inin məhkəməsi başladı

Ardını oxu...
  

Əsas zərəçəkənlərdən biri erməni kökənli Avraam Russo ifadə verdi

Moskva Hərbi Məhkəməsində tanınmış keçmiş müğənni Avraam Russo iş adamı Telman İsmayılovun şəxsi mühafizəçisi olmuş Tarxan Eldukayevin işi üzrə ifadə verib. Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, Eldukaev Russo da daxil olmaqla, qətllər və adam öldürməyə cəhdlə bağlı işdə suçlu bilinir.

Qapalı məhkəmə iclası gücləndirilmiş təhlükəsizlik tədbirləri altında keçirilib. Belə ki, məhkəmənin yerləşdiyi küçə yol polisi əməkdaşları tərəfindən bağlanıb, binanın yaxınlığında çevik polislər zirehli furqonla keşik çəkiblər. Proses bitdikdən sonra da heç kimin Avraam Russo ilə danışmasına icazə verilməyib: onu tez bayıra çıxarıb maşına mindiriblər və o, dərhal oradan uzaqlaşdırıblar. 

Ardını oxu...

Bildirilir ki, məhkəmədə təqsirləndirilən şəxslə zərərçəkmiş arasında mübahisə də olub. Vəkil Andrey Aleşkinin sözlərinə görə, Russo 2004-2006-cı illərdə baş verən hadisələrdən ətraflı danışıb, deyib ki, onu qaçırıblar, sonra isə idarə etdiyi avtomobilə atəş açaraq onu öldürməyə cəhd edilib. Zərərçəkmiş bildirib ki, Eldukayev həmin vaxt Çerkizovski bazarının keçmiş sahibi Telman İsmayılovun mühafizə xidmətinə rəhbərlik edib və onun göstərişlərini yerinə yetirib. Avraam Russonun dediyinə görə, “AST Telman” onu "öz mülkiyyəti" kimi qəbul edib və sahibi olduğu "Praqa" restoranından başqa heç bir yerdə çıxışını qadağan etməyə çalışıb.

Russonun sözlərinə görə, 2004-cü ilin yanvarında İsmayılov öz əlaltıları ilə onu döyüb, estrada fəaliyyətini onun şərtləri əsasında davam etdirməyi tələb edib. Bundan başqa, müğənnini döydükdən sonra İsmayılovun Moskva ətrafındakı evinə aparıblar, artist bütün tələblərlə razılaşmayanadək orada saxlayıblar.

Baş verən hadisədən sonra müğənni İsmayılovla əlaqə saxlamayıb, lakin münaqişə bununla bitməyib. 2006-cı ildə Russoya hücum olunub: müğənninin avtomobilini avtomatdan atəşə tutublar, artist üç güllə yarası alıb. 

Ardını oxu...

Bundan əvvəl Avraam Russonun Eldukaevə qarşı 10 milyon rubl təzminat iddiası qaldırdığı bildirilirdi. Tarxan Eldukaev Çeçenistan əsilli və keçmiş hərbçidir. O, T.İsmayılovun sifarişi ilə bir neçə qətli icra etməkdə suçlanır. Rusiya mediası yazır ki, ittihamları qəbul etməsə də, Ukraynaya qarşı müharibədə könüllü iştirak etmək, hətta qohumlarından ibarət bölük yaratmaq arzusunu da dilə gətirib.

Rusiyanın İstintaq Komitəsi Telman İsmayılov bir neçə ağır cinayərdə suçşlayır və illərdir axtarışdadır. Onun Balkan ölkələrinin birində vətəndaşlıq aldığı və orada biznesini davam etdirdiyi deyilir. 

Ardını oxu...

