsipi işləyir və burada İsrailin Macarıstan, Almaniya və Çexiya timsalında etibarlı müttəfiqləri var. Buna görə də həm Sançes, həm də Makron çox yaxşı başa düşür ki, onların İsrailə qarşı Avropa sanksiyalarını (iqtisadi, diplomatik) tətbiq edə bilməyəcəkləri ehtimalı azdır.

Fərdi sanksiyalara gəlincə, onların bəziləri artıq tətbiq edilib. Hər halda həmin Sançes İsraillə hərbi sahədə ticarət etmədiyini deyir. Və ümumiyyətlə, eyni Sançesə görə ticarətin azaldığı iddia edilir. Ancaq istənilən halda, Knessetin bəzi üzvlərinə və ya məsələn, köçkünlərə qarşı bəzi şəxsi sanksiyalar hələ də ola bilər, çünki ABŞ Bayden dövründə sanksiyalar tətbiq edib, Böyük Britaniya da buna bənzər sanksiyalar tətbiq edib. Bu cür şəxsi sanksiyalar tamamilə mümkündür, lakin Avropa İttifaqı daxilində daha genişmiqyaslı sanksiyalara gəlincə, bunun həyata keçirilməsi olduqca çətin olacaq”.

Jurnalist və tarixçi Şimon Briman:

“Avropanın tanınmış siyasətçilərinin bu cür ritorikasının mənası ondan ibarətdir ki, onlar öz zəif gizlədilmiş anti-semitizmlərinin təzyiqi altındadırlar və getdikcə bu ölkələrdə artan müsəlman azlığın səslərindən asılı olurlar. Hər il yanvarın 27-də - Beynəlxalq Holokostu Anma Günündə həmin siyasətçilər “Bir daha heç vaxt!” üslubunda adi boş sözlər deyirlər.

Avropa liderlərinin ikiüzlülüyü onda ifadə olunur ki, onlar ölən yəhudilərə – Holokost qurbanlarına yas tutmağa hazırdırlar, lakin bu siyasətçilər heç bir halda diri yəhudilərin – İsrail dövlətinin tam və sarsıdıcı qələbəsinə imkan verə bilməzlər. Onların ikiüzlülüyü 2023-cü il oktyabrın 7-də HƏMAS terrorçuları tərəfindən həyata keçirilən qətliamın israilli qurbanlarına başsağlığı verməkdə - eyni zamanda İsrailin təhlükəsiz yaşamaq hüququnu inkar etməkdə də özünü göstərir. İsrailin Qəzza zolağındakı terror mənbəyini birdəfəlik məhv etmək istəyi bu Avropa liderlərinin qəzəbinə səbəb olur.

Ona görə də İsrail Avropanın bu təhdidlərinə heç vaxt əhəmiyyət verməyib və bundan sonra da diqqət etməyəcək. Təhlükəsizliyimiz və israillilərin həyatı Qərb paytaxtlarından gələn bütün təhdidlərdən daha vacibdir. Onilliklər ərzində İsrail öz salamatlığının qayğısına qalmağı çoxdan öyrənib - hətta tərəfdaş ölkələrin tənqidi və təhdidləri ilə müşayiət olunsa da.

O ki qaldı İsrailə qarşı iqtisadi sanksiyaların tətbiqi təhlükəsinə, bu, Aİ daxilində bir çox müzakirə və səsvermə mərhələlərindən ibarət çox mürəkkəb və ləng prosesdir. Üstəlik, Avropa İttifaqının bütün 27 üzvünün yekdil səsi tələb olunur. Xoşbəxtlikdən, Aİ daxilində bir sıra ölkələr var ki, ümid edirik ki, sanksiyaların əleyhinə səs verəcək və ilk növbədə sol və ya ultra sol partiyaların hakimiyyətdə olduğu ölkələrdən gələn bu biabırçı təşəbbüsün qarşısını alacaq”.
 
Ardını oxu...
  

Türkiyənin xarici işlər naziri Hakan Fidan 2 iyun tarixində İstanbulda keçirilməsi planlaşdırılan Rusiya-Ukrayna danışıqları ilə bağlı mühüm açıqlama verib.

Musavat.com "Sputnik Türkiye"yə istinadən xəbər verir ki, nazir bu görüşlərin uğurla nəticələnməsi üçün beynəlxalq liderlərin iştirakı ilə daha geniş formatlı görüşün keçirilməsinin mümkünlüyünü istisna etməyib.

“Tramp, Putin və Zelenskinin bir araya gəlməsi ilə İstanbulda aparılan danışıqların taclanması mümkündür deyə düşünürük,” – deyə Hakan Fidan bildirib.

Türkiyə tərəfi daha əvvəl bu formatdakı görüşlərin təşəbbüskarı kimi çıxış etmiş, həm Rusiya, həm də Ukrayna ilə paralel diplomatik təmaslarını davam etdirmişdi. ABŞ prezidenti Donald Trampın adı bu prosesdə ilk dəfə rəsmi səviyyədə görüş formatına daxil edilir.

Qeyd edək ki, İstanbulda keçirilməsi planlaşdırılan Rusiya-Ukrayna danışıqları üçün artıq təhlükəsizlik müşavirləri və diplomatlar səviyyəsində hazırlıq aparılır. Türkiyə isə bu mərhələnin daha yüksək səviyyəyə daşınmasına çalışır.

Musavat.com

 
 
 

Dünyapress TV

Xəbər lenti