Suriyanın Hələb şəhərindən olan milliyətcə erməni, əsl adı Abraxam İpcan olan sənətçini Telman İsmayılov Kiprdə restoranda oxuyanda görüb və xoşuna gəlib. Sonra gətirib milyonlar xərcləyərək, Rusiya şou-biznesinə təqdim edib. Rusiyaya gələn erməni Abraxam İpcanov adını dəyişərək Avram Russo olub və 2001-ci ildən etibarən Rusiyanın ən məşhur müğənniləri ilə konsertlər verib, klip çəkdirib. Özünə Rusiya şou-biznesində yer etdikdən sonra Avraam öz erməni xislətinə sadiq qalaraq, “AST Telman”dan üz döndərdi. Avraam öz açıqlamalarında deyib ki, valideynləri Türkiyədən Hələbə köçən ermənilərdəndir. Livan, Fransa və Suriyada yaşayıblar.

 

Musavat.com

Ardını oxu...
  

Milyarder İlon Maskla mübahisəsi kəskinləşən vaxt vitse-prezident J.D.Vens prezident Donald Trampla birlikdə olub və Tramp Vensi ictimai çıxışlarında Maskla bağlı vəziyyət barədə diplomatik danışmağa çağırıb.

Musavat.com xəbər verir ki, məlumatı CNN mənbəyə istinadən yayıb.

Mənbə əlavə edib ki, vitse-prezident və Tramp gün ərzində bir neçə dəfə danışıblar.

Qeyd edək ki, Mask statuslarının birində Trampın impiçment edilməsini və Venslə əvəz olunmasını təklif edib. Vens isə dünən axşam öz hesabında yazıb: "Prezident Tramp mənim həyatımda rəhbərlik etdiyi hərəkatın etimadını qazanmaq üçün hamıdan çox şey edbi. Onun yanında olmaqdan qürur duyuram".

O, Maskın adını çəkməyib.

 

Musavat.com

 
 
 
Ardını oxu...
İlon Maskla Donald Tramp arasında yaranmış qarşıdurma "SpaceX" şirkətinin təxminən 22 milyard dollar dəyərindəki dövlət müqavilələrini təhlükə altına salıb.

TEREF xəbər verir ki, bu barədə "Reuters” agentliyi məlumat yayıb.

Məqalədə bildirilir ki, ABŞ-ın bir çox kosmik proqramları, Maskla Tramp arasında baş qaldıran və tezliklə nəzarətdən çıxan düşmənçiliyin nəticəsində ciddi dəyişikliklərlə üzləşə bilər. Qarşıdurma ötən həftə Maskın Trampın vergi və xərcləri azaltmaq təşəbbüsünü tənqid etməsi ilə başlayıb. Tramp isə buna cavab olaraq Maskın şirkətləri ilə olan dövlət müqavilələrini ləğv etməklə hədələyib. Mask isə cavabında, NASA tərəfindən istifadə edilən "SpaceX"ə məxsus "Dragon" kosmik gəmisini istismardan çıxaracağını bildirib.

"Reuters"in yazdığına görə, təxminən 5 milyard dollar dəyərində olan bu müqaviləyə əsasən, "Dragon" - ABŞ-ın astronavtları Beynəlxalq Kosmik Stansiyaya (BKS) aparıb-gətirə bilən yeganə kosmik gəmisidir. Bu isə Maskın şirkətini Amerika kosmik proqramının kritik elementi halına gətirir.

"Düşmənçilik belə bir sual doğurur: keçmişdə də dövlət satınalmalarına müdaxilə edən və tez-tez gözlənilməz davranışlar sərgiləyən Tramp Maskı cəzalandırmaq üçün nə qədər irəli gedə bilər?”, deyə məqalədə qeyd olunur.

Əgər Tramp siyasi intiqam məqsədilə NASA və Pentaqonla olan milyardlarla dollarlıq müqavilələri ləğv edərsə, bu, ABŞ-ın kosmik inkişafını yavaşıda bilər.

Bu mübahisə, ABŞ prezidenti ilə sənaye nəhəngi arasında əvvəllər mövcud olan əməkdaşlığı da məhv edib. Bu əməkdaşlıq SpaceX üçün Marsın tədqiqi proqramı, kosmosda nəhəng raket əleyhinə qalxan qurulması kimi bir sıra əsas üstünlüklər gətirmişdi.

Məqalədə qeyd olunur ki, əgər "Dragon" istismardan çıxarılarsa, bu addım 20 il əvvəl imzalanmış beynəlxalq razılaşma çərçivəsində onlarla ölkənin iştirak etdiyi BKS proqramını poza bilər. Amma bu qərarın nə qədər tez reallaşacağı bəlli deyil. NASA hazırda ehtiyat variant kimi ruslara məxsus "Soyuz” gəmisindən istifadə edir.

Xatırladaq ki, daha əvvəl Tesla şirkətinin səhmlərinin də kəskin şəkildə ucuzlaşdığı bildirilmişdi. Bu, ABŞ prezidenti Donald Tramp və İlon Mask arasında yaranan açıq qarşıdurmadan sonra baş verib. Şirkət bazar dəyərində təxminən 150 milyard dollar itirib.

Trampla Mask arasında açıq mübahisə cümə axşamı alovlanıb. Tramp bəyan edib ki, Maskın dəstəyi olmasa belə, o, prezident seçkilərində qalib gələrdi.

Bundan əvvəl isə, Maskın Trampın büdcə layihəsinə yönəltdiyi tənqidlərin Trampı narazı saldığı qeyri-rəsmi şəkildə məlum olmuşdu.

©Qaynarinfo
 
Ardını oxu...
Ermənistanın etika məsələlərinə də baxan Korrupsiyaya Qarşı Mübarizə üzrə Dövlət Komissiyası ölkənin baş naziri Nikol Paşinyanın din xadimləri ilə bağlı nalayiq postu ilə bağlı araşdırmaya başlayıb.

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə komissiyanın rəhbəri vəzifəsini icra edən Mariam Qalstyan bildirib.

“Biz yazı dərc olunduğu gün öz təşəbbüsümüzlə işin araşdırılmasına başlamışıq”, – o qeyd edib.

Qalstyan onu da bildirib ki, komissiya Paşinyanın bəyanatı ilə bağlı vəkil Ara Zöhrabyanın şikayətinə baxır və çox güman ki, iyunun 9-da prosesin başlanıb-başlamaması barədə qərar verəcək.

Müvəqqəti komissiya rəhbərinin sözlərinə görə, Paşinyanın etik normaları pozduğuna dair qərar qəbul olunarsa, o zaman prosedura görə, o, ictimai şəkildə izahat verməli olacaq. Lakin komissiya prokurorluğa müraciət edə bilməz, çünki söhbət aşkar cinayətin əlamətlərindən yox, etik normaların pozulmasından gedir.

Xatırladaq ki, mayın 29-da hökumətin iclasında Nikol Paşinyan erməni kilsələrinin zibillə dolu şkaflara bənzədiyini bildirmişdi. Ertəsi gün Paşinyan feysbuk səhifəsində arxiyepiskoplardan birini dayısının arvadı ilə cinsi əlaqədə olmaqda ittiham edib. Onun yazdıqlarının hərfi tərcüməsi ədəb hüdudlarını aşır.

Daha sonra o, katolikosu subaylıq andını pozmaqda günahlandırıb və seçkilərdə dövlətin həlledici səsə malik olması və namizədlərin dürüstlük yoxlanışından keçməsi üçün Ermənistan Apostol Kilsəsənin rəhbərinin seçilməsi prosedurunun dəyişdirilməsini təklif edib.
 
Ardını oxu...
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Respublikası və Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib.

APA xəbər verir ki, bu barədə Nikol Paşinyan rəsmi "X” hesabında paylaşım edib.

"Azərbaycan Respublikasını və Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edirəm. Ölkələrimizə və xalqlarımıza sülh, rifah və tərəqqi arzulayıram,” – deyə Paşinyan qeyd edib.
Qeyd edək ki, N. Paşinyan ilk dəfə Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib.
 
Ardını oxu...
Ağ Evin mətbuat katibi Kerolayn Livitt amerikalı iş adamı İlon Maskın ABŞ prezidenti Donald Trampın adının maliyyəçi Ceffri Epşteynin işinə dair sənədlərdə yer alması ilə bağlı açıqlamasını “təəssüfə layiq” adlandırıb.
TEREF xəbər verir ki, o, CNN telekanalının efirində yaranmış vəziyyəti şərh edib.
“Bu, dövlət xərclərinin azaldılması haqqında qanun layihəsindən narazı olan Mask üçün təəssüfləndirici epizoddur. Çünki bu qanun onun maraqlandığı müddəaları ehtiva etmir”, – Livvit deyib.
İyunun 5-də sahibkarla Tramp arasında açıq mübahisə yaranıb. Buna səbəb Maskın ABŞ-nin Hökumətinin Səmərəlilik Departamentinin rəhbəri vəzifəsindən istefa verməsi olub.
Bakupost.az
İş adamı bu vəzifədən istefa verdikdən sonra dövlət başçısının vergilərlə bağlı qərarını tənqid edib. O, vergi güzəştlərini nəzərdə tutan qanun layihəsinin federal büdcə kəsirinin artmasına səbəb olacağına əminliyini ifadə edib.
Buna cavab olaraq Amerika lideri büdcə vəsaitlərinə qənaət etmək üçün Maskın layihələrinin həyata keçirilməsi üçün subsidiyaları və müqavilələri dayandırmağı təklif edib. Daha sonra Mask bildirib ki, guya Ağ Evin indiki sahibinin adı azyaşlıları fahişəliyə cəlb etməkdə ittiham olunan Cefri Epşteynin işi üzrə sənədlərdə yer alır. Üstəlik, iş adamı Donald Trampın impiçmentinin tərəfdarı olduğunu bildirib və onun yerinə vitse-prezident Ceyms Devid Vansın gətirilməsinə çağırıb.
BakuPost
 
Ardını oxu...
ABŞ prezidenti Donald Trampın Azərbaycanın enerji sektoru ilə bağlı səsləndirdiyi müsbət fikirlər diqqət çəkir. Tramp ölkəmizin enerji potensialını, Avropa üçün strateji əhəmiyyətini və Vaşinqtonun bu sahədəki maraqlarını xüsusi vurğulayıb.

Hazırkı geosiyasi vəziyyət fonunda Azərbaycan enerji resurslarının Qərbə çıxışında əsas marşrutlardan birinə çevrilib. Xüsusilə Mərkəzi Asiya və Xəzər hövzəsi ölkələrinin Avropa bazarına inteqrasiyasında Azərbaycan həm enerji ixracatçısı, həm də tranzit ölkə funksiyası daşıyır. Bu isə Vaşinqton-Bakı münasibətlərinin sırf iqtisadi deyil, strateji məzmun daşıdığını göstərir.

Globalinfo.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, ABŞ-Azərbaycan enerji əməkdaşlığı 1990-cı illərdən, xüsusilə “Əsrin müqaviləsi”ndən sonra sürətlə inkişaf etməyə başlayıb:

“Həmin dövrdən etibarən ABŞ-ın iri neft şirkətləri “Chevron”, “ExxonMobil”, “Hess Corporation” və digərləri Azərbaycanın enerji sektoruna sərmayə qoydu və bu günə qədər əməkdaşlıq davam edir. ABŞ şirkətləri Xəzər hövzəsində Azərbaycanın ən böyük tərəfdaşlarından biridir. Enerji əməkdaşlığı Vaşinqtonun Cənubi Qafqaz siyasətində mühüm yer tutur.

Azərbaycanın Qərb ölkələri ilə son illərdə dərinləşən münasibətləri ABŞ-ın da diqqətindən yayınmır. Hesab edirəm ki, Azərbaycan yaxın illərdə təkcə enerji ixrac edən deyil, eyni zamanda mühüm tranzit ölkəyə çevriləcək. Çünki Mərkəzi Asiyadan Qərbə enerji nəqlinin Azərbaycan üzərindən genişləndirilməsi gündəmdədir. Bu, ABŞ üçün də önəmlidir. Vaşinqton həm enerji sahəsində, həm də logistika və tranzit daşımaları üzrə Azərbaycanla əməkdaşlığı inkişaf etdirmək niyyətindədir.

Hazırda Azərbaycanın təşəbbüsü ilə reallaşan Cənub Qaz Dəhlizi layihəsi və Zəngəzur dəhlizi ideyası da bu əməkdaşlığın iqtisadi və geosiyasi baxımdan perspektivlərini artırır. ABŞ şirkətləri də bu layihələrdə birbaşa və ya dolayı yollarla iştirak imkanlarını qiymətləndirir”.

 
Ardını oxu...
Azərbaycanın BMT-nin Ətraf Mühit Proqramı ilə birlikdə 2026-cı il iyunun 5-də ev sahibliyi edəcəyi Ümumdünya Ətraf Mühit Gününün gündəliyi açıqlanıb.

"Report" xəbər verir ki, bu barədə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) "X"səhifəsində paylaşım edilib.

Qeyd olunub ki, 2026-cı ilin mövzusu urbanizasiya və iqlim dəyişikliyi arasındakı həyati əlaqəni vurğulayaraq, Azərbaycanın qlobal ekoloji əməkdaşlığı gücləndirmək və təsirli, inklüziv iqlim fəaliyyətinə dair davamlı öhdəliyini əks etdirəcək.
Ardını oxu...
“Çin sədri Si Cinpinlə bugünkü telefon danışığım zamanı məni ölkəsinə səfərə dəvət edib”.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində yazıb.

“Söhbətimiz zamanı Si məni və birinci xanımı Çinə səfərə dəvət etdi və mən də buna müsbət cavab verdim”, - ABŞ lideri qeyd edib.

Donald Tramp Si Cinpinlə telefon danışığının çox yaxşı keçdiyini bildirib.
 
Ardını oxu...
ABŞ Prezidenti Donald Trampın adın insan alveri və yetkinlik yaşına çatmayanların cinsi istismarında ittiham olunan milyarder Ceffri Epşteyn işi ilə bağlı sənədlərdə çəkilir.

Axar.az xəbər verir ki, bu barədə amerikalı milyarder amerikalı sahibkar İlon Mask sahibi olduğu X sosial şəbəkəsində yazıb.

“Əsl bombanı partlatmaq vaxtıdır: Tramp Epşteyn işinin fayllarında var. Məhz buna görə onlar ictimaiyyətə açıqlanmayıb. Xeyirli olsun, D. C. T. (Donald Con Tramp – red.)!”, – o vurğulayıb.

Qeyd edək ki, Ceffri Epşteyn 2019-cu ildə cinsi istismar məqsədilə yetkinlik yaşına çatmayanların alverini təşkil etməkdə ittiham olunaraq həbs edilmişdi. Onun həbsxanada ölümündən sonra, xüsusilə Epşteynin siyasətçilər, milyarderlər və digər nüfuzlu şəxslərlə əlaqələri səbəbindən iş ətrafında bir çox konspiroloji nəzəriyyələr yaranmışdı.

Mask əvvəllər dəfələrlə istintaq materiallarında adı keçən şəxslərin tam siyahısının dərc olunmasına çağırış etmişdi.

Trampın nümayəndələri hələlik Maskın bəyanatını şərh etməyiblər.
 
 
 

Dünyapress TV

Xəbər lenti